Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə22/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 41 
 
əmsalının aşağı olması ilə əlaqədar təbii artım ək-
sər  inzibati  rayonlarda  nisbətən  yüksək  qiymətlər 
almışdır.  
XX  əsrin  sonunda  regionda  ictimai-siyasi  və-
ziyyətin  gərginləşməsi,  iqtisadi  böhran,  iş  yerləri 
ilə təminatda yaranan problemlər demoqrafik gös-
təricilərə  də  ciddi  şəkildə  təsir  göstərmişdir.  Baş 
verən  proseslər  nəticəsində  təbii  artım  nisbətən 
yüksək səviyyədə qalsa da, miqrasiyalar davam et-
miş, əhalinin sayının artım tempi aşağı enmişdir. 
1991-ci ildə Aran iqtisadi rayonunda demoqra-
fik göstəricilər nisbətən sabit tempi ilə fərqlənmiş-
dir.  Bu,  kənd  əhalisi  arasında  da  özünü  göstərir. 
Eyni zamanda, kəndlərdə doğum və təbii artım əm-
salları ölkənin kənd əhalisi üzrə qeydə alınmış gös-
təricilərin səviyyəsindən yüksək olaraq qalmışdır. 
1991-ci ildə ölkənin kənd əhalisi arasında hər 1000 
nəfərə görə doğum əmsalı 29,7, təbii artım əmsalı 
23,3 olmuşdur. Aran iqtisadi rayonunda isə bu əm-
sallar,  müvafiq  olaraq,  31,1  və  24,8  səviyyəsində 
qeydə alınmışdır [1] (şəkil 1). 
 
Şəkil 1. Kənd əhalisi üzrə doğum, ölüm və təbii 
artım əmsallarının dəyişməsi 
İqtisadi rayonun tərkibinə daxil olan inzibati ra-
yonlarda  demoqrafik  göstəricilər  arasında  kəskin 
fərqlər vardır. İlk növbədə, şəhər və kənd əhalisinin 
mütləq sayı, onların ümumi əhali arasındakı xüsusi 
çəkisi, şəhər yaşayış məntəqələrinin sayı və təsər-
rüfat potensialından asılı olaraq inzibati rayonlarda 
doğum və təbii artım göstəriciləri formalaşır. 1990-
cı  ildə  iqtisadi  rayonda  doğum  əmsalının  yüksək 
göstəriciləri Ağdaş (hər 1000 nəfərə 38,0) və Saatlı  
(34,9)  rayonlarında  qeydə  alınmışdır.  Kürdəmir 
(33,8),  Salyan (32,3),  Sabirabad  (32,9),  Bilasuvar 
(31,2) və Zərdab (31,1) rayonlarında da kənd əha-
lisi arasında doğum əmsalı iqtisadi rayon üzrə orta 
səviyyədən yüksək olmuş, əhalinin sayı yüksək ar-
tım tempi ilə fərqlənmişdir. 
İqtisadi rayona daxil olan inzibati rayonların ək-
səriyyətində  kənd  əhalisi  arasındakı  doğum  orta 
göstəricilərdən aşağı olsa da, yüksək tempi ilə fərq-
lənir və hər 1000 nəfərə 25-30 arasında dəyişmiş-
dir.  Bu  qrup  inzibati  rayonlara  Ağcəbədi,  Ucar, 
Neftçala, Beyləqan, Göyçay, İmişli və Yevlax ra-
yonlarını aid etmək olar. Yalnız Hacıqabul rayonu 
kənd əhalisinin aşağı səviyyədə demoqrafik göstə-
riciləri ilə fərqlənmişdir. Bu rayonda doğum əmsalı 
10,2,  təbii  artım  əmsalı  9,1  səviyyəsində  qeydə 
alınmışdır. Bu, şəhər əhalisinin yüksək xüsusi çə-
kisi ilə əlaqədardır.  
1990-cı ildə ölkənin kənd əhalisi arasında ölüm 
əmsalı hər 1000 nəfərə görə 6,4 olmuşdur. Bu, həm 
ümumi əhali üzrə, həm də şəhər əhalisi üzrə olan 
göstəricilərdən  yüksək  idi.  İqtisadi  rayonun  da 
kənd əhalisi yüksək ölüm əmsalının olması ilə fərq-
lənmiş  və  hər  1000  nəfərə  6,3  səviyyəsində  ol-
muşdur.  Aranda  inzibati  rayonlar  kənd  əhalisinin 
ölüm səviyyəsinə görə bir-birindən kəskin fərqlən-
mişdir. Əhalinin cins-yaş tərkibi, onlara göstərilən 
sosial-mədəni və tibbi xidmət, məşğulluq struktu-
runun müxtəlifliyi ilə əlaqədar ölüm əmsalları ara-
sında  kəskin  fərqlər  olmuşdur.  Bu  amillər    təbii 
artıma  öz  təsirini  göstərmişdir.  İnzibati  rayonlar 
arasında  ölüm  əmsalının  ən  yüksək  göstəriciləri 
Zərdab (9,0), Göyçay (8,1) və Ağdaş (8,0) rayon-
larında qeydə alınmışdır. Bərdə (7,2), Ucar (7,5), 
Sabirabad  (6,4)  və  Kürdəmir  (6,3)  rayonlarında  
ölüm əmsalı iqtisadi rayonlar üzrə olan orta göstə-
ricilərə bərabər, yaxud ondan yuxarı olmuşdur [1].   
1990-cı  ildə  ölkənin  kənd  əhalisi  təbii  artımın 
yüksək göstəriciləri ilə fərqlənmışdir. Davamlı so-
sial-iqtisadi  inkişaf,  həyata  keçirilən  səmərəli  de-
moqrafik  siyasət,  kəndlərdə  məşğulluğun  yüksək 
səviyyəsi  şəraitində təbii  artım  yüksək  qiymət  al-
mışdır.  
1990-cı ildə Aranda təbii artım hər 1000 nəfərə 
görə 24,8 olmuşdur. Onun ən yüksək əmsallarına 
görə Saatlı (30,2) və Ağdaş (30,0) rayonları irəlidə 
idi.  Salyan  (27,4),  Kürdəmir  (27,5),  Sabirabad 
(26,5)  və  Beyləqan  (24,4)  rayonlarında  da  kənd 
əhalisi təbii artım hesabına yüksək templə artmış-
dır.  İnzibati  rayonlarda  təbii  artım  əmsallarının 
yüksək olmasına ölüm əmsallarının aşağı səviyyəsi 
də təsir göstərmişdir. Ağcabədi, Bərdə, Biləsuvar, 
İmişli, Neftçala, Ucar və Zərdab rayonlarında təbii 
artım əmsalı hər 1000 nəfərə görə 20-24 arasında 
dəyişmışdir [1]. 
XX əsrin sonunda Azərbaycanın müstəqillik əl-
də  etməsi  ilə  əlaqədar  başlanan  keçid  dövrü,  icti-
mai-siyasi  gərginlik,  milli  münaqişələrin  gərgin 
xarakter alması və iqtisadi böhran demoqrafik in-
kişafa  da  öz  mənfi  təsirini  göstərmiş,  təbii  artım 
azalmışdır. Eyni zamanda, 90-cı illərin ikinci yarı-
sından sonra ölkənin əhalisi, xüsusilə kənd əhalisi 
arasında doğum və təbii artım əmsalları kəskin şə-
kildə aşağı enmişdir.  Kəndlərdə təbii artımın azal-
ması  şəhərlərə  nisbətən  daha  yüksək  templə  get-
mişdir. Ona görə son dövrlərdə şəhər və kənd əhali-
si arasında təbii artımın kəmiyyətində olan fərqlər 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
42                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
əhəmiyyətli şəkildə azalmışdır, onlar bir-birinə ya-
xın qiymətlər alır.  
1990-1995-ci illərdə Azərbaycanın kəndlərində 
doğum  əmsalı  26,9%  azalmış,  hər  1000  nəfərə 
21,7-yə enmişdir. Bu dövrdə ölüm əmsalı xeyli art-
mış və 6,8-ə çatmışdır. Nəticədə təbii artım da 5 il 
ərzində 2,0 dəfə azalmış və 14,9-a düşmüşdür. Öl-
kənin  ümumi  əhalisi  arasında  təbii  artım  əmsalı 
30,5% azalmış və 15,4 olmuş, şəhərlərdə bu göstə-
rici 32,6% azalmış və 13,2-yə enmişdir. 
1995-ci ildə iqtisadi rayona daxil olan inzibati 
rayonlarda doğum əmsalları arasında xeyli fərqlər 
olmuşdur. Ümumilikdə, əvvəlki illərə nisbətən, bü-
tün  inzibati  rayonlarda  doğum  əmsalları  azalmış-
dır. Onun daha kəskin şəkildə azalması Ağcabədi, 
Ağdaş, Saatlı, Sabirabad, Salyan rayonlarında qey-
də alınmışdır. Bununla yanaşı, 1995-ci ildə Biləsu-
var (hər 1000 nəfərə 29,8) və Ağdaş (27,0) rayon-
larında kənd əhalisi arasında yüksək doğum qeydə 
alınmışdır.  Zərdab,  Ucar,  Neftçala,  Kürdəmir, 
Göyçay  rayonlarında  da  kənd  əhalisinin  doğum 
əmsalı iqtisadi rayon üzrə orta göstəricidən yüksək 
olmuşdur.   
Arana daxil olan inzibati rayonların əksəriyyə-
tində ölüm əmsalı 1990-cı ildən sonra müəyyən qə-
dər artmışdır. Keçən az vaxt ərzində əhalinin həyat 
səviyyəsinin  aşağı  düşməsi,  məşğulluqda  yaranan 
problemlər, əhaliyə göstərilən xidmətlərin, o cüm-
lədən səhiyyə xidmətinin aşağı səviyyəsi bu prose-
sə  ciddi  təsir  göstərən  amillərə  aiddir.  Nəticədə 
1990-1995-ci illərdə ölkənin kənd əhalisi arasında 
hər  1000  nəfərə  görə  ölüm  əmsalı  6,4-dən  6,8-ə 
yüksəlmişdir.   
Aran iqtisadi rayonunda ölüm  əmsalı müvafiq 
dövrdə  6,3-dən  7,2-yə  qədər  artmışdır.  Ayrı-ayrı 
inzibati rayonlarda ölüm əmsalının yüksək qiymət-
ləri qeydə alınmışdır. Onların arasında Göyçay (hər 
1000 nəfərə 9,5), Ucar (9,3) və Ağdaş (9,1) rayon-
larında  ölüm  əmsalları  yüksək  olmuşdur.  Yevlax 
(8,2),  Zərdab  (8,4),  həmçinin  Kürdəmir,  Neftçala 
və Sabirabad rayonlarında da onun səviyyəsi nara-
hatlıq doğurmuşdur. Bunun nəticəsində 1995-ci il-
də  inzibati  rayonlarda  təbii  artım  əmsalları  orta 
hesabla 1,5-2,0 dəfə, bəzi rayonlarda da yüksək sə-
viyyədə  azalmışdır.  Əksər  rayonlarda  kənd  əhali-
sinin  böyük  əksəriyyət  təşkil  etməsinə  baxmaya-
raq,  təbii  artım  əmsalları  kiçik  olmuş  və  əhalinin 
sayının artım sürəti xeyli aşağı düşmüşdür. 1995-ci 
ildə  Aran  iqtisadi  rayonunda  Ağcabədi  (hər  1000 
nəfərə  13,1),  Beyləqan,  Salyan,  Ucar,  Yevlax  və 
Zərdab (15-16) rayonlarında kənd əhalisi zəif təbii 
artım sürətinə görə fərqlənmişdir. 
İqtisadi rayonda şəhər və kənd əhalisi arasında 
təbii artım göstəricilərində fərqlər azalmışdır. Bu-
nunla yanaşı, kəndlər təbii artımın yüksək olması 
ilə fərqlənmişdir.   
Demoqrafik böhran 2000-ci illərin əvvəlində də 
davam  etmişdir.  Bu  dövrdə  miqrasiyanın  yüksək 
intensivliyi davam etmiş, təbii artım azalmış, əhali-
nin  sayının  aşağı  səviyyəli  artımı  müşahidə  edil-
mişdir. Ölkədə aparılan iqtisadi islahatlar, yeni iş 
yerlərinin açılması şəraitində demoqrafik göstərici-
lərdə  də  irəliləyişlər  müşahidə  edilmişdir.  Bunu 
yalnız  2005-ci  ildən  sonrakı  dövrlərə  aid  etmək 
olar.  
1995-2005-ci  illərdə  əksər  inzibati  rayonlarda 
doğum əmsalı aşağı enmişdir.  Respublikanın kənd 
əhalisi  üzrə  hər  1000  nəfərə  görə  doğum  əmsalı 
2005-ci ildə 19,3 olmuşdur ki, bu da 1995-ci il sə-
viyyəsinə nisbətən xeyli aşağıdır. Ölüm əmsalının 
azalmasına baxmayaraq, təbii artım da 10 il ərzində 
azalmağa doğru getmiş və 1000 nəfərə 13,3 təşkil 
etmişdir. Şəhər əhalisi arasında bu dövrdə təbii ar-
tım  daha  aşağı  qiymətlərə  malik  olmuşdur  (hər 
1000 nəfərə 8,4). 
 
 
Şəkil 2. Kənd əhalisi üzrə doğum, ölüm və təbii 
artımın dinamikası 
1995-2005-ci illərdə inzibati rayonlar üzrə do-
ğum  əmsalının  səviyyəsini  kənd  əhalisinin  sayı, 
aparılan iqtisadi islahatlar prosesində kəndlərin iq-
tisadi  bazasının  formalaşması,  burada  sosial  xid-
mət sahələrinin fəaliyyəti, yeni iş yerlərinin yara-
dılması və s. amillər müəyyən etmişdir. Hacıqabul 
rayonunda doğum və təbii artım göstəriciləri müs-
təsnalıq  təşkil  etmişdir  və  yüksək  olmuşdur  (hər 
1000  nəfərə  görə  doğum  əmsalı  28,8,  təbii  artım 
22,8). Belə vəziyyət ayrı-ayrı illərdə müşahidə edi-
lə bilər. İqtisadi rayon üzrə orta kəmiyyətlərə nis-
bətən  Zərdab  (21,6),  Ağcabədi  (21,2),  Biləsuvar 
(21,1) və Sabirabad rayonlarında (21,0) doğum sə-
viyyəsi yüksək olaraq qeydə alınmışdır. Bu rayon-
larda kənd əhalisinin sayının çox olması böyük rol 
oynamışdır. Ağdaş, Beyləqan, Göyçay, Kürdəmir 
və  Salyan  rayonlarında  da  2005-ci  ildə  kəndlərdə 
doğum əmsalı yüksək olmuşdur.  
Doğumun yüksək səviyyəsi təbii artımın da çox 
olmasına gətirib çıxarır. Buna baxmayaraq, 1995-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə