CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə60/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   56   57   58   59   60   61   62   63   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
195 
123. Tələbələr. Tələbə daşnaklar xaricdə və Rusiyada 
Ümumi  Məclisdə  iştirak  edirlər.  Bunun  üçün  xaricdə 
onların  sayı  100-dən  az,  Rusiyada  isə  200-dən  az  olma-
malıdır. 
124.  Bu  tələbləri  ödəməyənlər  Ümumi  Məclisdə 
iştirak etmək hüququndan məhrum olur. 
 
Pul vasitələri 
 
125. Pul vasitələrinə daxildir
  a) üzvlərin vergiləri (gəlirin 2%-dən 10%-nə kimi); 
  b) ianə; 
  c) abunə; 
  ç) təsadüfi gəlirlər. 
126.  Hər  daşnak  hər  ay  gəlirinin  ən  azı  2%-ni 
İttifaqın yerli orqanlarının kassasına keçirməlidir. 
Qeyd:  3  ay  vergisini  ödəməyən  daşnak  vergini 
ödəyənədək səs hüququndan məhrum olunur. 
127.  Vergi  toplamaq  hüququ  yalnız  daşnak  orqan-
larına məxsusdur. 
128. Pul toplanması zamanı güc tətbiq olunması qəti 
surətdə qadağan olunur... 
 
Mühasibat 
 
130. Təşkilatlar insanlara pul, silah və əşyaları onlar 
məxaric kitablarını imzaladıqdan sonra verməlidirlər... 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
196 
142.  Pul  orqanın  məsul  şəxsinin  nəzarəti  ilə 
götürülür,  amma  orqanın  möhüründən  və  adından 
istifadə olunmur. 
143.  Təşkilatların  ümumi  gəlirlərinin  5%-i  Büronun 
kassasında  inqilabi fondun qurulması  məqsədilə ehtiyat-
da  saxlanılmalıdır.  Bu  kapitalın  xərclənməsi  hüququ  və 
ixtiyarı Məclisə məxsusdur. 
 
Müavinət 
 
144.  Hər  çalışqan  daşnak  öz  əməyi  ilə  yaşamağa 
borcludur: 
a)  Fərdi  məşğuliyyəti  öhdəsinə  götürdüyü  işin 
icrasına zərər vermədiyi halda
b)  Üzərinə  götürdüyü  vəzifəni  icra  etdikdən  sonra 
və  ya  başqa  rayona  çağırıldıqdan  sonra  heç  bir  vəzifə 
tapşırılmadıqda şəxsi fəaliyyətlə məşğul ola bilər. 
145.  Əvvəlki  maddənin  b  bəndində  göstərildiyi 
halda təşkilat və yoldaşları ona iş tapmağa borcludur və 2 
ay  müddətində  onun  xərclərini  İttifaqın  hesabından 
ödəməlidirlər. 
Qeyd:  Bu  maddədə  öz  əksini  tapmış  müavinət 
üzvün  rayon  Komitəsindən  çıxdığı  gündən  deyil,  işdən 
çıxdığı gündən hesablanır. 
146.  Təşkilatın  işi  ilə  məşğul  olan  yoldaşların 
ailələrinə təşkilatın vəsaitindən heç nə verilmir. 
Qeyd:  a)  Böhran  hallarında  belə  yoldaşları  Qırmızı 
Xaçın vəsaitindən yardım verilə bilər; 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
197 
             b)QX-nin daxili quruluşu barədə nizamnamə 
Rayon Məclisi tərəfindən hazırlanır. 
 
Hərbi qruplar 
147. İnqilabi təşkilatlar işlərini həyata keçirmək üçün 
hərbi qruplar təşkil edir. 
148. Hər qrup 10 döyüşçüdən ibarət olmalıdırş 
149.  Hər  döyüşçü  İttifaqın  layihəsi  ilə  tanış  olmağa 
və  onu  həyata  keçirmək  üçün  xidmət  etməyə  hazır 
olmağa borcludur. 
150. Hərbi qruplar yerli orqanlar və Büro tərəfindən 
buraxılmış təlimatlarla idarə olunur. 
151.  Hər  döyüşçü  şəxsi  işi  ilə  məşğul  olmağa 
borcludur.  Bu  zaman  o,  döyüşçü  kimi  inqilabi  təşkilata 
qatılmalıdır. 
Qeyd:  Aktiv  iş  gördüyü  zaman  döyüşçü  orqan 
tərəfindən  bütün  zəruri  yaşayış  vasitələri  ilə  təmin 
olunur. 
 
Birliklər 
 
152. Birliklər bölünür: 
       a) peşə birliklərinə
       b) kənd birliklərinə; 
153.  Peşəkar  birliklərin  məqsədi  fabrik  işçilərini  və 
sənətkarları  peşələrinə  və  onların  maraqlarının  müdafi-
əsinə görə qruplaşdıırmaqdır. 
154.  Kənd  birliklərinin  məqsədi  rəhbər  yoldaşlarla 
əlaqədə  olaraq  kəndlilərin  ictimai  maraqlarını  qorumaq 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
198 
və  onları  sələmçilərdən,  mülkədarlardan  və  digər 
istismarçılardan qurtarmaq üçün xidmət etməkdir. 
Qeyd:  Peşə  və  kənd  birlikləri  ilə  paralel  və  ya 
onlardan  azad  şəkildə  kooperativ  birliklər  də  qurula 
bilər. 
 
Terror 
 
155. Terror iki cür ola bilər
        a) Siyasi; 
        b) Təşkilati; 
156.  Ancaq  Mərkəzi  Komitələr  və  Məsul  Orqanlar 
terrorla bağlı qərar qəbul edə bilər. Qərar yekdilliklə qə-
bul olunmalıdır. 
157.  Ağır  təşkilatı  nöqsanar  (pul  və  silahı  mənim-
səmə)  və  cinayətə  (satqınlıq,  xəyanət  və  yoldaşların 
öldürülməsi)  görə  terror  cəzasının  tətbiq  edilməsi  yalnız 
başqa orqanların ( Mərkəzi Komitə üçün Məsul Orqanın, 
Məsul  Orqan  üçün  Büronun)  razılığı  zamanı  müm-
kündür. 
Qeyd:  Ölkədə  Mərkəzi  Komitə  razılığı  Məsul 
Orqandan  alır,  ikinci  olmadığı  halda  razılıq  qonşu 
Mərkəzi Komitədən alınır. Məsul Orqan Büroya müraciət 
etmir. 
 
İnqilabi mətbuat 
158. Daşnakların mətbuatı təşkilatın layihəsini mün-
təzəm  izləməyə  və  layihənin  əsas  ideyalarını  yaymağa 
borcludur. 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə