Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə80/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   74   75   76   77   78   79   80   81   82

 
326 
qarşı  tərəfin  Şərq  ruhuna  doğru  qət  etdiyi  yolla  ortaq  nöqtədə 
kəsişir.  Və  bu  zaman  unutmaq  olmaz  ki,  kəsişmə  xətti  və 
eyniyyət  məqamı  daha  çox  formaya,  üsluba  aiddir.  Məzmuna 
gəldikdə isə burada bənzəyişdən daha çox fərq vardır. Təsadüfi 
deyil  ki,  Aida  İmanquliyeva  da  diqqəti  məhz  bu  məqama 
yönəldir:  «Nitsşe  belə  hesab edirdi  ki, müharibələr  bəşəriyyəti 
zəiflik  qarışığından  və  şübhələrdən  təmizləyir,  gücün 
təntənəsinə  və  şəxsiyyətin  bütövlüyünə  doğru  aparır.  Lakin 
Nitsşeyə  məxsus  olan  «kütləyə»  həqarətlə  baxmaq  və  nifrət 
etmək,  fərdiyyətçilik  şüuru  üçün  tipik  cəhət  olan  «kütlənin» 
«seçilmiş  şəxsiyyətə»,  «fövqəlinsana»  qarşı  qoyulması  Şərq 
romantikləri  üçün  xüsusilə  yabançı  idi».
1
  Aida  İmanquliyeva 
«Mən  həmişə  onun  (Nitsşenin  –  A.İ)  üslubunun  inandırıcı 
olduğunu  hiss  etmişəm,  lakin  onun  fəlsəfəsi  mənə  dəhşətli  və 
tamamilə  yalnış  fəlsəfə  təsiri  bağışlayıb».
2
  Həqiqətən  də, 
«gözəllik  pərəstişkarı»  olan  Cübran  nihilizmi,  dünyanın  qara 
rənglərlə  təsvirini  qəbul  edə  bilməzdi.  Təsadüfi  deyildir  ki, 
«bütün  zamanların  dahisi»  kimi  Cübran  nitsşeləri  deyil,  İslam 
dünyasının böyük filosofu İbn Sinanı dəyərləndirir.  
C.Cübranın  ilham  mənbəyi  insan  daxili  aləminin  nurlu 
məqamları  ilə  bərabər,  həm  də  təbiətin  işıqlı  ruhudur.  Onun 
yaradıcılığında təbiət canlı bir obraz kimi iştirak edir. Bu cəhəti 
xüsusi  vurğulayan  Aida  xanım  İmanquliyeva  Cübran 
yaradıcılığının  cazibəsini  ilk  növbədə  təbiətdən  ilham  alması 
ilə izah edir: «Cübran təbiəti ilahiləşdirir, təbiətə canlı bir insan 
kimi müraciət edirdi. …O, təbiətdə məhəbbət və nifrət, sevinc 
                                                 
1
 А.Имангулийева. Йени яряб ядябиййаты корифейляри, Б., «Елм», 
2003, с. 122. 
2
 Йеня орда. 


 
327 
və  kədər,  səadət  və  bədbəxtlik  arayır.  Yazıçı  təbiətlə  danışır, 
onu özünün müəllimi və ilhamvericisi hesab edir».
1
  
Bu  baxımdan,  müasir  türk  dünyasının  böyük  yazıçısı 
Ç.Aytmatov  da  Cübranla  müqayisə  oluna  bilər.  Onun  da 
yaradıcılığında  təbiət  canlanır, Boz  qurd,  Qara  nər, Ana  maral 
insaniləşir,  duyğuların  daşıyıcısı  olan  konkret  varlıqlar  arxa 
plana  keçir  və  dünya  özü  duyğuların  vahid  məkanına  çevrilir. 
Başqa  sözlə,  cisimlər,  varlıqlar  arasındakı  münasibətlər 
mücərrədləşrək  və  ümumiləşdirilərək  duyğular  arasında 
münasibət kimi, artıq simvollaşmış dünyanın nağılları şəklində 
təqdim olunur. Onun bədii təfəkkürünün işığında təbii təbiətlə 
yanaşı,  ikinci  –  ictimailəşmiş  təbiət  və  siyasiləşmiş  dünya  da 
Şərq müdrikliyinin ənənəvi üslubunda şərh olunur. Rus dilində 
yazan  Aytmatov  da,  ingilis  dilində  yazan  Cübran  da  mahiyyət 
müstəvisində Şərq lirizmindən bəhrələnirlər.  
İnsanla,  təbiətlə  bağlı,  hikmətlə  dolu  hədislər,  qanadlı 
sözlər, aforizmlər klassik Şərqdə elə yüksək bədii təcəssüm sə-
viyyəsinə  qalxmışdır  ki,  heç  bir  Qərb  yazıçısı  onlarla  yarışa 
girə  bilməz.  Lakin  zaman  özü  dəyişmişdi.  Yeni  dövr  elə  yeni 
problemlər  qoymuşdu  ki,  bunların  şərhinə  ancaq  Qərb 
tədqiqatçılarının və yazarlarının əsərlərində rast gəlmək olurdu. 
Şərq şairləri isə təəssüf ki, yenə də köhnə hava çalırdılar.  
Cübran və  onun Əmin  ər-Reyhani,  Mixail  Nuayme kimi 
həmkarları  bununla  fərqlənirlər  ki,  onlar  məhz  çağdaş 
problemləri  ənənəvi  Şərq  müdrikliyinin  predmetinə  çevirir, 
yeni dövrün hikmət salnaməsini yazırdılar. 
İctimai  inkişafda  Şərqə  qayıtmaq  yox,  əksinə,  Qərb  də-
                                                 
1
 А.Имангулийева. Жцбран Хялил Жцбран, Бакы, Елм, 2002, с. 78.  


 
328 
yərlərini  mənimsəmək  və  onları  Şərqin  ruhu  ilə  isidərək  can-
landırmaq,  maddi  həyatın  cansıxıcı  aurasına  təravət  gətirmək, 
texnika  əsrini  insani  mahiyyətdən  məhrum  edən  ifrat  rasiona-
lizmə liriklik, həzinlik, şəfqət qatmaqla yeni dövrü daha ahəng-
dar etmək missiyası Cübran sənətinin leytmotivi sayıla bilər.  
Cübran Xəlil Cübran təbii ki, orta əsrlərin ab-havasını hər 
nə olursa-olsun saxlamağa çalışan konservativ qüvvələri tənqid 
edir.  Aida  İmanquliyeva  yazır:  «Ətalətin  və  cəhalətin  ifşası, 
azadlığın  buxovlanması  əleyhinə  etiraz,  dini  ehkamlara  qarşı 
çıxmaq, həyatdan və onun ictimai normalarından narazı qalaraq 
bəzən  reallıq  aləmindən  sehrçilik  aləminə,  xəyal  və  fantaziya 
aləminə  qaçmaqda,  mədəniyyətdən  uzaqlaşıb  təbiətdə  pənah 
tapmaqda  və  onunla  qovuşmağa  çalışmaqda  özünü  göstərən 
məyusluq Cübranın yaradıcılıq yolunun xarakterik mərhələləri, 
onun əsərlərinin əsas xüsusiyyətləridir».
1
  
XIX əsr Avropa ədəbi mühitində Şərq poetik ənənələrinə 
və  Şərq  dəyərlər  sisteminə  marağın  artması  və  bu  prosesdə 
Emerson,  Uitmen  və  s.  ilə  yanaşı,  ərəb  mənşəli  şairlərin 
(C.Cübran, Əmin ər-Reyhani, Mixail Nüaymə və s.) iştirakı, bu 
yeni keyfiyyətli sintez hadisəsinin elmi-nəzəri şərhi ilk dəfə Ai-
da  İmanquliyeva  tərəfindən  verilmişdir.  O,  yazır:  «Cübran  və 
ər-Reyhaninin 
yaradıcı 
potensialı 
Qərbin 
romantizm 
dəyərlərinin  mənimsənilməsi  sayəsində  güclənirdi  ki,  bu  da 
ərəb  yazıçılarını  daha  geniş,  qlobal,  ümumbəşəri  problemlər 
qoya  bilmək  səviyyəsinədək  yüksəldir  və  son  nəticədə  onları 
yalnız dünya ədəbi prosesinin bərabərhüquqlu iştirakçısı deyil, 
                                                 
1
 А.Имангулийева. Жцбран Хялил Жцбран, Б., «Елм», 2002, с.118. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə