40
Qeyri-kommersiya təşkilatı dedikdə, təsis sənətlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar
əsasında birləşmiş fiziki və (və ya) hüquqi şəxslərin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarə edən,
öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri
arasında bölməyən təşkilat başa düşülür. Qeyri-kommersiya təşkilatlarına ictimai birliklər, fondlar və s.
aiddir”. =Sitatın sonu=
Nə "Xural" qəzeti qanunda göstərilən dövlət təşkilatlarından, kommersiya və qeyri- kommersiya
qurumlarından biridir, nə də mən dövlət məmuru deyiləm. Mən KİV-əm və KİV haqqında qanun mənim
fəaliyyətimi tənzimləyir. Mən heç bir halda rüşvət ala bilmərəm.
Mən hüquqi şəxs də deyiləm. Mən fiziki şəxsəm və fərdi sahibkaram. Üzəduranlar belə mənə rüşvət
vermədiklərini deyirlər. Mən zatən rüşvət ala bilmərəm.O zaman baş verənlərin adı nədir? Şər! Şər!!
Şər!!!
RÜŞVƏT TƏKLIF EDƏNLƏR
CM-in 33-cü fəsli mənə aid deyil və ola da bilməz. 33-cü fəslin əhatə dairəsinə daxil olmaq üçün
mütləq dövlət məmuru olmaq lazımdır. Mətbuatın fəaliyyətini KİV haqqında qanun tənzimləyir və CM-
in 147 və 148-ci maddəsinə görə, cinayətin baş verib-baş vermədiyi müəyyənləşir.
Amma G.Əhmədova özü də etiraf edir ki, haqqında hansısa yazıları yazmamaq üçün mənim
redaksiyama gəlib, mənə rüşvət təklif edib. Amma mən onun bu çirkin təkliflərini qəbul etməmişəm.
Onun məqsədini anladıqdan sonra ondan qaçmışam, onun telefonlarını götürməmişəm. O, məcbur olub
mənim yanıma müxtəlif adamlar göndərib, müxtəlif adamlara zəng etdirib. Nə o adamlarla görüşmüşəm,
nə də o adamların zənglərini qəbul etməmişəm. Təkcə G.Əhmədova yox, bir çox dövlət məmurları mənə
hansısa yazıları yazmamağım müqabilində nəsə təklif ediblər. Əgər onların təklif etdikləri rüşvətdirsə, o
zaman rüşvət təklif edənlərin başında Ə.Həsənov və onun qudası Səttar Mehbalıyev gəlir. Onlar
qudadırlar. Ə.Həsənovun qızını Səttar Mehbalıyevin oğlu alıb. Xoşbəxt olsunlar, ona sözüm yox.
FIKRƏT MƏMMƏDOVUN OĞLU
S.Mehbalıyevin oğlu İsfəndiyar Mehbalıyev Ədliyyə naziri Fikrət Məmmədovun oğlunun çənəsini
vurub qırmışdı. Bu hadisə o zaman böyük rezonans doğurdu. Hətta Bakı şəhər prokurorunu bu hadisəyə
görə işdən çıxardılar. Məsələ mərhum prezident Heydər Əliyevə qədər gedib çıxdı və İ.Mehbalıyevi
hüquq-mühafizə orqanlarından xaric etdilər. S.Mehbalıyevin oğlu o zaman Nərimanov rayon
prokurorunun köməkçisi işləyirdi.
Aradan bir neçə il keçdi və Heydər Əliyev dünyasını dəyişdi. Eyni zamanda İ.Mehbalıyev Ə.Həsənovun
kürəkəni oldu. Kürəkən olan kimi olanlar unuduldu və Ə.Həsənovun kürəkəni R.Mehdiyevin və onu
qüdrətli generalı Ramil Usubovun sayəsində yenidən polis orqanlarına qaytarıldı. İsfəndiyarın qırdığı
çənə bir yana buraxıldı və ən azı xuliqanlıq maddəsi ilə həbs olunmalı olan bu “papasının” və
“qayınatası”nın gül balası və gül kürəkəni 34-cü polis bölməsinin rəisi təyin olundu.”Xural” bu faktı
araşdırdı.
”Xural”ın bu araşdırmasından narahat olan Ə.Həsənov ən yaxın adamlarını ”Xural”a göndərdi.
Mənə ciddi vədlər verildi, ancaq mən qarşı tərəfə “cavab haqqı” tanıya biləcəyimi dedim və
Ə.Həsənovun göndərdiyi adamı geri qaytardım. Bundan sonra İsfəndiyar Mehbalıyevin atası
S.Mehbalıyev öz birinci müavinini yanıma göndərdi. Eyni qaydada onlara “cavab haqları”nın olduğunu
dedim və onlar da kor-peşman qayıtdılar. Mən Ə.Həsənovun və S.Mehbalıyevin ard-arda gələn rüşvət
təkliflərini qəbul etmədim. Hətta Səttar Mehbalıyevin əl telefonunu, birbaşa otaq telefonunu verdilər və
onun görüşmək təklifini dedilər. Qəbul etmədim. İndi mənə məlum olur ki, Ə.Həsənov bu planı öz
qudası ilə də etməyi düşünübmüş. Bütün bu hadisələr son bir ildə - R.Mehdiyevin məhkəmə şousundan
sonra baş verib.
41
Ə.Həsənovun Sabunçu rayon icra hakimiyyətində bir qardaşı var. Memardır. Adı İsadır. İsa Həsənov
hamının gözlərinin qarşısında rüşvət yığır və bunu gizlətməyə ehtiyac da görmür. Pul verməyənin evini
başına uçurur. ”Xural”a məlumat daxil oldu və mən hətta ərazinin deputatı Fazil Mustafadan məsələyə
yardımçı olmasını xahiş etdim. F.Mustafa dedi ki, İsa heç Ə.Həsənovu da dinləmir. Bundan bir gün
sonra İ.Həsənovun adamları gəlib həmin evi sökdülər və beləcə də dedilər: “Bizim pul istəməyimizi
Ə.Zeynallıya şikayət edibsiniz. Qoy Ə.Zeynallı gəlib sizin evinizi tiksin”. Onlar bilmirdilər ki,
dağıtdıqları ev mənim doğmaca bacımın evidir. Bacımgilin 3.000 manat rüşvət verməyə nə imkanları, nə
də həvəsləri yox idi.
Sabunçu rayonunun pul yığanı, rüşvət torbasını İ.Həsənovun adından toplayanı isə Ə.Həsənovun
doğmaca bacısı oğlu idi. Bəli, bəli!...
Ə.Həsənov bu məqamda da adamını göndərdi. Mənə yenə rüşvət təklif elədi. Qəbul
etmədim.Yaxınlarının rüşvətdən əl çəkməsini tələb etdim. Bu qədər də olmaz ki… Kim bilmir ki?
RÜŞVƏTİ NECƏ ALIRLAR?
Əli Həsənovun qardaşı, adamları
kimi...
Gülər kimi… Gülərin rüşvət tələbi və
Elşad Abdullayevdən 2.000.000 dollar
alması klassik hüquq kitablarına düşəsi
olaydır. Bəli, rüşvəti elə alarlar. Yanında
vasitəçilərini götürüb, adamın iş yerinə
gedər,
“razborka”
aparar,
“mən
alıram,əcəb edirəm” deyər, bağırda-
bağırda adamı şantaj edər və istədiyi
pulu alar. Çünki arxasında R.Mehdiyev
var. Çünki pulu R.Mehdiyev üçün alır.
Çünki bunlar prezidentin masasına
gedən siyahıları belə tərtib edəcək və
dəyişdirəcək gücdədir. Bunlar həbs
olunacaq insanların da siyahılarını prezidentin masasının üzərinə qoyurlar.
MƏN RÜŞVƏTƏ DÜŞMƏN OLDUM!
Mən ziyalı ailəsində doğulmuşam, tərbiyə almışam, böyümüşəm. Mənim atam ömrü boyu heç kimə bir
manat rüşvət verməyib. Hələ SSRİ-nin zamanında mən onu - Atamı döyüşən, vuruşan, mübarizə aparan
görmüşəm. Mən bütün ömrümdə və həyatımda qazandığım ali olan nə varsa Atama - Tapdıq müəllimə
borcluyam. Onun döyüşkənliyini, əzmkarlığını, mübarizliyini miras götürmüşəm. Orta məktəbdə də,
hərbi xidmətdə də, Türkiyədə təhsil aldığım illərdə də elə olmuşam. Dünyanın o başından -
Vladivostokdan bu başına - Aralıq dənizinə, Kipr adasına qədər hər yeri dolaşmışam və Anamın dediyi
kimi bir ayım, bir ilim normal ötüşməyib : “Mənim bələyim də odla bələnib”.
2005-ci ildə İlham Əliyevin “dəyişiklik gətirəcək” rüzgarına inanıb, deputatlığa namizədliyimi
vermişəm və təbii ki, dərhal da anlamışam ki, İlham Əliyevin islahat aparacağına səhv edib inanmışam.
Mən bəlkə də ilk namizəd idim ki, deputatlıq platformasına rüşvət və korrupsiyaya qarşı mübarizə
edəcəyimi salmışdım. Mən rüşvət və korrupsiyaya hər zaman düşmən oldum, bu, həm də mənim
qanımdadır.
Bütün ali ideallarla yaşadığım illərdə də belə düşündüm. Azərbaycanın 3 prezidentinin 3-ü ilə də
görüşdüm. Türkiyənin prezidentləri ilə görüşdüm, Türkiyədə “Böyük Gələcək” jurnalı çıxardım. Dünya
bizim qurduğumuz təşkilatlardan, Ankarada təşkil etdiyimiz toplantılardan danışdı. Biz Azərbaycanı bir
dünya dövləti etmək üçün oxuduq, yetişdik, tərbiyə aldıq - Azərbaycanda nə gördük. Ən ağır, məşəqqətli