Axalkalaki çökəkliyində qırmızı torpaqlar qonur meşə torpaqları ilə əvəz
olunur. şərqi Kiçik Qafqazda da yüksəklik zonallığı aydın formalaşmışdır. Burada
meşəaltı ərazilərdə əsasən qonur meşə torpaqları inkişaf etsə də, meşələrin qırıldığı
bölgələrdə meşədən sonra formalaşmış humuslu, bəzən karbonatlı qara torpaqlar
geniş yayılmışdır. Kiçik Qafqazın əksər bölgələrinin 2200 m-dən 2600 m-ə qədər
yüksəkliyində çınqıllı, iri süxur parçaları iştirak edən çınqıllı subalp çəmən
torpaqları, yüksək dağlıq qurşaqda çimli-çimli-torflu çəmən torpaqları
formalaşmışdır. Kiçik Qafqazın Şərqində Fizuli, Cəbrayıl, Zəngilan zonasında dağ
bozumtul cəhrayı, şabalıdı, dağ-meşə qonur torpaqlar yayılmışdır.
Ermənistan yaylasında açıq və tünd şabalıdı torpaqlar, dağlıq ərazilərdə
çınqıllı və çimli-torflu torpaqlar yayılmışdır.
Behruz Melikov
Behruz Melikov
CƏ
NUB QAFQAZIN B TK ÖRTÜYÜ
Cənubi Qafqazın bitki örtüyünün formalaşmasında yüksəklik zonallığı ilə
yanaşı yağıntıların paylanmasının xüsusi əhəmiyyəti vardır. Beləki, Böyük
Qafqazın cənub yamacının bitki örtüyünün paylanması yüksəklik zonallığı ilə
yanaşı, qərbdə Qara dəniz sahillərindən başlayaraq şərqə doğru tədricən dəyişir.
Kerç boğazından başlayaraq Anapa şəhərinə qədər Aralıq dənizi tipli bitkilər (tüklü
həmişə yaşıl palıd, dəfnə, ardıç və s.) üstünlük təşkil edir. Qara dənizin şimal-
şə
rqində (Rion düzənliyinə bitişik zona) yağışların çoxalması ilə əlaqədar olaraq
həmişəyaşıl bitkilərdən dəfnə, palıd, mimoza, evkalipt, bir çox həmişəyaşıl
sarmaşıqlar daha geniş yayılmışdır. Daha şərqə doğru Mərkəzi Böyük Qafqazın
cənub yamacının dağətəyi və alçaq dağlıq zonasında qoz, fındıq, şabalıd (Qəbələ
zonasında), zoğal ağaclarının qarışığından ibarət olan fısdıq, vələs, palıd,
ağcaqayın ağaclarının qarışığından ibarət meşə örtüyü formalaşmışdır. 800-1000 m
yüksəklikdə həmin meşə örtüyü tərkibində qoz, fındıq, şabalıd, zoğal ağacları
sıradan çıxır və fısdıq meşəsi həmin ağacları əvəz edir. Lakin daha şərqə doğru
Böyük Qafqazın Şamaxı-Qobustan ərazisində ağac bitkiləri, xüsusilə fısdıq
meşələri tamamilə sıradan çıxır və bu ağac növünü palıd, vələs, yemşan kimi
ağaclar və nəhayət, Qobustanda meşə örtüyü yovşan, ağ ot, bəzən qarağan və
efemer ot örtüyü ilə əvəz olunur.
Böyük Qafqazın əksər bölgələrinin yüksək dağlıq qurşağında 2200-2300 m-
dən 2800 m yüksəkliyə qədər nisbətən seyrək hündür ot örtüyündən ibarət subalp
çəmənlikləri formalaşmışdır. Tərkibində taxılkimilər, tərəçiçəklilər, efedra,
gicitkan, yarpız, bəzən quzuqulağı, astraqal və s. ot bitkiləri yayılmışdır.
Böyük Qafqazın yüksək dağ qurşağında (2800 m-də 3600 m yüksəkliyə
qədər) kəklik otu, quzuqulağı, taxılkimilər və s. qısa boylu ot örtüyündən ibarət alp
bitkiləri formalaşmışdır.
Cənubi Qafqazın Kür-Rion çökəkliyi bitkiləri daha mürəkkəb quruluşa
malikdir.
Behruz Melikov
Behruz Melikov
ABŞ
ERON Ə
SR NDƏ
CƏ
NUB QAFQAZIN LANDŞ
AFTLARININ
TƏ
KAMÜLÜ
Abşeron əsrində Cənubi Qafqazın ən əlamətdar hadisələrdən biri Xəzər və
Qara dənizlərin sərhəddinin (səviyyə) aşağı düşməsi olmuşdur. Bu zaman Xəzər
dənizinin Kür körfəzzindəki qərb sərhəddi Ağımtafa çayının mənsəbinə qədər
davam edirdi. Bundan qabakı Ağcagil əsrində Xəzər dənizinin qərb sərhəddi
Tbilisi şəhərinə qədər uzanırdı.
Abşeron əsrində Qusar maili düzənliyi ərazisinin xeyli hissəsi dəniz altından
çıxaraq quru sahəyə çevrilir. Xəzər dənizi Abşeron əsrində həmişəlik Aral dənizi
ilə əlaqəni itirir.
Ş
amaxı və Qobustanında çox hissəsi dəniz altından çıxaraq quru sahələrə
çevrilir.
Abşeron əsrində Böyük və Kiçik Qafqazın, Talış dağlarının və Lix silsiləsinin
yüksəkliyi artaraq Böyük və Kiçik Qafqaz yüksək dağlıq qurşağı səviyyəsinə
çatmışdır. Talış dağları və Lix silsilələri orta dağlıq hüduduna çatmışdır. Dağlıq
ə
razilərin intensiv qalxması parçalanma əmsalının güclənməsinə, çayların yuma və
aşınma qabiliyyətinin artmasına səbəb olmuşdur. Kiçik Qafqazın ərazisində
fasilələrlə Vulkan püskürməsi baş verdi.
Abşeron əsrində Cənubi Qafqazın çay şəbəkəsində də bir sıra dəyişikliklər baş
vermişdir. Xüsusilə Böyük və Kiçik Qafqaz çaylarının düzənliyə çıxdığı maili
düzənlikdə çaylar öz yataqlarını tez-tez dəyişdirir. Ən iri çaylardan olan Kür çayı
Abşeron əsrində Ceyrançöl ərazisindən axmışdır. Kiçik Qafqazın çayları Gəncə-
Qazax maili düzənliyində də bir sıra dəyişikliklər baş vermişdir. Cənubi Qafqazın
qərbində yerləşən Rion düzənliyi xeyli genişlənmişdir.
Abşeron əsrində Cənubi Qafqazın iqlim və bitki örtüyündə də bir sıra
dəyişikliklər baş vermişdir. Belə ki, yüksəklik zonallığının kifayət qədər
formalaşması müasir bitki örtüyünün əsasının yaranmasına səbəb olmuşdur. Buna
baxmayaraq Kür çökəkliyinin ayrı-ayrı kəsilişlərindən aşkar edilmiş yarpaq florası
və spor-tozcuqlar göstərir ki, Kür çökəkliyin dəniz sahili zonasında dəfnə,
Behruz Melikov
Behruz Melikov