Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə17/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
32                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Təsvirin  təsnifatlaşdırılması  –  çoxzonalı  rastr 
təsvirdən  məlumat  siniflərin  üzə  çıxarılması  pro-
sesidir.  Təsvirin  təsnifatlaşdırılmasından  alınan 
rastrı tematik xəritələrin alınmasında istifadə oluna 
bilər. Təsnifatlaşdırma prosesində kompüter anali-
tika ilə qarşılıqlı təsirin xüsusiyyətindən asılı ola-
raq  iki  tip  təsvirin  təsnifatlaşdırılması  seçilir:  tə-
limli təsnifatlaşdırma və təlimsiz təsnifatlaşdırma. 
 
 
Şəkil 2. Quba-Xaçmaz regionunun  ArcGİS 
proqramı vasitəsilə  meşə örtüyünün kəmiyyət və 
spektral xüsusiyyətlərini xarakterizə edən 
histoqram və qrafiki 
Təsnifatlaşdırma prosesi – çoxmərhələli iş pro-
sesidir, buna görə də müxtəlif alətlərdən istifadə et-
məklə  təsnifatlaşdırma  üçün  inteqral  şəraiti  təmin 
edən xüsusi panel olaraq təsvirin təsnifatlaşdırması 
(İmage Classification) nəzərdə tutulub.  
Verilən  kosmik  şəkil  üzrə  araşdırmalar  aparıl-
mışdır. Bu araşdırma nəticəsində Böyük Qafqazın 
şimal-şərq yamacında yerləşən Quba-Xaçmaz regi-
onunun SPOT-6 peykindən alınmış kosmik təsvir-
lərinə əsasən emalı aparılmışdır. Bu emalın nəticəsi 
olaraq  Quba-Xaçmaz  regionunun  ArcGİS  proqra-
mı vasitəsilə meşə örtüyünün kəmiyyətcə vəziyyəti 
müəyyənləşdirilmiş və legendası qurulmuşdur. 
Cədvəl 1-də ArcMap proqramın Calculate Geo-
metry  vasitəsilə  Quba-Xaçmaz  regionu  landşaftı-
nın  kəmiyyətcə  qiymətləndirilməsi  aparılmışdır. 
Alınan nəticələrə görə, demək olar ki, ədəbiyyatda 
verilən qiymətlərlə müqayisədə Quba-Xaçmaz re-
gionunun 2015-ci ildə Spot-6 peykindən götürülən 
DEM-ə  əsasən,  meşə  örtüyündə  kifayət  dərəcədə 
dəyişikliklər  baş  vermişdir.  Belə  ki,  cədvəl  2-yə 
əsasən ədəbiyyatda fıstıq meşələri 41 613 ha oldu-
ğu  halda,  hesablama  nəticəsində  28507  ha,  palıd 
meşələri 39 101 ha olduğu halda, proqramın nəticə-
sinə görə 49 645 ha, vələs meşələri isə ədəbiyyata 
əsasən 9 683 ha olduğu halda, hesablamaya əsasən 
isə 40 301 ha-dır. 
Cədvəl 1 
Quba-Xaçmaz regionunun ArcGİS 
proqramı vasitəsilə landşaftlarının kəmiyyətcə 
qiymətləndirilməsi (ha) 
Mövqe 
Poliqon 
Sahə 
(ha) 

Xəzər dənizi 
11258 

Əkin sahələri 
21392 

Fıstıq 
28507 

Palıd 
49645 

Vələs 
40301 

Yaşayış 
məntəqələri 
21915 

Yollar 
9606 

Qarışıq meşə 
sahələri 
48799 

Çılpaq torpaq 
37173 
10 
Bağlar 
17923 
 
Cədvəl 2 
Müxtəlif illərdə meşələrin növ müxtəlifliyinə 
görə sahələri (ha) 
Meşə 
növləri 
Ədəbiyyat 
məlumatına 
əsasən (2003-
cü il), ha 
Spot-6 peykin-
dən alınan məlu-
mata əsasən 
(2015-ci il) ha 
1. Palıd  
39 101  
49 645  
2. Fıstıq  
41 613  
28 507 
 3. Vələs  
9 683  
40 301  
 
Nəticələrə əsaslansaq, görərik ki, fıstıq meşələ-
rində azalma, palıd və vələs meşələrində isə artım 
baş verib. Araşdırmalar göstərir ki, bir ağac növü 
digər ağac növü ilə əvəz olunmuşdur. 
 
ƏDƏBIYYAT 
1.Mikayılov A.A., Rüstəmov Q.I., Rüstəmova A.M., 
Həsənəliyeva 
L.H.  Böyük  Qafqazın  şimal-şərq 
yamacındakı  landşaft  komplekslərinin  ekogeokimyəvi 
xüsusiyyətləri.  Bakı  Dövlət  Universitetinin  xəbərləri, 
2013, №4. 
2.Мусеибов М.А. Ландшафты Азербайджанской 
Республики. Баку: БГУ, 2003, с. 151.  
3.http://desktop.arcgis.com/ru/arcmap/10.3/tools/3d
-analyst-toolbox/an-overview-of-the-3d-analyst-
toolbox.html.  


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 33 
 
4.COGRAFI BILGI SISTEMLERI+ArcGIS.pdf.   
5.http://www.isoline-gis.ru/gis_about.html.  
6.http://www.progis.ru/win/wingis2000.html.  
 
ESTIMATION THE STATE OF FOREST 
COVER OF THE NORTH-EASTERM SLOPE OF 
THE MAJOR CAUCASUS BY THE HELP OF 
COSMIC DATA 
V.M.Mammadaliyeva 
The  forest  cover  of  the  north-eastern  slope  of  the 
Major Caucasus has been studied by the help of ArcGIS 
software. The qualitative, quantative and spectral featu-
res of the forest cover of Guba-Khachmaz region were 
revealed as a result of this research. 
 
 
ОЦЕНКА СОСТОЯНИЯ ЛЕСНОГО 
ПОКРОВА СЕВЕРО-ВОСТОЧНОГО  СКЛОНА 
БОЛЬШОГО КАВКАЗА НА ОСНОВЕ 
КОСМИЧЕСКИХ ДАННЫХ 
В.М.Мамедалиева 
В статье был иcследован лесной покров северо-
восточного  склона  Большого  Кавказа  с  помощью 
ArcGIS  программного  обеспечения.  В  результате 
этого  исcледования  были  выявлены  качественные, 
количественные  и  спектральные  характеристики 
лесного покрова Губа-Хачмазского региона. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
34                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
İNSAN COĞRAFİYASI
 
© E.S.Bədəlov
 
AZƏRBAYCANIN REGİONLARINDA ŞƏHƏR  MƏNTƏQƏLƏRİNİN DEMOQRAFİK 
İNKİŞAFININ ƏSAS MEYİLLƏRİ 
E.S.Bədəlov 
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu 
Az 1143, Bakı, H.Cavid pr., 115 
Məqalədə  Azərbaycanın  regionlarında  şəhər  əhalisi  sayının  artım  dinamikası  təhlil  olunmuş, 
1999-2017-ci illər ərzində qəsəbələrdə yaşayan əhalinin xüsusi çəkisinin artımı müəyyən edilmişdir. 
Tədqiqat işində şəhər  məntəqələrinin demoqrafik inkişafında, xüsusilə təbii artım və miqrasiya pro-
seslərində baş verən meyillər araşdırılmışdır. Məlum olmuşdur ki, 2005-2010-cu illərdə şəhər əhalisi 
sayının art ması təbii artım və miqrasiya hesabına (Bakı aqlomerasiyasında müsbət miqrasiya sal-
dosuna görə) baş vermiş, lakin 2011-2016-cı illərdə mütləq artım nisbətən aşağı templə və əsasən 
təbii artım hesabına getmişdir. Məqalədə bu sahədə yaranan problemlərin aradan qaldırılması isti-
qamətində təkliflər verilmişdir. 
Mövzunun aktuallığı. Azərbaycanın regionla-
rında  şəhər  məntəqələrinin  geodemoqrafik  şəraiti 
və  inkişaf  problemlərinin  təhlili  ölkədə  baş  verən 
sosial-iqtisadi  siyasətin  əsas  hissəsini  təşkil  edir. 
Bu, insan potensialının cəmiyyətdə inkişaf göstəri-
cisidir. Regionlarda istehsalın və əhalinin daha sə-
mərəli  ərazi  təşkili  şəhərlərin  formalaşması  üçün 
geodemoqrafik şəraitin öyrənilməsi zəruriliyini or-
taya  çıxarır.  Geodemoqrafik  şərait  əhalinin  təbii 
hərəkəti, onun strukturu və yerləşdirilməsi qanuna-
uyğunluqlarını  əks  etdirir.  Ölkəmizdə  şəhər  məs-
kunlaşmasını şəhər və qəsəbələrdən ibarət yaşayış 
məskənləri təşkil edir. Şəhərlərin sayı ölkədə 1999-
2016-cı illərdə 69-dan 78-dək yüksəlmişdir, onla-
rın  12-si  işğal  altındadır.  Hazırda  ölkə  əhalisinin 
37,4%-i, sənaye və sosial-iqtisadi potensialının bö-
yük  hissəsi  şəhərlərdə  cəmləşir.  Qəsəbələrin  sayı 
bu dövrdə 132-dən 261-dək yüksəlmiş, hazırda bü-
tün əhalinin 15,6%-i, sənaye və sosial-iqtisadi po-
tensialının kiçik hissəsi bu məntəqələrdə cəmlənir. 
Ölkə  əhalisinin sağlamlığınının  qorunması  və  so-
sial təminatı, məşğulluq probleminin həlli və digər 
istiqamətlərdə  aparılan  tədbirlər  demoqrafik  pro-
seslərin  inkişafında  mühüm  rol  oynayır.  Şəhər  
məntəqələrinin demoqrafik inkişafında qarşıya çı-
xan  problemlərin  həlli  üçün  elmi  təhlillərin  apa-
rılması  və  onların  nəticələrinə  görə  dövlət  səviy-
yəsində tədbirlər planının hazırlanması olduqca zə-
ruridir. 
Regionlarda şəhər əhalisi sayının artım dinami-
kası.  Azərbaycan  dünyanın  ən  qədim  şəhər  məs-
kunlaşması ocağlarından biri olsa da, burada şəhər-
lərin  inkişafında  yer  alan  köklü  dəyişiliklər  kapi-
talizm münasibətlərinin inkişafı ilə bağlı olaraq baş 
vermişdir. XIX sonu və XX əsrin əvvəllərində şə-
hər əhalisinin artımı sürətli olmuş, artıq 1913-cü il-
də  şəhər əhalisinin xüsusi çəkisi 24% təşkil etmiş-
dir. 1959-cu ildə bu pay 2 dəfə artaraq 48%-ə çat-
mışdır. Şəhər əhalisinin sayı isə bu dövrdə 3,2 dəfə 
artmış və ya 555,9 min nəfərdən 1767,6 min nəfə-
rədək yüksəlmişdir. 1916-1989-cu illərdə şəhərlə-
rin sayı 16-dan 65-ə kimi artmışdır [8, s. 692].  
Sovet  hakimiyyətinin  1950-1960-cı  illərində 
respublikanın iqtisadiyyatında baş verən tikinti-qu-
ruculuq  işləri,  yeni  sənaye  şəhərlərinin  salınması 
şəhər əhalisinin sürətli artımına səbəb oldu. Artıq 
1970-cı  ildə  şəhər  əhalisinin  xüsusi  çəkisi  50%, 
1979-cu  ildə  isə  53%,  1989-cu  ildə  cüzi  artaraq 
54,2% olmuşdur. 1959-1970-ci illərdə respublika-
da şəhər əhalisinin ortaillik artım  göstəricisi 4,1%, 
sonrakı onilliklərdə azalaraq 2,9% və 1,2% səviy-
yəsinə enmişdir [7, s. 447]. 
Müstəqilik dövründə şəhər əhalisinin sayı artsa 
da, xüsusi çəkisi qismən azalmışdır. Bu dövrün ilk 
illərində qeyri-sabit siyasi vəziyyət, müharibə, so-
sial-iqtisadi inkişafda yaranan böhran və digər pro-
seslər ölkə üzrə demoqrafik böhranın yaranmasına 
səbəb oldu. Bu böhranı şərtləndirən digər amillər-
dən biri də keçmişdə baş vermiş demoqrafik hadi-
sələrdir. Amillərdən biri XX əsrin 1941-1945-ci il-
lərində  olan  böyük  demoqrafik  böhrandır.  Bu  de-
moqrafik proses nəticəsində 25 ildən sonra (1970) 
əmələgələn 1-ci nəsil azsaylı olduğu üçün 1995-ci 
ildə onların davamı 2-ci nəsil də azsaylı olmuşdur. 
Gələcəkdə 3-cü nəsil də (2020-ci illər) azsaylı ola-
caqdır.  2016-cı  ildən  demoqrafik  proseslərdə  bu 
artıq özünü göstərməkdədir. Bunun qarşısının alın-
ması üçün düzgün demoqrafik siyasətin aparılma-
sına ehtiyac vardır. Son dövrlərdə şəhər əhalisinin 
sayının artmasına 2000-ci ildə yaşayış məntəqələ-
rinin statusu haqqında qanunvericilikdə edilən də-
yişikliklər ciddi təsir etmiş, əvvəllər mövcud olan 
kənd qəsəbələri şəhər yaşayış məntəqələri sırasına 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə