Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

hissəsini ilk okean olan
Pantalass tutmuşdur.
Suyun müasir kimyəvi tərkibi, Yerin quru sahələrindən axan çayların gətirdiyi
mineral maddələr, biosferin və atmosferin iştirakı ilə formalaşmışdır.
Mantiyadan qızmar kütlənin səthə çıxması vahid Dünya okeanının nisbətən kiçik
hissələrə parçalanmasına gətirib çıxardı. İlkin olaraq Sakit okean və müasir Şimal
Buzlu okeanının mərkəzi hissəsi əmələ gəlmişdir. Bu mərhələdən sonra Yer
səthində


§30. Dünya okeanının yaranması
daha iki okean – Atlantik və Hind okeanları yaranmışdır. Yer üzərində hidrosferin
indiki həcmi onun yaranmasının ilkin mərhələsində formalaşmışdır. Okeanların
yaranmasından sonra Yer üzərində zəngin bitki örtüyü yaranmış, atmosferdə olan
oksigenin miqdarı artmışdır.
Lavrasiya və Hondvana quru sahələrinin parçalanması nəticəsində


Yerin su təbəqəsi
Dünya okeanı müasir formasını almışdır. Onlar arasında Tetis okeanı mövcud
olmuşdur.
Hidrosferdə toplanan suların əmələ gəlməsində kosmosdan meteoritlərlə gələn
sular, Yer səthindən 230-250 kilometrə qədər hündürlükdə yeni su molekulları
yaranması da iştirak edir. Okean suları Günəşdən gələn istiliyin çox hissəsini qəbul
edərək Yerdə iqlimin formalaşmasında böyük rol oynayır.
Nə öyrəndik
Mövzuya aid suallar
Xəritə üzərində iş
Ev tapşırığı
Okeanlarda toplanan suların yaranmasına ..... ..... və ..... ..... ..... səbəb olmuşdur.
..... və ..... quru sahələrinin parçalanması nəticəsində müasir okeanlar
yaranmışdır. Geoloji yaşına görə ..... və ..... okeanları cavandır.
1.  Təbiətdə suyun müxtəlif hallarda olması səbəblərini izah edin.
2.  Okean suyunun tərkibinin formalaşması hansı proseslərin təsiri ilə
getmişdir?
3.  “Yer qabığının quruluşu” (səh.66-67) və “Dünya okeanının dibində süxurların
yaşı” xəritə-sxemlərini müqayisə edin. Okeanlarda daha cavan yaşlı
süxurların yayılmasının hansı proseslərlə əlaqədardır?
Litosfer tavalarının hərəkət istiqaməti və sürətinin dəyişməsinə (səh.66-67)
əsasən gələcəkdə okeanların sahəsi və formasının dəyişməsi haqqında hansı
fikirləri söyləmək olar?
Yaşadığınız ərazidə hansı su obyektləri vardır? 
Onların yaranmasında hansı coğrafi amillər iştirak edir?


§31. Okeanların öyrənilməsi
§31. Okeanların öyrənilməsi
XIX əsrə qədər okean və dənizlərin sahillərində yaşayan insanlar onun dib relyefinin
hamar olduğunu güman edirdilər. XIX əsrin ikinci yarısından başlayaraq okean
suyunun dərin sahələri və dibinin relyefinin öyrənilməsinə başlanmışdır. Nəticədə
okeanların dibində düzənliklər, dağlar, dərin çökəkliklərin olması müəyyən
edilmişdir.
Təhlil edək:
1.  Okeanların dərin sahələri və dib relyefi hansı üsullarla öyrənilir?
2.  Okeanların öyrənilməsində hansı ölkələr fəal iştirak edir?
Açar
sözlər
Batiskaf.
Batisfer.
Akvalanq. Exolot.
Böyük Coğrafi kəşflər dövründə okeanların dərinliyini ölçmək üçün ucuna yük
bağlanmış kəndirdən istifadə edilirdi. Bu alət lot adlanırdı. XIX əsrin ortalarına qədər
hesab edirdilər ki, okeanlar duzlu sular ilə dolmuş dərin çökəkliklərdir. Birinci Dünya
müharibəsi zamanı okeanların dərinliyini ölçmək üçün exolot kəşf olundu. Okean
dibinə göndərilən səs dalğası 1500 m/san sürətlə hərəkət edərək geri qayıdır və
qəbul edilir.
Bilirsinizmi
1872-1876-cı illərdə Böyük Britaniyanın “Çellencer”
gəmisi ilə okeanoqrafiya ekspedisiyası təşkil
edilmişdir. Ekspedisiyanın topladığı materiallar
üzərində 70 alim 20 il əmək sərf etmişdir. Bu
tədqiqatlar əsasında 50 cildlik əsər çap edilmişdir.
Kitablarda 2279 xəritə, şəkil, rəsm vardır. Ekspedisiya
müəyyən etdi ki, okean dibində dərinliyi 5000 metrdən
çox olan çökəkliklər, dağlar və sıra dağlar vardır.
Gəmilərdə okeanların dərinliyini avtomatik təyin edən exolot (sonar) okean dibinin
profilini qurur.


 
Müasir dövrdə okeanlarda suyun
dərinliyi exolotun köməyi ilə təyin
olunur
 
“Vityaz” tədqiqat gəmisi


Yerin su təbəqəsi
Okeanların dərin hissələri batisfer və batiskafın köməyi ilə tədqiq olunur. Batiskaf
– okeanların dərin qatlarını öyrənmək üçün avtomatik idarə edilən qurğudur.
Okeanların dərin sahələrini öyrənən
aparatlar
1943-cü ildə fransız okeanoloqu Jak-İv Kusto və E.Qanyan suyun 40 m-ə qədər
sahələrini öyrənmək üçün akvalanq hazırladı. Marian çökəkliyinin dərinliyini ilk dəfə
keçmiş SSRİ-nin “Vityaz“ gəmisi 1957-ci ildə ölçmüşdür. Bu çökəkliyə ilk batiskaf
1960-cı ildə İsveçrə alimi Jak Pikar tərəfindən endirilmişdir.
Fiziki xəritələrin kənarında yüksəklik və dərinlik şkalası verilir. Bu şkalaya əsasən
quruda hündürlük, su hövzələrində isə dərinlik aydın göstərilir.


 
Lot
Nə öyrəndik
Okeanların dərinliyini ölçmək üçün ...... istifadə olunur. Marian çökəkliyinin
dərinliyini ilk dəfə keçmiş SSRİ-nin ....... gəmisi ölçmüşdür. Bu çökəkliyə ilk
batiskaf ..... ildə endirilmişdir.


§31. Okeanların öyrənilməsi
Mövzuya aid suallar
Tapşırıq
Hesablayın
Ev tapşırığı
1.  Okeanların öyrənilməsinin əsas nəticələri hansılardır?
2.  Okeanların öyrənilməsində hansı aparat və avadanlıqlardan istifadə olunur?
1.  Okeanların öyrənilməsində iştirak edən ölkələrin adlarını və onlara aid
alimlərin gördüyü işlər haqqında danışın.
2.  Okeanların öyrənilməsinin əhəmiyyətini izah edin.
1.  Okeanın dibinə göndərilən səs dalğası 5 saniyədən sonra qəbul edilirsə,
burada suyun dərinliyi nə qədər olar?
2.  Dərinliyi 6000 m olan suya göndərilən səs siqnalı nə qədər vaxtdan sonra
qəbul edilər?
3.  Marian çökəkliyində olan hidronavtlar gəmidən göndərilən səs dalğasını
neçə saniyədən sonra qəbul edərlər?
Verilmiş xəritə- sxemə əsasən “Çellencer” gəmisinin öyrəndiyi coğrafi obyektləri
göstərin. Marşrut sxemini kontur xəritəyə köçürün.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə