Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   2   3   4   5   6   7   8   9   ...   36

 
Tunc dövründə orta Kür hövzəsinin məskunlaşmasının təbii-coğrafi şəraiti …  

 
II  minillikdə  ixtisaslaşmış  funksiyaların  sayının  artması  və  yaşayış  yerləri-
nin özlərinin böyüməsi kimi amillər sübut edir.  
Gəncə-Qazax  bölgəsindəki  tunc  dövrü  abidələrindən  aşkar  edilmiş 
maddi mənbələr ümumilikdə orta Kür hövzəsinin qədim cəmiyyətinin təsər-
rüfat və ictimai strukturunu müəyyən qədər bərpa etməyə imkan verir. Gən-
cə-Qazax bölgəsinin əlverişli təbii-coğrafi şəraiti və iqlimi, eləcə də zəngin 
yerüstü  və  yeraltı  təbii  sərvətləri  tunc  dövründə  burada  məskunlaşan  yerli 
qəbilə  və  tayfaların mədəni  inkişafına  xeyli  kömək  etmişdir.  Daha  çox son 
tunc və erkən dəmir dövründə bariz şəkildə təzahür edən lokal cəhətlərə ma-
lik bu bölgə yerli Cənubi Qazfqaz mədəniyyətlərindən müəyyən qədər fərq-
lənən özünəməxsus Xocalı-Gədəbəy mədəniyyəti arealına daxil idi [1, c. 88-
89]. 
Tədricən orta tunc dövründə və son tunc-ilk dəmir dövründə daha mü-
kəmməl  dəmir  alətlərin  və  xış  əkinçiliyinin  vüsət  alması  ilə  əkin  sahələri 
xeyli  genişləndi.  Arxeoloji  dəlillər  əsasında  müəyyən  edilmişdir  ki,  artıq 
tunc  dövrünün  sonlarında  iri  yaşayış  məskənləri  ətrafındakı  əkin  yerləri  və 
əkinəyararlı  xam  torpaqlar  yerli  sakinlər  tərəfindən  tamamilə  mənimsənil-
mişdir.  Ehtimal  ki,  Gəncə-Qazax  bölgəsinin  dəmyə  əkinçiliyi  üçün  yararlı 
dağətəyi  sahələri  də  bu  vəziyyətdə  idi.  Şübhəsiz  ki,  əkin  yerlərinin  çoxal-
dılması və genişləndirilməsi əhalinin artımı ilə bağlı olmuşdur. Bu amil hə-
min  dövrün  yaşayış  yerlərinin  topoqrafiyası,  planlaşdırılması  və  qurul-
masında çox aydın şəkildə öz əksini tapmışdır [3, s. 170].  
Tunc dövründə maraqlı xüsusiyyət kimi bir faktor da izlənilir ki, bu da 
əhali məskunlaşması ilə bağlıdır. Əhali məskunlaşmasının həm təbii-coğrafi 
şərait amili, həm də iqtisadi səbəbləri var idi. Lakin tədqiqatlar sübut edir ki, 
iqtisadi səbəblər də təbii-coğrafi şərait amili ilə sıx şəkildə bağlı olmuşdur.  
Tunc dövründə iri və orta hövzəli çayların düzənlik və vadiləri ilə ya-
naşı  dağətəyi  və  dağlıq  zona  da  məskunlaşırdı.  Eneolit  dövründən başlaya-
raq  yaşayışın  davam  etdiyi  məskənlər tunc  dövrünün sonlarında  iri  və  əha-
lisi sıx olan məntəqələrə çevrilirdilər (Göl yeri, Musaköy yaşayış yeri, Qanlı 
Töyrə yaşayış yeri, Ocaqtəpəsi yaşayış yeri). Qazıntısı hələlik aparılmasa da 
hazırda mövcud olan çoxtəbəqəli bəzi yaşayış yerləri tunc dövrünün belə ya-
şayış məskənlərindən idi.  
Qeyd olunan bölgənin coğrafi baxımdan əlverişliliyi burada tunc döv-
rünün bütün mərhələlərində çox yüksək mədəniyyətin formalaşmasına təkan 
vermişdir.  Arxeoloji  tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  tunc 
dövründə  orta  Kür  hövzəsinin  əksər  yerlərində  yaşayış  sıx  olmuşdur.  Bunu 
sübut edən faktlardan biri də yaşayış yerlərinin çox və həm də sahəsinə görə 
böyük olmasıdır. Orta Kür hövzəsi demək olar ki, başdan-başa yaşayış məs-
kənləri  ilə  zəngindir.  Bu  abidələri  ümumi  xarakterizə  edən  cəhətlər  vardır. 
Bəziləri  isə  özünün  fərqliliyi  ilə  seçilir.  Ağstafaçay,  Coğazçay,  Tovuzçay, 


 
10
 
 
Şamil Nəcəfov 
 
Zəyəmçay, Gəncəçay, İncəsu çaylarının kənarlarından çox aralıda geniş dü-
zənliklərdə yaşayış yerləri mövcuddur. Nə vaxtsa bu ərazilərdən çayların və 
çay qollarının axması da mümkünsüz görünür. Çünki, relyef quruluşu bunu 
deməyə əsas verir. Faktlar isə onu qəti deməyə əsas verir ki, tunc dövrünün 
orta və son mərhələlərində bölgə əhalisi geniş düzənliklərdə iri yaşayış məs-
kənləri seçirdilər (Durnatəpə, Töyrətəpə, Tavatəpə və s.) [4, s. 135-136]. 
Babadərvişdə,  Sarıtəpədə,  Kiçiktəpədə  və  Qarğalartəpəsində  top-
lanmış əmək alətləri qeyd olunan dövrdə nəinki bölgədə, ümumilikdə bütün 
Cənubi  Qafqaz  ərazisində  cüt  əkinçiliyinin  çox  geniş  yayıldığını  göstərir. 
Bölgədə ilk öncə Kür-Araz mədəniyyətinin, daha sonra orta tunc dövrü mə-
dəniyyətinin yayılma ərazisi öyrənilərkən məlum olur ki, qeyd olunan dövr-
lərdə əkinçilik üçün  yararlı olan sahələrin böyük əksəriyyəti ayrı-ayrı qəbi-
lələr  tərəfindən  məskunlaşdırılmışdır.  Orta  tunc  dövründə  bölgənin  dağlıq 
ərazisi məskunlaşdırılmağa başlamış və müvəqqəti yaşayış yerləri meydana 
gəlməyə başlamışdır. Bir qayda olaraq söyləmək olar ki, bu dövrdə dağətəyi 
və düzənliklər əkinçi tayfalar tərəfindən, dağlıq ərazilər və yaylalar isə mal-
dar tayfalar tərəfindən məskunlaşdırılmışdır. Tunc dövrü cəmiyyətinin inki-
şafında  bir  sıra  mühüm  dəyişikliklərə  səbəb  olmuş  əkinçilik  və  maldarlıq 
təsərrüfatı ayrı-ayrı  sosial  qrupların  və  buna  müvafiq olaraq ictimai  şüurun 
formalaşmasına  şərait  yaratmışdır.  Kür-Araz  mədəniyyəti  ümumi  cəhətləri 
ilə  yanaşı  inkişaf  etdikcə  bölgədə  müəyyən  dərəcədə  lokallaşma  prosesinə 
də məruz qalmışdır. Bunu Gəncə-Qazax bölgəsinin keramikası ilə Gədəbəy 
qrupu və Dağlıq Qarabağın keramikasının fərqli xüsusiyyətləri üzə çıxardır.  
Orta Kür hövzəsində yerləşən, Мingəçevir qrupuna daxil olan abidələr 
dağ silsiləsinin ovalıqla birləşdiyi ərazidə, gur sulu çayların sahilində salın-
mışdır. Onları əhatə edən düzənlik və dağlıq relyef, Kür-Araz mədəniyyəti 
tayfalarının əsas məşğuliyyətini təşkil edən əkinçilik və maldarlığın inkişafı 
üçün  əlverişli  olmuşdur.  Kürəkçay,  Gorançay  və  Gəncəçay  hövzələrinin 
abidələri topoqrafik xüsusiyyətlərinə görə, digər abidələrlə bənzərdir. Onlar 
da çay vadilərinin əkinçilik və maldarlıq üçün əlverişli hissəsində salınmış-
dır. Bu abidələrin tədqiqi göstərir ki,  yaşayış  yerləri əvvəlcə düzən sahədə 
salınmış, mədəni təbəqənin yığılması nəticəsində sonradan təpə halına düş-
müşdür. Burada  yaşayış  yerlərinin qrup halında  və bir-birinin  yaxınlığında 
yerləşməsi,  onlarda  eyni  qəbilədən  olan  icma  üzvlərinin  məskunlaşdığını 
göstərir. Bu qrupa daxil olan abidələrin az qismində mədəni təbəqə az yığıl-
mışdır. Şübhəsiz ki, bu yarımköçəri maldarlığın inkişafı və ərazinin təbii şə-
raiti  ilə  bağlı  olmuşdur.  Çünki,  ilin  müəyyən  fəsillərində  gursulu  olan  bu 
çayların  suyunun  azalması  və  quruması  əhalinin  həyatına  müəyyən  təsir 
etmişdir. Lakin, ən çox Gəncəçay hövzəsi boyunca yerləşən bol otlaq sahə-
ləri, buradan müəyyən zaman ərzində yaşayış yeri kimi istifadə olunmasına 
şərait yaratmışdır.  


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə