CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə3/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   2   3   4   5   6   7   8   9   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 

tamamilə  nəzarətdən  çıxarmaq  sahəsindəki  fəaliy-
yətlərini,  böyük  dövlətlərin  islahat  layihəsi  adı  altında 
burada apardıqları iyrənc oyunların pərdəarxası məqam-
larını faktlarla vermişdir.  
Qeyd  edək  ki,  müəllifin  uzun  müddətli  araşdır-
maları  sayəsində  ərsəyə  gətirdiyi  əsərdə  diqqəti  çəkən 
əsas  məsələlərdən  biri  də,  araşdırılan  dövrdə  Osmanlı 
imperiyasında  ermənilərin  sayı,  onların  yaşam  tərzi  və 
dövlətdə  təmsilolunmasının  arxiv  sənədləri  və  statistik 
külliyyatlara  əsasən  faktlarla  göstərilmişdir.  T.Cəfərov 
sübut edir ki, heç bir arxiv sənədində ermənilərin ümumi 
sayının  1  milyon  300  mindən  artıq  olduğu  təsdiqini 
tapmır. Həmin dövrdə ermənilər dövlətdə bütün yüksək 
vəzifələrdə  təmsil  olunurdular.  İmperiyada  bütün 
maaliyə  aristokratiyasına  erməni  maqnatları  rəhbərlik 
edirdi.  Bu  cür  yüksək  yaşayış  səviyyəsinə  və  bir  sıra 
imtiyazlara  malik  bir  toplum  birdən-birə  öz  dövlətinə 
xəyanət  etmiş,  düşmən  tərəfə  keçərək  öz  silahları  ilə 
xalqına  atəş  açmağa  başlamış,  iki  milyon  nəfərə  yaxın 
türkün  həyatına  son  qoyulmuşdur.  Müəllif  haqlı  olaraq 
belə  nəticəyə  gəlir  ki,  bu  fakt  əslində    ermənilərin  deyil, 
türklərin soyqırımının baş verdiyinin göstərcisidir.  
Monoqrafiyada  qiyamçı  ermənilərin  sultan  fərmanı 
ilə  imperiyanın  cənub  ərazilərinə  köçürülməsinə  diqqət 
yetirilmişdir. Əsərdə qeyd olunduğu kimi qərarın heç bir 
yerində  ermənilərin  köçürülməsi  deyil,  dövlətə  xəyanət 
etmiş  bütün  qüvvələrin  köçürülməsi  öz  əksini  tapmışdı. 
Nəticədə,  hökumət  bütün  gücünü,  qüvvəsini  səfərbər 
edərək  702 900  nəfər  qiyamçını  Suriya  və  İordaniya 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 

ərazilərinə  köçürməyə  başlamış,  bir  sözlə    hökumət  bu 
işin  öhdəsindən  layiqincə  gələ  bilmişdir.  Bunun  üçün 
xəzinədən ilkin olaraq 25 milyon lirə xərclənmiş, prosesin 
gedişində  bu  məbləğ  artırılmışdır.  Hökumət  ermənilərin 
köçürülməsi  zamanı  onların  təhlükəsizliyinə  də  xüsusi 
önəm  vermişdir.  Müharibə  qurtardıqdan  sonra  hökumət 
daha bir fərman verərək köçürülmüş ermənilərin geriyə-
öz  torpaqlarına  dönmələrinə  şərait  yaratmış,  yenidən 
həyat burada öz axarı ilə davam etmişdir. 
Müəllifin  monoqrafiyada  üzərində  dayandığı  əsas 
məsələlərdən  biri  də,  XX  əsrin    20-30-cu  illərində 
ermənipərəst qüvvələrin Avropada türk dünyasına qarşı 
apardığı iyrənc kompaniya, güya müharibə zamanı 1,5 - 2  
milyona  yaxın  erməninin  türklər  tərəfindən  xüsusi 
amansızlıqla qətlə yetirilməsi iddiasıdır. Bu doğurdan da 
gülünc  doğuran  bir  məsələdir.  Ona  görə  ki,  o  zaman  ki, 
Osmanlı  arxiv  sənədlərinin  heç  birində  ermənilərin 
buradakı sayının 2-3 milyon arasında dəyişdiyi haqqında 
məlumat  yoxdur.    Uzun  müddət  yalan,  əsası  olmayan 
saxta  sənədlər  (Andonian,  Price  sənədləri)  hazırlanaraq 
Avropada 
guya 
ermənilərin 
türklər 
tərəfindən 
amansızlıqla  qətlə  yetirilməsinə  cəhdlər  edilmişdir.    Bir 
əsrə yaxın bu sərsəm  ideyaların Avropada hakim olması 
və  eləcə  də  erməni  diasporu  və  lobbisinin  yorulmaz 
səyləri  nəticəsində  bu  gün  20-dən  artıq  dövlət  rəsmi 
şəkildə  qondarma  “erməni  soyqırımı”nı  tanımaqdadır. 
Dünyanın  müxtəlif  şəhərlərində  qondarma  “erməni  soy-
qırımı”  qurbanlarının  xatirəsinə  əbədi  məşəl  abidəsi 
ucaldılmaqdadır.  Qarşıdan  2015-ci  il  yaxınlaşır  və  bütün 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
10 
dünya  erməniləri  yorulmadan  qondarma  “erməni 
soyqırımı”nın  100-cü  il  dönümünə  hazırlıq  işləri 
görməkdədirlər.  Erməni  diasporu  və  lobbisi  bütün 
gücünü  səfərbər  edərək  dünyada  Türkiyənin  və 
Azərbaycanın    daha  da  güclənməsinə  mane  olmağa 
cəhdlər  edəcəklər.  İstənilən  təzyiqlərə  baxmayaraq 
Türkiyə  və  Azərbaycanın  birlikdə  erməni  idddialarına 
qarşı  yorulmaz  mübarizəsi  öz  müsbət  nəticəsini 
verməkdədir.  Son  yüz  ildə  erməni  diasporunun  antitürk 
və 
antiazərbaycan 
fəaliyyətinə 
qarşı 
Azərbaycan 
Respublikasının  Diasporla  iş  üzrə  Dövlət  Komitəsi  ilə 
birlikdə  apardığı  siyasət  yüksək  qiymətə  layiqdir. 
Görülən  işlərin  nəticəsidir  ki,  artıq  Xocalı  soyqırımı  6 
dövlət  tərəfindən  tanınmaqdadır.    Güman  edirəm  ki, 
yaxın gələcəkdə onlarla dövlət bu soyqırımı  aktını rəsmi 
şəkildə qəbul edəcəkdir.        
Bütövlükdə,  monoqrafiyada  əksini  tapan  məsələlər 
və  faktlar  dəfələrlə  təhlil  edilmiş,  ümumiləşdirmələr 
aparılmışdır. Əsər bir daha dünyada erməni yalanın  ifşa 
olunması  baxımından  olduqca  dəyərlidir.  Monoqrafiya 
araşdırılan problemlə bağlı tarix elmi qarşısında qoyulan 
bir  sıra  məsələlərə  aydınlıq  gətirilməsi  baxımından 
yüksək qiymətləndirilməlidir.   
  
Aytən MUSTAFAYEVA 
AMEA-nın  İnsan  Hüquqları 
İnstitutunun  direktoru,  millət 
vəkili  


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə