Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə24/52
tarix21.03.2018
ölçüsü27,2 Kb.
#32983
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

 
 
E) Qanı punksiyon iynə ilə xaric  edərək sıxıcı sarğının qoyulması  
 
Ədəbiyyat: B. T. Пальчун,А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 478 
 
395) İrinləşmiş  otohematomanın müalicəsində nə həyata keçirilir? 
A) Geniş kəsik aparılmaqla drenajın qoyulması 
B) İrini punksiyon iynə ilə xaric edib yerinə antibakterial dərmanların yeridilməsi 
C) Parenteral antibiotikoterapiya  
D) Fizioterapiya  
E) Hormonal dərmanlarla sıxıcı sarğının qoyulması  
 
Ədəbiyyat: B. T. Пальчун,А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 478  
 
396) Qulaq seyvanının xondroperixondritində nə baş verir? 
A) İltihab xarici qulaq keçəcəyinə yayılır 
B) İltihab bütün qulaq seyvanına  yayılır 
C) İltihab seyvanın traqus hissəsində inkişaf etmir  
D) İltihab seyvanın sırğalıq hissəsində inkişaf etmir 
E) İltihab seyvanın qıvrım  hissəsində inkişaf etmir 
 
Ədəbiyyat: B. T. Пальчун,А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 382 
 
397) Qulaq seyvanının qızılyelində nə baş verir? 
A) İltihab xarici qulaq keçəcəyinə  yayılır 
B) İltihab seyvanın  sırğalıq hissəsində inkişaf etmir 
C) İltihab bütün qulaq seyvanına yayılır 
D) İltihab seyvanın qıvrım hissəsində inkişaf etmir 
E) İltihab seyvanın traqus hissəsində inkişaf etmir  
 
Ədəbiyyat: B. T. Пальчун,А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 381-382 
 
398) Bu simptomlar hansı patologiyanın əlamətləridir: çənənin hərəkəti və 
çeynəmə zamanı kəskin ağrılar,  qulaqdan qanlı ifrazat, dişləmənin pozulması, 
aydın olmayan nitq? 
A) Xarici diffuz otitin 
B) Kəskin hemorragik otitin  
C) Barotravmanın 
D) Xarici qulaq keçəcəyinin  ön-aşağı divarının sınığının 
E) Kəllə əsasının sınığının 
 
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр.478 


 
 
 
 
 
399) Təbil pərdəsinin məhdud zədələnməsi hansı simptomlarla özünü göstər? 
A) Karlıq. Başgicəllənmə 
B) Karlıq. Qulaqdan qanaxma 
C) Eşitmənin zəifləməsi. Başgicəllənmə 
D) Eşitmənin zəifləməsi.Qulaqdan qanaxma 
E) Eşitmənin zəifləməsi. Traqusun basılması zamanı ağrının olması 
 
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 479 
 
400) Gicgah sümüyü piramidinin travmatik sınığlarının hansı növləri var? 
A) Lateral və medial 
B) Yerini dəyişən  və yerini dəyişməyən 
C) Şaquli və horizontal  
D) Qapalı və açıq  
E) Boylama və köndələn  
 
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 482 
 
401) Gicgah sümüyünün piramidinin boylama sınığı üçün hansı simtomlar 
xarakterik deyildir? 
A) Vestibulyar pozğunluqlar 
B) Səsi qəbul etmənin  pozulması  
C) Üz sinirinin parezi  
D) Xarici qulaq keçəcəyindən qanlı ifrazat 
E) Xarici qulaq keçəcəyindən likvoreya 
 
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 482 
 
402) Gicgah sümüyünün piramidinin köndələn  sınığı üçün hansı  simptomlar 
xarakterik deyildir? 
A) Zəifeşitmə 
B) Vestibulyar pozğunluqlar  
C) Xarici qulaq keçəcəyindən likvoreya 
D) Üz sinirinin parezi 
E) Karlıq  
 
Ədəbiyyat: B. T. Пальчун, А. И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 482 
 
403) Qulağa canlı yad cisim (həşərat) düşərkən  ilkin yardım nədən ibarətdir? 


 
 
A) Yad cismin pinsetlə çıxarılması  
B) Ağrıkəsici tətbiq etmək 
C) Yad cismin qarmaqla çıxarılması  
D) Yad cismin qulağın yuyulması ilə çıxarılması  
E) Qulağa spirt və ya qaynadılmış  bitki yağının damızdırılması  
 
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 487 
 
404) Çiməndən sonra eşitmənin zəifləməsi  və qulaqda küyün əmələ gəlməsi 
hansı halda olur? 
A) Barotravma  
B) Xarici otit 
C) Kəskin tubootit 
D) Qulaq kiri tıxacı 
E) Kəskin orta otit  
 
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 392 
 
405) Xarici otitlərə nə aiddir? 
A) Perixondrit 
B) Xarici qulaq keçəcəyinin furunkulu  
C) Otomikoz 
D) Qızılyel, herpes 
E) Ekzema və dermatit 
 
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 387 
 
406) Aspergillus niger  göbələyi səbəb olan otomikozda patoloji substrat hansı 
rəngdə olar? 
A) Qara nöqtələrlə qəhvəyi rəngdə  
B) Qəhvəyi rəngdə 
C) Boz-yaşıl rəngdə 
D) Ağ rəngdə kəsmikvari konsistensiyalı  
E) Böz-sarı rəngdə 
 
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 390 
 
407) Penicillium növündən olan göbələyin səbəb olduğu otomikozda patoloji 
substrat hansı rəngdə olur? 
A) Qəhvəyi rəngdə 
B) Boz-yaşıl rəngdə 
C) Boz rəngdə 


 
 
D) Qara-qəhvəyi rəngdə 
E) Yumşaq konsistensiyalı sarı-ağ rəngdə  
 
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 390 
 
408) Uşaqlarda xarici qulağın ekzeması xüsusiyyətləri hansılardır? 
A) Xəstəlik ekssudativ proseslə əlaqədardır  
B) Xəstəlik heç zaman qulaq seyvanı arxası büküşün zədələnməsindən başlanmır 
C) Uşaqlarda tez-tez rast gəlir  
D) Xəstəlik daimi otoreya zamanı  rast gəlinir və qaşınma ilə müşahidə olunur 
E) Xəstəlik allergiya  ilə əlaqədardır  
 
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 384 
 
409) Otohematomanın nəticəsi nə ola bilər? 
A) Qulaqda küy 
B) Zəifeşitmə 
C) Autofoniya 
D) Baş gicəllənmə  
E) Qulaq seyvanının deformasiyası 
 
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 478 
 
410) Xarici qulaq keçəcəyinin qulaq kiri tıxacı ilə obturasiya olunmasının əsas 
simptomu hansıdır? 
A) Bir tərəfli zəifeşitmə 
B) Nistaqm 
C) Baş gicəllənmə 
D) Hiperakuziya 
E) Qulaqda ağrı  
 
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 392-394 
 
411) Qulaq kiri tıxacını xaric etmək üçün suyun temperaturu neçə olmalıdır? 
A) 27ºC 
B) 42ºC 
C) 30ºC 
D) 37º C 
E) 35ºC 
 
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 393 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə