Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   2   3   4   5   6   7   8   9   ...   70


 
adlı  bir  oçerk  vardır.  Onu  oxuyarkən  iftixarla  düşünürsən  ki,  Şəmistan  taleyi 
oğurlanmış ilk azərbaycanlı admiralımız İbrahim bəy Aslanbəyovu arxivlərdən üzə 
çıxarmaq  üçün  necə  inadkarlıqla  vuruşmuşdur.  Bunu  ancaq  damarlarında 
azərbaycanlı qanı olan adam bacarardı. O, Sevastopol şəhərinin muzeyində olarkən 
muzey  bələdçisinin  ağzından  Aslanbəyovun  adını  eşidir.  Sonra  onun  muzeydən 
asılmış  portretini  görür.  Dəqiqələrlə  durub  baxır.  Aslambeqov  kimi  qələmə 
verilmiş  bu  adamın  simasında  daxili  bir  hissin  gücü  ilə  doğma  cizgiləri  duyur, 
ürəyi  ona  isinir  və  buradan  da  axtarışlar  başlanır.  Lakin  məqsədinə  çatmaq  üçün 
çoxlu  maneələrlə  rastlaşır.  Muzeydə  ona  deyirlər  ki,  Aslanbəyov  heç  zaman 
azərbaycanlı ola bilməz, azərbaycanlılardan, ümumiyyətlə, admiral yetişməmişdir. 
Arxivdə  işləyən  yaşlı  bir  erməni  qadın  isə  Aslanbəyovun  şəxsi  işini  ona 
göstərməkdən  müxtəlif  bəhanələrlə  boyun  qaçırır.  Şəmistan  isə  əl  çəkmir, 
inadkarlıqla  tələb  edir  ki,  admiralın  şəxsi  işini  ona  göstərsinlər.  Nəhayət,  öz 
məqsədinə  çatır.  Budur,  admiralın  şəxsi  işi  onun  əlindədir.  Orada  oxuyur: 
«Admiral  İbrahim  bəy  Aslanbəyov  Allahverdi  oğlu.  Dini  «müsəlman».  Lakin 
sonralar kimsə qara mürəkkəblə bu ad və familiyanın üstünə qələm çəkərək, əlavə 
etmişdir:  Aslanbəyov  Avramiy  Boqdanoviç.  Müsəlman  dini  sözü  üstündə 
«Pravoslavnıy»  yazılmışdı.  Axır  ki,  bu  saxtakarlıq  və  oğurluq  müəllif  tərəfindən 
ifşa olunmuşdur. 
Şəmistanın  başqa  oçerklərində,  məsələn,  «Milli  sərkərdələrimizin  faciəsi», 
«Acı tale»  və  başqalarında  da  tarix vərəq-vərəq  gözlərimiz qarşısında  səhifələnir, 
hər  şey  öz  yerini  tutur.  Bu  oçerklər  adi  oçerklərdən  öz  ensiklopedik  xarakteri  və 
hətta dərsliklərə daxil ola biləcək zəngin materialları ilə fərqlənir. Hər bir oçerk bir 
görkəmli şəxsiyyətin taleyidir. 
Heç şübhəm yoxdur ki, oxucular bu kitabı daxili razılıq hissi ilə oxuyacaq, 
tapıntılardan  bəhrələnəcək  və  istər  istəməz  dodaqları  arasından  bu  sözlər 
eşidiləcəkdir: «Uğur olsun sənə, Şəmistan!» 
Qılman  ĠLKĠN,  
Dövlət mükafatı   laureatı, 
        yazıçı
 
 



 
 
Daş Salahlı  qəbristanlığında 
əbədiyyətə qovuşan, qəlbimin közündə  
yaşayan TELLİ OSMAN qızının   
əziz  xatirəsinə   ithaf  edirəm. 
 
ĠLĠSULU GENERALIN FACĠƏSĠ 
 
Həqiqəti  tapmaq  üçün  təkcə  ayaq  altına  baxmaq  azdır,  üfüqlərə,  günəşə 
baxmalısan! 
Lev   TOLSTOY 
 
General  Daniyal  bəyin  ömür  yolunu  öyrənmək  üçün  Bakıda  çox  adamlar 
mənə  vəd  verdi,  amma  heç  bir  nəticəsi  olmadı.  İlisuya  getdim.  Orda  da  hərə  bir 
əfsanə,  hərə  bir  nağıl  danışdı.  Hətta  «qohumuyam»,  «nəticəsiyəm»  deyənlər  də 
oldu. Təəssüf ki, qohumun da, nəticənin də bildikləri ara söhbətlərindən başqa bir 
şey deyildi. Böyük dramaturqumuz Mirzə Fətəli Axundovun şəxsi arxivindən əldə 
etdiyim  on  bir  nəfərin  təsvir  olunduğu  «Şamilin  naibləri»  foto  şəklini  onlara 
göstərdim. Nə nəvə, nə də qohumlar babalarını tanımadılar. 
İlisu  kəndindən  də  əliboş  qayıtdım.  Qaxda,  İlisuda  və  Bakıda  adamların 
əksəriyyəti  general  Daniyal  bəy  haqqında  olmuş  əhvalatları  təhriflə  söyləyirlər. 
Müasirlərimizdə  günah  yoxdur.  Ona  görə  ki,  aradan  nə  az,  nə  də  çox,  bir  əsr 
yarımdan artıq vaxt keçib. Müasirlərimizi qınamazdan qabaq onu da deyim ki, mən 
inanıram  ki,  elə  Şeyx  Şamilin,  Daniyal  bəyin  sağlığında  da  bu  əhvalatlar  təhriflə 
danışılıb.  Çünki  Şamili  məğlub  etmək  üçün  rus  komandanlığı  hər  cür  alçaqlığa, 
min  cür  fəndə  əl  atıb,  hadisələri  elə  dolaşdırıblar  ki,  kimin  haqlı,  kimin  haqsız 
olduğunu sübut etmək üçün uzun illər axtarış aparmaq lazım idi. Elimizin hörmətli 
ağsaqqalı,  akademik  İmam  Mustafayevin  məsləhəti  ilə  inqilabdan  əvvəlki 
mənbələri  araşdırdım.  Əsl  həqiqət  naminə  saralıb-solmuş  sənədlərin  tozunu 
uddum. 
General  Daniyal  bəyin  taleyi  keşməkeşli,  həyatı  çalın-çarpaz  xətlərlə 
doludur. Qarışıq illərdə (1830—1870) onun ömrü macəralı keçib. İş elə gətirib ki, 
varisi  olduğu  İlisu  sultanlığını,  bir  də  sırasında  sadiq  əsgər  kimi  xidmət  edib 
general  rütbəsinə layiq görüldüyü ordunu atıb, ideya düşməni Şeyx Şamilə pənah 
gətirib,   onun tərəfinə keçib. On altı illik    mübarizədən    sonra    ruslar tərəfindən 
əsir  alınıb.  Rusların  yenidən  onlara        qulluq  etmək  təklifini  qəbul  etməyib  və    
Türkiyəyə    mühacirətə gedib. 
General  Daniyal  bəyin  harada  haqlı,  harada  günahkar  olmağını  qoy  oxucu 
özü  mühakimə  eləsin.  Biz  isə  bildiyimiz,  zərrə-zərrə  topladığımız  faktları  sizə 
təqdim edirik. 



 
Daniyal  bəy  İlisulu  XIX  əsrin  əvvəllərində  qədim  İlisu  kəndində  anadan 
olub.  Ruslar  Qafqaza  gələndə  atası  Əhməd  xan  İlisunun  hakimi  idi.  Başqa 
Azərbaycan xanlarına, feodallarına səxavətlə verilən yüksək hərbi rütbədən Əhməd 
xana  da  pay  düşdü.  Ona  polkovnik  rütbəsi  verdilər.  Sultan  Əhməd  xan  altı  oğul 
atası  idi:  İmran  ağa,  Məhəmməd  ağa,  Xəlil  bəy,  Musa  ağa,  Daniyal  bəy  və 
Süleyman xan. 
1830-cu il yanvarın 9-da İlisu sultanlığına    bədbəxtlik üz verdi. Sultanlığın 
qoca hakimi Əhməd xan Sultan qəflətən vəfat etdi. O vaxtkı qanuna görə vərəsəlik 
atadan  böyük  oğula  yox,  ailənin  kiçik  qardaşına  çatırdı.  Mərhum  Əhməd  xan 
Sultanın kiçik qardaşı olmadığına görə qanuni vərəsəliyi onun böyük oğlu   İmran 
ağa  qəbul  etmişdir.  İmran  ağa  təbiətən  zəif  və  humanist  adam  olmuşdur.  Hər 
deyilənə  inanan,  mühüm  siyasi  məsələlərdə  şəxsi  fikri  olmayan  İmran  ağanın  az 
çəkən  hakimliyi  dövründə  rəiyyətlər  belə  onun  üzünə  qayıtmışdılar.  Ona  görə  də 
İmran  ağa  hakimiyyəti  könüllü  olaraq  özündən  kiçik  qardaşı  Musa  ağaya 
vermişdir.  Musa  ağa  atası  Əhməd  xan  kimi  ağıllı,  tədbirli  idi.  Daxili  və  xarici    
məsələlərdən tez baş çıxardan yəni hakim az vaxtda sultanlıqda gəzən söz-söhbətə 
son  qoydu.  Kəndlərdə  baş  qaldırmaqda  olan  nəsil  iğtişaşlarının,  özbaşınalığın 
qarşısını  aldı.  Lakin  tale  Musa  ağanın  da  bəxtinə  uzun  ömür  qismət  eləmədi.  O, 
1830-cu  il  sentyabrın  25-də  qəflətən  vəfat  etdi.  Onun  hakimiyyəti  heç  bir  il  də 
çəkmədi. O dövrün məşhur tarixçisi Vasili Potto yazır ki, bundan sonra vərəsəlik 
haqlı olaraq mahalda sərtliyi və cəsurluğu ilə ad-san qazanmış Daniyal bəy sultanın 
əlinə  keçmişdir.  Bu  ağıllı  və  mərd  adama  müridizmin  tüğyan  elədiyi  bir  dövrdə 
sultanlığa rəhbərlik eləmək nəsib olmuşdu. 
 
Qafqazı bu üç silahla — alicənablıq,  
ədalət və həqiqi igidliklə fəth etmək olar. 
 
Mirzə   KAZIM   BƏY,  
professor. 
Ruslar  Qafqaza  gələndə  bu  üç  keyfiyyətdən  heç  biri  onlarda  olmamışdır. 
Onlar  Qafqaz  xalqlarının  alicənablığından,  inamından  istifadə  edərək  torpağımızı 
fəndgirliklə  fəth  etmişlər.  Gəncəli  Cavad  xanın,  Qarabağlı  İbrahim  Xəlil  xanın 
faciəli  ölümləri  və  Sibirə  sürgün  olunan  qazaxlı  mayor  Mustafa  ağa  Arif 
Şıxlinskinin,  Şəmşəddinli  Nəsib  Sultanın,  Qubalı  mayor  İsa  bəy  Bakıxanovun  və 
onlarla  azərbaycanlı  ziyalıların  acı  taleyi  bu  fəndgirliyin  qurbanı  oldu.  Rusların 
fəthetmə  siyasətini  təkcə  yerli  ziyalılar  yox,  o  vaxt  Qafqaz  Əlahiddə  Ordusunda 
xidmətdə olan rus əsgər və zabitləri də başa düşmüşdülər. Ağsaçlı Qafqazda Şeyx 
Şamilin apardığı azadlıq hərəkatına qarşı çıxmaq istəməyən rus əsgər  və zabitləri 
dəstə-dəstə Şeyx Şamilin tərəfinə keçirdilər. Bəzi rus hərb tarixçiləri onların Şamil 
tərəfə  keçmələrini  çar  ordusunda  hərbi  qulluğun  ağır  olması  ilə  əsaslandırırlar. 
Lakin  o  dövrün  sənədlərinə  əsasən,  rus  əsgər  və  zabitləri  ona  görə  Şamil  tərəfə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə