Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

və ya onun vəkilinin dindirmə və ya başqa fəaliyyət zamanı zərərçəkənə həmişə birbaşa sual 



vermək imkanına malik ola biləcəyini nəzərdə tutduğu düşünülməməlidir (

S.N. İsveçə qarşı

, § 


52; 

V.S. Polşaya qarşı

, § 55). 

326.  Təqsirləndirilən şəxs şahidlərin dindirilmə vaxtı davranışını izləyə bilmək və onların 

ifadələrinə  və  etibarlılığına  etiraz  edə  bilmək  imkanına  malik  olmalıdır  (



Bokos-Kuesta 

Niderlanda qarşı

, § 71; 


P.S. .Germany

, § 26; 


Akkardi və başqaları İtaliyaya qarşı

 (qər.); 



S.N. 

İsveçə qarşı

, § 52). 

327.  Hakimiyyət  orqanları  ifadə  verən  şəxsə  sual  vermək  imkanı  vermədikdə,  şahid 

ifadələrinin videoyazısına baxış özü-özlüyündə müdafiə tərəfinin hüquqlarının kifayət qədər 

qorunması hesab edilə bilməz (

D. Finlandiyaya qarşı

, § 50; 


A.L. Finlandiyaya qarşı

, § 41). 



(7) Şahidlərə ifadələri qarşılığında təklif edilən imtiyazlar 

328.  Şahidlərin  ifadələrindən  toxunulmazlıq  və  ya  digər  imtiyazlar  qarşılığında  istifadə 

milli hakimiyyət orqanlarının ağır cinayətlərlə mübarizəsində mühüm vasitədir. Bununla belə, 

bu  cür  ifadələrin  istifadəsi  məhkəmə  icraatının  təqsirləndirilən  şəxsə  münasibətdə 

ədalətliliyini  şübhə  altına  sala  bilər  və  xarakteri  etibarı  ilə  bu  cür  ifadələr  manipulyasiyaya 

məruz qaldığından və qarşılığında imtiyaz əldə etmək və ya qisas məqsədilə verilə bildiyindən 

həssas  məsələlər  ortaya  çıxara  bilər.  Nəzərə  alınmalıdır  ki,  bəzi  hallarda  bu  cür  ifadələrin 

şübhəli xarakteri şəxsin qərəzli ola biləcək dəqiqləşdirilməmiş iddialar əsasında təqsirləndirilə 

və mühakimə oluna biləcəyi təhlükəsini yarada bilər. Bununla belə, bu cür ifadələrin istifadəsi 

öz-özlüyündə məhkəmə  icraatının  ədalətsiz olması üçün kifayət deyil (



Kornelis Niderlanda 

qarşı

 (qər.), sonrakı istinadlarla).  



(8) Özgənin sözlərinə əsaslanan ifadə 

329.  Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 3-cü bəndinin (d) yarımbəndi cinayət 

işi  üzrə  məhkəmə  icraatının  gedişatı  zamanı  təqsirləndirilən  şəxsə  qarşı  özgənin  sözlərinə 

əsaslanan ifadələrin istifadəsinə qarşı prezumpsiya nəzərdə tutur. Dəlillərin müdafiə tərəfinə 

yardım  hesab  edilə  biləcəyi  hallarda  özgənin  sözlərinə  əsaslanan  ifadələrin  istifadəsinin 

istisna edilməsi də əsaslandırılmış hesab olunur (



Tomas Birləşmiş Krallığa qarşı

 (qər.)). 



(9) Müdafiə şahidlərinin çağırılması hüququ 

330.  Bir qayda olaraq, onlara təqdim edilmiş sübutları, eləcə də təqsirləndirilən şəxslərin 

qəbul  edilməsi  barədə  vəsatət  qaldırdığı  sübutların  müvafiqliyini  məhz  milli  məhkəmələr 

qiymətləndirirlər. 6-cı maddənin 3-cü bəndinin (d)  yarımbəndi, bir qayda olaraq, şahidlərin 

çağırılmasına  ehtiyacın  olub-olmadığının  qiymətləndirməsini  onların  öhdəliyinə  buraxır.  O, 

təqsirləndirilən  şəxsin  bütün  şahidlərinin  iştirakını  və  dindirilməsini  tələb  etmir;  "eyni  olan 



şərtlərlə" sözləri ilə ifadə edilmiş fikrin əsas məqsədi bu məsələdə "tərəflərin bərabərliyi"dir. 

(o  cümlədən  bax: 



Pernaİtaliyaya  qarşı

  [BP],  §  29; 



Solakov  Keçmiş  Yuqoslav  Respublikası 

Makedoniyaya qarşı

, § 57). 

331.  Müvafiq olaraq, təqsirləndirilən şəxsin ona müəyyən şahidləri dindirmək imkanının 

verilmədiyindən şikayət etməsi kifayət deyil; o, əlavə olaraq öz vəsatətini müvafiq şahidlərin 

dinlənilməsinin niyə mühüm olduğunun, onların ifadələrinin həqiqətin və tərəfin hüquqlarının 

bərqərar  olunması  üçün  zəruri  olduğunun  izahı  ilə  möhkəmləndirməlidir  (



Perna  İtaliyaya 

qarşı

 [BP], §29; 



Bakanu və SK R S.A. Rumıniyaya qarşı

, § 75). 

332.  Təqsirləndirilən  şəxsin  şahidlərin  dindirilməsi  ilə  bağlı  vəsatəti  sui-istifadə  deyilsə, 

kifayət  qədər  əsaslandırılmışdırsa,  ittihamın  mövzusu  ilə  əlaqəlidirsə  və  müdafiə  tərəfinin 

mövqeyini  gücləndirə  və  hətta  təqsirləndirilən  şəxsin  bəraətinə  səbəb  ola  bilərsə,  milli 

hakimiyyət  orqanlarının  bu  vəsatətin  rədd  edilməsi  üçün  əsaslı  səbəbləri  olmalıdır  (



Topik 

Xorvatiyaya qarşı

,§42; 


Polyakov Rusiyaya qarşı

, § 3435). 

333.  6-cı  maddə  təqsirləndirilən  şəxsə  şahidlərin  məhkəməyə  gəlməsinin  təmin  edilməsi 

ilə  bağlı  qeyri-məhdud  hüquq  vermir.  Şahidin  dindirilməsinin  mühüm  və  ya  arzuolunan 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

53 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

olması  məsələsi  barədə  qərarı  milli  məhkəmə  orqanları  qəbul  edir  (bax:  nümunə  kimi, 



S.N.  İsveçə qarşı

, § 44; 


Akkardi və başqaları İtaliyaya qarşı

 (qər.)). 

334.  Yalnız  müstəsna  hallarda  Məhkəmə  şəxsin  şahid  qismində  dindirilməməsinin  6-cı 

maddənin  müddəalarının  pozulmasına  səbəb  olduğu  barədə  qərar  verə  bilər  (



Doroxov 

Rusiyaya qarşı

, § 65; 


Popov Rusiyaya qarşı

, §188; 


Briçmont Belçikaya qarşı

, § 89). 

 

5.  Maddə 6 § 3(e) 

Maddə 6 § 3(e) 

"Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: 

 

(e)  məhkəmədə  istifadə  olunan  dili  başa  düşmürsə  və  ya  bu  dildə  danışa  bilmirsə,  tərcüməçinin  pulsuz 

köməyindən istifadə etmək." 

 

(



A

)

 

"M

ƏHKƏMƏDƏ ISTIFADƏ OLUNAN DILI BAŞA DÜŞMÜR VƏ YA BU DILDƏ DANIŞA BILMIR

335.  Pulsuz  tərcüməçi  xidmətlərindən  istifadə  hüququ  müstəsna  olaraq  yalnız 

təqsirləndirilən  şəxsin  məhkəmədə  istifadə  edilən  dili  başa  düşmədiyi  və  ya  həmin  dildə 

danışmadığı  hallarda  tətbiq  edilir  (



K.   Fransaya  qarşı

  (qər)).  Bu  dili  başa  düşən 

təqsirləndirilən  şəxs  ona  müdafiəsini  digər  dildə,  o  cümlədən  mənsub  olduğu  etnik  azlığın 

dilində həyata keçirməsinə imkan verən tərcüməçi xidmətlərinin təmin edilməsində israr edə 

bilməz  (

K.  Fransaya  qarşı

  (qər.); 



Bido  Fransaya  qarşı  (qər.);

  həmçinin  bax: 



Lagerblom 

İsveçə qarşı

, § 62). 

336.  Təqsirləndirən şəxs vəkillə təmsil olunursa, adətən təqsirləndirilən şəxsin deyil, onun 

vəkilinin məhkəmədə istifadə olunan dili bilməsi kifayət etmir. Müvafiq məhkəmə prosesinin 

şifahi tərcüməsi təqsirləndirilən şəxsin məhkəmə prosesini başa düşməsini və öz müdafiəsi ilə 

bağlı  istənilən  məsələ  barədə  vəkilinə  məlumat  verə  bilməsini  tələb  edən  iclasda  iştirak 

hüququnu  ehtiva  edən  ədalətli  məhkəmə  araşdırması  hüququ  olaraq  zəruridir  (

Kamasinski 

Avstriyaya qarşı

, § 74; 


Kuskani Birləşmiş Krallığa qarşı

, § 38).  

337.  6-cı maddənin 3-cü bəndinin (e) yarımbəndi təqsirləndirilən şəxs və vəkili arasındakı 

qarşılıqlı  münasibətlərə  aid  edilmir,  yalnız  təqsirləndirilən  şəxs  və  hakim  arasındakı 

münasibətlərə tətbiq edilir (

X. Avstriyaya qarşı

 (qər.), s. 68). 

338.  Tərcüməçi  hüququndan  imtina  edilə  bilər,  lakin  bu  vəkilin  deyil,  təqsirləndirilən 

şəxsin qərarı olmalıdır (



Kamasinski Avstriyaya qarşı

, § 80). 

 

(b) C

INAYƏT MÜHAKIMƏ ICRAATININ QORUNAN ELEMENTLƏRI

 

339.  Təqsirləndirilən  şəxs  özünün  ədalətli  məhkəmə  araşdırması  hüququnun  həyata 

keçirilməsi  üçün  məhkəmə  prosesində  istifadə  edilən  dili  başa  düşməli  olduğundan,  6-cı 

maddənin 3-cü bəndinin (e) yarımbəndi məhkəmə icraatı prosesində bütün sənədlərin və ya 

ifadələrin tərcüməsi üçün pulsuz tərcüməçi köməyi hüququna təminat verir (

Ludike, Belkasem 

və Koç Almaniyaya qarşı

, § 48; 


Usak Birləşmiş Krallığa qarşı

 (qər.); 



Ermi  İtaliyaya qarşı

 

[BP], § 69; 



Lagerblom İsveçə qarşı

, § 61). 

340.  6-cı maddənin 3-cü bəndinin (e) yarımbəndi yalnız məhkəmə iclası zamanı verilmiş 

şifahi  ifadələrə  deyil,  həmçinin  sənəd  formasındakı  materiallara  və  məhkəməyədək  ilkin 

prosedurlara tətbiq edilir (

Kamasinski Avstriyaya qarşı

, § 74; 


Ermi İtaliyaya qarşı

 [BP], §70). 

341.  Bununla  belə,  bu  müddəa  məhkəmə  icraatının  gedişatında  yazılı  sübutların  və  ya 

rəsmi  sənədlərin  bütün  bəndlərinin  yazılı  tərcüməsini  tələb  etmir  (



Kamasinski  Avstriyaya 

qarşı

, § 74). Məsələn, hökmün yazılı tərcüməsinin olmaması öz-özlüyündə 6-cı maddənin 3-

cü bəndinin (e) yarımbəndinin pozulması demək deyil (

Kamasinski Avstriyaya qarşı

, § 85). 6-

cı Maddənin 3(e) bəndinin mətnində "yazılı tərcüməçiyə", deyil "tərcüməçiyə” istinad edilir". 

Bu  o  deməkdir  ki,  şifahi  linqvistik  yardım  Konvensiyanın  tələblərini  ödəyə  bilər  (



Hüseyn 

İtaliyaya qarşı

 (qər.); 



Hermi İtaliyaya qarşı

 [BP], § 70). 

54

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə