CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

 

43 


(buradan  kənar  olub  yer  üzünə)  enin!  Yerdə  sizin  üçün  müəyyən  vaxta 

qədər (ömrünüzün axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri 

var”  -  dedik”.  (əl-Bəqərə  35-36).  Enin  –  kəliməsi  göydən  yerə  enməyi 

ifadə  etməz.  İfadə  etsə  belə  yüksək  yerdən  daha  aşağı  bir  yerə  enməyi 

ifadə edər. Çünki Adəm – əlehissəlam – ın Cənnəti yer üzündə ən yüksək 

bir yerdə idi. Oradan da endirildi. Dediyiniz  kimi:  Enin - əmrinin  Adəm, 

Həvva  və  İblis  olduğudur.  Əgər  o,  Cənnət  göydə  olsaydı  İblisin  səcdə 

əmrinə  uymadığı  üçün  enməsindən  sonra  onlara  çatması  və  vəsvəsə 

verməsi  mümkün  olmazdı.  11.  Onlar  qeyd  edirlər  ki,  əbədi  Cənnət 

kəliməsi  Qurani  Kərimdə  mərifə  olaraq  “Əl”  müəyyənlik  ədatı  ilə  gəlir. 

Digər  Cənnət  baxçaları  isə  “Əl”  olmadan  qeyd  olunur.  Cavab  olaraq 

deyirik  ki,  bu  belə  deyildir.  Çünki:  “Biz  vaxtilə  o  bağ  sahiblərini 



imtahana  çəkdiyim  kimi,  bunları  da  (Məkkə  mürşiklərini  də)  imtahana 

çəkdik.  O  vaxt  (o  bağ  sahibləri)  səhər  açılanda  (onun  meyvələrini) 

mütləq dərəcəklərinə and içmişdilər”. (Nun 17). Bu ayədə “Əl” ədatı ilə 

işlənmişdir,  lakin  əbədiyyət  Cənnəti  qəsd  edilməmişdir.  12.  Onlar  qeyd 

edirlər  ki,  Adəm  –  əlehissəlam  –  tövbə  edərsə  Allah  onu  Cənnətə 

qaytaracağını vəd etmişdir sözünə gəlincə deyirik ki: Əksinə Allah, Adəm 



–  əlehissəlam  –  ı  çıxdığı  Cənnətə  deyil,  əbədiyyət  Cənnətinə  qaytardığı 

zaman  vədi  yerinə  yetmiş  olacaqdır.  Qayıtmaq  (dönmək)  –  kəliməsi 

birinci  hala,  zaman  və  məkana  qayıtmağı  ifadə  etməz.  Hətta  bənzərinə 

dönməyi  də  ifadə  etməz.  “Allah  bizi  sizin  (batil)  dininizdən  xilas 



etdikdən  sonra  biz  sizin  dininizə  dönsək,  (sizin  bütpərəst  dininizin  haqq 

olduğunu etiraf etməklə) Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz 

Allah  istəməsə,  biz  əsla  sizin  dininizə  dönə  bilmərik.  Rəbbimiz  elm  ilə 

(Öz  əzəli  elmi  ilə)  hər  şeyi  ehtiva  etmişdir.  Biz  yalnız  Allaha  təvəkkül 

emişik.  Ey  Rəbbimiz!  Bizimlə  tayfamız  arasında  ədalətlə  hökm  et.  Axı 

Sən hökm verənlərin ən yaxşısısan!”. (əl-Əraf 89).  

 

ADƏM – Əlehissəlam – IN GİRİB ÇIXDIĞI 



CƏNNƏT ƏBƏDİYYƏT CƏNNƏTİDİR 

DEYƏNLƏRİN, YER ÜZÜNDƏ BİR CƏNNƏTDİR 

DEYƏNLƏRƏ CAVABI 

1.  Onlar  qeyd  edirlər  ki:  Allah  əbədiyyət  Cənnətinə  girməyi  yalnız 

Qiyamət  günü  olacağını  xəbər  vermişdir.  Cənnətə  mütləq  giriş  haqqında 

bu  söz  doğrudur.  Lakin  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  İsra 

gecəsi Cənnətə girmişdir, Möminlərin və Şəhidlərin ruhları Cənnətdə yaşıl 

quşların  boğazında  dolaşırlar.  Bu  girişlər  Allahın  xəbər  verdiyi  Qiyamət 

günündəki  girişdən  ayrıdır.  2.  Cənnət  haqqında  zikr  etdiyiniz  Cənnətin 



 

44 


vəsfləri bunlar haqdır. Onları nə biz inkar edirik, nə də Əhli İslamdan bir 

kimsə. Lakin biz  deyirik  ki, bu kimi şeylər ayələrdən  də  göründüyü  kimi 

möminlər  Cənnətə  girdikləri  zaman  baş  verəcəkdir.  Doğrusunu  Allah 

Bilir

117

.  

 

CƏNNƏTDƏ EV 

Osman  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  –  sallallahu 

aleyhi  və  səlləm  –  buyurdu:  «Kim  Allah  rızasını  tələb  edərək  bir  məscid 

inşa  edərsə  (Başqa  rəvayətdə:  İçində  Allahın  adı  zikr  edilsin  deyə

118



Allah  ona  Cənnətdə  bir  ev  inşa  edər  (Allah  onun  üçün  Cənnətdə  bir 



mislini inşa edər)

119


. Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir 

ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah, bir qulun 

övladının  canını  aldığı  zaman  ölüm  mələyinə  deyər:  “Ey  ölüm  mələyi! 

Qulumun övladının canını aldınmı? Gözünün nurunu, qəlbinin meyvəsini 

(istiliyini)  aldınmı?”.  Mələk:  “Bəli”.  Allah:  “O,  nə  etdi?”.  Mələk:  “Sənə 

həmd  etdi  və  İstincə  etdi  -  İnnə  Lilləhi  Və  İnnə  İleyhi  Raciun  -”  dedi. 

Allah:  “Ona  Cənnətdə  bir  ev  bina  edin  və  adını  Həmd  evi  qoyun”  deyə 

buyurdu


120

.  Əbu  Musa  əl-Əşari  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim gecə və gündüz 

fərzlər  xaric  12  rükət  (sünnət)  qılarsa  Allah  ona  Cənnətdə  bir  ev  bina 

edər”

121


.  

 

CƏNNƏT NEMƏTLƏRİ 



«Etdikləri  əməllərin  mükafatı  olaraq  (Allah  dərgahında)  möminlər 

üçün  göz  oxşayan  (onları  sevindirəcək)  nə  cür  nemətlər  gizlənib 

saxlandığını heç kəs bilməz». (əs-Səcdə 17). Əbu Hureyrə – radıyallahu 

anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 

«Sizdən birinizin Cənnətdəki bir parça yeri üzərinə Günəşin  doğduğu  və 

batdığı  şeylərin  hamısından  xeyirlidir  (Başqa  rəvayətdə:  Cənnətdəki  bir 

qamçı miqdarında yer dünya və dünya nemətlərindən xeyirlidir)»

122

. Əbu 


Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu 

aleyhi və səlləm - buyurdu: «Əziz və Cəlil olan Allah: Mən yaxşı qullarım 

üçün  heç  bir  gözün  görmədiyi,  heç  bir  qulağın  eşitmədiyi  və  heç  bir 

insanın  qəlbindən  keçirmədiyi  şeylər  hazırladım”  buyurdu.  Allah 

Kitabında  bunu  təsdiqləyən  dəlil  bu  ayədir:  “Etdiklərinin  əvəzi  olaraq 

                                                        

117


 Daha geniş məlumat üçün İbn Qeyyim “Cənnətdəki həyat” kitabına bax.  

118


 Nəsəi “Məsəcid” 1.  

119


 Buxari “Salət” 65, 1/544, Müslim “Məsacid” 25, (533),  

120


 İbn Hibban 4/262, Əhməd 4/415.  

121


 Əhməd 4/413.  

122


 Buxari 6/13, 3250, Müslim 1883. 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə