Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə17/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   13   14   15   16   17   18   19   20   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

35 


şırımlarla axır, otaqlara dolurdu… Son müharibənin igid qəhrəmanlarının qətlini ört-basdır 

eləməkdən ötrü səylə yuyulub silinən, divarlardan qaşınan qan, azalmaq əvəzinə, əksinə, elə bil 

get-gedə bir az da artıb çoxalırdı. Bu qanlı qətl barıdı rəsmən elan olundu ki, müharibə 

veteranlarını, hansısa naməlum səbəbdən birdən-birə ağıllarını itirmiş öz mühafizəçiləri 

öldürüblər. Daha sonra öldürülənlərin milli bayrağa bürünmüş cənazələri qəhrəmanlar 

qəbristanlığında basdırıldı, dualarını isə yepiskopun özü oxudu. Generalların mühafizəçiləri də 

bu tələdən qaçıb canlarını qurtara bilmədilər. Bircə general Saturno Santos canını qurtara bildi. O 

da ona görə ki, Santos həmişə döşündə, onu güllədən zireh kimi qoruyan yeddi müqəddəs dua 

gəzdirirdi, «həm də ona görə ki, senyor, o, iblis idi, istənilən an nəyə istəsən çevrilə bilərdi…» 

Tısbağa da ola bilərdi, gölməçəyə də dönə bilərdi, istəsəydi, lap ildırıma çevrilərdi. Prezident 

buna bir daha, Saturno Santosu, yaquar ovlayan xüsusi ov itləri tapa bilməyəndə inandı. Falçı 

qarının dediyinə görə də belə çıxırdı ki, Saturno Santos sağdır:«Budur o, mənim generalım, bax, 

bu xaç padşah odur.» Onu nəyin bahasına olur-olsun tapmaq lazım idi, çünki bircə o hər şeyi 

korlaya bilərdi, çünki bircə o hər şeyi bilirdi. Odu ki, onu gecə-gündüz, aylarla, illərlə axtardılar 

və yalnız günlərin bir günü prezident onu öz vaqonunun pəncərəsindən - müharibənin şıdırğı 

vaxtı bütün şəhər əhalisi federal ordusunun ardınca getdiyi kimi, ev əşyaları və mal-qarasıyla bir, 

uşaqlı-arvadlı Santosun ardınca gedən camaatın arasında gördü. Gördü necə adamlar, bu solğun 

bənizli, əcayib geyimli, cırıq pançosunu çiyninə atıb yorğun-arğın yeriyən bu adamın ardınca, 

yağış başlarına döyə-döyə, qocalarını, xəstələrini ipdən hörülmüş həsirlərdə daşıya-daşıya 

gedirlər. Bu adam özünü övliya adlandırmışdı deyə, camaat onun ardınca gedirdi. Burda 

prezident əlini alnına vurub: «Bu ki, odur, lənət şeytana! Bu ki, Santosdur!» - dedi. Bu, doğurdan 

da Saturno Santos idi, özünü övliya elan eləyib etimadını qazanmış adamların hesabına - öz 

sehrli arfasında çala-çala yaşayırdı. Bu, o idi – adamların arasıyla, dilənçi kökündə, cırıq 

pançoda və nimdaş fetr şlayapasında, qaşqabaqlı üzüylə addımlayırdı. Bu miskin görünüşü ilə 

belə o yenə qorxunc görünürdü. 

Onu ələ keçirmək - elə belə asan başa gələn məsələ deyildi. Həmin o gecə qonaqlıqdan qaçanda, 

onu tutmaq istəyən qarovulun ən cəsur və çevik əsgərlərinin üçünü də bircə həmləyə başsız 

qoyan o olmuşdu. Odu ki, prezident qatarı, qəbristanlığı xatırladan bu hüznlü çölün düzündə, 

övliyanın başına yığışmış camaatın yanında saxlamağı əmr elədi. Milli bayraq rəngində 

rənglənmiş qatardan, prezidentin əlisilahlı mühafizəçiləri sıçrayanda, camaat göz qırpımında 

hərə bir yana dağıldı, öz əfsanəvi arfasının böyründə oturan Saturno Santosdan savayı ortada 

bircə adam belə qalmadı. Saturnonun əli qılıncının dəstəyini sıxır, bərəlmiş gözləri prezident 

vaqonunun girəcəyinə zilləmişdi. General Saturno Santos, vaqonun qapısında peyda olan orden-

medalsız, hərbi səhra forması geymiş silahlı adamı – öz qan düşmənini görəndə, heyrətə gəldi. 

Bu adam o qədər qoca, o qədər yad idi ki, «elə bil biz yüz il idi görüşmürdük, mənim 

generalım!» Prezident Santosun gözünə yorğun və tənha, qara ciyərinin şıltaqlığından saralmış 

dərisi və sulu gözləriylə xəstəhal göründüsə də, həm də onun qoca vücudundan axan qəribə 

hökmranlıq dalğasını da hiss elədi. Həmin bu dalğanın havasını prezident, bu sayaq havaların 

digər sahiblərinin hesabına - onları bircə-bircə məhv eləyə-eləyə yığıb toplamışdı. Odu ki, 

general Saturno Santos da artıq ölməyə hazır idi, hakimiyyət və yenə hakimiyyət ehtirasıyla 

yanan bu qocanı, heç nəyin və heç kimin saxlaya bilməyəcəyini anlayıb, müqavimət göstərmək 

fikrindən birdəfəlik vaz keçmişdi, lakin prezident Santosa öz əlini - manterayya* balığının 

bədəni kimi yumru və yastı ovuclu əlini uzadıb: «Allah köməyin olsun, vətənin şanlı oğlu!..» - 

dedi. O, yaxşı bilirdi ki, qəddi əyilməyən qürurlu düşmənə qalib gəlmək üçün yeganə silah, ona 

dostyana uzatdığın əldir. Və general Saturno Santos onun qarşısında dizi üstə düşüb ayağının 

altındakı torpağı öpərək: «İcazə verin, əlim silah tutanacan sizə sidq-ürəklə və inamla xidmət 

edim, mənim generalım!» - dedi. Bundan sonra o, Saturno Santosu öz yanına xidmətə götürdü, 

onu öz şəxsi mühafizəçisi təyin edib, belə bir şərt qoydu ki, Santos heç vaxt arxcasında 

dayanmamalıdı. O, stolüstü oyunlarını da Saturno ilə birgə, dördəlli oynaya-oynaya, dövlət 

xəzinəsiylə qaçıb gələn diktatorları udmaqla məşğul olmağa başladı. O, bədəni heyvan iyi verən 

ayağıyalın Santosu öz karetində gəzdirir, özü ilə hər yerə - diplomatik qəbullara belə aparırdı. 

Santosun, bəbir iyini andıran qorxunc qoxusundan itlər də hürküb kənara çəkilir, səfirlərin 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

36 


xanımlarının halı xarab olurdu. O, yuxusunu qorumağı belə Santosun ixtiyarına verib, onu öz 

yataq otağının qapısı ağzında yatırdırdı. Özü isə tənhalıq dolu gecələrlə, kiminsə lap yaxınlıqda 

yatdığından rahatlanır, onu hədsiz qorxudub gecələrlə əziyyət verən, yuxularına daxil olub 

onunla təkbətək, üzbəüz dayanan adamlardan beləcə qorunurdu…  

O, Saturno Santosu uzun-uzadı illər – o biri padaqradan əziyyət çəkdiyindən yatağa düşənə 

qədər, əlindəki arfa susana qədər, Saturno Santos özünü onun ayaqlarına yıxıb: «Öldürün məni, 

general! Bircə sizin buna haqqınız var!..» - deyənə qədər, bir az aralıda da olsa, öz yanında 

saxladı. Sonra da babat təqaüd kəsdirib, sədaqətli xidmətinə görə döş nişanı ilə təltif edərək, onu 

son mənzilinə qovuşmaqdan ötrü, anadan olduğu düzənliyə göndərdi. Və hətta Santos, olan-

qalan qürurunu tapdayıb, zəifliyini gizləməkdən utanmadan: «Görürsüz, mənim generalım, ən 

qüvvətli kişilər belə, vaxt gəlir, arvad kimi heydən düşüllər, onların atabaatasının...» - deyəndə, 

generalın gözü yaşardı. Bəli, oğlunun prezident kreslosuna nəyin bahasına gəlib çıxdığı 

Bendisyon Alvaradonun yaxşı yadındaydı və heç kim, generalın əyər-əskikliyini, dövlət 

xəzinəsini balaca uşaq şadyanalığıyla bərbad hala salmasını, xəzinənin pullarını necə gəldi, 

uşaqlıq və gənclik çağı xərcələmək imkanı olmadığı üçün, necə gəldi, sağa-sola biməsrəf 

səpələməsini onun qədər yaxşı bilə bilməzdi. Odu ki, adamların generalı asanlıqla aldatmaları, 

qiymətlərdən başı çıxmadığından, əllərinə gələni – cürbəcür xarici cıncıq-mıncığı ona yüz qatına 

sırımaqları onu əsəbiləşdirməyə bilməzdi. Axı, bütün bunların əsil qiymətini, kim də bilməsə, 

Allaha şükür, o ki bilirdi... Hər halda, bütün bunlar ən azı onun, akvarelləriylə boyanıb bazara 

çıxardığı quşlardan ucuz idi. Bu ütük quşların bu sayaq rənglənib ayrı bir qiyafəyə düşməsi, 

əməlli-başlı əl qabiliyyəti və ustalıq tələb edirdi, ona isə, bu boyda əziyyətinə görə heç kim dörd 

yüz pesodan artıq pul vermirdi. «Sənin bu oyuncaqlarına mənim sözüm yoxdur, amma hər halda 

gələcəyi də fikirləşmək lazımdı. Mən səni, prezidentlikdən gedəndən sonra, şlyapanı uzadıb 

dilənən görmək istəməzdim. Allah eləməsin, əlbəttə, amma bu, bu gün də olmasa, bir gün baş 

verə bilər, onda neyləyəcəksən? Yenə babat müğənni, ya arxiyepiskop, ya da heç olmasa, dənizçi 

olsaydın... Sən generalsan, bircə onu bilirsən ki, əmr verəsən: Bir-iki! Bununla dolanmaq olar?..» 

O, oğluna, dövlət işlərinə ayrılmış xərclərdən qalan pulu, gözdəniraq, arxayın bir yeri qazdırıb 

orda gizlətməyi öyrətdi və başa saldı ki, bu gizli yer haqqında heç kim heç nə bilməməlidir. Bu 

pullar isə mütləq – öz ölkələrində taxtdan salınmış diktatorlara, unudulub yaddan çıxmış, nə 

vatsa, bir gün onları vətənlərinə qaytarmaq üçün ardlarıyca gələcək doğma gəmilərinin fitinə 

tamarzı qalmış prezidentlərə lazım olan kimi, bir gün ona da, canını götürüb qaçacağı gün lazım 

olacaq: «Qayanın üstündəki o evdə yaşayanları tez-tez yadına sal və unutma ki, onlara baxdıqca, 

bil ki, öz əksini görürsən.» Lakin, general ya qadının sözlərini qulaqardına vurur, ya da həmişə 

dediyini deyirdi: «Heç nə olmaz, ay arvad, qorxma, xalq məni sevir!» Bendisyon Alvarado 

beləcə – kasıbçılıqdan şikayətlənə-şikayətlənə, bazarda bədxərclik eləyən qulluqçuları söyə-

söyə, arada bir, xərcləri azaltmaq məqsədi ilə öz naharından kəsə-kəsə yaşayırdı, heç kim də 

onun, artıq çoxdan dünyanın ən dövlətli qadınlarından biri olduğunu üzünə deməyə cəsarət 

eləmirdi. Dövlət səviyyəsində gedən bütün fırıldaq əməliyyatlardan gələn gəlir Bendisyon 

Alvaradonun adına köçürülürdü. O, ucsuz-bucaqsız əkin sahələrinin, saysız-hesabsız mal-qara 

sürülərinin, tramvay xətlərinin, poçtun və teleqrafın, milli suların sahibi olduğundan xəbərsiz idi, 

bizim ərazinin sularına düşüb çaylarımızla üzən hər gəmidən alınan gömrüyün belə, onun adına 

köçürülməsini bilmirdi. Bendisyon, bütün bu işlərlə yanaşı, oğlunun da, artıq onun təsəvvür 

elədiyi kimi, cürbəcür oyuncaqlardan heyrətə gələn böyük uşaq olmadığından xəbərsiz idi. O, 

oğlunun hələ o lap çoxdannan, mal-qaranın kəsilməyinə belə vergi qoymasından və bu vergilərin 

qəpiyinəcən, onun şəxsi büdcəsinə axmasından, vəzifələrəə rüşvətlə adam təyin eləməyindən, 

kiminsə vəzifəsini artırmaq səbəbiylə aldığı külli miqdarda puldan, əlaltılarının vaxtaşırı ona 

əlaltdan ötürdükləri bahalı hədiyyələrdən, lotereya oyunlarını belə onun mənafeyinə işləyən 

xüsusi mexanizmlə - xırda incəliklərinəcən qurularaq, ordan ağlasığmaz məbləğdə pullar 

udmasından da xəbərsiz idi. 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə