ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə30/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   26   27   28   29   30   31   32   33   ...   100

 

120 


köynəy, ağ köynəy. Uşağ deyir, a oğlum, oturub tasnan baxırdı. 

Onun  duaları  var.  Oturmuşdum  Əhməd  müəllimgilin  evində, 

babamın evi olub orda. Dedi, baba, məni biri çıxardırlar.  

Mir  Həbibulla  gəldi,  deyir,  adamın  adın  dedi.  Oxudu 

elədi,  deyir  yanındakı  qıçın  vurmalıdı.  Oturdu  taxça  olur  axı 

dedi,  filankəs  hardadı?  Dedi,  çırmalanıb  oturub  taxçada.  De-

yir, bir nəfər şəxs gəldi, biri axsıya-axsıya gəldi. Gəldilər aç-

dılar  şəhərə  çıxdı  getdi.  Bu  saat  bu  meşəliydədi.  Sonra  gör-

dülər arabada qoyun-moyun gətiriblər ki, tapmışıq. Kitab açıb 

itəni tapmağı atamız da bilirdi, babamız da. 



 

Seyid Sadığ Ağanın kəraməti 

 

Bir  dəfə  bir  yoldaşnan  Tümenə  qədər  gedib  çıxdıq  pal-



paltar alverinə. Trikatin parçası satmağ istiyirdik. Bir neçə atel-

yeyə girdik. Neçəsinə dedik, heç kim almadı. Mən Seyid Sadığ 

Ağanın cəddini çağırdım. Yanımdakı yoldaşım mənə dedi:  

– Dörd min-beş min uzaqlıqda o, sənə necə kömək eliyər?  

Mən didim:  

– Köməy eliyər Ağanın cəddi. 

Sora  əvvəlcə  girdiyimiz  bir  ateliyə  girdik  dedik.  Belə 

parça  var, əvvəl olar bizə istəmirik demişdilər,  sora fikirləşib 

dedilər,  biz  bir  top  parçanı  alırıq.  Mən  yanımdakı  yoldaşıma 

didim ki, gördün, Ağanın cəddi kənardan da kömək eliyir?  



 

Şirin su quyusu 

 

Masallı rayonu tərəvəzçilik rayonudu. Bizdə bir çöl kən-



di Muğan deyilən bir yer var, Həsənli kəndi, orda da Ərkivan 

kəndi var bizdə, böyük qəsəbədi indi. Ən böyük kənddi. Azər-

baycanda ikinci kənddi. 



 

121 


Orda yağış yağmır, burda yağış yağır. Bu Həsənnilər su-

dan çox korruğ çəkirmişlər. Mənim babam Miriş də ağır seyid 

olub. Deyəllər, ay ağa, başıva dönüm, gəl gedəy bizim kənddə 

bir dənə quyu qazaq. Hər tərəfdə quyu qazılıb. Bizdə şirin su-

du,  orda  şor  sudu.  Bir  dənə  quyu  qaz,  ordan  şirin  su  çıxsın. 

Ağanı aparıllar ora. Ağa bizdə gəndəlaş deyilən  bir bitki bitir, 

seyiddi,  seyidin  də  avamı  olar  də,  söyüd  ağacınnan  bir  dənə 

ağac kəsər. Deyər, gəlin dalımca. Başdıyar bunu at kimi çappa-

ğa.  Gələr  kəndin  qabağında  dayanar,  ayağını  vurar,  deyər  qa-

zun  buranı.  Qazallar  bını,  su  başdıyar  çeşmə  vurmağa.  Onun 

dörd tərəfini qazallar, ordan duzlu su çıxar. O Miriş quyusunun 

adını qoyublar Daşdı quyu. Bu faktdı, belə bir şey olub. 



 

Çilə qarpızı 

 

Sora  onun  oğlu,  mənim babam Seyid  ağa,  indi oğlumun 



adıdı.  Miriş  babamın  atası  olub.  Bı  isə  gedər,  burda  bir  talış 

qızı var bizdə, bizdə talışdar yaşıyır də. Gedəllər oturallar biz-

də. Bizdə çilə olur. Çilə günü də qarpız kəsəllər burda, boranı 

qaynadallar, qamış deyilən bir şey var, onnan hörərdilər, qarpı-

zı  asardılar  ki,  çürüməsin.  O  da  asılmışımış  yuxarıda,  ağa  da 

gəlib bulara qonağ. Sabah da çilə olacağmış. 19 yanvarda. Ağa 

deyər ki, talış qızı, gətir qarpızı kəsəy  yeyəy. Bunu təsdiq eli-

yənlər var, görənlər var. Deyir, ağa, cəddivə qurban olum, qar-

pızı  sabah  səhər  gələrsən,  kəsərik,  sənin  payıvı  verərəm,  gəl-

məsən,  göndərərəm.  Yoldaşı  Kərbəlayı  Nuru  deyər  ki,  ağa 

dedi,  gətir  qarpızı  kəsəy.  Arvad  ayağa  duranda,  qarpız  düşər 

ağanın qabağına, dilim-dilim olar, paylıyarlar. 




 

122 


Yağış yağdırma 

 

Hətta  bizdə  Masallı  rayonunda  o  vaxtı  keçmiş  katib 



olub, deyib, ağa, seyidsənsə,  yağış  yağdır, çəltik gedir əldən, 

bura çəltikçilik rayonu olub da. Bu ərazilər su olub. Masallıda 

o  vaxtı  bütöv  ərazilər  Xəzər  dənizi  olub.  İki  dənə  kənd  olub 

bizdə  Ərçüvan  və  Bambaşı  (Zəm-zəm  kəndi)  olub.  Belə  de-

yillər. Kəndin tarixi böyükdü. Deyib, ağa, bir yağış yağdır da, 

başçı  çağırıb  onları  keçmiş  katib  deyirdilər  də  Sovet  vaxtı. 

Ağanın  qurşağı  var  da.  Bu  qurşağı  biz  saxlıyuruğ.  Vermişüy 

bacımıza. Çırpar bu qurşağı yerə, çırpar özün yerə, əzilər, eli-

yər. Saat  yarımnan sora bir dənə  leysan başdıyar bırda, gələr 

deyər,  ağa,  məni  bağışda,  mənim  ürəyimnən  başqa  şey  ke-

çirdi. Həqiqətən də sizdə var belə şeylər. 

Gəldilər babamın ocağını  istədilər eləsinnər, mən ziyalı 

adamam. Özümün də imkanım, uşağlarım var. Mənim on ba-

cım  var,  üzr  istəyirəm,  özümün  də  4  övladım  var,  6  nəvəm 

var. Gəldilər, mənə dedilər ki, belə bir ocağ  yaratmağ istüyü-

rüy, mən fikirrəşdim ki, bu ocağı mən yaradım. Bacılarımnan 

mehribanam,  yeznələrnən  mehribanam,  tay  bu  ocağa  nələr 

gələcey, pul gələcey. Sora da mən olacam bacı düşmanı. Onu 

mən ləğv elədim. Həqiqi deyirəm a. Heç şəklini də vermədim. 

Babam ağır seyid olub həddinnən artığ. Adı Seyid ağa idi. Ən 

böyük seyid olub. 

 

Çinar Ağacı 

 

İran qranisində Pirzoba ocağı var, mənim babam ordandı, 



oların törəmələrinnəndi. Babamın tayfası hamısı orda olub. Hə-

min ocağın ortasında bi dənə quran evi olub. Kim gedərmiş nə 




 

123 


niyyətə,  nə  işə,  o  ocağa  nəzir  boyun  alarmış,  evi  üçün,  canı 

üçün,  balası  üçün  gedərmiş  ora,  o  Quranın  qapısında  başın  qo-

yarmış  ora.  Mən  xəstəydim,  özüm  üçün  getmişəm  ora,  3  ayın 

gəlini idim onda, dərd tapmışdım. Cavan qardaş itirmişdim. Hə, 

nəsə  apardılar  məni  ora. O Quran qapısına  belənci başımı  qoy-

dum ora, üzümü tutdum  ocağın  içinə. Həmin o  Quran ocağına. 

Gözüvü diriyirsən o qarannığ yerə. Baxdım gördüm ki, gözumə 

çinar  ağacları  göründü.  Bizim  yerdərdə  olmur  o  ağaclardan. 

Yamyaşıl  ağaclar  o  qarannığ  yerdə  belə  gedir,  belə  gedir.  Ora 

gedənnər gedib,  yatıb  yuxu görüllər, durub danışıllar ocağın  yi-

yəsinə.  O  da  yozur.  Düzdü,  mən  yuxu  görmədim.  Nə  qədər 

elədim, görə bilmədim. Amma belə bi şey gördüm.  

Durdum  danışdım  ki,  hal-qəziyyə  belə.  Ocağın  yiyəsi 

dedi,  qızım,  get,  əlüü  at  qulağuun  dibinə,  rahat  ol.  Binnan  da 

sənin azarun, bezarun getdi. Day bınnan sora sən xəstəlik gör-

məzsən. Özü də yeriyə bilməzdim. Allahın birriginə and olsun, 

bala, düz padyomudu,  yol  mil  kimi  üzüyuxarı.  Düşüb  cıxmağ 

zulum  idi.  Mən  də  dedim,  ay  Allah,  necə  çıxacam,  düşəcəm. 

Elə  düşdüm  quş  kimi.  Azarımı  da  elə o  ocağda qoydum.  Hə? 

bax Pirzoba ocağının kəramətini mən görmüşəm. 



 

Ya babalarımın cəddi 

 

Seyid Məhəmməd aga da ki, olar İrandan kecmiş seyid-



lərdir. Bilmirəm, 1928-ci illərdə,  ya da neçənci illərdə, bilmi-

rəm İrandan üc nəfər adam kecillərmiş Azərbaycana, bu tayda 

quldurlar  bunnarı  tutullar.  Bunnarın  iksin  başın  kəsiblər.  Se-

yid  Məhəmmədin  dədəsinin  də  başını  kəsmək  istəyəndə  de-

yib, ya babalarımın, cəddi mənə köməy ol.  



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə