Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə40/52
tarix21.03.2018
ölçüsü27,2 Kb.
#32983
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

 
 
A) Yuxarı və aşağı 
B) Hər iki tərəfə 
C) Sınaq aparılan tərəfə 
D) Sınaq aparılan qulaqdan əks tərəfə 
E) Ortaya 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 səh. 61 
 
663) Başın vəziyyətini dəyişdikdə xəstənin yıxılma istiqamətinin dəyişməsi nəyi 
göstərir? 
 
A) Gicgah ataksiyasıdır 
B) Baş beynin patologiyasıdır 
C) Həm beyincik, həm də vestibulyar patologiyadır 
D) Vestibulyar aparatın patologiyasıdır 
E) Beyincik patologiyasıdır 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 səh. 58 
 
664) Aşağıda qeyd olunanları nəzərə alaraq sağ labirintin vəziyyətini 
xarakterizə edin: spontan nistaqm sağadır, sağ tərəfdə aparılan soyuq kalorik 
sınaq zamanı 1 dəq. - dən artıq davam edən sola yönələn nistaqm, fırlanma 
sınağından sonra 2 dəq. davam edən sağa yönələn nistaqm qeyd olunur. 
 
A) Hiporefleksiyadır 
B) Qıcıqlanma vəziyyətindədir 
C) Hiperrefleksiyadır 
D) Məhv olub 
E) Normaldır 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 
 
665) Sərt beyin qişasının otogen mənşəli iltihabı necə adlanır? 
 
A) Araxnoidit 
B) Leptomeninqit 
C) Meninqit 
D) Subdural abses 
E) Paximeninqit 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 səh. 530 
 


 
 
666) Otogen kəllədaxili ağırlaşmalar zamanı infeksiya kəllə boşluğuna bu 
yolların hansı ilə yayılmır? 
 
A) Eşitmə borusu ilə 
B) Perivaskulyar yol 
C) Kontakt yol 
D) Labirintogen yol 
E) Perinevral yol 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 səh. 530; 532 
 
667) Labirintit zamanı kəllədaxili ağırlaşma əsasən harada müşahidə olunur? 
 
A) Ön və orta kəllə çuxurlarında 
B) Arxa kəllə çuxurunda 
C) Orta kəllə çuxurunda 
D) Ön kəllə çuxurunda 
E) Kəllə əsasında 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 səh. 532 
 
668) Orta otitin hansı formasında kəllədaxili ağırlaşmaların yaranma ehtimalı 
daha yüksəkdir? 
 
A) Eksudativ otit 
B) Seroz otit 
C) Xroniki irinli epitimpanit 
D) Xroniki irinli hipotimpanit 
E) Xroniki irinli mezotimpanit 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 səh. 472; 477 
 
669) Kəskin irinli orta otitdən sonra inkişaf edən ekstradural abses əsasən 
harada yerləşir? 
 
A) Ön və orta kəllə çuxurlarında 
B) Arxa kəllə çuxurunda 
C) Orta kəllə çuxurunda 
D) Kəllə əsasında 
E) Ön kəllə çuxurunda 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”.Bakı, 
Təbib, 1998 səh. 6 


 
 
 
670) Xroniki irinli orta otitdən sonra inkişaf edən ekstradural abses əsasən 
harada yerləşir? 
 
A) Kəllə əsasında 
B) Arxa kəllə çuxurunda 
C) Ön kəllə çuxurunda 
D) Orta kəllə çuxurunda 
E) Ön və arxa kəllə çuxurlarında 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 səh. 6 
 
671) Uşaqlarda infeksiya qulaqdan kəllə boşluğuna ən çox hansı yollarla yayılır? 
 
A) Daşlıq - pul şırımı, məməvari - pul şırımı ilə 
B) Eşitmə borusundan 
C) Xarici qulaq keçəcəyindən 
D) Məməvari çıxıntının ön divarından 
E) Təbil boşluğunun aşağı divarından 
 
Ədəbiyyat: В. Т. Пальчун, М. М. Магомедов, Л. А. Лучихин 
«Оториноларингология»; Москва, 2008 səh. 369 
 
672) Arxa kəllə çuxurunun ekstradural absesi ilə ağırlaşmış kəskin irinli orta 
otit zamanı hansı əməliyyat icra olunur? 
 
A) Arxa kəllə çuxurunun sərt beyin qişasının üzəri açılmaqla məməyəbənzər 
çıxıntının trepanasiyası (genişləndirilmiş antromastoidotomiya ) 
B) Labirintektomiya 
C) Orta kəllə çuxurunun sərt beyin qişasının üzərini açılmaqla məməyəbənzər 
çıxıntının trepanasiyası (genişləndirilmiş antromastoidotomiya ) 
D) Məməyəbənzər çıxıntının sadə trepanasiyası (antromastoidotomiya ) 
E) Gicgah sümüyündə radikal əməliyyat 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 səh. 8 
 
673) Orta kəllə çuxurunun ekstradural absesi ilə ağırlaşmış xroniki irinli orta 
otit zamanı hansı əməliyyat icra olunur? 
 
A) Orta kəllə çuxurunun sərt beyin qişasının üzəri açılmaqla gicgah sümüyündə 
radikal əməliyyat 
B) Məməyəbənzər çıxıntının sadə trepanasiyası (antromastoidotomiya ) 
C) Arxa kəllə çuxurunun sərt beyin qişasının üzərini açmaqla məməyəbənzər 
çıxıntının trepanasiyası (antromastoidotomiya ) 


 
 
D) Arxa kəllə çuxurunun sərt beyin qişasının səthini açmaqla gicgah sümüyündə 
radikal əməliyyat 
E) Gicgah sümüyündə radikal əməliyyat 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 səh. 8 
 
674) Otogen kəllədaxili ağırlaşmalar zamanı gicgah sümüyündə əməliyyata 
göstərişi müəyyən edin. 
 
A) Qulaqda əməliyyatın aparılması vacib deyil. 
B) Qulaqda əməliyyat təxirəsalınmaz aparılmalıdır. 
C) Qulaqda əməliyyat planlı qaydada aparılır. 
D) Qulaqda təxirə salına bilən radikal əməliyyat aparılır. 
E) Xəstəliyin dinamikasından asılıdır. 
 
Ədəbiyyat: Mühazirə materialı 
 
675) Arxa kəllə çuxurunun subdural absesinin simptomlarını göstərin 
 
A) Meninqial və beyinciyin zədələnmə simptomları 
B) Xarakter simptom yoxdur 
C) Qıcolmalar 
D) Üz sinirinin parezi 
E) Afaziya 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 səh. 10 
 
676) Beyin - onurğabeyni mayesindəki dəyişikliklərə əsaslanaraq subdural 
absesi leptomeningitdən diferensiasiya edin 
 
A) Subdural abses zamanı likvorda hüceyrələrin miqdarı kəskin artır 
B) Subdural abses zamanı likvorda şəkərin miqdarı azalır, xloridlərin miqdarı artır 
C) Subdural abses zamanı likvorda hüceyrələrin miqdarı ya az artar, ya da normada 
qalar; şəkər və xloridlərin miqdarı isə dəyişilmir 
D) Subdural abses zamanı likvorda şəkərin miqdarı artır 
E) Subdural abses zamanı likvorda hüceyrələrin miqdarı kəskin azalır 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 səh. 10 
 
677) Qulaqda əməliyyat zamanı hansı dəyişikliklər subdural abses diaqnozunu 
təsdiqləməyə əsas verir? 
 
A) Məməvari çıxıntıda irinlə dolu karioz boşluğun olması 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə