50
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
«Meşə təsərrüfatına dəymiş ziyana
görə maddi məsuliyyətə cəlb
edilmə qaydaları haqqında» 1993-cü il 27 dekabr tarixli,
636 nömrəli qərarına dəyişiklik və
əlavələr edilməsi barədə
Qərar
Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
«Meşə təsərrüfatına dəymiş ziyana
görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında» 1993-cü il 27 dekabr
tarixli, 636 nömrəli qərarına aşağıdakı dəyişiklik və əlavələr edilsin:
5-ci bəndin 1-ci abzasında «1–7» sözləri «1–8» sözləri ilə əvəz edilsin.
5 nömrəli əlavəyə aşağıdakı qeyd əlavə edilsin:
«Qeyd: Meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə
edən şəxs, əsassız əldə etdiyi məhsulu geri qaytarmalıdır. Əsassız əldə edilmiş məhsulu eyni ilə
qaytarmaq mümkün olmadıqda, dəymiş ziyanın məbləği hüquq pozuntusu baş vermiş tarixdə
qüvvədə olan dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi
hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.».
7 nömrəli əlavədəki qeydin 1-ci bəndinə aşağıdakı 2-ci abzas əlavə edilsin:
«Külək, qar və başqa səbəblərdən sınmış və ya yerə yıxılmış ağac və kolların mənimsənilməsi
və köküstə olan quru ağac və kolların özbaşına qırılması hallarında bu əlavədə göstərilən nırx
tətbiq edilmir, belə hallarda meşə təsərrüfatına dəyən ziyan isə köküstə oduncaq buraxılışının
mövcud nırxının birinci dərəcəsinin ikiqat miqdarında hesablanır»;
yeni 8 nömrəli əlavə əlavə edilsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il
1 dekabr tarixli, 259 nömrəli qərarı ilə təsdiq edilmişdir
51
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il
27 dekabr tarixli, 636 nömrəli qərarına 8 nömrəli əlavə
Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar
sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər
tullantılarla meşənin, tək-tək və qrup halında olan ağac və
kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaq
və yaxud xəstələnəcək dərəcəyə gətirilməsi, habelə lazımi icazə
alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işlərinin
aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində
vurulmuş ziyanın miqdarının hesablanması
Qaydaları
1. Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar sular, kimyəvi maddələr,
sənaye, kommunal-məişət və digər tullantılarla meşənin, tək-tək və qrup halında olan
ağac və kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaq və yaxud
xəstələnəcək dərəcəyə gətirilməsi nəticəsində vurulmuş ziyanı meşə qanunvericiliyini
pozanlar aşağıdakı dəyər miqdarında ödəyirlər:
meşənin itirilmiş əmtəəlik dəyəri köküstə oduncaq buraxılışının mövcud nırxının
birinci dərəcəsi miqdarında;
məhv olmuşları əvəz etmək üçün yeni meşə əkini və ya yeniyetmələri yetişdirmək
üçün tələb olunan xərclər miqdarında;
ərazinin təmizlənməsi işlərinə tələb olunan, həmçinin yanğının söndürülməsinə sərf
olunmuş xərclər miqdarında;
meşə qanunvericiliyinin pozulması nəticəsində baş verən yanğınların meşədə olan
binaları, qurğuları və digər əmlakı məhv və yaxud xarab etməsinə görə alınacaq ziyan
mülki qanunvericiliyin ümumi normalarında nəzərdə tutulmuş qaydada və miqdarda
təyin edilib ödətdirilir.
2. Lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işlərinin aparıl-
ması, ağac emalı və digər işlərin görülməsi nəticəsində vurulmuş ziyanı meşə qanun-
vericiliyini pozanlar ərazinin meşə təsərrüfatında istifadəsi üçün yararlı vəziyyətə
salın ması işlərinin dəyəri miqdarında ödəyirlər.
52
Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
“Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş
Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan
Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİZADƏ
Bakı şəhəri 17 oktyabr 1998-ci il
№ 214