CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə43/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   40   41   42   43   44   45   46   47   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
141
“Müsavat”ın dağılan gününə qədər işləmişdir. Sadıqov Mirzəbaba 
mürtəce müsavatçılar qrupuna daxil idi. Buraya aşağıdakılar da 
daxil idilər:
a) Əks-kəşfiyyat rəisinin köməkçisi Səfikürdiski Mahmud. 
Hal-hazırda xaricə qaçıb.
b) Fətəliyev Məmmədəli – əks-kəşfiyyatın agenti, hal-hazırda 
gizlənir.
v) Heydərbala Həsənov - əks-kəşfiyyatın agenti, hal-hazırda 
Bakıdadır.
Bu qrup, o cümlədən Sadıqov Mirzəbaba dəfələrlə “Müsavat” 
hökumətinin əleyhinə bolşevik təbliğatı aparmaqda şübhəli 
bilinən fəhlə və qulluqçuları həbs etmiş, onları əks-kəşfiyyata 
gətirib orada döymüş və soyğunçuluqla məşğul olmuşlar. Bu 
qrup mauzerlə silahlanmışdı. Mənə məlumdur ki, inqilaba 
qədər Mirzəbaba Sadıqov “qoçu” idi və 2-3 nəfəri öldürmüşdü. 
Bələ ki, o, Quliyev İbrahim Baba oğlunu və s. öldürmüşdü. 
Sadıqov işləyərkən ayrı-ayrı şəxsləri bolşevik adı ilə gəmidən 
çıxarmış və əks-kəşfiyyata göndərmişdir. Onların əks-kəşfiyyata 
qorodovoyların Sadıqovun göstərişi ilə gətirdiklərinin və bəzən 
də Sadıqovun özünün gətirdiyinin mən şahidiyəm. Bütövlükdə 
Sadıqova gəldikdə, onu deməliyəm ki, əks-kəşfiyyatda işləyərkən, 
o, bolşeviklərin düşməni idi və kommunistlərə heç bir köməklik 
göstərmirdi. 
2. Ə.Rzayev İbrahim Məmmədqasım oğlu – müsavatçı, 
1919-cu ildən “Müsavat” Partiyasınınin üzvüdür, “Müsavat” 
əks-kəşfiyyatının agenti, Sadıqov Mirzəbabanın etdiklərini 
o da edirdi. “Müsavat” əks-kəşfiyyatının agenturasının rəisi 
Mahmudov Əlağanın qrupuna daxil olarkən o, axtarış və 
həbslərdə iştirak edirdi.
Ə.Rzayev həmçinin körpülərdə əks-kəşfiyyatın agentləri 
Seyid Həsənov və Dəmirovla birlikdə bolşevikləri həbs edirdilər. 
Rzayev də bolşeviklərin və sovet hakimiyyətinin düşməni idi.
3. Hüseynov Hüseynqulu Nurməmməd oğlu – ev sahibi, 
“Müsavat” əks-kəşfiyyatının agenti, əks-kəşfiyyatda az müddətdə 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
142
- 2-3 ay xidmət etmişdir. O, Sadıqov Mirzəbaba və Rzayev 
İbrahimdən az irticaçı olmağı ilə fərqlənirdi...”.
Bu kimi ifadələrin təhlilindən sonra 10195 №-li istintaq işinin 
Azərbaycan DSİ Kollegiyasına göndərilməsi məqsədi ilə hazırlanmış 
ittihamnaməni Azərbaycan DSİ-nin sədri Frinovski imzaladı. İşlə 
tanışlıqdan sonra DSİ Məhkəmə Kollegiyasının iclası 1932-ci il 
avqustun 15-də hökm çıxarmışdı. Həmin hökmə əsasən, Azərbaycan 
SSR CM-in 75-ci maddəsi ilə ittiham olunan Rzayev Məmmədibrahim 
Məmmədqasım oğlu və Sadıqov Mirzəbaba Kəlbəli oğlu 10 il, 
Hüseynov Hüseynqulu Nurməmməd oğlu 3 il müddətinə azadlıqdan 
məhrum edilmişdi. H.Hüseynovun cəzası 1933-cü il mayın 31-də 
icbari işə çevrildi. 1933-cü il noyabrın 26-da yaşlı anası kimsəsiz 
qaldığı üçün bağışlanmasını xahiş edən M.Rzayevə 1934-cü il martın 
16-da rədd cavabı verildi.
Göründüyü kimi, bu insanlar heç bir günahı olmadan azadlıqdan 
məhrum edilmişdilər. Bütün bunlarla dünyanın bir çox dövlətləri 
tərəfindən tanınan Azərbaycanı zorla Rusiyaya ilhaq edənlər öz haqsız 
əməllərinə haqq qazandırmağa çalışsalar da, zamanın mühakiməsindən 
yan keçə bilmədilər. Əgər o illərdə bolşeviklər AXC-çiləri mühakimə 
edirdilərsə, indi də zaman bolşevikləri ittiham edir. Dünən haqsız 
mühakimə edənin bu gün haqlı ittihamı tamamilə təbii və gözlənilən 
idi.
AXC dövründə ƏMT-də işlədiyinə görə azadlıqdan məhrum 
olunmuş bu şəxslərə 1990-cı ildə bəraət verilmişdir. 
IV.5. Həbsxanada ölən adam
Yusifxanov Müslüm Ömər oğlu 1889-cu ildə Dağıstan 
Respublikasının Yuxarı Yaraqlar kəndində anadan olmuşdur. Onun 
ata babası Yusif bəy Tahir oğlu Yusifxanov XIX yüzillikdə bir müddət 
Kürinsk vilayətinin xanı olmuşdur. O həm də hərbçi kimi dağıstanlılara 
məxsus çevikliyi ilə Çar Rusiyasının nəzər-diqqətini cəlb etmişdir. 
Təsadüfi deyildir ki, Yusif bəy hərbi xidmətlərinə görə çar hökuməti 
dövründə general rütbəsinə qədər yüksəlmişdir. Mənbələrin 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
143
məlumatına əsasən, onun təxminən 3.500 desyatin torpaq sahəsi 
olmuşdur. Yusif bəyin vəfatından sonra bu torpaq sahələri oğlanları 
arasında bölüşdürülmüşdür. Həmin paydan təxminən 400 desyatinə 
qədər torpaq sahəsi oğlu Ömər bəyə, yəni Müslümün atasına çatmışdı. 
Ömər bəy 1891-ci ildə vəfat etmiş və bu torpaq sahələri yeganə oğul 
övladı olan Müslümə qalmışdı.
Atasını itirən kiçik yaşlı Ömər bir müddət anası ilə birlikdə 
torpaqdan gələn gəlirin hesabına yaşamışdır. 1906-cı ildə anasını 
itirən M.Yusifxanov Dağıstanda qalmaq və mülkədar olmaq fikrindən 
vaz keçmişdir. Ona görə də evini, ev əşyalarını və torpaq sahəsini ucuz 
qiymətə satmışdır. Torpağın kəndlilərə ucuz qiymətə satılması Ömərlə 
qohumları, ümumiyyətlə, zadəganlar arasında ciddi narazılığa səbəb 
olmuşdur. Buna baxmayaraq o, torpağı satıb əvvəl Peterburqa, sonra 
isə Moskvaya getmişdir. Müslümün iri şəhərlərə can atmaqda əsas 
məqsədi təhsil almaq, müəyyən elmi dünyagörüşə yiyələnmək olsa 
da, o, bu arzusuna çata bilməmiş, Qars vilayətində yaşayan dayısının 
yanına getmişdir. Bu məsələ ilə bağlı o, 1941-ci il mayın 7-də verdiyi 
ifadəsində deyirdi: 
“1907-ci ilin axırlarında kömək üçün dayım – 
Qars vilayətinin rəisi, general Haşımbəyov Əliyar bəyin yanına 
getdim, ancaq rədd cavabı aldım”.
147
 
Dayısının rədd cavabından sonra o, yenidən Moskva şəhərinə 
qayıtmış və azad dinləyici kimi müxtəlif kurslarda iştirak etmişdir. 
O, eyni zamanda imtahan verərək ali təhsil almağa səy göstərmişdir. 
M.Yusifxanovun təhsillə bağlı ikinci cəhdi baş tutmasa da, dinləyici 
kimi yüksək səviyyəli elm adamlarının mühazirələrinə qulaq asması 
və Moskva mühiti onun dünyagörüşünün, eləcə də baxışlar sisteminin 
formalaşmasında böyük rol oynamışdır.
1909-cu ildə M.Yusifxanov satdığı torpaqdan əldə etdiyi pullar 
tükəndiyindən doğma yurduna qayıtmış və Dağıstan vilayətinin 
qubernatoru knyaz Nuxu bəy Usmiyevdən onu hər hansı bir işlə 
təmin etməyi xahiş etmişdir. Lakin N.Usmiyev onu torpağı satarkən 
zadəganların əsasnaməsini pozmaqda günahlandıraraq ona kömək 
etməmişdir. M.Yusifxanov özü bu haqda qeyd edirdi: 
“O, məni 
147   DTX-nin arxivi, Müslüm Yusifxanovun istintaq qovluğu, № PR-30834.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə