“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə8/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

 
Язизхан Танрыверди 
 
 
25 
 
Atla bağlı atalar sözləri müasir türk dilləri üçün də səciy-
yəvidir. Həm də bu cür atalar sözlərinin əksəriyyəti ―Kitab‖ və 
digər qədim türk mənbələrindən süzülüb gələn vahidlərdir:  
 
Müasir Azərbaycan dilində: 
At min, ad qazan 
At alsan, baĢından, qız olsan saçından 
Atını dost kimi saxla, düĢmən kimi min 
At yeriməklə, insan bilməklə 
YaxĢı at özünə qamçı vurdurmaz 
Atdı, arvatdı, papaqdı, kiĢiyə urvatdı 
Atı yolda, igidi zorda sınayarlar 
At yeriĢindən, igid duruĢundan tanınar 
Atını əldən verən ismətini də itirər 
Atı bir aya, insanı illərlə sınayarlar 
At təpiyinə at dözər 
At muraddır 
At igidin qardaĢıdır 
At igidi darda qoymaz 
At ölər meydan qalar, igid ölər ad-san qalar. 
 
Müasir türkmən dilində: 
At almankaŋ əyər al 
At bolmak – taydan, yigit bolmak – soydan 
At, dört ayak bolsa da, büdrər 
Atlı atını tanar 
At – mırat 
At özi yol tapar 
Atını harlan – atasını harlar 
At – yortuĢda, qurt – yırtıĢda 
At dostı – ata dostı 
At ağnan yerdə toy bolar 
Atı kiĢŋən tarapına sür. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
26 
 
 
ATLA BAĞLI SÖZLƏR LEKSĠK-SEMANTĠK 
MÜSTƏVĠDƏ 
 
Ayğır.  Erkək  at,  döllük  at  mənasında  olan  türk  mənĢəli 
ayğır  sözü  də  ―Kitab‖da  intensivliyi  ilə  fərqlənir:  Baybörəniŋ 
oğlıyçun bir dəŋiz qulunı – boz ayğır aldılar. Bu cümlədə boz 
və  ayğır  sözləri  apelyativ  kimi  (ümumi  ad,  ümumi  söz)  iĢlən-
miĢdir.  III ―boy‖un sonrakı  hissələrində isə həm  antroponimik 
modeldə  ləqəb  kimi  (Boz  ayğırlu  Bamsı  Beyrək),  həm  də 
zoonim kimi (...Boz ayğır bunda otlanub turar) iĢlənmiĢdir. Ma-
raqlıdır  ki,  Baybörənin  oğluna  (Beyrək  nəzərdə  tutulur)  III 
―boy‖da  ad  verilir.  Amma  həmin  antroponimik  modelə  II 
―boy‖da  da  təsadüf  edilir:  ...Qazan  bəgin  yınağı,  Boz  ayğırlu 
Beyrək çapar yetdi. Bu isə ―Kitab‖ın ―boy‖larını bir-birinə bağ-
layan detallardan biri kimi dəyərləndirilə bilər. 
Ayğır zooleksemi təkcə Boz ayğır yox, həm də Al ayğır, 
Qara ayğır, Təpəl  qaĢqa ayğır kimi zoonimlərdə də iĢtirak et-
miĢdir. Ayğır sözü ―Kitab‖ın  dilində iĢlənmiĢ Ayğırgözlü  hid-
roniminin tərkibində birinci komponent kimi çıxıĢ edir: ...eldən 
çıqub Ayğırgözlü suyından at yüzdürən... 
Ayğır  sözünün  zoonimik  modellərdə  dördüncü  kompo-
nent kimi iĢlənməsinə də təsadüf olunur: Keçi baĢlu Keçər ay-
ğır,  Toğlu  baĢlu  Turı  ayğır.  Bu  zoonimlərdə  ―keçi  baĢlu‖  baĢı 
keçiyə  bənzəyən,  ―toğlu  baĢlu‖  isə  baĢı  toğluya  bənzəyən  mə-
nasındadır. 
Keçi baĢlu Keçər ayğır və Toğlu baĢlu Turı ayğır adlarını 
―Kitab‖  və  ―Koroğlu‖  dastanı  müstəvisində  nəzərdən  keçirək. 
Məlumdur  ki,  Banıçiçəyi  Beyrək  üçün  diləməyə  gedən  Dədə 
Qorquda  Bayındır  xanın  tövləsindən  iki  at  verirlər:  ―Bari  Ba-
yındır xanıŋ tövləsindən eki Ģahbaz yügrək at gətürüŋ. Bir Keçi 
baĢlu  Keçər  ayğırı,  bir  Toğlu  baĢlu  Turı  ayğırı‖.  Deməli, 
―Kitab‖ın  baĢ qəhrəmanı Dədə Qorqud iki məĢhur atla birlikdə 


 
Язизхан Танрыверди 
 
 
27 
 
təqdim olunur. Bu atlardan birinin – Turı ayğırın nisbətən zəif, 
digərinin  –  Keçi  baĢlu  Keçər  ayğırın    isə  daha  güclü  olması 
―Kitab‖da aydın Ģəkildə  ifadə edilir: Toqlu baĢlu Turı ayqır yo-
ruldu; Dədə Qorqud Keçi baĢlu Keçər ayğıra sıçradı, bindi. Bu 
cür  detallar  ―Koroğlu‖  eposu  baxımından  da  səciyyəvidir.  Bi-
rincisi,  dastanın  baĢ  qəhrəmanı  Koroğlunu  Qırat  və  Düratsız 
təsəvvür etmək mümkün deyil. Ġkincisi, Koroğlunun əsas zərbə 
qüvvələrindən  olan  Qırat  və  Düratın    Həsən  xanın  ilxısından 
olması eposdan xüsusi xətt kimi keçir. Üçüncüsü, eposda Qırat 
tayı-  bərabəri  olmayan,  çox  güclü  atdırsa,  Dürat  nisbətən  zəif 
və  gücsüzdür.  Dördüncüsü,  Dədə  Qorqud  ən  kamil  ozandırsa, 
Koroğlu da ustad aĢıq statusundadır. Bununla yanaĢı, folklorĢü-
naslıqda Qırat və Dürat zoonimlərinin ―Kitab‖dakı Ayğır at və 
Turu  (Duru) at adları ilə təkcə forma deyil, həm də semantika 
baxımından yaxınlığı göstərilir. Məsələn, Fikrət Xalıqov yazır: 
―Ayğır at  ay və qır hissələrindən ibarət  olmaqla mənaca Qırat 
leksemi ilə uyğunlaĢır. Bu da bizə iĢığın, odun  türk xalqlarının 
həyatında  təsadüfi  rol  oynamadığını  deməyə    imkan  verir‖
1

Yaxud müəllif E.Əzizovun Qırat ―tünd, boz at‖, Dürat isə ―tünd 
kəhər  at‖  mənasındadır  –  fikrini  təqdim  etdikdən  sonra  yazır: 
―...coğrafi  termin  olan  bozqır  ―boz  torpaq‖  leksik  vahidinin 
tərkibindəki qır sözü Qırat zooniminin mənasının əsasında  du-
rur.  Atın  rənginin  torpağın  rəngi  ilə  müqayisəsi  bütün  yaran-
mıĢların  əzəli  olan  torpağa  məhəbbətlə  izah  oluna  bilər.  Həm 
Qıratın, həm  də Düratın su ilə bağlı  mifoloji doğumu  onların 
adlarının torpaqla müqayisəsi üçün əsas hesab edilə bilər. Dürat 
isə  qırla  müqayisədə  bir  qədər  açıq,  daha  dəqiq,  duru  rəngli 
olması ilə bağlı verilən addır‖
2
.  
Yuxarıda  qeyd  olunan  fikirlərə,  eyni  zamanda  mövcud 
tədqiqatlara istinad etməklə aĢağıdakı nəticələri söyləmək olar: 
                                                 
1
 F.Xalıqov. Azərbaycan onomalogiyası. Bakı, 2009, s.52. 
2
 Yenə orada, s.216. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
28 
 
Dədə Qorqud və Koroğlu baĢ qəhrəmanlardır; 
Dədə  Qorqud  və  Koroğlu  –  hər  ikisi  həm  də  ozan-aĢıq 
statusundadır; 
Dədə  Qorquda  verilən  Keçi  baĢlu  Keçər  ayğır  və  Toğlı 
baĢlu  Turu ayğır  Bayındır xanın  tövləsindəndirsə, Koroğlunun 
atları – Qırat və Dürat  Həsən xanın ilxısındandır. Yəni hər iki 
eposda atların sahibi əslində xanlardır (Bayındır xan və Həsən 
xan); 
―Dədə  Qorqud  kitabı‖ndakı  Keçi  baĢlu  Keçər  ayğır  və 
―Koroğlu‖ eposundakı Qırat tayı-bərabəri olmayan atlardır; 
―Dədə Qorqud kitabı‖ndakı Toğlu baĢlu Turı ayğırla ―Ko-
roğlu‖ dastanındakı Dürat nisbətən zəif və  gücsüz atlardır; 
―Dədə  Qorqud  kitabı‖ndakı  Keçər  ayğır  və  Turu  ayğır 
(Duru) zoonimləri ilə ―Koroğlu‖ eposundakı Qırat və Dürat va-
hidləri  forma  və  semantika  baxımından  eyni  yuvaya  daxil  ola 
bilir (sonrakı səhifələrə bax!). 
Dədə Qorqud Beyrəyə, Koroğlu da Gürcüoğlu Məmmədə 
qız almaq üçün elçilik edir. 
Təqdim  etdiyimiz  detallar  ―Koroğlu‖  eposunun  ―Dədə 
Qorqud kitabı‖na yaxınlıq dərəcəsini təsdiqləyir: ―...türkün mə-
nəvi  dünyasının  mənəviyyat  faktları  sonrakı  çağlarda  paylanır. 
Özü də məhəbbət və qəhrəmanlıq dastanlarında bu, əsas istiqa-
mət  kimi  görünür.  Daha  doğrusu,  dastanın  ağırlıq  nöqtəsinə 
çevrilir.  Ancaq  ümumilikdə  qəhrəmanlıq  ―Dədə  Qorqud‖ 
dastanı tipində ―Koroğluya ötürülür‖
1
. Bu cür ötürülmə Bamsı 
Beyrək  və  Koroğlu  obrazlarının  oxĢarlığında  da  aydın  Ģəkildə 
görünür. Qeyd edək ki,  həmin ötürülməni  yalnız Boz ayğır və 
Qıratla  məhdudlaĢdırmaq  olmaz.  Belə  ki,  Beyrək  və  Koroğlu 
obrazlarının oxĢarlığını təsdiqləyən detallar çoxdur. Bu mənada 
aĢağıdakılara diqqət yetirək:  
                                                 
1
 M.Allahmanlı. Qədim türk dastanları hadisə və motiv oxĢarlığında. ―Dədə 
Qorqud‖. Elmi-ədəbi toplu, I. Bakı, 2006, s.35. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə