67
Folklor, Mifologiya, Etnoqrafiya
ya suyundan.
Bu gündə at Azərbaycanda inam yeridir. At dırnaqlarının cibə
qoyulması və cibdə gəzdirilməsi, at nalının qapıya vurulması ru-
zi-bərəkət rəmzidir. Yuxu yozmalarda at xeyir işin, murada çatmaq,
işdə yüksəlmək, madiyyatın yüksəlişi və s. kimi simvolların daşıyı-
cısıdır. “Şərq xalqlarının inancında at daha çox od və işıqla əlaqələn-
dirilir. Müsəlman intibahına aid poeziyada vurğulanır ki, şəfəq atları
çaparaq qaranlığı əridir, dan yeri ağarır, hava işıqlanır və dünya bir
gün aydınlığa qərq olur. Bu kimi əski dəlillər təsdiqləyir ki, at bəşər
oğlu ilə doğmalaşıb, kişilərə arvadı və oğlu qədər özünü istədə bil-
mişdir” (3, səh. 5).
Sonralar hər bir xalqın ata olan inamı, onun sirli, sehrli olması
xalq yaradıcılığında qəhrəmanlarla bağlı əfsanələrdə, dastanlarda,
rəvayətlərdə və s. ədəbi lirik-epik növlərdə bədiiləşdi. Türk mifo-
logiyasına görə bugünkü at göydən enmiş, insan yeyən heyvanla su
ayğırının bir göldə döl tutmasından yaranıb.
Atla ova çıxmaq, ov ovlamaq da türk mifologiyasına söykənir.
Qobustanda daşın üzərində atı minən şəxsin maral ovlamasının təs-
viri, qədim zamanlarda atdan ov ovlamaq üçün də istifadə olun-
duğunu təsdiqləyir. Bədii ədəbiyyatda atla ov etmə lövhələrinə rast
gəlməyimiz bu faktdan irəli gəlir ki, bu da atla bağlı tariximizə (xü-
susilə heyvandarlıqdakı), adətlərimizə söykənir. “Nagahandan Oğu-
zun üzərinə bir sürdi keyik gəldi. Bamsı beyrək birini qova getdi.
Qova-qova bir yerə gəldi”(1, səh. 54).
Əfsanələrimizdə, nağıllarımızda və dastanlarımızda at sahibi-
nin, qəhrəmanın xarakterinə, adına uyğun şəxsləndirilmiş. Məşhur
sərkərdə Atillanın atı ilə bağlı əfsanələrdə onun atının adı “Şim-
şək”lə şəxsləndirilmişdir. Bu ad Atillanın xarakterinə uyğun veril-
mişdir. Onunla bağlı əfsanələrdə Şimşəyin nəhəng, güclü olduğu,
ayağının dəydiyi yerdə ot bitmədiyi söylənilir. Bu Atillanın atının
sürətinə işarədir və bu funksiyalarına görə prof. Ramazan Qafarlı-
68
DƏDƏ QORQUD ARAŞDIRMALARI
nınn qeyd etdiyi kimi sürətli, qaçağan olduğundan “Şimşək” adlan-
dırılmışdır.” Belə səsləndirilən qəhrəmanın xarakterinə uyğun, adına
layiq, onu tamamlayan at adlarına Azərbaycan nağıllarında, dastan-
larında bir sözlə bədii ədəbiyyatın lirik-epik janrlarında da rast gəli-
rik. Məs. Boz at, Boz ayğır, Qazlıq at, Keçibaşlı Keçər ayğır, Toqlı
başlı Turu ayğır, Ağ-boz at, Təpəlaşqa ayğır, Gök bədəvi at (“Dədə
Qorqud”), Qırat, Dürat (“Koroğlu”), Boz at (“Qaçaq Nəbi”), Şəb-
diz (“Xosrov və Şirin”), Qəmər, Şahbaz (“İki od arasında”), Qəmər
“Dəli Kür” və s. xeyli belə nümunələr göstərmək olar. Bu heyvanla-
rın şəxsləndirilməsi ilə bağlı olaraq indiyədək əyalətlərdə bəzi hey-
vanlar (inək, camış, keçi, qoyun) bu adlarla çağrılır. Məs. Keçibaşlı,
Təpəl, Qaşqay, Ala göz, Qonur göz və s.
Qoç Koroğlunun, Qaçaq Nəbini ələ keçirmək, qürurunu sındır-
maq, qanadını qırmaq məqsədilə hiylə yolu ilə Qırat, Bozat qaçırılır.
Bu zaman onlar necə həyəcan, narahatçılıq, sarsıntı keçirirlərsə, atı-
nın quyruğu kəsilən Cahandar ağa da eyni anları daha doğrusu ondan
da artıq yaşayır. Bəlkə də Qəmər qaçırılsaydı bir o qədər ona belə
təsir etməzdi.
“Sonralar“ bərk qasması, aralıq yerləri tullanaraq aşması atı
bir rəmz kimi göylərə qaldırmış, birbaşa Günəşlə əlaqələndirilmiş
və Günəş arabasına qoşulan heyvan olaraq təqdim edilmişdir. Atın
rəmzləşdirilməsində uzun müddət ikili xüsusiyyəti diqqət mərkəzin-
də saxlanılmış, bir tərəfdən işıq saçan ağ at Xızırın, həzrət Əlinin xi-
laskarlıq, qəyyumçuluq funksiyasında əsas vasitəçi rolunu daşımış,
digər tərəfdən isə qara rəngə bürünüb zülmətdə qanad açaraq fan-
tastik sürətliliyin, sakral gücün (uzaq məsafəni bir göz qırpımında
qət etməklə) daşıyıcısına çevrilmişdir” (3, səh. 5). Qəhrəmanlıq və
məhəbbət dastanlarında ağ-boz atlı Xızır bu funksiyanın daşıyıcı-
sıdır. O, bir göz qırpımında dara düşənlərin köməyinə gəlir. Onları
düşdükləri zülmət qaranlıqlardan xilas edir. Məhəbbət dastanlarında
onun missiyası aşiqləri bir göz qırpımında mənzil başına çatdırmaq-
dır. Kitabda Xızır peyğəmbər Dirsə xan oğlu Buğac xan boyunda