Debat təlim üsulu


Aydınlıq – fikri sübuta, dəlilə və fakta əsaslanmaqla aydın, sadə dildə söyləmək tələb olunur. Düzgünlük



Yüklə 21,07 Kb.
səhifə3/4
tarix28.11.2023
ölçüsü21,07 Kb.
#135888
1   2   3   4
Debatın əsas şərtləri

Aydınlıq fikri sübuta, dəlilə və fakta əsaslanmaqla aydın, sadə dildə söyləmək tələb olunur.
Düzgünlük – inandırmaq üçün yalnış, heç bir elmi əsası olmayan, uydurulmuş məlumatların səsləndirilməsi yolverilməzdir.
Hörmət – debat iştirakçılarına hörmət, fərqli fikirlərə, rəylərə, verilən qiymətlərə dözümlülük göstərmək; Zərurət yaranasa, şəxsin özünü deyil, spylədiyi fikirləri tənqid etmək, tənqidin səbəblərini göstərmək; rəqib tərəfin çıxışını və ya cavabını sonunadək dinləmək, sözünü kəsməmək.

Disput təlim üsulu
Disput (mübahisə edirəm, mühakimə yürüdürəm) öz nöqteyi-nəzərini təsdiq etmək, digər tərəf üzərində qələbə çalmaq məqsədilə hər hansı bir məsələnin və ya problemin müzakirəsidir. Disput:
- müəyyən və son qərar qəbul edilməsi zərurəti yaratmayan həyati əhəmiyyət kəsb edən məsələlərin və problemlərin müzakirəsinə yönəldilir;
- biliklərin motivasiyasının “zəiflənməsinin” qarşısının alınması üsuludur;
- biliklərin əldə edilməsinə yönəldilir və fikirlərin, mövqelərin toqquşması prosesində kommunikativ və dialoq bacarıqlarının və vərdişlərinin yaranmasıdır;
- anlayışların və dəlillərin təhlil edilməsinə, öz baxışlarını müdafiə etməyə və digər şəxslərə inandırmağa çalışmağa imkan verir; - əks mövqelərin güclü və zəif tərəflərini müəyyən etməyi, bir tərəfin mövqeyinin dəstəklənməsini və digər tərəfin mövqeyinin səhv olmasını sübutlarla təqdim etməsini öyrədir;
- həqiqət naminə səhv mövqelərin inkar edilməsi cəsarətini öyrədir.
Disputun mərhələləri: I mərhələ: giriş
- auditoriya öz mövqeyini müdafiə edən 2-3 qrupa bölünür;
- hər bir qrup iştirakçıların rolunu müəyyən edir;
- problem (mövzu) formalaşdırılır; - mübahisənin əsas məsələləri qeyd olunur;
- müxtəlif fikirlər səsləndirilir;
- disputun keçirilməsi qaydaları və şərtləri, reqlamenti müəyyən edilir;
- zəruri didaktik material paylanır;
- problem məsələ problem vəziyyətə çevrilir.

Yüklə 21,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə