D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

45
Folklor, Mifologiya, Etnoqrafiya
Günəş öz nişanələrinin – oğlanlarla qızların ər-arvad kimi qovuşma-
sına, izdivacına icazə verirdi. Nişan və şənliklərində süfrə doqquz 
cür xörəklə bəzənirdi. Gəlin üçün göndərilən qızıl bəzəklər doqquz 
dəfə ipək örtüyə bükülürdü. Qayınanalar əyinlərinə doqquz qat tu-
man  geyinirdilər.  Meydanlarda  doqquz  çadır  qurulurdu,  həyət-ba-
cada doqquz tonqal qalanırdı və s. Ulu əcdad ana bətnində yetişən 
körpənin dünya işığına çıxma müddətini müəyyənləşdirərək deyirdi 
ki, «doqquz ay, doqquz həftə, doqquz saat, doqquz dəqiqə vaxt keç-
di». Bu əslində insanın ilahi məkanda – Göydə, Günəşin  nurunun 
gur yerində formalaşıb dünyaya gələnədək olan böyük dövrü nəzərə 
çatdırmaqdır. Doqquz dörd dəfə təkrarlanmaqla (9999) «Avesta»da-
kı mifopoetik formulu bizim günümüzədək yaşadır. Diqqət yetirin: 
gerçəklikdə uşağın ana bətnində yetişməsi vaxtı 9 aydır. Üstünə 9 
həftə, 9 gün, 9 saat gələndə bu, üç ay da körpəni ana bətnində lən-
gitmək deməkdir. Deməli, fikirdə məsələ rəqəmlərin həqiqi anlamı 
ilə deyil, «doqquz»ların təkrarı ilə şərtləşir. «Avesta»nın yəştlərində 
böyüklüyü, çoxluğu, uzaqlığı, sonsuz gücü göstərmək üçün bir neçə 
yerdə 9 dörd dəfə təkrarlanır. Və «Koroğlu» eposunda 7 və 8 rəqəm-
lərinin eyni qaydada təkrarlanması ilə dəlilərin sayı və Qıratın dəyəri 
müəyyənləşdirilir: 7777, 8888. Bu sıralanmada ən böyük rəqəm isə 
Günəşin şüaları – saç hörüyü ilə əlaqələndirilən 9999-dur. 
Sakral  doqquz  –  yeraltı,  yerüstü  və  göyüzü    dünya  üçlüyünün 
üç dəfə artırılması  kimi də mənalandırılır. Beləliklə, əvvəllər belə 
bir qənaət formalaşmışdı ki, misirlilərin dünya modeli 9 rəqəmi ilə 
bütövləşdiyi üçün onlara məxsusdur. Faktlar tamam başqa şey deyir. 
Ulu Türkün  doqquzoğuzlarla  bağlı  təsəvvürlərini  və  sadalananları 
nəzərə alsaq, bu rəqəmin soydaşlarımıza aidliyi daha inandırıcı gö-
rünər. Lakin arxetipik simvolları mütləq şəkildə hansısa etnosun adı-
na bağlamaq elmilikdən uzaqdır.
On iki – qədim inanclarda, xüsusilə türk təqvimində dünyanın 
il tamamında müxtəlif heyvanlar üstündə dəyişməsində iştirak edən 


46
DƏDƏ QORQUD ARAŞDIRMALARI
sakral  varlıqların  (heyvanların)  birliyinin  işarəsidir.  Sonralar  Şərq 
xalqlarının əksəriyyəti tərəfindən qəbul edilib özününküləşdirilmiş, 
çinlilər onun yeni sistemini yaratmış, xalqın davranışı, əxlaq norma-
ları ilə əlaqələndirmiş və hər heyvanla bağlı xüsusi rituallar forma-
laşdıraraq dövlət səviyyəsində geniş yayılmasına şərait yaratmışlar. 
Təsəvvürlərdə «on iki»nin sakrallaşması kosmosdakı bürclərlə bağ-
lanır.
Əcdadlarımızın  əqidəsində  on  iki  tamlaşmanı,  bütövləşməni 
bildirirdi. İnsan dünyaya gələndən sonra on iki ili başa vururdusa, 
yetkinləşdiyi zənn olunurdu. Yalnız on iki yaşın tamamında yeniyet-
mələr  müstəqil həyata vəsiqə alırdılar. Oğuz türklərinin adətincə, 
oğlanlar ömürlərinin ilk on iki ilini adlamaqla ova çıxmaq, yarışlarda 
iştirak etmək, evlənmək, dövlət işlərində iştirak etmək hüququ qaza-
nırdılar və bu həddi aşmamış onlara ad qoyulmurdu. «Kitabi-Dədə 
Qorqud» eposunda Dirsə xanın oğlu bığ yeri tərləməsinə baxmayaraq 
hələ atasının adı ilə çağrılırdı (ona «Dirsəxanoğlu» deyirdilər). Elə 
ki on iki yaşı başa vurub on üçə girir, cəsarətlə meydanda baxıcıların 
əlindən qurtulan vəhşi buğanın qabağına çıxır, döyüşüb onu öldü-
rür. Ətrafda oynayan uşaqları, tamaşaya duran qız-gəlini təhlükədən 
qurtardığına görə atası Dədə Qorqudu çağırıb oğluna ad qoymasını 
xahiş edir. Beləcə buğaya qalib gəlməsi oğuz igidinə Buğac (buğanı 
yenən) adını və bəylik qazandırır. Azərbaycan xalqı on iki rəqəminin 
magik gücünü həmişə xeyirliliyə (uğurlara qapı açır) yozmuşdur. 
Qırx. Çoxluq anlamındadır. «Qırx düyməli paltar», «qırx otaq», 
«qırx dəvəli yük» deyəndə ilk baxışda sakrallıq hiss olunmur. La-
kin düymələr açılıb axıra çatan kimi təzədən bağlananda bu rəqəmin 
arxasında  sirli  aləm  gizləndiyi  aşkarlanır.  Azərbaycan  türklərinin 
«Əsli  və  Kərəm»  eposunun  mifoloji  qaynaqlarında  qırx  düymə-
li xalat gerçək aləmin bitməsi – ömür yolunun bağlanması, o biri 
dünyanın qapısının isə açılması kimi mənalandırılır. Füzuli rayonu, 
Şükürbəyli kənd sakini Qurbanov Faiq Kamal oğlu danışırmış: «Toy 


47
Folklor, Mifologiya, Etnoqrafiya
gecəsi  Kərəmlə  Əsli  tək-tənha  qalıb  bir-birinə  sarmaşırlar.  Kərəm 
əl atır ki, xalatının düymələrini açsın. Düymələr Kərəmin əli dəyən 
kimi öz-özünə açılır, axırıncıya çatanda təzədən hamısı düymələnir. 
Kərəm işi başa düşür. Bilir ki, Qara keşiş nə isə onların başına bəd-
bəxtlik gətirəcək. Əsli də Kərəmə kömək edir. Bu dəfə isə düymələr 
açılıb axırıncıya çatanda ondan bir qığılcım qalxıb Kərəmin sinəsinə 
düşür. Kərəm alışıb yanır. Bir göz qırpımında kül olur. Əsli hay-həşir 
salır, saçlarını süpürgə edib Kərəmin külünü ağlaya-ağlaya yığışdır-
mağa başlayır. Həmin küldən bir qığılcım da qalxıb Əslinin üstünə 
düşür. O da yanıb külə dönür. Bu vaxt səs-küyə el-oba adamları tö-
külüşüb gəlirlər. Otaqda bəylə gəlin əvəzinə ikicə topa kül tapırlar. 
Bilirlər ki, bu Qara keşişin işidir. Hamı göz yaşı töküb ağlayır, hər iki 
nakam gənci Lüləli deyilən yerdə basdırırlar. Bir zaman keçməmiş 
keşiş də azarlayıb ölür. Onu da Əsli və Kərəmin yaxınlığında dəfn 
edirlər. Nakam gənclərin qəbrinin üstündən gül kolları bitib bir-bi-
rinə sarmaşır. Qara keşişin də qəbrindən qaratikan boy verib güllərin 
arasına soxulur. Deyirlər gül kolları Əsli və Kərəmin ruhudur ki, o 
biri dünyada qovuşmaq istəyirlər. Qara keşişin ruhu isə qaratikana 
çevrilib onların qovuşmalarına mane olmaq istəyir». [7, 49-50].
Əfsanə rəmzlərlə doludur. Eyni adlı dastandan fərqli olaraq bu-
rada Qara keşiş heç bir kənar hökmdarın təkidi ilə deyil, Kərəmin 
qarabaqara onları izlədiyini görüb birdəfəlik özü məsələni çürütmək 
istəyir və bu anadək gerçəkliklə yoğrulan epizodlar poetik simvol-
larla, mifik eyhamlarla əvəzlənir. Ata qızının nişanlısı üçün öz əlləri 
ilə xalat tikir. Əslində bu, xoş və bəşəri hadisədir. Hələ Kərəmə tap-
şırır ki, toy gecəsi Əslinin yanına getməzdən əvvəl geyinib öz əlin-
lə düymələrini açarsan. Lakin «xalat» burada erməni keşişinin türk 
oğlu üçün hazırladığı qəbirdir, düymələr Kərəmin bəxtidir, taleyinin 
açarıdır – açılıb qurtaran kimi təzədən bağlanır. Tale də keşişin toya 
razılıq  verməsi  ilə  Kərəmin  üzünə  gülür,  kamına  çatmasına  mane 
olan xalatın içində bağlanıb qalması iləsə ondan həmişəlik üz dön-
dərir. Od qəzadır, dünyadakı fəlakətlərin mənbəyidir. Kül yaradıcıya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə