Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə81/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   74   75   76   77   78   79   80   81   82

 
329 
həm  də  yeni  bədii  dəyərlərin  carçısı  edirdi»
1
.  A.İmanquliyeva 
sadəcə  olaraq  C.X.Cübran,  ər-Reyhani  və  M.Nüaymə  ədəbi-
bədii yaradıcılığını təhlil etməklə kifayətlənməyib, onların tim-
salında  bütövlükdə  planetimizdə  gedən  yeni  tipli  proseslərin; 
Şərq  və  Qərb  dünyagörüşlərinin  və  ədəbi-bədii  dəyərlər 
sisteminin vəhdəti məsələsinin elmi-fəlsəfi təhlilini verir. O, bu 
proseslərin  adı  çəkilən  ərəb  yazıçılarının  yaradıcılığında  bədii 
ifadəsini  araşdıraraq  yazır:  «Onlara  əzəldən  Şərq  xalqlarının 
mədəniyyətinə xas olan ümumbəşəri və humanist ideallar əsa-
sında  öz  doğma  mədəniyyətlərində  bu  dəyərlərin  təsdiqi  üçün 
müvafiq üsullar tapmaq asan idi. Eyni zamanda, heç vaxt unut-
maq lazım deyil  ki,  bu  yazıçıları  öz  vətəninin  adət-ənənələrini 
və  öz  dilini  qoruyub-saxlayan  mühacirlər  mühiti  əhatə  edirdi. 
Buna görə də, onlar iki mədəni ənənənin – həm Şərqin, həm də 
Qərbin mədəni əlaqələrinin daşıyıcıları oldular».
2
  
Peyğəmbər və İblis mövzusu, haqqa, düz yola çağıran və 
düz  yoldan  azdıran  qüvvələrin  ümumiləşmiş  obrazlarının  neçə 
əsr keçdikdən sonra,  yenidən gündəmə gəlməsi təsadüfi deyil. 
Xeyir  və  Şər,  İşıq  və  Qaranlıq,  Əql  və  Nəfs,  Zəka  və  Ehtiras 
əsrlər boyu ancaq qarşı-qarşıya duran, mübarizə aparan tərəflər 
kimi  təqdim  və  təsvir  edilmişdi.  Vəhdət  məqamı  hələ 
çatmamışdı.  Bu  mübarizə  XIX  əsrdə  də  davam  edirdi. 
C.X.Cübran  «Peyğəmbər»  əsərinin  «Zəka  və  Ehtiras»  bölmə-
sində Peyğəmbərin dili ilə deyir: «Sizin qəlbiniz çox vaxt zəka 
və  düşüncənin  ehtiras  və  aludəçiliyə  qarşı  müharibə  apardığı 
                                                 
1
  А.Имангулийева.  Йени  яряб  ядябиййаты  корифейляри,  Б.,  «Елм», 
2003, сящ. 63. 
2
 Йеня орада, сящ. 55. 


 
330 
döyüş  meydanını  xatırladır»
1
.  Lakin  zaman  elə  zaman  idi  ki, 
indi  ancaq  döyüş  yox,  həm  də  qarşılıqlı  anlaşma  və  vəhdət 
tələb olunurdu. Əlbəttə, söhbət şərlə vəhdətdən getmir. Söhbət 
şərə  aparan  yolların  səmtini  dəyişməkdən,  əqlin  hissi  tərbiyə 
etməsindən gedir. 
 
Cavidi  də,  Cübranı  da  əgər  bir  yığcam  fikirlə 
səciyyələndirmək istəsək, ən yaxşı sözlər Cabbarlının söylədiyi 
«günbatan fikirli, gündoğan duyğulu bir sima…» ifadəsi olardı.  
Zahiri  əlamətlərə  görə  Cavid  və  Cübran  xeyli  dərəcədə 
müxtəlif  şəxsiyyətlərdir.  Biri  –  türk,  o  biri  –  ərəb,  biri  – 
müsəlman, o biri – xristian. Lakin onlar mahiyyət müstəvisində 
çox yaxındırlar. Hər ikisi Qərb mədəniyyətinə yüksək dərəcədə 
bələd  olan,  amma  öz  şərqli  təbiətini  dəyişməyən,  hətta 
müasirlik axtarışında da Şərq ruhundan çıxış edən mütəfəkkir-
şairlərdir.  Eyni  zamanın  məzmununu  və  pafosunu  eyni 
janrlarda  ifadə  edirlər.  İkisinin  də  səcdəgahı  gözəllikdir. 
(Cavid:  «Mənim  Tanrım  gözəllikdir,  sevgidir»,  Cübran:  «Gö-
zəlliyin hüdudlarından kənarda nə din var, nə elm»). 
Cavid  və  Cübranın  yaradıcılığını,  onların  həyat  və 
fəaliyyətini  daha  ətraflı  öyrəndikdə  gözlərimiz  önündə 
fəlsəfədən  də,  poeziyadan  da,  publisistikadan  və  bütün  digər 
vasitələrdən  də  məhz  öz  xalqının,  millətinin,  habelə  bütün 
bəşəriyyətin  tərəqqisi  naminə  bir  vasitə  kimi  istifadə  edən 
böyük ziyalı, əsl humanist insanlar canlanır. 
Cavid  üçün  də,  Cübran  üçün  də  əsas  məqsəd  ideyanı 
çatdırmaqdır. Bədii üsul və təhkiyə ola bilsin ki, hətta təsadüfi 
                                                 
1
 Дж. Х.Джебран. Избранное: Пер. с араб., англ.  – Л.: Худож.лит., 
1986, стр. 363. 


 
331 
seçilmiş  vasitələrdir.  Yəni  əsas  inkişaf  xətti  ideya  ilə  bağlı 
olduğundan  hadisələr  sonradan  seçilir  və  bu  ideyanın 
təkamülünə  uyğunlaşdırılır.  Hər  ikisi  irəlicədən  qoyduğu  bir 
fəlsəfi  ideyanın  bədii  yolla  açılışına  çalışarkən  cari,  gerçək 
hadisələrdən daha çox tarixi mövzulara və rəvayətlərə müraciət 
edirlər. Bu mövzular ümumbəşəri mövzulardır. Konkret zaman 
və məkanla bağlı deyildir. Hətta tarixdə həqiqətən məlum olan 
hadisələr  də  konkret  zaman-məkan  müəyyənliyindən,  dövrün 
spesifik  xüsusiyyətlərindən,  milli-  etnoqrafik  mündəricədən 
azad  olunur,  bütün  bunlar  ancaq  rəmzlərlə  təqdim  edilir  və 
təhkiyə  yalnız  ideyanın  açılışına  xidmət  edir.  Sanki  bədii 
xarakter də, milli kolorit də arxa plana keçir və ideyanın inkişaf 
yolunu  kölgədə  qoymamaq  üçün  bir  fon  rolunu  oynamaqla 
kifayətlənir.  Yəni  hər  ikisində  hadisələr  ikinci  plandadır, 
fokusdan  kənardadır  və  burada  hər  hansı  detalın  elə  bir 
əhəmiyyəti yoxdur.  
Cavid  də,  Cübran  da  ənənəvi  Şərq  fəlsəfəsinə  dərindən 
bələd  olan,  daha  doğrusu,  bütün  ruhu  Şərq  hikmətindən 
yoğrulmuş,  lakin  eyni  zamanda  Yeni  dövrün  rasional  düşüncə 
ənənələrini də gözəl mənimsəmiş olan mütəfəkkirlərdir. Başqa 
sözlə  desək,  onların  yaradıcılığı  bir  sintezdir;  min  illərin 
keşməkeşlərindən keçib gələn və bir dağ çayını xatırladan qəlb 
çırpıntıları  dənizin  lal  sularına  qatılaraq  sakit  və  möhtəşəm 
Qərb düşüncəsini dalğalandırır. 
Emosional-mənəvi  pafos,  çılğın  zəka məntiqi təfəkkürün 
sürəkli və geniş fəzasında rahatlıq tapır.  
C.X.Cübranın  yazdıqları  forma  etibarilə  də  hədisləri, 
hekayətləri,  aforizmləri  xatırladır  və  ilk  baxışda  ənənəvi  Şərq 
hikmətindən  heç  nə  ilə  fərqlənmir.  Diqqətlə  araşdırdıqda  isə 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə