CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə2/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   2   3   4   5   6   7   8   9   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 

 3.1.  Qondarma  “erməni  soyqırımı”nın  beynəlxalq  aləmdə  ta-
nıdılması istiqamətində erməni lobbisinin fəaliyyəti  ...................... 128 
3.2.  Qərb  dövlətlərinin  parlamentlərində  qondarma  “erməni 
soyqırımı”nın tanıdılması cəhdləri ...................................................... 140 
3.3.  Qondarma  “erməni  soyqımı”nın  beynəlxalq  aləmdə 
tanıdılmasında  Ermənistan  Respublikasının  fəaliyyəti  (1991-
2001) ........................................................................................................... 151 
 
IV  FƏSİL.  Hay  Dad  (“Erməni  məhkəməsi”)  ideologiyasının 
hüquqi-siyasi mahiyyəti və  əsas hədəfləri ....................................... 162 
 
NƏTİCƏ ................................................................................................... 179 
 
CƏDVƏLLƏR ......................................................................................... 203 
 
ŞƏKİLLƏR ............................................................................................... 215 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT ............................................... 229 
 
 
 
 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 

ÖN  SÖZ 
SSRİ  dağıldıqdan  sonra  yenidən  müstəqilliyinə 
qovuşmuş  Azərbaycanda  tarix  elmi  qarşısında  bir  sıra 
qaranlıq səhifələrə yenidən müraciət olunmağa başlandı. 
Yetmiş  il  sovet  ideologiyasının  bizlərə  təlqin  etdiyi 
şəkildə  öyrəndiyimiz  Azərbaycan  tarixi  və  eləcə  də  Os-
manlı  tarixinə  baxış  konsepsiyasının  kökündən  dəyiş-
dirilməsi  zərurəti  ortalığa  çıxdı.    Ulu  öndər  Heydər 
Əliyev  ermənilərin  xalqımıza  qarşı  etdikləri  amansız 
vəhşilikləri, işgəncələri, Qərbi azərbaycanlıların öz dədə-
baba  torpaqlarından  amansızlıqla  qovulmasını,  erməni-
lərin Qafqaza gəlmə xalq olduqlarını  və digər taleyüklü 
məsələlərinin  tarixi  faktlar  və  arxiv  sənədləri  əsasında 
araşdırılmasını  və  olduğu  kimi  xalqa  catdırılmasını 
tarixçilər  qarşısında  əsas  vəzifələrdən  oldu.  Bununla 
bağlı  H.  Əliyevin  bir-birinin  ardınca  imzaladığı  fərman 
və  sərəncamlarda  iki  yüz  ildən  artıq  dövrdə  xalqımızın 
başına  gətirilən  fəlakətlərin  ağrı-acıları  xronoloji  ardıcıl-
lıqla əksini tapdı.  
Ulu öndərin iki mühüm tarixi faciə haqqında “1948-
1953-cü  illərdə  azərbaycanlıların  Ermənistan  SSR 
ərazisindəki  tarixi-etnik  torpaqlardan  deportasiyası 
haqqında”  və  “Azərbaycanlıların  soyqırımı  haqqında” 
fərmanları  nəticəsində  ”31  Mart  Azərbaycanlıların 
soyqırımı  günü”  kimi  elan  edildi.  Beləliklə,  əsil  həqiqəti 
dünya  ictimaiyyətinə  çatdırmaq,  soyqırımı  aparıldığını, 
Ermənistan  SSR  ərazisinin  qədim  Azərbaycan  torpaqları 
olduğunu  rəsmiləşdirməklə  yanaşı,  xalqımızın  tarixinə 
“ağ ləkələr” kimi düşmüş, əslində isə qanlı faciəvi hadisə-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 

lər  kimi  yaddaşlara  köçmüş  bu  səhifələri  düzgün  və 
obyektiv yazmaq üçün şərait yarandı. 
Ulu  öndərin  müvafiq  tapşırıq  və  tövsiyələrindən 
sonra  qısa  zaman  kəsiyində  istər  AMEA-nın  Tarix 
İnstitutu  əməkdaşları  tərəfindən,  istərsə  də  ayrı-ayrı  ta-
rixçi  alimlər  tərəfindən  bir  sıra  araşdırmalar  aparıldı  və 
bu  boşluğun  aradan  qaldırılması  istiqamətində  əsaslı 
dönüş yarandı. 
Bu  baxımdan  T.  Cəfərovun  “Qondarma  erməni 
soyqırımı  faktların  dili  ilə”  adlı  monoqrafiyası  tarixi 
zərurətdən  irəli  gələrək  yazılmışdır  və  günümüzlə 
səsləşir.  Bütövlükdə,  türk  dünyasına  qarşı  yüz  ildən 
artıqdır  ki,  ermənilərin    apardığı  soyqırımı  və  depor-
tasiya  siyasəti  xalqdan  gizlədilmiş  və  ya  ən  yaxşı  halda 
etnik  qarşıdurma  kimi  tarixdə  öz  yerini  tutmuşdur. 
Əslində  isə  nələrin  baş  verdiyini  əsərdə  çılpaqlığı  ilə 
görmək  mümkündür.  Əsərdə  hadisələrin  1877-78-ci  illər 
rus-türk  müharibəsindən  başlayaraq  gərginləşməsi  və 
erməni  məsələsinin  meydana  gəlməsi,  90-cı  illərdən 
başlayaraq  Şərqi  Anadolu  ərazilərində  erməni  qiyam-
larının  törədilməsi  və  acı  nəticələri,  eləcə  də  I  dünya 
müharibəsində  ermənilərin  öz  dövlətlərinə  qarşı  açıq-
aşkar xəyanəti arxiv sənədləri əsasında ifşa edilmişdir.  
Müəllif  doğru  olaraq  qeyd  edir  ki,    XIX  əsrin  II 
yarısından  etibarən  beynəlxalq  münasibətlər  sistemində 
İngiltərə  və  Rusiyanın  yeni  müstəmləkələr  və  satış 
bazarları uğrunda apardıqları işğalçılıq yarışının növbəti 
mərhələsi  Osmanlı  İmperiyası  ərazilərinin  parçalanması 
və  isti  dənizlərdə  hökmran  olma  siyasəti  ilə  yeni  bir 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 

mərhələyə  qədəm  qoydu.  İngiltərə  Hindistana  qədər 
uzanan  bütün  boğazları  əldə  möhkəm  saxlamaq  üçün 
Şərqi Anadolu və Qara dəniz hövzəsində qüvvətlənməyi 
qarşısına  məqsəd  qoyduğu  halda,  Rusiya  Bəsrə  və 
İsgəndərun  limanlarına  uzanan  təhlükəsizlik  dəhlizi 
yaratmaqla isti dənizlərə çıxış əldə etməyə çan atırdı. Hər 
iki 
imperiyanın 
işğalçılıq 
siyasəti 
bu 
regionda 
möhkəmlənmək  və  yerli  etnik  azlıqlardan  Osmanlı 
hökümətinə təzyiq vasitəsi kimi istifadə etməkdən ibarət 
idi.  Məhz  bu  iki  dövlətin  qarşıdurmasından  yararlanan 
ermənilər  bu  ərazilərdə  qarışıqlıq  yaratmaqla  öz  istək-
lərinə  nail  olmağa  can  atırdılar.  Qarşıdurmalar  dərin-
ləşdikcə  türk-erməni  ziddiyyətləri  də  qarşısıalınmaz 
prosesə çevrildi

Bu ziddiyyətlərin məntiqi  sonluğu kimi 
1877-78-ci  illər  rus-türk  müharibəsi  nəticəsində  “erməni 
məsələsi” meydana gətirildi.  
Müəllifin “Qondarma erməni soyqırımı faktların dili 
ilə” adlı monoqrafiyası ilə tanış olarkən burada XIX əsrdə 
böyük  dövlətlər  tərəfindən  qızışdırlan  erməni  millətçi 
ekstremistlərinin  Şərqi  Anadolu  torpaqlarını  qan  gölünə 
çevirdiklərinin, dinc əhalini öz dədə-baba torpaqlarından 
didərgin saldıqlarının, üsyan qaldırmaqla bölgənin bütün 
infrastrukturunun  iflic  vəziyyətə  düşdüyünün  şahidi 
oluruq.  Müəllif əsrlər boyu öz torpaqlarında əmin-aman-
lıq şəraitində yaşayan  yerli türk əhalisinin erməni  silahlı 
dəstələrindən  qorunmaq  üçün  qonşu  ərazilərə  pənah 
gətirdiklərini,  türk  əhalisinin  kökünü  kəsmək  və  mono-
etnik  erməni  dövləti  yaratmaq  yolunda  ermənilərin 
Vilayəti-Sittə  adlandırdıqları  Şərqi  Anadolu  bölgəsini 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə