D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   19   20   21   22   23   24   25   26   ...   93

70
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Oxun  sancıldığı  məkanda  toy  otağını  qurdurub  39  yoldaşı  ilə  ye-
yib-içib yatır.  Bundan xəbər tutan düşmən onu əsir götürür. Bir il 
əsarətdə qalan Beyrək qaçanda yolda düşmənin ilxısına rast gəlir. 
“Bir at bularsam, tutayım binəyim!” deyib  ilxını nəzərdən keçirəndə 
öz Dəniz qulunu, Boz ayğırı otlayan görür. “Boz ayğır dəxi Beyrəgi  
görüb tayandı  iki ayağının üzərinə turdu, kişnədi. At başını yuqarı 
tutdu, bir qulağını qaldırdı, Beyrəgə qarşı gəldi. Beyrək at köksin 
qucaqladı. İki gözün öpdi.  Sıçradı bindi” (1, səh. 60).  Bu epizoda 
oxşar motivlərə “Koroğlu”, “Qaçaq Nəbi” dastanlarında, “Dəli Kür” 
romanında da rast gəlinir. “Qırat Koroğlunun səsini eşitcək, az qaldı 
ki, tövləni başına götürsün. Elə oynadı, elə oynadı ki, gəl görəsən... 
At Koroğlunu görəcək elə kişnədi, elə kişnədi ki, dam-daş lərzəyə 
gəldi”. Koroğlu qucaqlayıb atın üzündən-gözündən öpüb duz kimi 
yalamağa başladı. Qırat da burnunu onun qoynuna, qoltuğuna soxub 
elə iyləyirdi  ki, elə bil inək balasını iyləyir” (8, səh. 151). “At Nəbi-
nin hənirini alan kimi bərkdən kişnədi. Nəbi onu qucaqlayıb gözlə-
rindən öpdü”. (9, səh.199)
“At həmişə Cahandar ağanın ayaq tappıltısını eşidəndə bərkdən 
kişnəyərdi, irəşməni dartıb ora-bura qaçar, sonra da dal ayağı üstün-
də şahə qalxıb dayanardı. Ancaq bu dəfə tərpənmədi. Cahandar ağa 
mıxçanı yerdən çıxartdı. İrəşməni yığdı və atın yanına gəldi. Onun 
belini  sığalladı.  Nədənsə,  lap  fağırlayıb.  Süst  düşən  atın  boynunu 
quçaqlayıb üzündən öpdü”  (9, səh. 305) 
“Atsız igidin ümidi olmaz”. Oğuz igidlərinin başına elə nə gə-
lirsə mindiyi atın belindən düşüb bərk yuxuya gedəndə gəlir. Onlar 
döyüş zamanı nə qədər möhkəm əzəmətlidilərsə yuxuları da  bir o 
qədər möhkəm olur. Atlarının kişnəməsi, ayaqlarını yerə bərk döy-
mələri də onları oyada bilmir. Bunu bilən yağı düşmən igidləri yat-
mış vəziyyətdə, bir də hiylə işlətməklə ələ keçirə bilirlər. Düşmən 
Qazan xanı, Bamsı Beyrəyi yatmış vəziyyətdə ələ keçirmişdi. Aruz 
Beyrəyə sifariş göndərib Qazana qarşı onunla birgə olmağa çağırıb, 
hiylə işlədir, onu razı salmayanda öldürtdürür. Qaçaq Nəbi də atının 


71
Folklor, mifologiya, etnoqrafiya
belində olduğu zaman öldürülmür.  Naqafil arxadan namərdcəsinə 
vurulur. 
Deyilənlərə  görə,  Qaçaq  Kərəmin  atası  Qara  İsgəndər  öləndə 
onun qara xallı boz atı meyitinin başına dolanırmış. Dəfnindən xey-
li vaxt keçəndən sonra  İsgəndərin qəbrini ziyarətə gedənlər leysan 
kimi yaşlar axıdan boz atın kişnəyə-kişnəyə qəbrin başına dolandığı-
nı görürlər. (Qaçaq İsgəndər oğlu Qaçaq Kərəm uzun illər at belində 
qaçaqçılıq etmişlər).  
At həm də evin dirəyi, arxası sayılırdı. 
Boz atım niyə getdi?
Nə oldu, niyə getdi?
Evdən bir arxa gedər
İkisi niyə getdi? 
At igidin qardaşıdırmı?....  
                                 
At demərəm, sana qartaş deyərəm,
Qartaşımdan yek!” (1, səh. 56)
“Ay qardaşımdan vəfalı heyvan, sən də  düşmənin zindanına düş-
müşdün”. (9, səh. 199)
                                    
At igidin qardaşıdır.  
Qoç Koroğlu öyünər: ( 8, səh. 137)
“Mən səni özümə qardaş, sirdaş bilirdim “Qəmər” (10, səh. 308). 
Göstərilən parçalarda Beyrək, Qaçaq Nəbi atı qardaşdan üstün tutur. 
Sədaqətdə, etibarda, dayaq durmaqda at qardaşın göstərə bilmədiyi 
dəyanətinə görə qiymətləndirilir. “Qardaşımdan artıq”, “Qardaşım-
dan vəfalı”.Onlardan fərqli olaraq isə Korpoğlu, Cahandar ağa atı 
qardaşa bərabər tutur. Bu qəhrəmanların Qaçaq Nəbidən başqa heç 


72
DƏDƏ QORQUD ARAŞDIRMALARI
birinin  erkək  qardaşı  yoxdur.  Koroğlunun  isə  heç  biri  yoxdur.  Nə 
erkək, nə də qız qardaşı. Qaçaq Nəbi atına qardaşdan vəfalı heyvan 
deyib, onu əzizləyir. Bu onu təsdiqləyir ki, at nəinki, igidə qardaş ola 
bilməz, heç ata da,  oğul da ola bilməz. Ata, oğul-qardaş hər kəs üçün 
arxa, dayaqdır. Lakin qəhrəmana aid məkanlarda ümumiyyətlə onla-
rın həyatında belə onların heç biri qəhrəmana atı qədər yaxın, həm-
dəm ola bilməz. At qədər vəfalılıq, sədaqət göstərmək iqtidarında da 
deyillər. At qəhrəmanın bir parçasıdır. “İgid atı ilə tanınar”, “Atsız 
igid yürüməz” və s. fikirlərimizi təsdiqləyən belə xeyli hikmətli ata-
lar  məsəlləri  nümunə  göstərmək  olar. Yuxarıda  gətirilən  lirik-epik 
nümunələrdə  qəhrəmanın  dilində  verilən  və  araşdırmalarda  söylə-
nilənlər  atın qəhrəmana vəfalı dost, sirdaş, hər bir mənada yaxınlıq 
dərəcəsinin keyfiyyətini göstərməsinə  yönəlmişdir.  Rəvayət və əf-
sanələrdə söylənilir ki, at göydən insanlara tanrı tərəfindən hədiyyə 
göndərilib. Buna görə də at müqəddəs varlıq hesab olunur. Tarixi 
zamanlarda da bu gün də atın hədiyyə verilməsi bu inanca söykənir. 
Bədii ədəbiyyatın bütün janrlarında atın hədiyyə verilməsinə rast gə-
linir. Beyrəyə dəniz qulunu olan Boz ayğır atası tərəfindən hədiyyə 
olunur. Koroğluya Qırat, Dürat  atası tərəfindən bağışlanır. Beyrəyin 
dəniz qulunundan əvvəl boz rəngdə atı olmuşdu. Yüyrək olduğun-
dan Şahbaz adı ilə şəxsləndirilmiş. Şahbaz atının belində Beyrək ova 
çıxar qılınc oynadardı. Atası Baybörənin əmrilə ona hədiyyə almaq-
dan qayıdan tacirlərin yolunu kəsən kafirləri Şahbaz atın belində qı-
lıncdan keçirmiş, qan tökmüşdü. “Nə dedigimi yetürün, geyünimlən 
mənim Şahbaz atımı gətürün! Hey məni sevən yigitlər binsünlər” (1, 
səh. 53).   Baş kəsmək, qan tökmək oğuz elində adət olduğuna görə 
Boz ayğır dəniz qulunu ona hədiyyə edildiyindən Dədə Qorqud ona 
Boz ayğırlı Bamsı Beyrək adını verir. “Adı Boz ayğırlı Bamsı Bey-
rək olsun! Adını bən dedim, yaşını allah versin”.
Atın sirli sehirli olması onun göydən gəlməsi  inancı ilə bağlıdır. 
Bu müstəvidə də qəhrəmanlara məxsus atların törəməsi də sirli seh-
rlidir. Beyrəyə hədiyyə olunan Boz ayğır dəniz qulunundan  törəmə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə