Davraniş pozuntusu zamani təTBİq olunan diaqnostik metodlar


I “MASA ARXASINDA CÜCƏLƏR”



Yüklə 1,76 Mb.
səhifə2/2
tarix23.08.2023
ölçüsü1,76 Mb.
#120836
1   2
CAT - DAVRANIŞ POZUNTUSU

Təlimat

I “MASA ARXASINDA CÜCƏLƏR”

  • Bacı-qardaş arasında rəqabət, qida mədəniyyəti və davranış problemləri.

II “İP ÇƏKƏN AYILAR”

III “QƏLYANLI ŞİR”

  • Şir ata fiqurunu ifadə edir. Qəlyan və çəlik qocalıq və gücsüzlük və ya aqressiya, silah kimi ifadə oluna bilər. Mütləq şirin yumşaq, güclü, təhlükəli və s. olduğunu dəqiqləşdirmək lazımdır.
  • Siçan tədqiq olunanın özüdür. Arada olan münasibət dəqiqləşdirilməlidir. Bəzi uşaqlar şir ilə identifikasiya etməklə konfiliktin olmasına əsas verirlər.

IV “KENQURU VƏ BALALARI”

  • Bacı-qardaş arasında münasibətin və ya yeni uşağın dünyaya gəlməsinə münasibətin öyrənilməsi. Həmçinin bu şəkildə ana ilə əlaqənin xarakteri mühim rol oynayır. Uşağın balaca ilə identifikasiyası aqressiya əlamətidir. Real balacanın böyüklə identifikasiyası isə hakimiyyət və müstəqilliyə meyilli olmasından xəbər verir. Çanta qida ilə bağlı mövzu yarada bilər, həmçini, təhlükədən qaçış da ola bilər. Bu valideynlər arasında münasibət, hamiləlik və seks ilə bağlı şüuraltı qorxu ilə əlaqədar ola bilər.

V “ÇARPAYIDA İKİ AYI BALASI”

  • Uşaq valideynlər arasında baş verənləri müşahidə edir. Bu şəkil uşaqlarda ehtimalları, müşahidə və emosianal yaşantıları ilə bağlı mövzuları əks etdirir.

VI “QARANLIQ MAĞARADA AYILAR”

  • Bu şəkil öncəki ilə eyni məna yükünə malikdir. Arxa fonda baş verənlərə reaksiyanı öyrənir. Bu üçlü stuasiyada qısqanclıq əks oluna bilər. Masturbasiya probleminin olması həm öncəki şəkildə, həm də bu şəkildə də yaranmış mövzuda dalğa kimi keçə bilər.

VII “ƏSƏBLƏŞMİŞ PƏLƏNG VƏ MEYMUN”

  • Burada qorxular, aqressiyadan qaçış və onunla mübarizə nümayiş olunur. Adətən uşağın gərginlik səviyyəsi haqqında məlumat verir.

VIII “MEYMUN BALASI İLƏ SÖHBƏT EDİR”

  • Burada uşağın ailə sistemindəki rolu aşkarlanır. Ön plandakı meymunun ana və ya ata olmasının interpretasiyası həmin fiqurun mehriban və ya hökm çıxaran, təzyiq göstərən kimi qavranılmasından xəbər verir.

IX “QARANLIQ OTAQDA DOVŞAN”

  • Qaranlıq, tənhalıq, valideynlər tərəfindən atılma qorxusu və ya digər otaqda baş verənlərə uşağın maraq və münasibəti ilə bağlı mövzu.

X “İTİN QUCAĞINDA BALASI”

  • Tualet vərdişləri və digər məsələlər ilə bağlı cəzalandırma mövzularının işlənilməsi.

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə