CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə7/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   2   3   4   5   6   7   8   9   10   ...   21

• Ramazanda görüləcək ay və günəş tutulmaları 

4.15--- Darekutni Sunən Məhəmməd ibn Əlidən təxric etdi. O belə dedi: 

Bizim Mehdimiz üçün iki əlamət vardır ki, Allah səmavat və ərzi yaratdığından 

bu yana belə bir şey baş verməmişdir. Bunlar Ramazanın ilk gecəsində ay, 

yarısında isə günəş tutulmasıdır. Allah səmavat və ərzi yaratdığından bəri belə 

bir şey olmamışdır. 

4.20--- Nəim, Şureykdən təxric etdi. Dedi ki, mənə çatdı ki, Mehdinin 

çıxışından əvvəl, Ramazanda iki dəfə ay tutulması olacaq. 

 

• Şərqdən buynuz şəklində bir ulduzun doğuşu 



4.17--- Nəim ibn 

Hammad Fitən və Əbu Cəfər, Məhəmməd ibn Əli (r.ə.)-

dən təxric etdilər. Buyurdu ki: Abbasi, Xorasana çatdığı zaman şərqdə buynuz 

şəklində bir ulduz çıxar. Bu ulduz ilk çıxdığında Allah Nuh qövmünü həlak 

etmişdir. Hz. İbrahim atəşə atıldığında da çıxmışdır. Firon qövmü yox 

edildiyində və Yəhya ibn Zəkəriyya öldürüldüyündə də görünmüşdür. Siz o 

ulduzu gördüyünüzdə fitnələrin şərindən Allaha sığının. O ulduzun doğulması 

günəş və ay tutulmasından sonra olacaq. Sonra fitnələr "alaca qarğa" Misirdə 

zühur edənə qədər davam edər. 

 

• Gecə şərqdən bir atəşin görülməsi 



4.21--- Əli oğlu Əbu Abdullah  Hüseyn (r.ə)-dən rəvayət edildi. Buyurdu ki: 

“Səmadan bir əlamət gördüyünüzdə, o şərqdən gecələri doğan böyük atəşdir. O 

zaman insanlar rahatlanacaqlar. O əlamət Mehdinin çıxışı deməkdir.” 

4.18--- Kəsr ibn Mürnə Əl Huderidən buyurdu ki: “Ramazandakı hadisələrin 

əlaməti, özündən sonra insanlar arasında ixtilafın olacağı səmada bir əlamətdir. 

Sən ona çatsan, azuqəsini gücün çatdığı qədər çoxalt.” 

(Nəim ibn Hammadda bu 

hədisi təhric etdi) 

4.22--- Əbu Cəfər ibn Məhəmməd ibn Əli (r.ə.)-dən rəvayət edildi. Buyurdu 

ki: Siz üç və ya yeddi gün, şərqdən bir atəşi gördüyünüz zaman Ali 

Məhəmmədin çıxmasını gözləyin, inşaAllah Allah, bir münadi Mehdinin adı ilə 

səmadan nida edəcək ki, şərqdə, qərbdə olan hər kəs bu səsi eşidəcək. Belə ki, 

yuxuda olanlar qorxudan oyanacaq, ayaqda olan bayılacaq, oturan isə ayağa 

duracaq. O səsi eşidib "razılıq edən" kimsəyə Allah rəhmət etsin. Çünki bu 

birinci səs Cəbrayılın səsidir. 

 

• Səmadan bir münadinin səslənməsi 



1.5--- Nəim hz. Əli (r.ə.)-dən rəvayət etdi ki: Səmadan bir münadi: "Haqq 

Əli Məhəmməddədir" şəklində qışqırdığı zaman Mehdi (ə.s.) zühur edər, hər kəs 

yalnız ondan danışar, onun sevgisini ehtiva edər və ondan başqa bir şeydən 

bəhs etməzlər. 

1.7--- Keza (N. ibn Hammad) Əbu Cəfərdən təxric etdi, buyurdu ki: 

Səmadan bir münadi "Haqq Əli Məhəmməddədir", yerdən də bir münadi "Haqq 

Ali İsanın və ya Abbasındır" (Ravi burada şübhə etdi) deyəcək. Yerdən gələn səs 

şeytanın sözü, səmadan gələn səs isə Allahın uca sözüdür. 




•  Ramazanın 15-ci gecəsində eşidiləcək səs 

1.8--- Məhəmməd ibn Əlidən, buyurdu ki: O məlum səs, Ramazan ayında 

Cümə gecəsində olsa onu dinləyin və itaət edin. Əgər gündüzün sonunda olsa

o lənətlənmiş İblisin "Filan adam məzlum olaraq öldürüldü" şəklində səsidir. Bu 

səsin məqsədi, insanları şübhə və fitnəyə salmaqdır. O gündə çoxları tərəddüd 

və qarışıqlıq içində qalacaq. O, birinci səsi ramazanda eşitdiyinizdə, ondan 

şübhələnməyin, çünki o Cəbrayılın səsidir və bunun əlaməti Mehdinin və 

atasının adını zikr etməsidir. 

 

• Günəşin əlamət olaraq doğulması 



4.14--- Nəim ibn 

Hammad və Ebil Hasənil Hərbi Hərbiyyat adlı əsərlərinin 

birinci fəslində Əli ibn Abdullah ibn Abbasdan təxric etdilər. O dedi ki: Mehdi, 

günəş bir əlamət olaraq doğulmadıqca çıxmaz. 

4.16--- Hafiz Əbu Bəkir ibn Əhməd ibn Həsən əl-Beyhaki və Hafiz Əbi 

Abdullah və Nəim ibn Hammad Abdullah Abbas (r.ə.)-dən təxric etdilər, 

buyurdu ki: Günəş əlamət olaraq doğulmadıqca, Mehdi çıxmayacaq.  

 

• Zilqəddə ayında qəbilə döyüşlərinin başlaması 



6.1--- Nəim ibn 

Hammad və Hakim, Əmr ibn Şueybdən, o atasından, atası 

da babasından təxric etdi, belə dedi Resullulah (s.ə.v.) buyurdu: Zilqəddə ayında 

qəbilələr döyüşər, hacılar qaçırılar,qanlı döyüşlər olar. Sahibləri (Mehdi) çəkinər 

və nəticədə istəmədiyi halda Əhli-Bədr sayında insan ona, Rükn və Mövqe 

arasında beyət edər. Yer və göy əhli də ondan razıdır. 

 

• Mədinədəki böyük hadisə  



4.5--- Keza (N. ibn Hammad) Əbu Hureyrədən təxric etdi. Buyurdu ki: 

Mədinədə böyük bir vaqiə olar. Elə ki, yağ daşları qan içində qalar. Bu hadisədə 

bir qadının öldürülməsi, bir qırmancın yellənməsi qədər asandır. Bu hadisə 

Mədinədən iyirmi dörd mil qədər yayılar. Sonra hz. Mehdiyə beyət edilər. 

 

• Sufyani ordusunun Mədinəni xarab etdikdən sonra Bəydədə yerə batışı 



4.38--- Məhəmməd ibn Samiddən dedi ki: Mən Əbu Abdullah Hüseyn bin 

Əli (r.ə.)-ə dedim: "Bu işin qarşısında əlamətlər vardırmı?" -ki Mehdinin 

zühurunun nəzərdə tutur- Dedi ki: "Bəli" dedim. "Nədir onlar?". Dedi ki: " Abbas 

oğullarının həlakı, Sufyaninin çıxması, Beydada batma". Mən yenə "Sənə canım 

qurban olsun, bu işin uzanmasından qorxuram" dedim. Dedi ki: "Bu iş təsbeh 

dənələri kimi ard-arda gələr." 

 

• Hz. Mehdinin zühuru üçün beş əlamət 



4.37--- Əbu Abdullah Hüseyn ibn Əli (r.ə.)-dən: Buyurdu ki: Mehdinin beş 

əlaməti olar. Bunlar, Süfyani, YəBəni, səmadan bir qışqırıq, Bəydədə ordunun 

batışı və günahsız insanların öldürülməsidir. (Minada hacıların öldürülməsi)  



 

• Zilhəccə ayında hacıların öldürülərək talana uğradılması 

4.32--- Əbu Nəim, hz. Əli (r.ə.)-dən təxric etdi. Buyurdu ki: Mehdi hər 

doqquzdan yeddi öldürülənə qədər çıxmaz. Günahsız insanların öldürülməsi 

onlardandır. 

4.33--- İbn Əbi Şeybə, Mücahiddən təxric etdi. Peyğəmbər (s.ə.v)-in 

səhabələrindən bir adam mənə dedi ki: Günahsız insanlar öldürülmədən Mehdi 

çıxmaz. Günahsızlar öldürüldüyündə, onların öldürənlərə yer və göy əhli büğz 

edərlər. Mehdi insanlara üz tutar, onu yeni gəlin kimi eşq və məhəbbətlə 

qucaqlayarlar. O yer üzünü ədalət və gözəlliklə doldurar. Ərz nəbatatını çıxarar, 

göy də yağışını yağdırar. Ümmətim daha əvvəl görülməmiş şəkildə nemətlənər. 

4.34--- Ammar ibn Yasir (r.ə.)-dən: Günahsız insanlar qətl edildiyi və 

qardaşı da Məkkədə öldürüldüyü zaman səmadan bir münadi: "Əmriniz 

filankəsdir. Məhz bu yer üzünü ədalətlə dolduracaq olan Mehdidir." Deyə 

səslənər. 

(Bu hədisi İmam Əbu Abdullah, Nəim ibn Hammad da Fitən adlı 

kitabında bunu təxric etdi.) 

 

• Məhərrəm ayında Kəbədə hz. Mehdinin beyətləri qəbul etməsi  



6.6--- Keza (N. ibn Hammad) Abdullah ibn Əmrdən təxric etdi. O belə dedi: 

"İnsanlar başlarında bir imam olmadan Həcc edərlər." Minaya endiklərində 

ətrafları, itlərin toplanması kimi sarılıb, qəbilələrin bir-birilə toqquşması kimi 

böyük döyüşlər olar. Belə ki ayaqlar qan gölü içində qalar. İnsanlar narahatlıqla 

onların ən xeyirlisinə qaçarlar. Və ona gəldiklərində onu Kəbə divarına yapışmış 

ağlayan bir halda taparlar. Peyğəmbər (s.ə.v.) buyurur ki: Mən sanki onun göz 

yaşlarını görür kimiyəm. Ona "Gəl sənə beyət edək." deyərlər. O isə, "Təəssüf 

sizə, nə qədər söz pozdunuz, nə qədər qan tökdünüz."-deyər və sonra 

istəmədiyi halda beyətlərini qəbul edər. Əgər siz ona çatsanız ona beyət edin, 

çünki o yerdə də, göydə də Mehdidir.  

 

 

 



4- "İkdiddurər" ADLI KİTABINDAKI ƏLAMƏTLƏR 

(Səhih hədisi-şəriflərdən yekunlaşdırılmış olaraq) 

 

• Şərqdən gələn Moğol zəbti 



5.1--- Çox kədərli vəziyyətlər və acınacaqlı mənzərələr görünər. Fitnələr 

ard-arda davam edər. Şərqdən bir İlç (əcəmi diyarındakı kafirlərdən qüvvətli 

biri) çıxar və Abbas oğullarının mülkünü yox edərək keçdiyi hər şəhəri fəth 

edər. Qarşısında heç bir bayraq sığına bilməz. Keçdiyi hər diyarı yandırıb-yaxar, 

istədiyi hər şeyi əldə edər. Allah ondan və ona tabe olanlardan mərhəməti 

qaldırmışdır. Ona üsyan edəni zülmə uğradar. Bunlar ağlayana mərhəmət 

etməz, şikayətçi olanlara da cavab verməz. Ana, ata, qız, kişi hər kəsi öldürər və 

əcəmi, İraq diyarlarını fəth edərək ümmətə kədərli əzab daddırarlar. Bunların 




Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə