Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   11   12   13   14   15   16   17   18   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 40 -
sərvətinə, əslinə qalsa, regiondakı türk etnomədəni irs nümunələrinə əsassız 
iddiaları barədə az sonra bəhs olunacaqdır. Bununla belə, «erməni xalçaları» 
üzərində türk damğa işarələrinin, xüsusilə dövlətçilik rəmzlərinin əsk olun-
ması barədə tutarlı sübutlar onların mənimsəmə cəhdlərinə təsirli zərbə ola 
bilər. Təsadüfi deyildir ki, Ermənistanın xalça üzrə mütəxəssisi Liliya Ava-
nesyan bəzən «Tatev», bəzən də «Sünik-Arsak xalçaları» kimi təqdim etdiyi 
«Malıbəyli» xalçaları üzərindəki rəmzlərin həqiqi semantikasını bilmədən, 
bəlkə də, məqsədli şəkildə gizlədərək, onlara uydurma yozum verməkdən 
çəkinmir, “qoç başı” təsvirini gah «qıvrılmış ilan», gah da «çinar ağacına 
bənzəyən magiya işarəsi» adlandırır.
27
 Beləliklə, normal məntiqə və tarixi-
etnoqrafik materiallara söykənərək, «Malıbəyli» xalçalarının, eyni zamanda, 
rəmz təsvirlərinə görə 
«Qaraqoyunlu xalçaları» sırasına daxil edilməsini 
məqsədəuyğun hasab edirik. 
1-2. XIX əsrə aid «Malıbəyli» xalçalarında «çərxi-fələk» və onun fraqmenti.  
3. Qraqoyunlu dövlətinin bayrağındakı qara qoç rəmzi. 4.Gəmiqaya qayaüstü 
təsvirlərində bənzər rəmz.
28
  5-6. Borçalıda və İranda yaşayan qaşqayların
 (etnik azərbaycanlıların) xalçalarında analoji rəmz.
27 
 Л.Аванесян. «Связь изображений армянских ковров с погребальным обрядом». Журнал «Анив», №3 (42).  
28  
V.Əliyev. «Gəmiqaya abidələri». Bakı, 1992.


Damğalar, rəmzlər… mənimsəmələr
- 41 -
Qədim yaşayış məntəqələri, şirin su mənbələri, otlaqlar yaxınlığındakı sal 
qaya daşları üzərinə həkk olunmuş damğalar xüsusi tədqiqat obyektləri olmaqla 
yanaşı  funksional  baxımdan  digər  tanınma-fərqləndirmə  işarələrindən  fərqli 
xüsusiyyətlərə  malikdir.  Azərbaycanda  –  Yazılıdaş  (Qobustan),  Gəmiqaya, 
Qərbi Azərbaycanda - Geğam (Göyçə), Dəvəboynu abidələri, Qazaxıstanda - 
Tamqalıtas (Damğalı daş), Eşkiölməz, Qırğızıstanda - Saymalıtaş, Xakasiyada 
-  Sülek,  Özbəkistanda  -  Sarmışsay,  Xocikənt  və  s.  belə  rəmzlərlə  zəngindir. 
Təəssüf ki, Azərbaycanda indiyədək həmin işarələrin sistemli şəkildə toplanması, 
onların etnomədəni məkan və məskunlaşma coğrafiyası kontekstində təsnifatı 
və  kompleks  tədqiqi  istiqamətində  kifayət  qədər  səmərəli  iş  aparılmamışdır. 
Təqribən eramızdan 12-15 min il əvvəlki dövrlərdən orta əsrlərədək olan böyük 
zaman  kəsiyini  əhatə  edən  Qobustan  qayaüstü  təsvirləri  damğa  işarələrinin 
tədqiqi baxımından da əhəmiyyətli tədqiqat mənbəyidir. Burada aşkar edilmiş 
damğa nümunələrinin ən qədimləri isə Tunc dövrünə və ondan əvvəlki zamanlara 
aid olunur. Sakral xarakter daşıyan Cingirdağ (bəzi ehtimallara görə, Dinqirdağ/
Tenri dağı oroniminin fonetik təhrif olunmuş variantı) ərazisi damğa işarələri 
ilə daha zəngindir. Buradakı 43 qaya parçası üzərində 170-dək damğa işarəsi 
müəyyən  edilmişdir.  Tanınmış  Azərbaycan  arxeoloqu,  professor  Cəfərqulu 
Rüstəmovun araşdırmalarına görə, təkcə 123 və 143 nömrəli daşların hər birinin  
üzərində 21 və 36 nümunə olmaqla qazma üsulu ilə 57 işarə həkk edilmişdir. 
Alimin qənaətinə görə, 
«Qaya və  daşlar üzərində  işarə  və  damğaların nə  
məqsədlə  qazılması haqqında tam və qəti fikirlər söyləmək çətindir. Hər 
halda, onların tayfa, qəbilə, nəsil və  şəxsi damğa işarələri olması barədə 
fikir  daha  ağlabatandır».
29
  Tarixi  Azərbaycan  ərazilərində  qədim  damğa 
işarələrinin araşdırılması, onların deşifrəsi, semantikasının müəyyənləşdirilməsi 
ilə bağlı ilk və mühüm tədqiqatlar mərhum professor Cəfər Cəfərov tərəfindən 
aparılmışdır. Alim Azərbaycan  xalqının  etnogenezinin,  etnik  mədəniyyətinin 
öyrənilməsində  ibtidai  təsvirlərin,  qədim  maddi-mədəniyyət  nümunələri 
üzərindəki rəmzlərin öyrənilməsinin zəruriliyi barədə yazırdı: «
On ildən artıq 
bir dövrdə göstərdiyimiz səylər Qobustan, Gəmiqaya, Kəlbəcər qayaları, 
habelə  xalça  nümunələri,  dulusçuluq  əşyaları,  memarlıq  abidələrindəki 
min  illərin  yadigarları  olan  damğa  və  işarələrin  söz,  anlayış,  ideoqram 
kimi  oxunuşuna  inamı  artırır  və  bu  vacib  məsələnin  təxirəsalınmaz 
olduğunu bir daha əsaslandırır. Qənaətimizə görə, onların oxunuşu tarix 
29  
C.Rüstəmov. «Qobustan dünyasi». Bakı: Azərbaycan Dövlət Nəşriyyatı,  1994.


Damğalar, rəmzlər… mənimsəmələr
- 42 -
tərəfindən  çoxdan  unudulmuş  xalqlar,  tayfalar,  titullar,  ictimai-siyasi 
anlayışlar,  vəzifələr  barədə  bizə  əvəzsiz  məlumat  verir».
30
  Bununla  belə, 
Cəfər  Cəfərov  Qobustan  qayaüstü  rəsmlərindəki  nişanları  «ideoqrafik  yazı 
nümunəsi» (müəyyən ideyanı özündə əks etdirən təsvirlər) adlandırsa da, onların 
bir hissəsinə heroqlif (ayrı-ayrı söz və səsləri bildirən işarələr), digərlərinə isə 
əlifba fonemləri (hərfləri) kimi yanaşmışdır. C.Cəfərov belə universal yanaşma 
sistemi  sayəsində  qədim  türklərin  «öz»,  «oz»,  «sarman»,  «qaz  təpiyi»  və  s. 
adlandırdıqları sakral işarə variantları         və Orxon-Yenisey əlifbasında 
cingiltili 
«z» samitini ifadə edən   
31
 qrafemi arasında bənzərliyi əsas götürərək, 
Qobustan qayaları üzərindəki 
          
      rəmzlərini 
«as ər», 
«as  kan»,  «ər  as  xan»  kimi  oxumuş,  onları  unudulmuş  etnonimlərdən  olan 
və  dilimizdə  «
azman»,  «azər»  kimi  sözlərdə  qalan,  Azərbaycan  xalqının 
etnogenezinin  formalaşmasında  iştirak  edən  qədim 
az  və  ya  as  tayfaları  ilə 
əlaqələndirmişdir.
32
 Professor eyni zamanda 
«Azərbaycan», «özbək», «oğuz», 
«çuvaş» (çuvas), «xakas», «qaraqaş» (karakas)«tuva» və digər etnonimləri, 
Azərbaycan ərazisindəki 
Asnı dağını, eyni adlı kənd, çay və tayfanı, Astara 
royonunu, Cənubi və Şimali Qafqaz, Krım və Rusiyadakı 
Aştarak, Həştərxan 
(As-tarxan), 
Askan,  Kanaz,  As  (Perm  vilayəti)  şəhərlərinin  adlarını  as/
az  tayfaları  ilə  bağlamışdır. Alimin  gəldiyi  qənaətə  görə,  Qobustan  qayaları 
üzərində həkk olunmuş işarələr bu qədim xalqın tarixinin və etnik mənşəyinin 
öyrənilməsində etibarlı mənbə ola bilər. 
C.Cəfərovun  təşəbbüsü  və  qənaətləri  elm  aləmində  birmənalı  qarşılan-
masa da, onun Azərbaycanda az tayfalarının məskunlaşması, burada maddi-
mədəniyyət nümunələri yaratmaları və etnik mənşələri barədə irəli sürdüyü 
cəsarətli fikirləri, səyləri diqqətəlayiqdir. Qeyd edək ki, adı Qurani-Kərimdə 
«as qövmü», Orxon-Yenisey yazılarında «ak er as», Kül tigin abidələrində 
«as budun» (as xalqı) kimi çəkilən as və ya azları Lev Qumilyov «Altaydan 
Uraladək uzanan böyük bir ərazidə yaşamış məşhur müəmmalı xalq» ad-
landırmışdır.
33
 Orta əsrlərdə yaşamış ərəb tarixçisi İbn Hövqəl Azərbaycanda 
- Ərdəbil yaxınlığındakı Sərat şəhərində əhalinin 
aslardan (ər-as, əhli ər-as) 
ibarət olması barədə məlumat verirdi.
34
 Eyni zamanda, Ağrı dağının yaxın-
30 
 C.Cəfərov. «Bəzi damğa və işarələrin etimoloji izahı»// (Elmi əsərlərin tematik məcmuəsi), Bakı, ADU, 1987.
31 
 Ə.Rəcəbli. «Qədim türk yazılı abidələri», I cild, Bakı, 2009.  
32 
 C.Cəfərov. Göstərilən əsəri.
33 
 Л. Гумилев. «Древние тюрки». Москва, 1967.
34 
 N.Vəlixanlı. «IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında». Bakı, 1974.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə