Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə7/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   2   3   4   5   6   7   8   9   10   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
20        
nada  yüzdən artıq elm tədqiqatçılarının Nəsrəddin Tusinin 
rəhbərliyi  ilə  çalışdığını  və  yarim  milyona  yaxın  əlyazma 
nüsxələrinin  olduğunu  tez-tez  vurğulamışdı.  Bu  böyük 
kitabxananı  təşkil  edən  elm  və  tədqiqat  traktatları,  şəriətə 
aid risalələri və digər mövzulara həsr olunmuş yeni məqa-
lələrin  də  yazılmasında  Tusi  yaxından  kömək  etmişdir. 
Filosofun rəhbərliyi və yaxından iştirakı nəticəsində qonşu 
ölkələrdən, əsasən də ərəbdilli ölkələrdən toplanmışdı. (48, 
səh.13). 
Əvvəllər  Hülakü  xanın  vəziri  işləyən  N.Tusi  uzun 
müddət  çəkdiyi  zəhmətdən  sonra  rəsədxananın  tikintisinə 
monqol  elxanından  icazə  ala  bildi  .  Astronomiyaya  böyük 
marağı  olan  filosof  bu  tikintidə  əsasən  vəqf  gəlirlərindən 
istifadə etmişdi.  
Ayrı-ayrı  millətlərin  nümayəndələrini  bu  rəsədxanaya 
toplayan  filosof  sanki  dövrünün  fanatik  ruhlu  insanlarına 
meydan  oxuyurdu.  Müxtəlif  əqidəli,  müxtəlif  dünyagörüş-
lü,  bir-birinin  əksini  təşkil  edən  təriqət  və  cərəyan  nüma-
yəndələrini  buraya  toplayan  alim  dövrün  humanist  və 
azadfikirli insanlarına bir örnək olmuşdu.  
Bu rəsədxanada çalışanlar gərgin və ciddi olaraq  elmi 
fəaliyyəti  ilə  məşğul  olurdular.  «1266-cı  ildən  Nəsirəddin 
Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməd-
din  Əbubəkr  Mahmud  oğlu  Səlamsinin  düzəltdiyi  cihazlar 
arasında  içiboş  yer  kürəsi  modeli  də  varmış.  Üzərində 
iqlimlərin  təsviri  verilmiş  bi  fiqur  coğrafi  qlobus  idi. 
Təəssüf  ki,  elm  aləmində  elə  hesab  edirlər  ki,  ilk  coğrafi 
qlobusu  alman  alimi  Martin  Böhaym  (1459-1507) 
hazırlamışdır.»(52, səh.44-45). 
Elmin  inkişafı  nəticəsində  XIII  əsrdə  yaşayıb-yaratmış 
azərbaycanlı  filosoflar,  hüquqşünaslar,  coğrafiyaçılar,  ta-


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
21 
rixçilər təkcə ölkə daxilində deyil, eləcə də onun hüdudla-
rından kənardada məşhurlaşdılar. Bu dövrdə xüsusilə dəqiq 
elmlər inkişaf etmişdi, tibbə, riyaziyyata, astronomiyaya da 
aid əsərlər yazılmışdı. 
Riyaziyyat üzrə Şəmsəddin Übeyd Təbrizinin «Risalət-
ül-hesab»  («Hesab  kitabı»),  mühasibatlıq  üzrə  Abdullah 
Təbrizinin  «Səadətnamə»  («Səadət  kitabı»)  əsərləri  çox 
məşhur  idi.  «XIV-XVI  əsrlərdə  Abdullah  Təbrizi,  Şah 
Fətillah  Şirvani,  Seyid  Yəhya  Bakuvi,  Bədrəddin  Əçir 
Seyid  Lələvi,  Qiyasəddin  Şirvani,  XVII  əsrdə  Nəsrullah 
Xalxalinin riyaziyyat, astronomiya və məntiqə dair əsərləri 
məlumdur.  Nəsirəddin  Tusidən  sonra  riyaziyyatın  inkişafı 
Məhəmməd  ibn  Həsən  Şirvani,  Məhəmməd  Rəhim 
Badkubi,  Məhəmməd  Bəkir  Təbrizi,  Əli  Məhəmməd 
Badkubinin adları ilə bağlıdır.» (Az.En. səh.559) 
Tibb üzrə bütün Şərq ölkələrində tanınan Azərbaycanlı 
alimlərdən Məhəmməd Naxçıvani, Fəzlullah Rəşidəddin də 
bu  dövrdə  fəaliyyət  göstərmişdi.  Bu  dövrdə  darülşəfalar 
(xəstəxanalar)  və  darülxanalar  (əczaxanalar)  da  öz  fəaliy-
yətini  davam  etdirməkdə  idi.  Vəqf  hesabına  işləyən  bu 
müəssələrdən Hindistan, Çin və Misirdən gəlmiş mütəxəs-
sislərdə  çalışmaqda  idi.  Müasir  tarixçilərimiz  XIII  əsrin 
sonunda  təkcə  Cənubi  Azərbaycanda  67  darülşəfa  ocağı 
olduğunu  və  burada  hər  5  ildə  2  yüksək  ixtisaslı  həkim 
hazırlanması haqqında məlumat verirlər. 
Bu  dövrü  yazılmış  tarix  əsərlərinin  çoxluğuna  görə 
qiymətləndirən  tədqiqarçılar  XIII-XIV  əsrləri  «İran  (Şərq) 
tarixşünaslığının  qızıl  dövrü»  kimi  qiymət  verirdilər.  H. 
Qəzvini,  F.  Rəşidəddin,  Ş.  Vəssaf,  Ə.  Cüveyni,  Ş.  Yəzdi 
kimi tarixçilərin 70-dən çox tarixi əlyazmaları tarix elminin 
müasir  inkişafına  da  öz  töfhəsini  vermişdir.  Xüsusilə  


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
22        
Hülakülərin  baş  vəziri  olmuş,  təbib  kimi  də  şöhrət  tapan 
tarixçi  Fəzlullah  Rəşidəddin (1247-1318)   tarixə  dair  14 
sanballı  əsər  yazmışdır.    F.  Rəşidəddinin  «Tarixlər  toplu-
su»,  H.Qəzvininin  «Seçilmiş  tarixin  davamı»,  Ş.Yəzdinin 
«Şərəfnamə»si tarix əsərləri içərisində fərqlənən əsərlərdən 
hesab olunur. Bunlardan başqa M. Təbrizi, T. İbn Bəzzaz, 
Ə.Əl-Əhəri,  M.Naxçıvani,  N.Şami,  N.Gəncəli  də  Şərqdə 
tanınmış və mötəbər tarixçilərdən hesab olunur. 
Coğrafiyaçılardan Həmdullah Mustovfi Qəzvini (1282-
1350)    və  Əbdürrəşid  Saleh  ibn-Nuri  əl-Bakuvi  (1360-
1430)  coğrafi  əsərlərin  mahiyyəti  və  faktların  dəqiqliyi  ilə 
seçilir.  Bu  coğrafiyaçıların  əsərləri  içərisində  Həmdullah 
Mustovfi  Qəzvininin  «Könül  nəşəsi»  fərqli  bir  mövqeyə 
malikdir.  Məşhur  səyyah,  coğrafiyaşünas,  iqlimşünas  və 
kosmoqraf Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvinin «Kitab 
Təlxis  əl-asar  və  əcaib  əl-malik  əl-qəhhar»  (««Abidələr» 
haqqında kitabın ixtisarı və qüdrətli şahın möcuzələri») adlı 
məşhur  kitabında  da  coğrafiya  haqqında  maraqlı 
məlumatlara rast gəlmək olar. 
Dilçilik  sahəsində  bir  sıra  lüğətlərin  müəllifi  kimi 
tanınan  Fəxr  əd-Din  Hinduşah  ibn  Səncər  ibn  Abdullah 
Naxçıvani  (1245-1328)  və  onun  oğlu  Məhəmməd  ibn 
Hinduşah Naxçıvani  (1293 - 1376) ərəb və fars dilləri ilə 
birgə Azərbaycan dilinin də izahlı lüğətlərini yaratmışdılar. 
«Türk  dilini  dərketmə»  kitabının  müəllifi  Əlləmə  Əbu 
Həyyan  Muhamməd  bin  Yusuf  əl-Əndəlusi  (vəfatı  1353) 
lüğətlə  yanaşı, Azərbaycan dilinin qrammatikası barədə də 
yazmışdı. 
XIII  əsrdə  ədəbiyyat  sahəsində  Azərbaycan  dilində 
«Dastani  Əhməd-Hərami»  dastanı  və  İzzədin  Həsənoğlu-
nun  (vəfatı  1261)    yazdığı  qəzəllərlə  yanaşı,  fars  dilində 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə