miqdarının 1000-1500 mm olduğunu göstərir. Oliqosen dövründə yaranmış bu
təbii şərait demək olar ki, üst miosenin, daha dəqiq desək, sarmat əsrinin
ortalarınadə k (12 milyon il bundan ə vvə lə də k) əsaslı dəyişikliyə uğramır.
Erkən və Orta Miosen dövrlərində (26-13 milyon il əvvəl) yalnız dəniz
sahəsinin qismən azalması, qurunun genişlənməsi və iqlimin müəyyən qədər
quraqlaşmağa doğru dəyişməsi müşahidə olunur. Miosenin orta hissəsində (12-11
milyon il əvvəl) bütün Qafqazda tektonik qalxmanın güclənməsi nəticəsində
mövcud qurunun sahəsi xeyli genişlənir, yeni quru sahələri əmələ gəlir və ümumi
paleocoğrafi şərait əsaslı dərəcədə genişlənir. Zaqafqaziya dağarası depressiyanın
mərkəzində Kiçik və Böyük Qafqaz dağların birləşdirən Suram silsiləsinin
bünövrəsi əmələ gəlir. Bunun nəticəsində Xəzər dənizi ilə Qara dəniz arasındakı
ə
laqə həmişəlik kəsilir. Suram qalxmasından qərbdə Rion körfəzi, şərqdə isə Kür
körfəzi əmələ gəlir. Meotis əsrinin sonuna yaxın quru ərazilərin sərhədləri
genişlənir, Böyük və Kiçik Qafqaz, Talış, Zəngəzur dağlıq əraziləri genişlənmiş
olsa da, Azərbaycan ərazisinin çox hissəsi, o cümlədən Qanıx-Əyriçay vadisi,
bütün Kür çökəkliyi, Qusar- Dəvəçi maili düzənliyi, Abşeron yarımadası dəniz
altında olmuşdur. Eyni zamanda Şamaxı-Qobustan, Talış dağlarının şimal hissəsi,
Naxçıvan çökəkliyi hələ də dəniz suları altında qalırdı. Böyük və Kiçik Qafqazın
şə
rqində alçaqdağlıq şəraiti hökm sürməkdə idi. Bu dövrün çöküntülərindən
tapılmış bitki və heyvan qalıqları quru sahələrin zəngin flora və heyvanat aləminə
malik olduğunu göstərir. Bitki qalıqları tərkibində ağac bitkilərinin üstünlük təşkil
etməsini (60-70%), meşələrin daha geniş ərazi tutmasını göstərir. Ağac bitkilərinin
50-60%-i tropik və subtropik iqlim şəraitinə məxsus olan həmişəyaşıl ağac
növlərindən ibarətdir. Bunların içərisində Azərbaycanın və bütün Qafqazın müasir
florasına yad olan ağac növləri üstünlük təşkil edir. Bunlardan palma, müxtəlif
dəfnə, darçın, maqnoliya, qovotu və s. ağac növlərini göstərmək olar. Yarpaqtökən
ağac növlərindən palıd, fısdıq, ağcaqayın, qarağac, vələs, yalanqoz, şabalıd, qovaq,
xurma, pododendron üstünlük təşkil edir.
Zəngin bitki qalıqlarının ekoloji təhlili Miotis əsrində aşağıdakeı hakim
landşaft qurşaqlarının və ya tiplərinin mövcud odduğunu göstərir: enliyarpaqlı
Behruz Melikov
Behruz Melikov
həmişəyaşıl ağaclarla zəngin meşələr, Tuqay meşələri, qismət ərazilərdə isə ot
örtüyündən ibarət olan çöl landşaftları mövcud olmuşdur. ynəyarpaqlı meşə
landşaftları Böyük və Kiçik Qafqazın yuxarı hissələrini əhatə etmişdir.
Behruz Melikov
Behruz Melikov
SON PLEYSTOSENDƏ CƏ NUB QAFQAZIN LANDŞ ATLARININ
TƏ KAMÜLÜ.
Orta Pleystosenin ikinci yarısında mövcud olmuş kəskin soyuq iqlim şəraiti
(Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində buzlaşma Son Pleystosenin
ə
vvəlində (70 min ildən 12 min ilə qədər) növbəti qlobal istiləşmələrlə əvəz olunur.
Bu istiləşmə nəticəsində dağlıq ərazilərin və qitə buzlaqları əriyir, Xəzər dənizinə
gətirilən (çaylar vasitəsilə) suyun miqdarı dəfələrlə artır və nəticədə Xəzər
dənizinin səviyyəsi yenidən qalxır. Kür çökəkliyində Xəzər dənizinin qərb
sərhəddi Yevlax şəhərinin qərbinə qədər davam edərək, Kür çökəkliyinin
mərkəzini örtür. Xəzər dənizinin sahilində geniş allüvial, allüvial-prolüvial maili
düzənlik formalaşır. Xəzər dənizinin şimal sərhəddi də xeyli genişlənərək, Kuma-
Manıç çökəkliyi vasitəsilə Azov dənizi ilə əlaqə yaranır.
Cənubi Qafqazın belə istiləşməsi ərazinin torpaq və bitki örtüyünün köklü
dəyişməsinə səbəb olur. Kür çökəkliyinin düzənlik ərazilərində orta iyul
temperatur 23-25
0
C, orta yanvar temperatur +3+5
0
C təşkil edir. Lakin Kolxida
düzənliyində orta yanvar temperatur +5+6
0
C-yə qədər çatır.
Son Pleystosendə Xəzər dənizi ərazisinin genişlənməsi, Xəzərir Böyük və
Qafqazın ətəklərinə yaxınlaşması, kandinsasiya şəraitinin əlverişli olmasına və
yağıntıların artmasına səbəb olmuşdur. Bu zaman Kür çökəkliyinin ərazisində illik
yağıntıların miqdarı 1200 mm-ə, Kolxida düzənliyində isə 1500-2000 mm-ə
çatmışdır. qlimin və yağıntıların yüksəlməsi Son Xəzər əsrində bitki örtüyünün
ə
razisinin genişlənməsi və tərkibinin müxtəlifliyinə səbəb olmuşdur. Belə ki, Orta
Pleystosen buzlaşması zamanı meşənin yuxarı sərhəddi 1200 m yüksəkliyə qədər
düşmüşdürsə, Son Xəzər istiləşməsi zamanı bu sərhəd-2200 m yüksəkliyə qədər
qalxmışdır və həm də, növ və tərkibcə kəskin dəyişmişdir. Bitki örtüyünün
tərkibində enliyarpaqlı ağac növləri (fıstıq, vələs, palıd, ağacqayın ağaclarının faizi
yüksəlmişdir. Dağətəyi və alçaq dağlıqda göstərilən meşə örtyü tərkibində qoz,
ş
abalıd, tək-tək dəmirağacı, zoğal ağacları da iştirak etmişdir. Böyük və Kiçik
Qafqazın 800 m-dən yuxarıda bu növ ağaclar fısdıq, vələs, cökə, palıd ağacları ilə
Behruz Melikov
Behruz Melikov
ə
vəz edilmişdir. Orta Pleystosenin sonunda mövcud olmuş buzlaşma zamanı geniş
yayılmış iynəyarpaqlılar, qütb söyüdü, tozağacları və hətta cırtdan tozağacı Son
Xəzər əsrində tamamilə sıradan çıxır. Tək-tək tozcuqlar şəkilində iynəyarpaqlılara
(eldar şamı, küknar, ardıc) təsadüf edilir. Son Pleystosenin ortalarında (Xvalın əsri)
Cənubi Qafqazın (Zaqafqaziyada) ərazisində başlanan növbəti soyuqlaşma əsrin
ortasında kəskin soyuqlaşma ilə əvəz olunur və Cənubi Qafqazın dağlıq
ə
razilərində sonuncu Xvalın (Vürm buzlaşması) buzlaşması baş verir. Bu zaman
(40 min il əvvəl) Xəzər dənizində növbəti reqressiya baş verir, Xəzər dənizinin
səviyyəsi indikinə nisbətən 40 m aşağı düşür. Cənubi Qafqazda Xəzər dənizi
nəinki Kür çökəkliyini tərk edir, hətta indiki səviyyəsindəndə aşağı düşür. Böyük
və Kiçik Qafqazın əksər çayları Kür və Araz çaylarının qollarına çevrilir.
Kompleks tədqiqatlar göstərir ki, bütün Pleystosen tarixində Xvalın
buzlaşması ən qısa və ən soyuq və həm də quru iqlim şəraiti ilə səciyyələnmişdir.
Buna görə də Zaqafqaziyanın dağlıq ərazilərinin yüksəklik zonallığı tamamilə
dəyişilməyə məruz qalır. Meşə örtüyününü yuxarı sərhəddi yenidən və sonuncu
dəfə ən aşağı səviyyəyə enir (1000-1200m). 1200m-dən 2000 m yüksəkliyə qədər
Subalp və alp çəmənliyi qurşağı, 2000 m-dən yuxarıda isə nival-buzlaq landşaftı
foarmalaşır.
1200 m-dən aşağıda iynəyarpaqlılarla tozağacının qarışığından ibarət meşə
örtüyü, dağətəyi və düzənlik ərazilərdə isə enliyarpaqlı ağac növləri ilə tuqay
meşələrinin qarışığından ibarət meşə landşaftı formalaşmışdır. Yağıntıların kəskin
aşağı düşməsi ilə əlaqədar olaraq Kür-Araz ovalığı ərazisində ayrı-ayrı bölgələrdə
tuqay və seyrək meşələrlə yanaşı yarımsəhra və çöl landşaftları da formalaşmışdır.
Bütün bu kəskin soyuq iqlim şəraitinin hakim olmasına baxmayaraq, Kolxida
və Lənkəran düzənliklərində həmişəyaşıl və relikt bitkilər mühafizə olunaraq bu
günümüzə qədər saxlanılmışdır. Lakin, buzlaşmalar zamanı onların yayılma
arealları daralmaya məruz qalmışdır.
Behruz Melikov
Behruz Melikov
PONT Ə SR NDƏ ZAQAFQAZ YANIN LANDŞ AFTLARININ
TƏ KAMÜLÜ (7-5,4 MLN L)
Bu dövrə aid çöküntülərin tərkibindən aşkar edilmiş bitki və fauna qalıqları
göstərir ki, Zaqafqaziyanın quru sahələri daha da intensiv genişlənir. Dağlıq
ə
razilərin, xüsusilə Böyük və Kiçik Qafqazın yüksəkliyi alçaq və qismən orta
dağlıq əraziləri səviyyəsinə çatır. lk dəfə olaraq Lix silsiləsi dəniz altından çıxaraq
quru sahəyə çevrilir və nəticədə bu bölgədə Qara dənizlə Xəzər dənizi arasındakı
ə
laqə həmişəlik itirilir. Kür çökəkliyində Xəzər körfəzi və Rion çökəkliyində şərqi
Qara dəniz körfəzi formalaşır. Böyük Qafqazın, Şamaxı, Mərəzə zonası, şimal-şərq
yamacda Qusar maili düzənliyi dəniz altından azad olur. Kiçik Qafqazın ərazisində
Orta Araz çökəkliyi, Talış dağları bütövlüklə dəniz altından çıxaraq maili
düzənliyə və alçaq dağlığa çevrilir.
Böyük Qafqazın şimal-qərb ərazisinin çox hissəsi qalxaraq, quru sahələrə
çevrilir.
Ə
raziyinin quru sahəsinin belə genişlənməsi ümumiqafqaz istiqamətdə uzanan
çay şəbəkəsi tədricən öz əhəmiyyətini itirir. Eninə çay dərə şəbəkəsi daha intensiv
formalaşır və dərininə kəsimlər daha da dərinləşir.
Kiçik Qafqazın ərazisində vulkanizm prosesləri intensivləşir, Qarabağ,
Ş
ahdağ ərazilərində vulkan konusları, vulkan kraterləri, vulkanik yayla yomalaşır.
Böyük və Kiçik Qafqazın ərazisinin intensiv qalxması aşınma proseslərinin
ş
iddətlənməsinə və Kür çökəkliyinə gətirilən qırıntı materiallarının çoxalmasına
səbəb olur. Bunu Kür çökəkliyində toplanmış materialların tərkibində iri ölçülü
materialların üstünlük təşkil etməsi sübüt edir.
Pont çöküntüləri tərkibinin bitki örtüyü də həmin əsrdəki fiziki-coğrafi şəraiti
kifayət qədər aydın əks etdirir. Şamaxı rayonunun pont çöküntülərindən toplanmış
bitki qalıqlarının 70%-dən çoxunu ağac bitkiləri təşkil edir ki, bu da meşələrin
daha geniş ərazi tutuduğunu göstərir. Digər tərəfdən tapılmış ağac bitkilərinin 30-
40%-i hazırda Cənub-Şərqi Asiyanın, Mərkəzi Amerikanın, Avstraliyanın tropik
və subtropik qurşaqlarında geniş yayılmış həmişəyaşıl bitkilər (palma, kino,
Behruz Melikov
Behruz Melikov
qovotu), maqnoliya, dəfnə, darçın ağacı, podakarp, tsuqa, sekvoya) təşkil edir.
Oxşar tərkibə malik zəngin bitki qalıqları həmçinin Qərbi Gürcüstanın pont
çöküntülərində müəyyən edilmişdir. Pont çöküntülərindən toplanmış bu bitki
qalıqlarına əsasən paleoiqlimin bərpası Zaqafqaziyanın o cümlədən Azərbaycanın
dağətəyi və düzənlik sahələrində yanvar ayının temperpaturun +12-14
0
C, iyul
ayının temperaturu 25-37
0
C, orta illik temperaturun 15-20
0
C, yağıntıların
miqdarının isə 800-900 mm-dən çox olduğunu söyləməyə əsas verir.
qlim şəraiti və bitki örtüyünün tərkibi ilə yanaşı, pont əsrində mövcud olmuş
relyefi də nəzərə alsaq deyə bilərik ki, Azərbaycan ərazisində bu əsrdə mövcud
olmuş qurunun çox hissəsi meşə altında olmuşdur. Böyük və Kiçik Qafqazın,
Talışın və Naxçıvan ərazisinin nisbətən yüksək dağlıq sahələrində iynəyarpaqlı
meşələr, alçaq dağlıq sahələri daxilində həmişəyaşıl bitkilər iştirak eden və əsasən
vələs, fısdıq, palıd ağacqayın qoz, qarağac, söyüd və s. bitkilərdən ibarət meşələr,
Kür dağarası çökəkliyinin bütün quru ərazisində isə savanna tipli meşə-çöl
landşaftı hakim olmuşdur. Güman etmək olar ki, Naxçıvanın Araz boyu zonasında
tuqay və düzənlik tipli meşələr, ətraf düzənliklərdə isə quru çöl landşaftları
mövcud olmuşdur.
Pont çöküntüləri tərkibindən (Udabno və Taribani ərazisindən) toplanmış
heyvan qalıqları, bu əsrdə Zaqafqaziyanın ərazisi haqqında bitki örtüyünün
məlumatlarını bir daha təsdiq edir. Udabna və Taribanidən pont çöküntülərindən
tapılmış cənub filinin, zürafənin, gərgədanın qalıqları sübut edir ki, Zaqafqaziyanın
düzənlik və dağətəyi zonalıqlarında savanna landşaftları hakim olmuşdur.
Behruz Melikov
Behruz Melikov
PL OSENDƏ ZAQAFQAZ YANIN LANDŞ AFT QL M ŞƏ RA T .
Miosendən Pliosenə keçid ərəfəsində paleocoğrafi şəraiti ciddi dəyişikliyə
uğrayır. Bütün Zaqafqaziya regionu, qonşu Qara və Xəzər dənizləri sahilləri də
daxil olmaqla tektonik qalxmaya cəlb olunur. Orta Asiyanı, Şərqi Rus düzənliyini
və Azərbaycanın Xəzər dənizi ətrafı əyalətlərini əhatə edən geniş Pont dənizi bu
zaman böhran vəziyyəti keçirən, qurumaqda olan Aralıq dənizi çuxuruna boşalır.
Bunu son illərdə Aralıq dənizinin şərq hissəsindən aşkar edilmiş tərkibində Pont
dənizi faunası saxlayan çöküntü qatı, təsdiq edir. Bu proses Xəzər dənizinin
sahəsinin kəsgin keçilməsi, Qara və Aralıq dənizləri ilə əlaqəsinin tam kəsilməsi
ilə nəticələnmişdir.
Erkən Pliosen əsrində (5,4-4,5 mln il) Xəzər dənizi böyük böhran vəziyyətinə
düşür. Əsrin başlanğıcında dənizin Abşeron bəzrəğindən şimalda qalan bütün
ə
razisi quruya çevrilir. Dəniz suları yalnız Cənub Xəzər, çökəkliyində saxlanılır.
Aşağı Volqa boyunda, Şimalı və Orta Xəzərdə cavan dəniz çöküntüləri altında
basdırılmış çay dərələrinin dərinliyi bu əsrdə Xəzər dənizi səviyyəsinin indikindən
500-600 m aşağı olduğunu sübut edir. Dəniz səviyyəsinin belə kəskin aşağı
düşməsi, eyni zamanda quru sahələrində tektonik qalxmanın sürətlənməsi, dağlıq
ə
razilərin genişlənməsi və yüksəkliyinin artması, aşınma və dərininə eroziya
prosesinin şiddətlənməsinə səbəb olur. Çay şəbəkəsi sürətlə inkişaf edir və relyefin
parçalanma dərəcəsi artır. Kür və Araz çayları bu əsrdə Cənub Xəzər hövzəsinə
müstəqil tökülüblər. Bütün Kür çökəkliyi, Qanıx-Əyriçay vadisi də daxil olmaqla
və Şamaxı-Qobustan əyaləti geniş çay şəbəkəsinə malik düzənlikləri xatırladırdır.
Böyük Qafqaz suayrıcı zonası, Kiçik Qafqazın Şahdağ, Murovdağ, Qarabağ
silsilələri, Zəngəzur silsiləsi ortadağlıq hüduduna qədər yüksəlir. Talış dağları
sahəsində hələ alçaqdağlıq hökm sürür.
Bu dövrün çöküntülərində quru heyvanlarının və bitkilərinin qalıqları
müəyyən olunmadığından onun landaşftı haqqında inandırıcı fikir söyləmək
çətirdir. Lakin Qərbi Azərbaycanda (Ceyrançöldə) və Acınohur öndağlığında
Erkən Pliosen əsrindən sonra gələn Üst Pliosen və Eopleystosen çöküntülərindən
Behruz Melikov
Behruz Melikov
tapılmış Savanna heyvanlarının ( fil, gə rgə dan, də və quş u, və hş i öküz, və hş i at və
s.) və həmişəyaşıl bitkilərin (dəfnə, maqnoliya, sinnamomum, darçın ağacı, qavotu,
evkalipt, sidrağacı, dəfnə-albalı,tsuqa, tuya, sekvoya və s.) qalıqları Kür
çökəkliyinin geniş qərb hissəsində, Böyük və Kiçik Qafqazın, Talışın öndağlıq
zonalarında savanna tipli meşə-çöl landşaftlarının mövcud olması fikrini söyləmək
olar.
Dağların yuxarı hissələrində iynəyarpaqlı, yamaclarında isə yarpaqtökən
ağaclardan ibarət meşə landşaftları formalaşmışdır.
Erkən Pliosenin ikinci yarısında (4,5-3,2 mln il) Zaqafqaziyanın paleocoğrafi
şə
raiti xeyli dəyişir. Xəzər dənizi öz sərhədlərini genişləndirməyə başlayır və əsrin
sonunda Orta və Şimal Xəzərin, Qusar-Dəvəçi çökəkliyinin çox hissəsini Abşeron
yarmadasını, Cənub-Şərqi Qobustanı, Ələt və Ləngəbir tirələri su ilə örtülür,
Göyçayadək geniş körfəz əmələ gəlir.
Dənizin sahəsinin genişlənməsi ona tökülən çayların boğulmasına və dərinlik
eroziyasının zəifləməsinə səbəb olmaqla yanaşı, iqlim dəyişilmələrinə və
yağıntıların çoxalmasına səbəb olur. Erkən Pliosen ikinci yarısında qlobal istiləşmə
baş verir. Pliosen dövrünün qlobal xarakter daşıyan iqlim ontimumu bu zaman
yaranır.
Behruz Melikov
Behruz Melikov
Document Outline - Microsoft Word - Document2
- Microsoft Word - Document2
- Microsoft Word - Document2
- Microsoft Word - Document2
- Microsoft Word - Document2
- Microsoft Word - Document2
- Microsoft Word - Document2
- Microsoft Word - Document2
- Microsoft Word - Document2
- Microsoft Word - Document2
- Microsoft Word - Document2
- Microsoft Word - Document2
Dostları ilə paylaş: |