Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   20   21   22   23   24   25   26   27   ...   70

53 
 
oldum.  İki  ay  sonra  bizə  xəbər  verdilər  ki,  atanız  türmədə  ürək  partlamasından 
vəfat etdi. 
*** 
İyirminci  ildə  rusca  dərc  olunan  «Kommunist»  qəzeti  generallarımızın  və 
ziyalılarımızın  təqib  olunması  barədə  kifayət  qədər  yazılar  verib.  Azərbaycan 
bolşeviklər  partiyasının  orqanı  olan  bu  qəzetin  səhifələrini  vərəqləyəndə 
Azərbaycan  və  onun  övladları  haqqında  ürəkaçan  heç  nəyə  rast  gəlmirsən.  Əgər 
iyirminci  ilə  qədər  Azərbaycan  tarixindən  bixəbər  olan  adam  bu  qəzeti  vərəqləsə, 
istər-istəməz  düşünər  ki,  bu  xalqda  ziyalı  yox  imiş,  bu  xalq  quldur,  sərgərdan, 
əksinqilabçı, rüşvətxor və oğru imiş. 
Yeni  bolşevik  hökuməti  Azərbaycanda  özünü  möhkəmlətmək  üçün  XI 
ordunun  gücü  ilə  hər  cür  alçaqlığa  əl  atıb.  Evləri  müsadirə,  ziyalıları  həbs  edib, 
güllələyib, qəddar və vəhşi hərəkətlərini həyata keçirib. 
Qəzetin 29 iyun 1920-ci il tarixli nömrəsində oxuyuruq: 
«Gəncə  Quberniyasının  Fövqəladə  Komissiyası  elan  edir:  Gəncə 
Quberniyasının  Fövqəladə  Komissiyası  aşağıda  adı  çəkilən  ailələri  girov  saxlayır: 
Qacarlar,  Kazımbəyovlar,  Şıxlinskilər,  Xanxoyskilər  ailəsini  və  Gəncədə  iki  yüzə 
yaxın görkəmli burjuaziya sinfindən olan şəxsləri. 
Əgər  bunlardan  kimsə  üsyan  qaldırmaqda,  ya  da  sui-qəsddə  yaxalanarsa, 
həmin şəxs dərhal sorğu-sualsız güllələnəcəkdir». 
«Kommunist»  qəzetinin  30  iyun  1920-ci  il  tarixli  nömrəsində  yazılır: 
«Gəncə.  İyunun 28-də     Tiflisdən gələn yoldaşlar xəbər verirlər ki, Azərbaycan 
əksinqilabçılarının  hamısı  Tiflisin  küçələrində  veyillənirlər.  Hazırda  Rəfiyevlər 
ailəsinin  hamısı,  general  Cavad  bəy  Şıxlinski  Teymur  bəy  Novruzov  və  bütün 
Şamxor bəyləri də oradadırlar. 
Yusif bəy Konstantinopola gedib. Tiflisdə belə bir şayiə də gəzir ki, Gəncə 
üsyanındakı  uğursuz  təşkilatçılığına  görə  Xan  Xoyski  müsavatçıların  tərəfindən 
qətlə  yetirilib.
1
  Həm  də  xəbər  verilir  ki,  Gürcüstanda  sovet  qoşunları  ilə 
toqquşmada  Zaqatala  dairəsindəki  gürcü  əsgərləri  onlara  güllə  atmaqdan  imtina 
ediblər. Ona görə ki, güllələnən zabitlərin yeddi nəfəri gürcü olub». 
«Kommunist»  qəzeti,  6  iyun  1920-ci  il  tarixli  nömrəsində:  «General 
Şıxlinski  həbs  olundu.  Gəncə,  3  iyul.  Məşhur  əksinqilabçı  və  Gəncə  üsyanının 
təşkilatçısı  general  Cavad  bəy  Şıxlinski  cinayət  axtarış  idarəsinin  milis  rəisi 
tərəfindən həbs olunaraq Tiflisdəki xüsusi dəstənin sərəncamına verilmişdir. 
                                                           
1
  Əslində  Azərbaycan  Respublikasının  Xarici  İşlər  naziri  Fətəli  xan  Xoyski  1920-ci  il  iyunun  19-da 
bolşeviklərin muzdla tutduğu erməni qatili Aram Yevkanyan tərəfindən Tiflisdə arxadan atılan güllə ilə 
öldürülmüşdü — müəl. 
 


54 
 
Gürcülər  həbs  olunan  general  Cavad  bəy  Şıxlinskini  ona  görə 
günahlandırırlar ki, o, Azərbaycan Respublikasına gələn gündən (1918—20-ci illər 
nəzərdə tutulur — Ş. N.) gürcü zabitlərini zorla hərbi işə cəlb etmişdir». 
Axırıncı cümlə tamamilə yalan və iftiradır. Əvvəla, tam məsuliyyətlə demək 
olar  ki,  «gürcü  zabitləri  zorla  hərbi  işə  cəlb  edilmişdir»  sözləri  Gürcü  və 
Azərbaycan xalqı arasında təfriqə, ixtişaş salmaq naminə işlədilmişdir. İkincisi, heç 
vaxt  1918—20-ci  illərdə  gürcülər  zorla  Azərbaycan  ordusuna  çağırılmamışlar. 
Əksinə, onlar könüllü olaraq Azərbaycan milli ordusunda xidmət etmişlər. Hazırda 
hərbi  arxivimizdə  saxlanan  sənədlər  arasında  onlarca  gürcü  əsgər  və  zabitinin 
bizim orduda könüllü qulluq etmək haqqında ərizə və raportları saxlanılır. Onların 
arasında  yüksək  rütbəlilər  də  var:  Azərbaycan  hərbiyyə  məktəbinin  rəisi,  general-
mayor  Konstantin  Davıdoviç  Çxeidze,  1919-cu  ildə  birinci  süvari  diviziyasının 
Qərargah rəisi Amaşukeli, general-kvartirmeyster V. D. Karqaleteli, general knyaz 
Makayev,  general-mayor  Aleksandr  Pursalidze  və  başqaları.  Hətta  V.  D. 
Karqaleteli 1920-ci il martın 20-də bizim ordudakı nümunəvi hərbi xidmətinə görə 
167 nömrəli əmrlə general-mayor rütbəsi ilə təltif olunmuşdur. 
O  dövrün  tarixçisi  Cahangir  Zeynaloğlu  «Müxtəsər  Azərbaycan  tarixi» 
kitabında  mart  hadisəsindən  danışanda  gürcü  piyada  bölüyünün  təmənnasız 
köməyini  unutmur.  O  yazır:  «O  Tiflisdə  Mavərayi-Qafqaz  hökumətinin  lütf  və 
mərhəmətilə müsəlman ordusu adı altında ancaq kiçik bir dəstə təşkil edib, düşmən 
qarşısına,  Kürdəmirə  göndərildi.  Dəstə  birinci  tatar  (Azərbaycan  —  Ş.  N.)  süvari 
alayı ilə yenidən təşkil edilmiş ikinci süvari alayı, bir gürcü piyada bölüyü və bir 
Gəncə topçu batareyasından ibarət idi. Gürcü bölüyü Bakı məsələsində gürcülərin 
müsəlmanlar  ilə  birlikdə  hərəkət  etmələrinə  bir  əlamət  və  müsəlmanlara    kömək 
olaraq  göndərilmiş idi». 
O  vaxtkı  Azərbaycan—Gürcüstan  münasibətlərindən  onlarca  belə  fakt 
söyləmək  mümkündür.  Lakin  yeni  gələn  bolşevik  hökümətinin  general  Cavadbəy 
Şıxlinski  və  gürcü  zabitləri  barədə  yazdığı  fakt  isə  iki  millət  arasında  suyu 
bulandırmaqdan başqa bir şey deyil. 
Rusca  «Kommunist»  qəzetinin  bundan  sonrakı  nömrələrində  nə  general 
Cavad  bəy  Şıxlinskinin,  nə  də  general  Teymur  bəy  Novruzovun  haqqında  heç  bir 
məlumat  verilmir.  Bundan  sonra  Cavad  bəylərə  əli  çatmayan  bolşeviklər 
Azərbaycanı tərk etməyən hərbçi oğullarımızın tuthatutuna başlayıblar. 
Qəzet 19 iyul 1920-ci il tarixli nömrəsində yazır: 
«Azərbaycan  Sovet  Sosialist  Respublikasının  İnqilabi  Səhra  Məhkəməsi 
iyulun  17-də  general-qubernator  Teymur  bəy  Məlik-Aslanovun  məhkəmə  işinə 
baxmışdır. On dörd nəfər kommunistin şahidliyi ilə Teymur bəyin evindən 28.340 
rubl məbləğində əşya müsadirə olunmuşdur. Teymur bəyin günahı ondan ibarətdir 
ki, o, müsavata qulluq göstərib və bolşeviklərə qarşı döyüşdə fəal iştirak edib. Ona 
görə  də  inqilabi  məhkəmə  Azərbaycan  Dəmir  yolu  idarəsinin  rəisi  keçmiş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə