Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə5/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   2   3   4   5   6   7   8   9   ...   106

19 

 

 



 

 

 

 

 

Kitab Azərbaycan paleolit məktəbinin banisi 

Professor Məmmədəli Murad oğlu Hüseynovun  

əziz xatirəsinə həsr olunmuşdur. 

 

GĠRĠġ 



 

Çoxcildlik Azərbaycan arxeologiyasının  yazılmasında əsas 

məqsəd son 150 ildə və xüsusən, XX əsrdə Azərbaycan dövləti iki 

dəfə  müstəqillik  əldə  etdikdən  sonra  respublikamızın  ərazisində 

aparılmış arxeoloji tədqiqat və kəşfiyyat işləri nəticəsində tapılmış 

maddi- mədəniyyət  qalıqlarını 

arxeologiya  elminin  müasir 

səviyyəsində  tədqiq  edib,  onun  nəaliyyətlərini  beynəlxalq  və 

ölkəmizin geniş ictimaiyyətinə çatdırmaqdan ibarətdir. 

Uzaq  keçmişin  tədqiqində  ən  mühüm  mənbə  arxeoloji 

tapıntılar  hesab  olunur.  Arxeoloji  mənbələr  əsasında  ilk  ibtidai 

insanların  meydana  gəlməsi,  inkişaf  etməsi  və  formalaşması 

tarixini dəqiq öyrənmək olur. Məhz buna görə də arxeologiya elmi 



20 

 

insanın  uzaq  keçmişini  maddi  mədəniyyət  qalıqları  vasitəsilə 



tədqiq edir. 

1953-cü  ilə  qədər    Azərbaycan  Respublikası  ərazisində 

Paleolit  dövrünə  aid  qədim  insan  düşərgələrinin  olmadığı  barədə 

elmi  ədəbiyyatlarda  yanlış  fikir  söylənilirdi.  Hətta,  1881-ci  ildə 

Tiflis şəhərində keçirilən V arxeoloji qurultayda Zaqafqaziya  və o 

cümlədən Azərbaycan ərazisində  ibtidai  insanların  yaşamadığı  və 

bu  bölgələrdə  qədim  insan  düşərgələrinin  olmaması  barədə  qərar 

çıxarılmışdı.  Təəssüf  ki,  1953-cü  ilə  qədər  Azərbaycan  tarixinə 

aid  yazılmış bəzi əsərlərdə bu qərarın düzgün olduğunu  söyləyən 

arxeoloqlar da var idi. 

Tarixi  mənbələr,  coğrafi  və  paleogeoloji  ədəbiyyatlardan 

məlum  olurdu  ki,  Azərbaycan  Respublikasının  ərazisi  ən  qədim 

zamanlardan  ibtidai  insanların  məskunlaşması  üçün  olduqca 

əlverişli  təbii  coğrafi  şəraitə  malik  olmuşdur.  Daş  Dövrünün 

görkəmli  tədqiqatçısı  Sergey  Nikolayeviç  Zamyatnin  1950-ci 

illərin  əvvəllərində  yazırdı  ki,  Azərbaycan  ərazisində  Binəqədi 

yaxınlığında  tapılmış  fauna qalıqları bu ərazidə  IV dövrdə  ibtidai 

insanların  yaşaması  üçün  əlverişli  təbii  coğrafi  şəraitin  olmasını 

göstərir (Zamyatnin, 1950). 

Azərbaycan Respublikası ərazisində paleolit düşərgələrinin 

aşkar  olunması  məqsədilə  1953-cü  ilin  noyabrında  rus  alimi 

S.N.Zamyatnin  Leninqraddan  Bakıya  dəvət  olunmuş  və 




21 

 

M.M.Hüseynovun  iştirakı  ilə Şamaxı,  Mərəzə  və Qazax rayonları 



ərazilərində  arxeoloji  kəşfiyyat  işləri  aparılmışdır.  Aparılan 

arxeoloji  kəşfiyyat  işləri    zamanı  ən  yaxşı  elmi  nəticə  Qazax 

rayonunun  Damcılı  ərazisində  əldə  olunmuşdur.  Damcılı 

mağarasında aparılan arxeoloji kəşfiyyat işləri  zamanı düşərgənin 

çöküntülərindən 

Mustye, 


Mezolit, 

Neolit 


və 

Eneolit 


mədəniyyətlərinə  aid  maddi  mədəniyyət  nümunələri  tapılmışdır 

(Zamyatnin, 1958). 

1958-ci  ildə  M.M.Hüseynovun  rəhbərliyi  altında  Paleolit 

arxeoloji  ekspedisiyasının  Qazax  rayonu  ərazisində  apardığı 

arxeoloji kəşfiyyat  işləri  zamanı  Daş dövrünə aid  yeni bir abidə - 

Daşsalahlı  düşərgəsi  qeydə  alınmış  və  tədqiq  olunmuşdur 

(Hüseynov, 1975). 

1960-cı 


ilin  iyun-iyul  aylarında  M.M.Hüseynovun 

rəhbərliyi  altında  Paleolit  arxeoloji  ekspedisiyası  Qarabağın 

Quruçay  və Köndələnçay  vadilərində  apardığı arxeoloji kəşfiyyat 

işləri   zamanı dünya şöhrətli Azıx  və Tağlar paleolit düşərgələrini 

qeydə alıb və kompleks şəkildə arxeoloji qazıntılar aparmışdır.  

Sonralar  aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində 

Qarabağda  Şuşa,  Kəlbəcərdə  Zar  və  Orta  Şurtan  tapıntı  yerləri, 

Naxçıvan  ərazisində  Qazma,  Lerik  rayonu  ərazisində  isə  Buzeyir 

və Zuvandçay paleolit düşərgələri qeydə alınmışdır.  



22 

 

Azərbaycan  Respublikası  ərazisində  son  55  il  ərzində 



aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində  ilk  ibtidai  insanların 

məskunlaşmasına 

aid 

zəngin 


arxeoloji, 

paleontoloji 

və 

paleoantropoloji  materiallar  aşkar  edilmişdir.  Həmin  elmi 



tapıntılar  əsasında  respublikamızın  ərazisi  ibtidai  insanın 

formalaşdığı ərazilər sırasına daxil edilmişdir.  Aparılan kompleks 

arxeoloji tədqiqatlar  nəticəsində Azərbaycan ərazisində  ilk  ibtidai 

insanların  2-2,5  milyon  il  bundan  əvvəl  məskunlaşmağa 

başlamaları elmi faktlarla sübuta yetirilmişdir. 

Çoxcildlik  Azərbaycan  arxeologiyasının  “Daş  dövrü” 

cildində  Azərbaycanın  Quruçay,  Arpaçay,  Tərtərçay,  Viləşçay, 

Zuvandçay,  Daşaltıçay  və  digər  çay  vadilərində  aşkar  edilmiş 

Quruçay, Aşel, Mustye, Orinyak, Solyutre, Madlen, Azil, Mezolit, 

Neolit arxeoloji  mədəniyyətlərinə aid  maddi  mədəniyyət qalıqları 

şərh  olunmuş  və  onların  xarakterik  xüsusiyyətləri  müəyyən 

edilmişdir. 

Əsərdə  həmçinin  respublikamızın  ərazisində  Daş  dövrünə 

aid  düşərgələrdən  aşkar  olunmuş  maddi  mədəniyyət  qalıqları 

əsasında  burada  ibtidai  insanların  mağara  həyatından,  əmək 

alətləri 

hazırlanmasının  texniki-tipoloji  xüsusiyyətlərindən, 

ovçuluq  təsərrüfatından,  ilkin  odla  tanışlıqdan,  ibtidai  tikili 

yerlərindən,  qədim  insan  qalıqlarından,  qayaüstü  rəsmlərdən, 

ibtidai  icmanın  ayrı-ayrı  inkişaf  mərhələləri  və  Qarabağın  ən 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə