Rəhim Həsənov
Georq Vilhelm Fridrix Hegelin ruh
fəlsəfəsi
Bakı «Тякнур» – 2011
2
Elmi redaktor: Niyazi Mehdi - Fəlsəfə elmləri doktoru,
professor
Rəyçilər:
Apdin Əlizadə - Fəlsəfə elmləri doktoru, dosent
Arif Tağıyev - Fəlsəfə elmləri doktoru, dosent
İlqar Hüseynov - Kulturologiya elmləri doktoru, professor
Vəliyulla Cəfərov
-
Filologiya elmləri doktoru, professor
Klassik alman fəlsəfəsində obyektiv idealist dialektikanın
əsasını qoyan G. V. F. Hegelin böyük fəlsəfi sistemi hər zaman
diqqət mərkəzindədir. Təkcə idealist filosoflar deyil, həm də
materialist filosfolar da Hegel fəlsəfəsinin təsiri altında
qalmışdır.
Hegelin yaratdığı fəlsəfi sistemin ən ali forması olan ruh
fəlsəfəsi haqqında baxışlarına münasibət bildirmək, bu barədə
müqayisəli təhlil aparmaq, Hegelin yaratdığıı fəlsəfi sitemi
öyrənmək böyük bir əhəmiyyət kəsb edir.
Monoqrafiyada Hegelin fəlsəfi dünyagörüşündə ruhun
məntiqi inkişaf mərhələlərinin əsl mahiyyəti açıqlanmış,
subyektiv ruh, obyektiv ruh və mütləq ruh mərhələlərinə dair
Hegelin baxışları arşdırılmışdır.
© , 2011
3
Fəlsəfə fikirlərdə mənimsənilən dövrdür.
G. V. F. Hegel
G İ R İ Ş
Mövzunun aktuallıgı: Ümumiyyətlə biz düşüncə
tarixinə diqqətlə nəzər yetirsək, fəlsəfə insanın içində
yaşadıgı dünyanı dərk etmə cəhdidir. Və elə bu cəhd
tarix boyu insanları düşünməyə vadar etmiş,
gerçəkliyin dərki fikir adamlarını yüzillər boyu
narahat etmişdir. Həqiqət nədir? Dünya sonlu yoxsa
sonsuzdur? İnsan nədir? İnsan həyatının mənası
nədir? kimi suallar tarix boyu müxtəlif cavablarla
cavablandırılmış və bəzən belə cavabsız qalmışdır.
Gerçəkliyin özünü və gerçəklikdəki baş verən
proseslərin mifoloji dünyagörüşlə və elmi yollarla
izahı zamanı bir sıra qarşıdurmalar meydana gəlirdi.
Belə qarşıdurmaların yaratdıgı mübarizə nəticəsində
fəlsəfə formalaşmağa başladı. Müxtəlif inkişaf
mərhələlərindən keçərək yaranan fəlsəfə bir sıra
dünyagörüşlərini
geridə
buraxmışdı.
Fetişizm,
animizm, totemizm və magiya ibtidai insanların
düşüncəsinin təzahürü idi. Gercəkliyi fantastik bir
surətdə əks etdirən mifoloji dünyagörüşü möcüzələrə
inamı ehtiva edirdi.
Canlıların yaranıb, inkişaf edib və ölməsi, göy
cisimlərinin hərəkətlərinin hansı səbəbdən baş
verməsi kimi hadisələr ilk insanları düşündürürsə də
4
belə bunların izahı mifoloji dünyagörüşündə uzağa
gedə bilməmiş, yeni bir düşüncə tərzinin yaranmasına
səbəb olmuşdu. Mif təbiət hadisələrinin, cəmiyyətdəki
münasibətlərin qeyri-adi formada inkişafıdır, cəmiy-
yətin erkən inkişaf mərhələsində təbiətin, sosial ger-
çəkliyin hadisələrinin anlama üsuludur. Bax, bunlara
görə də mifologiyanı fəlsəfəyəqədərki dünyagörüşü
formalarından biri hesab etmək olar (41, səh. 47).
İnsanların düşüncə tərzinin mərhələli inkişaf
etməsi nəticəsində qədim Yunanstanda dini – mifoloji
dünyagörüşü zaman keçdikcə öz yerini fəlsəfəyə
verməyə başladı. Kainatın necə yaranması, dünyanın
mahiyyəti kimi suallara marağın yaranması fəlsəfi
düşüncə tərzinin təməlini meydana gətirdi. Əvvəllər
içində yaşadığı dünyanı anlamağa çalışanlar içində
yaşadıqları cəmiyyətin və birgə yaşadıqları insanların
mənəviyyatını anlamağa cəhd edirdilər. Cəmiyyət
hadisələrinin izahını da özündə ehtiva edən fəlsəfə
zamanı keçdikcə bir sıra düşüncə adamlarını özündə
cəmləşdirdi və belə düşüncə adamlarından biri də
klassik alman fəlsəfəsinin yetirməsi, dünya fəlsəfə
tarixinin ən nəhənglərindən biri Georq Vilhelm
Fridrix Hegel adı altında iz qoymuşdur.
Fəlsəfə tarixində son böyük sistem qurucula-
rından biri olan Hegelin yaratdığı dialektik metod hər
zaman maraq doğurmuş, sağlığında belə diqqət
mərkəzində olmuşdur. F. Engels bu dahi filosof
haqqında belə yazırdı «Hegelin böyük xidməti ondan
ibarətdir ki, o ilk dəfə olaraq bütün təbiət, tarix və
5
mənəviyyat aləmini bir proses şəklində, yəni
arasıkəsilməyən hərəkət, dəyişilmə, başqalaşma və
inkişafda göstərmiş, bu hərəkət və inkişafın daxili
rabitəsini aşkara çıxarmağa çalışmışdır» (6, səh. 19).
Şübhəsiz ki, Hegelə yüksək və obyektiv qiymət
verən təkcə Engels olmayıb. Monoqrafiyada Hegel
fəlsəfəsinin mənfi və müsbər cəhətləri işıqlandırılmış,
xüsusilə
də
ruhun
inkişaf
mərhələlərinə
toxunulmuşdur. Hegel kimi bir dahinin yaratdığı
fəlsəfi sistemi dərindən öyrənmək və ona obyektiv,
qərəzsiz qiymət vermək lazımdır.
Tədqiqat
işinin
yeniliyi
aşağıdakılardan
ibarətdir:
Ümumiyyətlə götürsək Hegelin yaradıcılığı hər
zaman diqqət mərkəzində olmuş, onun yaratdığı
obyektiv idealist dialektika həm də materialist
tədqiqatçıların marağını özünə cəlb edə bilmişdir.
Hegelin fəlsəfi sistemi keçmiş Sovetlər birliyində
birtərəfli işıqlandırılmış, öz düzgün qiymətini tapa
bilməmişdir. Yetmiş il ərzində təkcə Hegel fəlsəfəsi
deyil, materialist dialektikaya uyğun gəlməyən bütün
fəlsəfi sistemlər tənqid olunmuş, köhnəliyin qalığı
kimi qiymətləndirilmiş, əsas istiqamət materialist
dialektikaya verilmişdir. Kommunist rejiminin aparıcı
ideyası olan marksizm-leninizm fəlsəfəsinin hakim
ideologiyaya çevrildiyi bir zamanda bir çox fəlsəfi
sistemlər kimi Hegelin yaratdığı fəlsəfi sistem də
təhrif olunurdu. Halbuki, marksizm fəlsəfəsinin
təməlini quranlar Hegelin yaratdığı dialektik metoda
Dostları ilə paylaş: |