Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

Yerin fəal tektonik təbəqəsi
Niderlandın Şimal dənizi sahilləri
tədricən aşağı çökür və okean suları
altında qalmaq təhlükəsi yaranır
qabığında baş verən üfüqi və şaquli yerdəyişmələrə tektonik hərəkətlər deyilir.
Tektonik hərəkətlər zamanı Yer səthində qırılmalar, qalxmalar, enmələr baş verir,
qırışıqlıqlar yaranır. Aşağı çökmüş ərazilər dəniz və okean suları ilə örtülür.
Bir zamanlar okean və dənizlərin dibində toplanan canlıların qalıqlarına müxtəlif
ərazilərdə və süxurların arasında laylar formasında rast gəlinir. Onlar bir çox
hallarda hazırkı su hövzələrindən yüzlərlə km kənarda yerləşir.
Bir ərazinin enməsi ilə eyni vaxtda
digəərazinin qalxması baş verir
Dünyanın ayrı-ayrı əraziləri şaquli qalxmalara və enmələrə məruz qalır. Hazırda
Skandinaviya sahil-
Ərazilərin qalxması onun
mütləq hündürlüyünün


artmasına səbəb olur
ləri ildə 1 sm yuxarı qalxır, Şimal dənizinin sahilləri isə aşağı enir. Buenmə ildə 3 mm
təşkil edir. İndiki Şərqi Avropa düzənliyindən 70 mln. il əvvəl sular çəkilmiş və ərazi
quruya çevrilmişdir. Hazırda onun mərkəzi sahələri ildə 2-4 mm enir, qərbi isə qalxır.
Vulkan və zəlzələlər baş verən ərazilərdə şaquli hərəkətlər daha intensiv olur.
Azərbaycanda Qafqaz dağları ildə 1-3 mm qalxırsa, Kür-Araz ovalığı aşağı enir.
Abşeron yarımadasında


§19. Yerin müasir üfüqi və şaquli hərəkət sahələri
 
Süxurların nisbi yaşını canlı orqanizmlərin daşlaşmış qalıqlarının yatım ardıcıllığına
görə müəyyən etmək olar
balıqqulağından ibarət olan mişar daşı yataqlarının olması vaxtilə bu ərazilərin
okean suları altında olması ilə əlaqədardır.
Nə öyrəndik
Mövzuya aid suallar
Ev tapşırığı
Müxtəlif mənşəli süxurların üst-üstə toplanması Yer qabığının .......və .......
hərəkətləri nəticəsində pozulur. Yer qabığının üfüqi və şaquli istiqamətdə
yerdəyişməsinə ....... ....... deyilir. Tektonik hərəkətlər zamanı Yer səthində ....... və
....... baş verir. Okean və dənizlərdə toplanan ....... ....... qalıqlarına bəzən
sahillərdən çox uzaqda rast gəlinir.
1.  Yer qabığında üfüqi və şaquli hərəkətlər nə ilə əlaqədardır?
2.  Okean və dənizlərə xas olan balıqqulağı və digər üzvi mənşəli süxurların
yüksək dağlarda tapılmasını necə izah etmək olar?
3.  Abşeron yarımadasında əhəngdaşı (mişar daşı) çıxarılır. Onun tərkibinə
baxdıqda nəyi görmək olar? Onların dəniz çöküntüləri ilə hansı əlaqəsi
vardır?
Yer qabığının quruluşu xəritəsindən (səh. 64-65) istifadə edərək Yerin qalxma və


enmələrə uyğun gələn ərazilərini göstərin və kontur xəritədə qeyd edin.


Yerin fəal tektonik təbəqəsi
§20. Litosfer tavaları
Güman edilir ki, Yerin geoloji inkişafı dövründə okean və quru sahələrinin
formalaşması, yerləşdiyi ərazilər və tutduğu sahələr daim dəyişmişdir. Ona görə ki,
Yer qabığı böyük parçalar formasında mantiyanın üzərində daimi olaraq müxtəlif
istiqamətlərdə hərəkət edir. Bu hərəkət ildə bir neçə sm-dən 8-10 sm-ə qədər
sürətlə davam edir.
Təhlil edək:
1.  Yer qabığının böyük hissələrə parçalanması və hərəkətinin səbəbi nədir?
2.  Okeanların, quru sahələrinin forması və yerinin dəyişməsini hansı əlamətlərə
əsasən müəyyən etmək olar?
Açar sözlər
Litosfer tavaları.
Astenosfer.
Konvergent sərhəd.
Divergent sərhəd.
Yer qabığı üst mantiya ilə birlikdə bərk təbəqə olan litosferi əmələ gətirir. Bu təbəqə
litosfer tavaları adlanan ayrı-ayrı parçalardan ibarətdir. Onlar litosferin geniş
ərazilərini əhatə edən hissələridir. Litosfer tavalarının qalınlığı 50-200 km arasında
olur, üst mantiyanın yumşaq plastik təbəqəsi olan astenosfer üzərində üfüqi
istiqamətdə “sürüşür”. Mantiyanın üst hissəsində maddələrin yerdəyişməsindən
əmələ gələn qüvvə litosfer tavalarının hərəkətinə səbəb olur. Mantiyadan Yer
səthinə doğru qalxan güclü maqma axını litosfer tavalarını hərəkət etməyə məcbur
edir. Yer səthində relyefin formalaşması, materiklərin yerdəyişməsi və formasının
dəyişməsi litosfer tavalarının hərəkəti ilə bağlıdır.
Sərhədlərinin keçməsindən asılı olaraq materik və okean tipli litosfer tavaları ayrılır.
Əhatə etdiyi əraziyə görə litosfer bir neçə iri tavaya bölünür. Avrasiya, Şimali
Amerika, Cənubi Amerika, Afrika, Hind-Avstraliya, Antarktida və Sakit okean Yer
üzərində ayrılan əsas litosfer tavalarıdır. Yerdə bir neçə kiçik litosfer tavaları da
ayrılır (Filippin, Karib, Ərəbistan, Kokos və Naska). Sakit okean yalnız okean yer
qabığına, digər əsas litosfer tavaları həm materik, həm okean yer qabığına malikdir.


§20. Litosfer tavaları
 
Litosfer tavalarının hərəkət istiqaməti və sərhədlərin forması
Litosfer tavalarının yaxınlaşma sərhədləri konvergent sərhədlər adlanır. Litosfer
tavalarının kənarlaşma sərhədlərinə divergent sərhədlər deyilir. Kiçik tavalardan
Ərəbistan materik tipli, qalanları isə okean tipli yer qabığından ibarətdir.
 
Litosfer tavalarının hərəkət sxemi


Yerin fəal tektonik təbəqəsi
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Xəritə üzərində iş
Yer qabığı üst mantiya ilə birlikdə ....... əmələ gətirir. Litosfer ayrı-ayrı parçalardan
ibarət ....... ....... ayrılır. Yer qabığı sərhədlərinin keçməsinə görə ....... və ....... tipli
litosfer tavalarından ibarətdir. Litosfer tavalarının yaxınlaşma sərhədləri .......,
uzaqlaşma sərhədləri ....... sərhədlər adlanır. Sahəsi böyük olan litosfer
tavalarına ......., ....... və ....... aiddir.
1.  Litosfer tavalarının hərəkət etməsinə səbəb nədir?
2.  Litosfer tavalarının sərhədləri hansı xüsusiyyətlərə malikdir?
3.  Azərbaycan Respublikası hansı litosfer tavalarının sərhədlərində yerləşir?
1.  Litosfer tavalarını böyüklüyünə görə qruplaşdırın və dəftərinizə qeyd edin.
2.  Uyğunluğu müəyyən edin:
1. Böyük litosfer tavaları 
2. Kiçik litosfer tavaları
a) Cənubi Amerika 
b) Sakit Okean 
c) Filippin
d) Ərəbistan 
e) Antarktida 
f) Kokos
1.  Rəqəmlərə uyğun olaraq litosfer tavalarının adlarını yazın.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə