Dərman acıqovuğu kökündə hansı qrup acı maddələr var ? A seskviterpen



Yüklə 291,6 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix18.05.2018
ölçüsü291,6 Kb.
#44901
1   2   3   4   5   6   7   8   9   10   11

95

96

97

98

99

100

Sellülozanı nişastadan hansı reaksiya ilə fərqləndirmək mümkündür? 

A) sellüloza yod məhlulundan amorf çöküntü əmələ gətirir 

B) sellüloza yod məhlulundan göy rəngə boyanır 

C) sellüloza yod məhlulundan kristallik şəkildə çökür 

D) sellüloza yod məhlulundan göy-bənövşəyi rəngə boyanır 

E) sellüloza yod məhlulunun təsirindən sarı və ya qəhvəyi rəngə boyanır 

Reaksiyanın gedişini tamamlayın: gülxətmi kökünün soyuq suda azırlanmış 

10 %-li dəmləməsinə 2 damcı natrium-hidroksid və ya ammonyak əlavə 

edilir...... 

A) qarışıqda amorf çöküntü müşahidə edilir 

B) qarışıq yaşıl rəngə boyanır 

C) qarışıq al qırmızı rəngə boyanır 

D) qarışıq limonu-sarı rəng alır 

E) qarıçıqda kristallik çöküntü əmələ gəlir 

Efir yağlarının sındırma əmsalı nəyi göstərir? 

A) onun tərkibində olan oksigenli birləşmələrin miqdarını 

B) onun tərkibində olan aromatik birlşmələrin miqdarını 

C) onun tərkibində olan atsiklik birləşmələrin miqdarını 

D) onun tərkibində olan fenol birləəmələrinin miqdarını 

E) onun tərkibində olan alifatik birləşmələrin miqdarını 

Bitki xammalında polisaxaridlərin miqdari təyinatı hansı üsulla həyata 

keçirilir? 

A) qravimetrik 

B) titrometrik 

C) refraktometrik 

D) fotokolorimetrik 

E) potensiometrik 

Bioloji fəal maddələrin farmakoloji xassələrinə uyğunluğunu tapın: 

I. Polisaxaridlər 

II. Efir yağları 

1) antimokrob                 4) sedativ 

2) qanəvəzedici              5) işlədici 

3) bürüyücü                     6) spazmolitik

A) I-4,5,6; II-1,2,3 

B) I-2,3,5; II-1,4,6 

C) I-3,5,6; II-1,2,4 

D) I-1,3,5; II-2,4,6 

E) I-1,2,6; II-3,4,5 

Dərman zəncirotunun farmakoloji təsirini göstərin. 

A) İltihabi proseslərdə və revmatizmdə yayındırıcı vasitə 

B) Həzm sisteminin sekresiyasını gücləndirir 

C) Antibiotik və sedativ təsir 

D) Sakitləşdirici və ağrıkəsici 

E) İştaha oyadıcı və işlədici 



101

102

103

104

105

Turş monosaxaridləri göstərin 

A) qalakturon turşusu, qlükuron turşusu 

B) qlükuron turşusu, algin turşusu 

C) qlükuron turşusu, fruktoza 

D) saxaroza, maltoza 

E) qalaktoza, qalakturon turşusu 

Dərman adaçayı bitkisindən alınan "Salvin" preparatı nə məqsədlə 

istifadə olunur? 

A) öskürəkkəsici və bəlğəmgətirici vasitə kimi 

B) hepatoprotektor vasitə kimi 

C) büzüşdürücü və iltihab əleyhinə vasitə kimi 

D) iştahaartırıcı vasitə kimi 

E) qankəsici və antimikrob vasitə kimi 

Köklərin səthi uzununa şırımlıdır, daxili tərəfində yumşaq floemalifləri 

yerləşmişdir. Kökün xarici səthi və sınığının səthi ağ və ya sarımtıl rəngdə 

olur. Doğranmış kökü və ya onun tozunu ammonyakla işlədikdə selik 

maddələri üçün xarakterik sarı rəng əmələ gəlir. Bu təsvir hansı dərman 

bitkisinin xammalına aiddir? 

A) adi xanımotunun köklərinə 

B) çöl paxlakolu kökünə 

C) dərman gülxətmisinin kökünə 

D) tüksüz biyan kökünə 

E) uca andızın kök və kökümsovlarına 

Reaksiyanın gedişini tamamlayın: sınaq şüşəsinə gülxətmi kökünün 

dəmləməsindən 1 ml tökülür, üzərinə 2-3 damcı qatı xlorid turşusu əlavə 

edilir......... 

A) dəmləmə xlorid turşusunun təsirindən göy-bənövşəyi rəngə boyanır 

B) qırmızı rəng əmələ gəlir. Qarışığa 2 ml etil spirti əlavə edilir, selik kristallik 

kütlə şəklində çökür 

C) sonradan yaşıl rəngə keçən tünd bənövşəyi rəng əmələ gəlir 

D) sarımtıl-yaşıl rəng əmələ gəlir. Qarışığa 2 ml etil spirti əlavə edilir, selik 

məsaməli, qatı kütlə şəklində koaqulyasiya edir 

E) dəmləmə xlorid turşusunun təsirindən tünd qəhvəyi rəngə boyanır 

Polisaxaridlərə qatı və ya duru turşularla təsir edtdikdə nə baş verir? 

A) polisaxaridlərin əsasını təşkil edən monosaxaridlərin molekullarında 

karbon atomları arasında olan ikiqat rabitələr parçalanır 

B) polisaxaridlərin tərkibində olan karbonil qrupları sərbəst vəziyyətə keçir 

C) polisaxaridlərin tərkibində olan bütün ikiqat rabitələr parçalanır 

D) polisaxaridlərin əsasını təşkil edən monosaxaridlərin molekullarında 

hidroksil qrupları ayrılır 

E) qlikozid rabitəsi tamam və ya hissəvi dağılır və nəticədə monosaxaridlər 

və oliqosaxaridlər əmələ gəlir 



106

107

108

109

110

111

112

Qələvi mühitdə ürək qlikozidlərində nə baş verir? 

A) şəkər qalığı aqlikon hissə ilə daha möhkəm birləşir 

B) şəkər qalığı aqlikon hissədən ayrılır 

C) karbohidrat zəncirindəki son monosaxarid ayrılır 

D) aqlikon hissə dağılır, lakton halqası qırılır və kardiotonik təsir yox olur 

E) karbohidrat zəncirindəki son 2 monosaxarid ayrılır 

Bassorin, arabin, nişasta, sellüloza, mineral maddələr və s. Bu kimyəvi tərkib 

hansı bitkiyə xasdır? 

A) Dərman gülxətmisi 

B) İri bağayarpağı 

C) Adi zəyərək 

D) Andrey gəvəni 

E) Adi ərik 

Karbohidratların siyahısını tamamlayın: monosaxaridlər; polisaxaridlər və 

........ 

A) fenol birləşmələri 

B) terpenlər 

C) saponinlər 

D) alkaloidlər 

E) oliqosaxaridlər 

Aşağıda göstərilən maddələrdən hansı liqnanlara aiddir? 

A) Eleuterozid A 

B) Arbutin 

C) Franqularozid 

D) Aralozid A 

E) Sennozid 

Homopolisaxaridlərə aiddir: 

A) kitrələr, selik maddələri və pektinlər 

B) nişasta, selik maddələri, aqar 

C) aqar, nişasta, pektinlər 

D) pektinlər, inulin, aqar 

E) nişasta, inulin və aqar 

Dəniz laminariyasının təzə toplanmış tallomu dalğaların sahilə çıxartdığı 

tallomdan nə ilə fərqlənir? 

A) tərkibində polisaxaridlərin miqdarı daha çoxdur 

B) tallomu qurutmağa ehtiyac olmur 

C) tallomun toplanması ucuz başa gəlir 

D) tərkibində algin turşusunun miqdarı daha çoxdur 

E) yodla daha zəngindir 

Dəniz laminariyasının tallomu nə vaxt toplanılır? 

A) bütün yaz və yay aylarında 

B) payız aylarında 

C) bütün yay ərzində, bəzən isə oktyabra kimi 

D) bütün qış ərzində, bəzən isə aprel ayına kimi 

E) bütün il boyu 




Yüklə 291,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə