Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə8/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   4   5   6   7   8   9   10   11   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
23 
yazan  Zülfüqar  Şirvani  (1190-?),  Xacə  Hümam  Təbrizi 
(1238-1314),  İbrahim  Urməvi  (XII-XIII  əsrlər)  də  öz 
əsərləri  ilə  ön  plana  çıxırdı.  Şair  Qul  Əli  1212-ci  ildə 
«Qisseyi-Yusif» əsərini («Yusif dastanı») yazmış, Mustafa 
Zərinin  «Yusif  və  Züleyxa»  və  Suli  Tədqihin  «Yusif  və 
Züleyxa» adlı əsərləri də bu dövrdə qələmə alınmışdır. 
Musiqişünaslıq  da    XIII  əsrin  dünyagörüşünün  təsir 
dairəsindən  kənarda  qala  bilməmiş,  musiqi  nəzəriyyəsinə 
aid  də  bir  sıra  əsrlər  yazılmışdı.  Bu  əsərlərin  içərisində 
Azərbaycan  musiqişünası Səfiəddin  Əbdülmömin  Urməvi-
nin (1217-1294) yazdığı «Dövrlər» və «Ritmlər» də seçilən 
əsərlər  sırasına  daxil  edilə  bilər.  Bu  dövrdə  Urməvi 
musiqiyə  aid  əsərlər  yazmaqla  Azərbaycan  musiqişünaslı-
ğının  təməlini  qoymuşdu.  Məşhur  musiqi  nəzəriyyə-
çilərindən  Məhəmməd  Əbubəkr  oğlu  Şirvani  və  Xacə 
Əbdülqadir Marağalı da bu dövrdə yaşayıb-yaratmışdı. 
İslam  dini  yaranmasından  sonra  formalaşan  dərviş 
ordenlərinin  ümumi  sayının  tədqiqatçılar  36  olmasını 
vurğulayırlar.  Bu  dövrdə  də  müsəlman  şərqində  sufilik 
təliminə  əsaslanan  bir  sıra  dərviş  ordenləri  fəlaiyyət 
göstərirdi.  Əhməd  ibn  İbrahim  ibn  İlyas  Yəsəvi  (1093-
1166)  tərəfindən  yəsəvilik  ordeni,    Əbdülqadir  ibn 
Əbusalih  Cili  Cilani  (...-1166)  tərəfindən  qadirilik  ordeni, 
Əhməd  ibn  Əli  Rifainin  (1106-1182)  tərəfindən  rifailik 
ordeni,  Nəcməddin  Kübrani  (1145-1221)  tərəfindən 
Kübravilik  ordeni,  Şihabəddin  Əbuülfütuh  Yəhya  ibn 
Həbəş  Sührəvərdi  (1154-1191)  tərəfindən  Sührəvərdi  və 
yaxud  da  Nurbəxş  ordeni,  Əbdül  Həsən  Şazli  (...-1258) 
tərəfindən  Şazli  ordeni,  Şeyx  Fətan  Əhməd  əl-Bədəvi 
(1200-1276) 
tərəfindən  Bədəvilik  ordeni,  Mövlana 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
24        
Cəlaləddin Rumi (1207-1273) tərəfindən Mövləvilik ordeni 
bu dövrdə yaranmış əsas dərviş ordenləri idi.  
Bu dövrdə ismaililik təriqəti ictimai-siyasi fəaliyyətinin 
ən yüksək zirvəsinə çatmışdı. Mistik-panteist bir təlim olan 
ismaililik  təriqəti  bilvasitə  olaraq  neoplatonizm,  buddizm 
və  manheyizm  ünsürlərinin  təsiri  altında  yaranmışdı.  
Ortodoksal  islama  zidd  fikirlər  söyləyən,  siyasi  bir 
mahiyyət    kəsb  edən  ismaililər  xilafət  tərəfindən  təqib 
edilirdi. Bu səbəbdən də teokratik dövlət olan ərəb xilafəti 
onlara düşmən münasibət göstərirdi. 
İsmaililər  təriqətinin  nümayəndələri  də  öz  növbəsində 
xilafatə  qarşı  müqavimət  göstərir,  əsasən  də  terrorçuluq 
fəaliyyəti  ilə  məşğul  olurdular.  Assasinlər  (Qatillər)  və  ya 
Həşhaşilər  (Xaşxaşilər)  də  deyə  adlandırılan  ismaili  fədai-
ləri  peşəkar  qatil  olması  ilə  fərqlənirdilər.  Həşhaşi  sözünü 
etimoloji  mənasını  bəzi  tədqiqatçılar  ismaili  fədailərinin 
həşişdən istifadə etməsi ilə də əlaqələndirirlər. Öz işlərində 
həddindən  artıq  bacarıqlı  olan  bu  qatillər  və  sui-qəsdçilər 
ordusu  ismaililərə  düşmən  münasibət  bəsləyən  dövlət 
adamlarını  amansızcasına  qətlə  yetirirdilər.  Abbasilərin, 
Səlcuqluların və Hülakülərin ən nüfuzli adamlarını, məşhur 
ordu sərkərdələri də ismaililərin xüsusi hazırlanmış qatilləri 
tərəfindən öldürülmüşdür. Məşhur dövlət xadimi və müdrik 
alim  olan  Nizamülmülk  də  ismaili  fədailərinin  qurbanınna 
çevrilməsini buna misal çəkmək olar. 
Tusi  ilə  bu  təriqətin  nümayəndələri  arasında  uzun 
müddət  anlaşılmazlıq  mövcud  olmuşdu.  Bəzi  tədqiqatçılar 
səhvən  Tusinin  sadə  bir  də  həşhaşi  fədaisi  olduğunu 
açıqlayırlar. Lakin, bu tədqiqatçılar onu unudurlar ki, Tusi 
həşhaşi rəhbərlərinin əlində hər kəsin hörmət göstərdiyi bir 
əsir  idi.  Və  həşhaşilərin  əlində  əsir  olduğu  uzun  müddət 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
25 
ərzində  Tusi  demək  olar  ki,  yalnız  elmi  yaradıcılıqla 
məşğul olmuşdur. 
765-ci  ildən  ictimai-siyasi  həyatın  bütün  mövqeylərinə 
təsir  göstərən  ismaililərin  özbaşına  hərəkətlərinə  1256-cı 
ildə  Hülakü  xan  «dövlət  içində  dövlət»  olan  və  uzun 
müddət alınmaz sayılan Ələmut qalasını fəth etməklə  son 
qoydu.  Bu  dövrdə  ismaililərin  sonuncu  hökmdarı  olan 
Rüknəddin  Xurşahın  məsləhətçisi  olan  Tusi  Rüknəddininə  
təslim  olmağı  məslət  görür,  monqol  ordusu  heç  bir 
müqavimətə  rast  gəlmədən  qalaya  daxil  olur.  Tusi  bu 
müdrik  addımı  atmaqla  insan  qırğınının  qarşısını  almış 
olurdu. 
Və  ən  nəhayət  fəlsəfəyə  aid  bu  dövrdə  Nəsrəddin 
Tusidən  başqa  azərbaycanlı  filosoflarından  Şihabəddin 
Sührəvərdi (1145-1234) və Siracəddin Urməvi (1198-1283) 
kimi mütəfəkkirlərin də elmi yaradıcılığı göz qabağındadır. 
Bunlardan  başqa  Ş.Xosrovşahi,  K.  İbn  Yunus,  Ə.Əbhəri, 
N.Naxçıvani,  Ə.Xunəci  kimi  alimlər  də  məntiq,  fəlsəfə, 
təbiətşünaslıq,  ictimai-siyasi  və  əxlaqi  məsələlər  haqqında 
öz elmi fikirlərini irəli sürürdülər. 
İşraqilik adlı elmi məktəbinin əsasını qoyan  Şihabəddin 
Əbülfütuh  Sührəvərdinin  fəlsəfəyə  dair  «İşraq  heykəlləri», 
«İşıqnamə»  və  «İşraq  fəlsəfəsi»  yazmasını  da  qeyd  etmək 
olar. Azad fikirli ideyalarla çıxış edən Şihabəddin Əbülfütuh 
Sührəvərdinin  1191-ci ildə 38  yaşında  «dinə dönük çıxmaq-
da» və «allahsızlıqda» ittiham olunaraq Əyyubilər xanədanı-
nın qurucusu Sultan Səlahəddin Əyyubinin (1169-1193) əmri 
ilə  Hələb  hakimi  əl-Məlik  əz-Zahir  tərəfindən  edam  edilir. 
 Şərqin ən  böyük  filosoflarından  biri  kimi  tanınan  bu 
azərbaycanlı  filosofun  Sultan Səlahəddin  Əyyubi  tərəfindən 
öldürülməsinə  əsas  səbəb  cahil,  nadan  və  paxıl  alimlər 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə