Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə20/52
tarix21.03.2018
ölçüsü27,2 Kb.
#32983
1   ...   16   17   18   19   20   21   22   23   ...   52

 
 
E) Udlağın arxa divarından və ön etmoidal hüceyrələrdən 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 528-529 
 
331) Udlağın hansı yenitörəməsinin morfoloji müayinəsi zamanı qığırdaq 
elementləri və embrion toxumalar aşkar edilir? 
A) Gənclik angiofibroması 
B) Lipoma 
C) Neyrofibroma 
D) Tüklü polip 
E) Nevrinoma 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 529 
 
332) Kəskin faringitin əksər hallarda törədicisi hansıdır? 
A) Stafilokokklar 
B) Viruslar 
C) Pnevmokokklar 
D) Diplokokklar 
E) Streptokokklar 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 257 
 
333) Udlaq difteriyasının gecikmiş fəsadları hansılardır? 
A) Miokardit 
B) Kəskin böyrək çatışmazlığı 
C) İnfeksion-toksiki şok 
D) Polinevritlər 
E) Trombohemorragik sindrom 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 568-574 
 
334) Difteriya törədicisinin bakteriyadaşıyıcısı neçə müddət tranzitor hesab 
edilir? 
A) 2 ay 
B) 1 aydan çox 
C) 1-7 gün 
D) 3 həftə 
E) 14 gün   
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 568-573 


 
 
 
335) Hipofarinksin xərcəngi zamanı hansı əlamət “siqnal” simptomu kimi 
qiymətləndirilir? 
A) Qeyri-adi dad hissiyatının olması 
B) Qanaxma 
C) Ağız suyunun axması 
D) Yad cisim hissiyatı 
E) Armudabənzər cibdə ağız suyunun durğunluğu 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 539-540 
 
336) Xəstə udqunma zamanı və ağzını açan zaman kəskin ağrıların olmasından 
şikayətlənir. Baş ağrı olan tərəfə əyilmişdir. Çənə nahiyəsi hamarlanmışdır. T-
38,5C, EÇS-40-50 mm/s. Anamnezdən məlum olmuşdur ki, udlağın selikli qişası 
sümüklə zədələnmişdir. Aşağıdakılardan hansından şübhələnmək olar? 
A) Paratonzillit   
B) Parafaringeal abses 
C) Mastoidit 
D) Udlaqyanı sahədə şişin olması 
E) Difteriya 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 287-288 
 
337) Xroniki tonzillit zamanı limfa düyünlərində baş verən dəyişikliklərə 
aşağıdakilardan hansı aid deyil? 
A) Çənə dibində yerləşən limfa düyünləri böyüyüb 
B) Limfa düyünləri ağrılıdır 
C) Limfa düyünləri hərəkətsizdir 
D) Limfa düyünləri hərəkətli və ağrılıdır 
E) Limfa düyünləri böyüyüb və ağrılıdır 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 293-304 
 
338) Hansı xəstəlik üçün ağız boşluğu və udlaq selikli qişasında “tüklü 
leykoplakiya” xarakterdir? 
A) Sifilis 
B) GİÇS 
C) İnfeksion mononukleoz 
D) Vərəm 
E) Skleroma 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 580-584 


 
 
 
 
339) Xroniki hipertrofik faringit zamanı müalicə üsulu hansıdır? 
A) Lyuqol məhlulu ilə silmək 
B) Ag NO³  məhluli ilə yandırmaq 
C) Antibiotikoterapiya 
D) Aloe  ilə novokain qarışığının inyeksiyası 
E) A vitamininin daxilə qəbulu 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 262-264 
 
340) İnfeksion mononukleozun etioloji faktorları hansılardır? 
A) Streptokokk 
B) Stafilokokk 
C) Adenovirus 
D) Koksaki virusu 
E) Epşteyn-Barr  virusu 
 
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 
1997, стр., 331-335 
 
341) İnfeksion mononukleoz hansi xüsusiyyətlərlə xarakterizə olunur? 
A) Trombositoz 
B) Eritropeniya 
C) Limfadenit, splenohepatomeqaliya 
D) Leykopeniya 
E) Ərp badamcıqların xaricinə yayılır 
 
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 
1997, стр., 331-335 
 
342) İnfeksion mononukleozun müalicəsində hansı preparatlardan istifadə 
olunur? 
A) Hormonlar 
B) Rekombinant interferon preparatları 
C) İnterferon induktorları 
D) Sulfanilamidlər 
E) B-laktamaz inhibitorlar 
 
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 
1997, стр., 331-335 
 
343) Kəskin tonzillitin müalicəsi zamanı hansı faktorları nəzərə almaq lazımdır? 
A) Müalicənin effekti antibiotikin ilk əvvəl təyinindən asılı deyildir 
B) Antibakterial terapiya tez təyin olunmalıdır 


 
 
C) Revmatik üşütmə ilə uşaglarda müalicə mikrobioloji müayinədən sonra təyin 
olunmalıdır 
D) Hormonal terapiya tez təyin olunmalıdır 
E) Antibiotiklərin təyini yaxmada bakterial nəticənin alınmasından tez təyin 
olunmamalıdır 
 
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 
1997, стр., 319-326 
 
344) Kəskin streptokokk mənşəli tonzillitin müalicəsində əsas dərman qrupları 
hansılardır? 
A) Cephalosporin 
B) Makrolid 
C) Penicyllin 
D) Linkomicin 
E) Ftorxinolon 
 
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 
1997, стр., 319-326 
 
 
345) Streptokokklu tonzillitin erkən, 4-6 günlərə təsadüf olan fəsadları hansılar 
ola bilər? 
A) Toksiki şok 
B) Revmatik üşütmə 
C) Paratonzillyar abses 
D) Adenoidit 
E) Qlomerulonefrit 
 
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 
1997, стр., 319-326 
 
346) Streptokokklu tonzillitin gec, 8-10 günə inkişaf edən fəsadları hansılardır? 
A) Otit və sinusit 
B) Qlomerulonefrit, toksiki şok, revmatik üşütmə 
C) Adenoidit 
D) Paratonzillyar abses 
E) Boyun limfadeniti 
 
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 
1997, стр., 319-326 
 
347) Kəskin lakunar tonzillitin xüsusiyyətləri hansıdır? 
A) Ərp damaq badamcıqlarının  üzərində yerləşir 
B) Ərp çətin götürülür, badamcığın səthindən qanaxma müşahidə olunur 
C) Mikrobioloji müayinə zamanı  Löffler çöpü geyd olunur 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə