CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə30/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
102
rəisi təyin edilmişdir. Onun rəhbərliyi ilə hissə və birləşmələrdə çavuş 
məktəbləri yaradılmış, döyüş hazırlığının proqram və cədvəlləri 
tərtib edilmiş, qoşun və agentura kəşfiyyatı işinin təşkilinə diqqət 
artırılmışdır.
123
 
1920-ci il fevralın 17-də öz xahişi ilə ordu sıralarından tərxis 
edilən Sulkeviç az sonra Nazirlər Şurasının qərarı ilə Bakıdan keçərək 
Rusiyaya gedən könüllü ordu qalıqlarından silah və təchizatı qəbul 
edən İdarələrarası Komissiyanın sədri təyin olunmuşdu. 1920-ci il 
Aprel işğalından sonra Sulkeviç bolşeviklər tərəfindən həbs olunaraq, 
ölüm cəzasına məhkum edilmiş və 1920-ci il iyulun 15-də Bayıl 
həbsxanasında güllələnmişdir.
Belə təqib və həbslərə məruz qalanlar arasında ƏMT-nin 
əməkdaşları və onların yaxın qohumları da az deyildi.
ƏMT-nin ilk rəisi, görkəmli siyasi xadim Nəsib bəy Yusifbəylinin 
yaxın dostu və silahdaşı 
Məmmədbağır Şeyxzamanov da belə 
repressiyalara məruz qalanlardan biri olmuşdu. M.Şeyxzamanov 
1880-ci ildə Azərbaycanın qədim şəhərlərindən olan Gəncədə 
dünyaya göz açmış və uşaqlığını orada keçirmişdir. O, “Müsavat” 
partiyasına daxil olmuş və Azərbaycanın azadlığı uğrunda yorulmadan 
mübarizə aparmışdır. M.Şeyxzamanov AXC dövründə parlamentin 
üzvü kimi bir sıra dövlət məsələlərinin həllində də yaxından iştirak 
etmişdir. Bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra 1920-ci ildə onu 
güllələmişlər. Türkiyədə nəşr olunan aylıq “Azərbaycan” dərgisində 
1967-ci ildə Nağı bəy Şeyxzamanovun ölümü ilə bağlı çap olunmuş 
nekroloqda M.Şeyxzamanov barəsində aşağıdakıları oxuyuruq: 
“Nağı 
bəyin şəxsiyyəti üzərində bolşeviklər tərəfindən 1920 sənəsində 
şəhid edilən mərhum ağabəyisi Məhəmmədbağır Şeyxzamanovun 
çox qüvvətli bir təsiri olmuşdur. İnanılmış, vəfalı bir müsavatçı 
olan Məmmədbağır bəy gərək millət vəkili bulunduğu 
Azərbaycan parlamentində, gərəksə ümumi ictimaarda vətən 
xaini kommunist ünsürlərə qarşı geniş mücadilə açmış bir zat 
idi. Bunun üçündür ki, rus istila ordusu Azərbaycana ayaq basar-
basmaz arxa-arxaya kütlə halında yaxalanan və sorğusuz-sualsız 
123   Сулькевич, Матвей Александрович. -  
https://ru.wikipedia.org/wiki/Сулькевич,_Матвей_Александрович


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
103
qurşuna düzülən münəvvərlərin ön sırasında yer alanların biri də 
o olmuşdu”.
124
 
Dərginin verdiyi məlumatdan da göründüyü kimi, Məmmədbağır 
Şeyxzamanov XI Qızıl Ordu tərəfindən sorğusuz-sualsız güllələnmiş, 
Nağı bəy isə vətən xaini elan edilmişdir. Vətən xaini elan edildikdən 
sonra Nağı bəy Bakıdan Gəncəyə, sonra Tiflisə, Tiflisdən isə Türkiyəyə 
getməyə məcbur olmuşdur. Nağı bəy Türkiyədə mühacirətdəki 
azərbaycanlılarla sıx əlaqədə olmuş və onların yaratdığı “Azərbaycan” 
kültür dərnəyinin işində fəal iştirak etmişdir.
1883-cü ildə Gəncə şəhərində anadan olan 
Nağı bəy Şeyxzamanov 
Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. 
O, əvvəlcə Gəncədə əsası 1905-ci ildə Bakı şəhərində Əhməd bəy 
Ağayev tərəfindən qoyulan “Difai” Partiyasının, sonralar isə Nəsib bəy 
Yusifbəyli tərəfindən yaradılan “Türk Ədəbi-Mərkəziyyət Firqəsi”nin 
üzvü olmuşdur. 1917-ci ildə “Türk Ədəbi-Mərkəziyyət Firqəsi” ilə 
“Müsavat” partiyasının ən fəal üzvlərindən birinə çevrilmişdir. 
Nağı bəy 1918–1920-ci illərdə yaranan və yaşayan AXC dövründə 
Dövlət Təhlükəsizliyi Xidmətinin sələfi olan ƏMT-nin rəisi olmuş 
(1919-cu ilin avqustundan 1920-ci ilin martınadək) və Azərbaycanın 
müstəqilliyi və dövlətçiliyi uğrunda yorulmadan mübarizə aparmışdır. 
Sonralar o, qısa müddətlərdə olsa da, Almaniyada və Amerikada 
yaşamışdır. 1967-ci ildə Amerikada olarkən onun səhhəti pisləşmiş və 
orada vəfat etmişdir. Övladlarının səyi nəticəsində Nağı bəyin cənazəsi 
Amerikadan Türkiyəyə gətirilmiş və İstanbulun Qaracaəhməd 
qəbiristanlığında dəfn edilmişdir. Mərhumun ölümü ilə əlaqədar 
Türkiyədə çıxan aylıq “Azərbaycan” kültür dərgisində böyük bir 
nekroloq verilmişdir. Nekroloqda Nağı bəy Azərbaycanın istiqlal 
savaşının mücahidlərindən biri və fikrən, ruhən millətə bağlı olan bir 
sima kimi anılır.
Nağı bəy mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-
siyasi hadisələri bir daha təhlil etmiş, bu hadisələrlə bağlı fikir və 
düşüncələrini məqalə, eləcə də kitab halında çap etdirmişdir. Onun 
çap etdirdiyi “Böyük bir xeyirsevər Hacı Zeynalabdin Tağızadə” 
124   “Azərbaycan” aylıq kültür dərgisi, Türkiyə, 1967, s. 21-22.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
104
(1957), “Dərdləşmə” (1963), “Biz və onlar” və “Azərbaycanın istiqlal 
mücadiləsinin xatirələri” (1964) adlı əsərlərə Azərbaycanda baş 
vermiş və baş verən hadisələrin bir az uzaqdan - Türkiyədən seyri 
və qiymətləndirilməsi kimi baxmaq olar. Həmin əsərlər Azərbaycan 
xalqının tarixini, istiqlal mücadiləsini və müstəqil dövlətini qorumaq 
uğrunda mübarizəsini öyrənmək baxımından çox qiymətlidir. 
Nağı bəy Türkiyəyə gedərkən yenicə ailə qurduğu həyat yoldaşı 
Səlimə xanımı özü ilə aparmamışdı. Bizcə, bu, aşağıdakı səbəblərdən 
ola bilərdi. 
Birincisi, Nağı bəy ilk olaraq gizli yolla üsyanda iştirak etmək üçün 
Gəncə şəhərinə gedirdi və belə bir qarışıq zamanda Səlimə xanımın 
Gəncəyə getməsini artıq hesab edirdi. 
İkincisi, Səlimə xanımı Bakıda saxlayan Nağı bəy belə qərara 
gəlmişdi ki, Azərbaycana azadlıq gətirəcəklərini vəd edən bolşeviklər 
evdar və günahsız qadına toxunmazlar. 
Üçüncüsü, onun həyat yoldaşını aparmağa imkanı olmamış və 
ya fikirləşmişdir ki, sərhədi keçərkən onun xanımını da həbs edərək 
sərhədpozucusu kimi cinayət məsuliyyətinə cəlb edərlər. 
Dördüncüsü, onlar bütün varlıqları ilə inanırdılar ki, bolşeviklərin 
hakimiyyəti uzun sürməyəcək və dalğalandırdıqları üçrəngli milli 
bayraq xalqın iradəsi ilə tezliklə yenidən göylərə yüksələcəkdir. 
ƏMT-nin hər iki rəisinin sovetləşmə dövründəki taleyini az da olsa 
əks etdirdiyini və müəyyən məlumat verdiyini nəzərə alaraq Nağı bəy 
Şeyxzamanovun həyat yoldaşı Səlimə xanım haqqında açılmış istintaq 
işində olan materialları da tədqiq etməyi lazım bildik. Səlimə xanımın 
qaynı, ƏMT-nin ilk rəisi Məmmədbağır Şeyxzamanov bolşeviklər 
tərəfindən öldürüldüyündən və həyat yoldaşı Nağı bəy Türkiyəyə 
getmək məcburiyyətində qaldığından o da Azərbaycan Fövqəladə 
Komissiyasının əməkdaşlarının əlinə keçməmək üçün Mərdəkandakı 
bağlarında gizlənmişdi. 
Səlimə xanım barəsində cinayət-axtarış işi qaldırıldığından 
Azərbaycan Fövqəladə Komissiyasının əməkdaşlarına onun tapılması 
əmri verilmişdi. Onu axtarmaqda əsas məqsəd həyat yoldaşının 
vaxtilə guya kommunistlərdən götürdüyü qiymətli əşyaların və 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə