ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Mir Möhsüm ağanın kəraməti



Yüklə 2,19 Mb.
səhifə15/40
tarix25.06.2018
ölçüsü2,19 Mb.
#51267
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

Mir Möhsüm ağanın kəraməti

Mir Möhsüm Ağanın kəramətini deyim. Yay vaxtı otu­rub nar ağacının altında, onun da iki mərtəbəli evi varmış. Belə deyilişlər çoxdu. Deməli, o vaxt indiki tikililər olmadığı kimi evin altında heyvan saxlıyırmışlar. O cümlədən bu Ağa da çox mömün olub. Sovetin qorxusundan dini işlərlə məşğul olmuyub. Gedib müəllim işliyib. Deməli, nar ağacının altında kitabları oxuyanda qonşular görər ki, ev yanır. Gələrlər, de­yər­lər ki, ay Ağa, ev yanır, ev yanır. Deyir, yanmaz. Deyir, Ağa, axı ev yanır. Heyvanların yeri yanır, yuxarıda da evdi. De­yir, yanmaz, yanmaz. Camaat görür yanır. Ağa deyir, yan­maz. Bir də görürlər ki, od öz-özünə söndü.


Mir Cəfər ağanın kəraməti

Hissiyyat

Mir Cəfər Ağa yetmiş dörddə vəfat eliyib. Mir Həsən Ağa isə əlli beşdə. İkisi də Qızılağaclıdılar. Mir Cəfər Ağaya ki­mi özlüyündə nəzir etsəymiş Ağa onu duyarmış. Səhər ge­dərmiş həmin adamın evinə deyərmiş:

– Dünən mənə nəzir boyun alıb kasaya qoyduğun pulu gətir. Həmin adam deyərmiş:

– Ağa, nə bildün, deyərmiş, mənə ilham edirlər.


Mir Cəfər Ağanın ov məsələsi

Kəramətlərinin birini deyək. Mir Cəfər Ağaya deməli, pa­yız fəslində deyirlər ki, ay Ağa, gəl gedək yovşana, nə bi­lim, orda ov tutacağıq. Ağa deyir, yaxşı, gəlləm. Girib evə Ağa ədyaldan-zaddan götürüb. Deyiblər:

– Ağa, bu isti havada nə ədyal götürürsən?

Deyib:


– Nə işivə e, gedirük də.

O biri deyir:

– Ağa, bu isti havada yorğan-döşək götürüb.

Gedirlər yovşana. Səhərisi hava dəyişir. Yağış-qar, Ağa bürünür yorğana.


Allah dəf eləsin

Mir Cəfər Ağa çox hazırcavab və kəramətli ağa olub. Əsasən onun kəramətini görən adamlar indi də ürək dolusu da­nışırlar. Bir vaxt əkin sahələrini gəmiricilər korlayarmış. Ağaya müraciət edirlər. Ağa həmin gəmiricilərin əlamətin so­ruşur. Sonra ağa deyir ki, bu bir bəladı, buna ağanın gücü çatmaz. Ancaq bu bəlanı Allah dəf eləsin.


5 manat ver

Ağaya inəyin ətindən bir bud nəzir boyun olan adama ağa deyib:

– Beş manat ver, qalanı sənin olsun.

Dadaşbala kötək yeyər

Mir Cəfər Ağa söhbətə maraq göstərən olub. Bir gün onu Babakosa (təzə kənd) kəndinə qonağ çağırırlar. Ağa özü ilə Dadaşbala kişini aparır. Süfrə sərirlər. Allah verən nemətin süfrədə olan vaxtında Dadaşbala kişi deyir:



Nəhayət, heç bir şeydən yeməyən ağa qonağ evindən çı­xıb gələndə Dadaşbalanı tutur və onu vurmağa başlayır. De­yir, ağa, nə edirsən? Deyir:

Ağa ət yeməz, Ağa şor yeməz, Ağa pendir yeməz, Da­daşbala kötək yeyər.


Kimyələmə

Mir Cəfər Ağanı həmişə kənd camaatı həyətlərinə apa­rıb həyət-bacanı, ev-eşiyi kimyələtdirərmişlər. Ağa həyətə gi­rib üç-dörd dəfə tüpürərək oranı kimyəliyərdi və məhsul çox olardı. Ağanın oğlu Mir Abdulda ilanı ram etmək məharəti var idi. O vaxtlar kənd evlərində qızıl ilan çox olardı, ev sa­hib­ləri qorxudan evə girə bilməzdilər. Mir Abdul kişi bir dəfə ilanı çağırmaqla neçə metr uzunluğu olan ilan qıvrılıb yığı­lardı. O isə onu götürüb boynuna dolayardı. Cibinə qoyardı.


Qızıl ilan

Əlihəsən Kərbəlayi Ağakişi oğlu deyir. Bir gün anam rəf­də olan kasaların içində çox qorxu bəxş edən qızıl ilan görür. Mir Cəfər Ağanı gedib gətirirlər. Ağa ilana üz tutub de­yir. Ey Al­lahın heyvanı buranı tərk eylə. Bir də buralara gəl­mə. İlan rəf­dən düşür. Rahatca çıxıb gedir, bir daha oralarda ilan görsənmir.


Cücələr

Mir Cəfər Ağa bir gün bazara satmağa yanında cücəsi olan toyuğ gətirir. O toyuğu alırlar. Səhər toyuğ alanın oğlun­dan soruşur:

– Toyuq neyləyir?

Deyir:


– Ağa dənləyir.

Deyir:


– Elə et ki, pişik cücələri dənləməsin a... Mən pişiyin əlindən satmışam.

Oğurlanmış toyuq

Zarafatyana ağanı yoxlamaq üçün ağanın toyuğunu oğur­­layıb özünə satırlar. Üç dəfə bu iş təkrarlanır. Ağa pul ve­rib alır. Ancaq satanlara elə münasibət bildirir ki, guya ağa bu toyuğu tanımır.


Tufu mərəyə

Sovet hökümətinin vaxtında, işsizliklə mübarizə döv­rün­də ağanı altı ay məcburi əməyə cəlb edirlər. Kənd əra­zi­sin­də əkiləcək üzüm tingləri üçün qazılan çaladan ağa da qaz­ma­lı idi. Ağa görür ondan qabaqda gedənlər bir neçə çala qa­zıb­lar, Ağa deyir:

– Qazdınız?

Deyirlər:

– Bəli.

Ağa çalanın birinə tüpürərək deyir, tufu mərəyə. Deyir­lər, o ərazidəki əkindən heç nə hasil olmadı.


Kərbəlayı Hüseynalı və oğlu İbrahim

Kərbəlayı Hüseynalı və oğlu İbrahim kişi də iti yaddaşlı insan idilər. Kərbəlayı Hüseynalı söhbətlərini dinləmək arzu­sunda olanlar çox idi. Onun rəvan, incə, ardıcıl kəlmələri ha­mı­nı özünə cəlb edərdi. Peyğəmbər (sav) buyurub, o şəxslə oturub-durun ki, onun danışığı sizə Allahın varlığını xatır­latsın. Məhz Allah, Quran və 14 məsum əleyhissəlam haq­qın­da idi. Sual olunar, o, bu geniş mövzuları bəs necə öyrənib? Cavab birdir: məhəbbət və istəkdən. Kərbəlayı Hüseynalı Ha­cı Mir Hüseyn ağa ilə Kərbəla ziyarətinə gedib.

Kərbəlayı Hüseynalı Mir Hüseyn axundla Kərbəlada olar­kən Hacı Mir Hüseyn xəstələnir. Altı ay xəstə yatır. Kər­bə­layı Hüseynalı onun xidmətində övlad kimi xidmətgüzarlıq eyləyir. Bu altı ay müddətində Hacı Mir Hüseyn axundun ya­nı­na zəma­nənin bir çox müctəhid, alim, üləma və din xa­dim­ləri gəlir. Hər gələn şəxslər elmi-dini söhbətlər edərmiş. Kər­bəlayı Hüseynalı o söhbətləri Allahın bəxş etdiyi iti yaddaşına həkk edərmiş. Bəli, Kərbəlayı Hüseynalı oxumayıb, yazma­yıb, ancaq eşitdiklərini həm kağız, həm qələmi olan yaddaşına yazıb. Soruşa bilərsiniz, Hacı Mir Hüseyn axundun yanına bu qədər din xadimlərinin gəlməkdə məqsədi nə imiş? Məqsəd­ləri Allahın rəhminə özlərini şamil etdirmək idi. Şəriət xəstə halda ziyarətinə getməyi ən gözəl, bəyənilmiş işlərdən hesab edir. Məhz bu cəhətə tanınmış axundun xidmətinə gələnlər çoxluq təşkil edirdi.

Hətda İbrahim əmi deyirdi ki, atam Fazili Dərbəndinin söhbətlərinə çox qulaq asıb, xidmətində durub. Hacı Mir Hü­seyn axund vəfat etməmişdən qabaq Kərbəlayı Hüseynalı­nın ona göstərdiyi xidməti qiymətləndirir. Öz dəsti-xətdi ilə qəba­lə yazaraq öz irsinə onu varis qərar verir. Hacı Mir Hüseyn axund vəfat edəndən sonra Kərbəlada dəfn olunur.

Kərbəlayı Hüseynalı Qızılağaca gəlir. Gələndən sonra gedir Hacı Mir Hüseyn axundun evinə. Evladlarına vəfat xə­bə­rini verir. Hüzr məclisi tərtib edilir, ehsanlar verilir. Növ­bəti günlərin birində Kərbəlayı Hüseynalı Hacı Mir Hü­seyn axundun yazdığı qəbaləni oğlanlarına verir. Hacının övladları ata vəsiyyətinə sadiq olaraq Kərbəlayı Hüseynalını irsdən bir pay qiymətləndirirlər. Kərbəlayı Hüseynalı deyir atanız məni sizə qardaş qərar verib. Qardaşın malı qardaşa halaldır. Mən də öz payımı siz qardaşlara verirəm. O gündən Kərbəlayı Hü­seynalını onlar qardaş kimi qəbul edir.


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə