Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası


) Bazal meningiti xarakterizə edən simptomları göstərin



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə44/52
tarix21.03.2018
ölçüsü27,2 Kb.
#32983
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

 
 
 
711) Bazal meningiti xarakterizə edən simptomları göstərin. 
 
A) Adiodoxokinez 
B) Üz sinirinin mərkəzi iflici, qıcolmalar 
C) Ətrafların parezi yaxud iflici 
D) Infeksion xəstəliklər simptomu 
E) Meningeal simptomlar, kəllə sinirlərinin parezi 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 səh. 15 - 17 
 
712) Səsi keçirən aparatın patologiyası zamanı Veber sınağında səs hansı gulağa 
lateralizasiya edir? 
 
A) Eşitmə olmur 
B) Xəstə qulaq tərəfə 
C) Səs ortada olur 
D) Sağlam qulaq tərəfə 
E) Səs hər 2 qulaqda eşidilir 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 səh. 46 
 
713) Aşağıda qeyd olunanları nəzərə alaraq sol labirintin vəziyyətini xarakterizə 
edin: spontan nistqam soladır, sol tərəfdə aparılan soyuq kalorik sınaq zamanı 
nistqam sağadır və 2 dəq. - dən artıq davam edir, fırlanma sınağından sonra 60 
san. davam edən sola yönələn nistaqm qeyd olunur. 
 
A) Qıcıqlanma vəziyyətindədir 
B) Məhv olub 
C) Hiporefleksiyadır 
D) Hiperrefleksiya 
E) Normaldır 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 səh. 60;61 və praktik dərs 
 
714) Kəskin kataral laringit üçün ən çox nə xarakterikdir? 
 
A) Səsin xırıltılı olması, yüksək hərarət, udqunmanın ağrılı olması 
B) Öskürək, səsin xırıltılı olması, yad cisim hissiyyatının olması 
C) Öskürək, yüksək hərarət, tənəffüsün pozulması 
D) Yüksək hərarət, udqunmanın ağrılı olması, tənəffüsün pozulması 
E) Öskürək, səsin xırıltılı olması, tənəffüsün pozulması 
 


 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 
 
715) Kəskin kataral laringit zamanı larinqoskopiyada nə aşkar edilir? 
 
A) Selikli qişanın ödemi, geniş sahələrdə qansızmalar, qırtlağın iflici 
B) Selikli qişanın ödemi, selikli qişanın hiperemiyası, selikli qişanın irinləməsi 
C) Selikli qişanın ödemi, selikli qişanın hiperemiyası, selikli qişanın infiltrasiyası 
D) Selikli qişanın ödemi, selikli qişanın hiperemiyası, irinli ərp 
E) Selikli qişanın ödemi, geniş sahələrdə qansızmalar, selikli qişanın irinləməsi 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 
 
716) Kəskin ifadə olunmuş təngnəfəslik, sifət solğun göyümtül rəngdə, soyuq 
yapışqanlı tər ilə örtülmüş, qorxu hissiyyatı və səs yarığının 2 - 3 mm - ə qədər 
daralması ilə müşayət olunan inspirator təngnəfəslik stenozun hansı mərhələsinə 
uyğundur? 
 
A) Dekompensasiya 
B) Hipoksiya 
C) Kompensasiya 
D) Subkompensasiya 
E) Asfiksiya 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 
 
717) Səs yarığını genəldən əzələ aşağıdakılardan hansıdır? 
 
A) Üzük - qalxanabənzər 
B) Arxa üzük - çalovabənzər 
C) Köndələn çalovabənzər 
D) Çər çalovabənzər 
E) Yan üzük - çalovabənzər 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 
 
718) Qırtlağın selikli qişasının innervasiyasında aşağıdakı sinirlərdən hansı 
iştirak edir? 
 
A) Diludlaq siniri 
B) Aşağı qırtlaq siniri 
C) Üçlü sinir 
D) Yuxarı qırtlaq siniri 


 
 
E) Dilaltı sinir 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 
 
719) Qayıdan sinir (n. Recurrens) aşağıdakı əzələ qruplarından hansını 
innervasiya edir? 
 
A) Əsasən qırtlağın daxili əzələlərini 
B) Üzük - qalxanabənzər və döş - körpücük məməyəbənzər əzələni 
C) Boyun əzələlərini 
D) Udlaq əzələlərini 
E) Əsasən qırtlağın xarici əzələlərini 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 
 
720) Qayıdan sinirin iflicinə nə səbəb olmur? 
 
A) Qırtlağın yad cismi 
B) Divararalığının şişləri 
C) Ağciyər zirvəsindəki çapıqlı dəyişikliklər 
D) Yemək borusunun şişləri 
E) Aorta qövsünün anevrizması 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 
 
721) Traxeostomiya əməliyyatı hansı qırtlaq əzələsinin iflici zamanı aparılır? 
 
A) M. Posticus 
B) M. Thyreoarytonenoides 
C) M. Cricothyroideus 
D) M. Arytenoidens transverses 
E) M. Vocalis 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 
 
722) Aortanın anevrizması, yemək borusu, traxeya, bronx və divararalığının 
şişləri, perikardit, ağ ciyərlərin zirvələrində fibroz qırtlaqda hansı patolojı 
prosesin baş verməsinə səbəb ola bilər? 
 
A) Qırtlağın və yumşaq damağın iflici 
B) Qırtlağın anesteziyası və iflici 
C) Qırtlağın və mimiki əzələlərin iflici 


 
 
D) Qırtlağın hissəvi anesteziyası 
E) Qırtlağın iflici 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 
 
723) 60 yaşlı qadın qalxanabənzər vəzi xərçənginə görə strumektomiya 
əməliyyatı keçirmişdir. Əməliyyatdan sonrakı erkən dövrdə xəstədə qırtlaq 
stenozu əlamətləri baş vermişdir. Stenozun səbəbi nə ola bilər? 
 
A) Qırtlaqda hissiyat pozulması 
B) Qırtlağın iflici 
C) Qırtlağın çapıqlı stenozu 
D) Qırtlağın iltihabı 
E) Qırtlağın postintubasion qranuloması 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 
 
724) 3 yaşlı uşaqda kəskin respirator virus infeksiyası keçirdikdən 3 ay sonra 
proqressivləşən və afoniyaya keçən disfoniya əmələ gəlmişdir. Təxmini diaqnozu 
göstərin: 
 
A) Səs büküşlərinin allergik ödemi 
B) Xronik hiperplastik laringit 
C) Kəskin laringit 
D) Xronik kataral laringit 
E) Qırtlağın papillomatozu 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 
 
725) 3 yaşlı uşaqda kəskin respirator virus infeksiyası keçirdikdən 3 ay sonra 
proqressivləşən və afoniyaya keçən disfoniya əmələ gəlmişdir. İlkin diaqnozu 
qoymaq üçün hansı müayinəni aparmaq vacibdir? 
 
A) Stroboskopiya 
B) Larinqoskopiya 
C) Audiometriya 
D) Palpasiya 
E) Rentgenoqrafiya 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 
 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə