Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə22/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   18   19   20   21   22   23   24   25   ...   175

 

47 


Vonq deyirdi ki, bayırda bərk yağış yağır, bütün günü yağıb. Bu isə, əgər Houkinsin özü deyilsə, 

yəqin  ki,  Çyu  Berridir,  yox,  Houkins  deyil.  «Qəribədir,  biz  hamımız  necə  də  yoxsullaşırıq,  – 

Oliveyra Sibillaya baxıb düşündü, bu zaman Sibilla Qreqoroviusa, o isə qeyri-müəyyən nöqtəyə 

baxırdı. – Yəqin ki

,  «Bibliotheque  Mazarine»

2

ə gedib 



mandraqora

7

, bantu boyunbağıları, ya da 



dırnaqtutan  qayçılar  haqqında  biblioqrafiya  tərtib  etməklə    yekunlaşdıracağıq».  Təsəvvür 

edirsiniz, bu cür boş şeylərə seçim necə böyükdür, bunların tədqiqi və dərindən öyrənilməsi necə 

böyük perspektivlər açır?! Yalnız dırnaqtutan qayçıların tarixini öyrənmək üçün iki mindən artıq 

kitab oxumalısan ki, bu peredmetin 1675-ci ilədək mövcud olmadığına tam əmin olasan. Sonra 

hansısa  Maqunsiyada  kimsə  dırnağını  kəsən  qadının  şəklini  çap  edir.  Qayçıyla  deyil  a,  nəsə 

başqa  bir  şeylə.  XVIII  əsrdə  Filipp  Mak-Kinni  adlı  biri  Baltimorda  ilk  yaylı  qayçıları 

patentləşdirir:  ura,  problem  həll  olundu,  istənilən  qalınlıqda  və  tez  uzanan  ayaq  dırnaqlarını 

tutmaq olar, qayçını axıradək sıx, sonra özü avtomatik olaraq açılacaq. Əsərlərin adı olan beş yüz 

kartoteka  kartı  və  il  boyu  iş  var.  Bəlkə,      vintin  kəşfi  ilə  məşğul  olaq,  ya  da  VIII  əsr  pali 

ədəbiyyatında  “gond”  felinin  işlənməsi  ilə…  Nə  olursa-olsun  maraqlı olacaq,  yalnız Sibilla  ilə 

Qreqoroviusun  orada  nə  barədə  danışdıqlarını  tapmaq  olmasın.  Nə  istəyirsən  qoy,  nədən 

istəyirsən hasar çək, təki bu barrikadanın arxasında gizlənmək olsun, istənilən şey işə yarayar  – 

Benni Karter də, manikur qayçıları da, “gond” feli də – hələ stəkan – cəlladın ən kiçik təfərrüatı 

belə buraxmadan olduqca mahir şəkildə həyata keçirdiyi payaya keçirmə mərasimi, istəmirsənsə, 

Cek Düprenin blyuzlarına dal, bax əsl barrikada budur, bundan yaxşısını tapa bilməzsən, çünki 

(val dəhşətlə fısıldadı): 

Say goodbye, goodbye to chisky 

Lordy, so long to gin, 

Say goodbye, goodbye to chisky 

Lordy, so long to gin. 

I just cant my reefers, 

I just cant to feel high again

1

.  


Deməli,  yəqin  ki,  Ronald  indi    Oliveyranın  yaxşı  bildiyi  və  hörmətlə  yanaşdığı 

assosiasiyaların təsiri altında Biq Bill Brunzinin yanına qayıdıcaq və Biq Bill ona bir barrikada 

                                                

2

 



 Мазарини китабханасы (фран.) 

7

 



 Мандрагора – бадымъан фясилясиндян зящярли битки, эеъякяпяняйи 

1

 



 Вискини битирмяйин, битирмяйин вахтыдыр, 

 

  Ъинин дя ахырына чыхмаьын вахтыдыр,  

 

  Вискини битирмяйин, битирмяйин вахтыдыр, 

 

  Ъинин дя ахырына чыхмаьын вахтыдыр, 

 

  Йелкянимиз даща йцксяйя гахсын –  

 

  Кцлякляр ганадында учмаьын вахтыдыр. 

 


 

48 


haqqında  da  danışacaq,  yenə  həmin  tonda,  necə  lazımdırsa  elə,  Sibilla  indi  Qreqoroviusa 

Montevideodakı uşaqlıq illəri haqqında danışır, kədərlənmədən danışır, 

matter of fact

2

.



  

 

They said if you chite, you all right, 



 

If you brocn, stick around, 

 

But as you black, 



 

Mm, mm, brother, get back, get back, get back.

3

 

– Bu halda heç nə edə bilməzsən, yalnız ən maraqsız xatirələri dəyişirlər. 



– Hə, nə edəsən, – Sibilla dedi.  

 

–  Mən  sizdən  Montevideo  haqqında  danışmağı  ona  görə  xahiş  etdim  ki,  siz 



mənimçün kart kraliçası kimisiniz: bütövlükdə buradasınız, ancaq yastı formada, həcmsiz. Məni 

düzgün başa düşün. 

 

–  Bəyəm,  Montevideo  həcm  verəcək…  Bunlar  hamısı  boş  şeydir.  Məsələn,    siz 



nəyə  ötən  gün,  keçmiş  deyirsiniz?  Mənimçün,  məsələn,  keçmişdə  baş  verənlər,  elə  bil,  dünən 

olub, dünən axşam. 

 

–  Artıq  yaxşıdır,  –  Qreqorovius  dedi.  –  Artıq  siz  kart  kraliçası  deyil,  həqiqi 



kraliçasınız. 

 

–  Ümumiyyətlə,  mənimçün  bütün  bunlar  yaxında  olub.  Uzaqda,  çox  uzaqda, 



ancaq  bu  yaxınlarda  olub.  Müstəqillik  meydanındakı  ət  dükanları  yadındadır,  Horasio,  hər 

tərəfdə dəmirin üzərində ət qızardırdılar, ona görə də meydan elə kədərli görünürdü ki, sanki

,

 bir 


gün qabaq qətl baş verib və oğlan uşaqları dükanların qarşısında qışqıra-qışqıra qəzet satırlar. 

 

– Və lotereya biletləri, – Horasio dedi. 



 

– Saltoda vəhşi qətl, siyasət, futbol… 

 

– Marşrut paroxodu, bir qədəh ankap romu. Bir sözlə, lənətə gəlmiş yerli kolorit. 



 

–  Yəqin  ki,  çox  ekzotikdir,  –  Qreqorovius  dedi  və  şamlara  baxa-baxa  ayağı  ilə 

daxili ritmini tutan Sibilla ilə bir az ikilikdə qala bilmək üçün elə oturdu ki, Oliveyranın qabağını 

kəssin.  

 

–  O  zaman  Montevideoda  vaxt  çox  az  idi,  –  Sibilla  dedi.  –  Biz  çayın  sahilində 



həyəti olan böyük bir evdə yaşayırdıq. Yaxşı yadımdadır, o zaman mənim həmişə on üç yaşım 

vardı.  Mavi  səma,  on  üç  yaş  və  çəpgöz  müəllimə.  Bir  dəfə  meydanda  qəzet  satan  sarışın  bir 

oğlana  vurulmuşdum.  Onun  «qəzet,  qəzet»  qışqırması  mənim  qulağımda  əks-səda  verirdi… 

Uzağı  on  iki  yaşı  olmasına  baxmayaraq,  uzun  şalvar  geyinirdi.  Atam  işləmirdi,  bütün  axşamı 

həyətdə  kitab  oxuyur,  mate  içirdi.  Anam  isə  beş  yaşım  olanda  ölmüşdü  və  biz  atamla  tək 

                                                

2

 

 Бурада: ялбяття, сюз йох (инэ.). 

3

 



 Яэяр аьсан, щяр ишдя щаглысан, 

 

  Гящвяйисян – эяряк дюзясян, 

 

  Йох, яэяр гарасан, 

 

  Мм, мм, гардаш, гулсан, гулсан, гулсан (Инэ. тящр. ол.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə