Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə9/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

Azərbaycan Arxeologiyası 
 
Volume 20 № 2 2017, 22-37 
Khazar University Press 
DOI: 10.5782/2218-0346.2017.20.2.22 
22 
 
Xocalı – Gədəbəy mədəniyyətinin dəfn ənənəsində  
replika-əşyalar 
 (Tovuz bölgəsindən olan son  
tunc dövrü tapıntıları üzrə) 
 
Pərviz Qasımov 
Azərbaycan Milli Elmlər Akademiyasının. Arxeologiya və Etnoqrafiya İnstitutu 
 
Son  tunc-erkən  dəmir  dövründə  Şimali  Azərbaycan  ərazisini  geniş 
əhatə  etmiş  Xocalı-Gədəbəy  mədəniyyətinin  abidələri  və  artefaktları  tunc 
dövrünün  müxtəlif  mərhələlərinə  aid  arxeoloji  mədəniyyətlərin  abidə  və 
artefaktları  ilə  müqayisədə  kəmiyyət  üstünlüyünə  malikdir.  XIX  əsrdən  bu 
günədək Xocalı–Gədəbəy  mədəniyyəti barədə  ən çox məlumatlar daha çox 
bu  mədəniyyətin  müxtəlif  tipli  qəbir  abidələrindən  əldə  edilmişdir.  Son 
dövrlərdə Azərbaycan Respublikasının Tovuz rayonu  ərazisində aşkar edil-
miş Xocalı–Gədəbəy mədəniyyətinə aid qəbirlərdəki dəfn inventarının, xü-
susilə  tuncdan  olan  əşyaların  analizi  belə  bir  fikir  yürütməyə  əsas  verir  ki, 
bu əşyalar sadəcə istifadəyə  yararsız replikalar (imitasiya) olmuşdur. Görü-
nür ki, Xocalı–Gədəbəy mədəniyyəti əhalisində dəfn inventarının replikalar-
dan təşkili ənənəsi və bu ənənənin rasional və ya irrasional motivləri var idi. 
Tovuz  bölgəsindəki  son  tapıntılar.  Son  tunc-erkən  dəmir  dövründə 
müasir  Cənubi  Qafqaz  ərazisinin  əsas  hissəsini  Xocalı-Gədəbəy  arxeoloji 
mədəniyyəti  əhatə  etmişdir.  Xocalı-Gədəbəy  arxeoloji  mədəniyyətinə  aid 
yaşayış  məskənləri,  qəbir  abidələri,  maddi  mədəniyyət  nümunələri  əvvəlki 
dövrlərin (neolit, xalkolit, ilk və orta tunc dövrü) analoji göstəriciləri ilə mü-
qayisədə  kəmiyyət  üstünlüyünə  malikdir.  Bu  isə,  son  tunc  dövründə  regio-
nun yüksək templə inkişaf etdiyini və eyni mədəniyyət, xüsusilə də eyni dini 
baxışların  daşıyıcısı  olan  əhali  tərəfindən  daha  intensiv  məskunlaşdığını 
göstərir. 
Müxtəlif tədqiqatçılar bu mədəniyyəti dövr və regional xüsusiyyətlərə 
görə  bir  neçə  qrupa  və  mərhələyə  ayırırlar.  Olduqca  müsbət  haldır  ki,  son 
dövrdə  bu  mədəniyyətin  mütləq  (absolyut)  dövrləşməsi  üçün  radiokarbon 
analizlər aparılmağa başlanmışdır [3; 4, s.58-59]. 
Xüsusi qeyd etməliyik ki, Azərbaycanda Xocalı-Gədəbəy mədəniyyə-
tinə aid tapıntıların böyük hissəsi yaşayış məskənlərindən deyil, qəbir abidə-
lərindən  (torpaq  qəbirlər,  kurqanlar,  daş  qutular)  toplanmışdır.  Tapıntıların 
çox  hissəsi  AMEA  Arxeologiya  və  Etnoqrafiya  İnstitutunun  Elmi  Fondun-
da, İnstitutun Elmi Ekspozisiya Muzeyində, Azərbaycan Tarixi Muzeyində, 
habelə, bölgələrdəki yerli diyarşünaslıq muzeylərində saxlanılır. Xocalı-Gə-
dəbəy mədəniyyətinin qəbir abidələrindən toplanmış dəfn inventarı çox çe-


 
Xocalı – Gədəbəy mədəniyyətinin dəfn ənənəsində replika-əşyalar …
 
 
23
 
 
 
şidlidir.  Burada  keramik  məmulatlara,  silahların,  təsərrüfat  alətlərinin,  at 
əslahələrinin əsas hissələrinə, bəzək əşyalarına və s. rast gəlinmişdir. 
Bu baxımdan 2013-cü ildə AMEA Arxeologiya və Etnoqrafiya İnsti-
tutunun Tovuz Arxeoloji Ekspedisiyası tərkibində Topdağdağan kurqan ne-
kropolunun 10 saylı kurqanın sallama qəbirini [2, s.389-390] (tabl. 1, şəkil-
1-3), 2015-сi ildə Göytəpə neolit məskəninin (Tovuz rayonu) 1AI kvadratı-
nın 11 saylı lokusunda tunc dövrünə aid 1 saylı torpaq qəbiri (tabl. 2, şəkil-
1-3) tədqiq edərkən aşkarlanmış Xocalı-Gədəbəy mədəniyyətinə aid dəfn in-
ventarında metal (tunc) məmulatlar diqqətimizi cəlb etmişdir. 
Qeyd  edək  ki,  Topdağdağan  kurqan  nekropolunda  10  saylı  kurqanın 
sallama qəbrindəki skeletdən götürülmüş nümunənin Poznan (Polşa) Radio-
karbon Laboratoriyasının OxCal proqram təminatı ilə kolibrlənmiş analizinə 
(Poz-69185)  görə,  sallama  qəbir  e.ə.  XI-X  əsrlərə  (e.ə.  1055-899-cu  illər) 
aiddir  [9,  s.90-91,  94]  (tabl.  1,  şəkil-4).  Göytəpə  neolit  dövrü  məskənində 
2015-ci ildə aşkar edilmiş tunc dövrünə aid 1 saylı qəbirdəki skeletdən götü-
rülmüş  nümunənin  Tokiodakı  (Yaponiya)  Sürətləndirici  Mass-Spektromet-
rik Analizlər İnsitutunun (Institute of Accelerator Analysis/AMS) radiokar-
bon  laboratoriyasında  analizi  (IAAA–161182)  e.ə.  X  əsrin  ortalarını 
(e.ə.956-942-ci illər) göstərmişdir (tabl.2, şəkil-4). 
Topdağdağan kurqan qrupu, 10 saylı kurqanın sallama dəfni. 2013-cü 
ildə tədqiq edilmiş Topdağdağan kurqan qrupundakı 10 saylı kurqanın salla-
ma qəbirinin dəfn inventarında aşkar edilmiş tunc xəncərin tiyəsinin uzunlu-
ğu  (ucundan  çiyinləri  üzərindəki  dəstək  içliyi  və  uc  artırması  da  daxil  ol-
maqla) 25 sm idi. Tiyənin çiyinləri 3.54 sm-dir. Çiyinlərdən artırma ucluğa-
dək eni 3.54-1.75 sm olan xəncərin tiyəsinin en kəsiyi romb şəkillidir. Tiyə-
nin çiyinlərinin ortasında dartılmış üçbucaq formasında olan dəstək içliyinin 
(saplağının)  uzunluğu  4  sm-dir.  İçliyin  başında  eni  0.7  sm,  tiyəyə  birləşən 
enli yerində eni 2.2 sm, deşiyin diametri isə təqribən 0.3 sm-dir. Tiyənin qa-
lınlığı dəstəkdə 0.59, artırma ucluğun sərhədində 0.39 sm-dir. 
Tunc xəncərin çiyinləri üzərində oturan dartılmış ellips formalı qurşa-
ğın yuxarısında uzunluğu 3.8 sm, aşağı tərəfində 3.6 sm-dir. Qurşaq ellipsi-
nin aşağı tərəfdə eni 1.9 sm, yuxarı tərəfdə eni 0.88 sm-dir. Qurşağın düzəl-
dildiyi tunc lövhə materialının qalınlığı 0.2-0.1 sm-dir. Qurşaq üzərində bir-
birindən  0.6  və  0.8  sm  məsafədə  diametrləri  0.25  sm  olan  üç  deşik  vardır 
(tabl. 3, şəkil-1). 
Tunc xəncərin saxlanmamış  üzvü (orqanik) mənşəli  dəstək başlığının 
tunc karkası konusvari formadadır. Şəbəkəli-kəsməli başlığın uzunluğu təq-
ribən  3,89  sm,  qapaq  formalı  dairəvi  altının  diametri  3.28  sm-dir.  Başlığın 
içində yapışdırıcı məhlulun (bitumun–?) və ağac materialın (?) qalıqları var-
dır (tabl. 3, şəkil-2,3). 


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə