Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр. 194-196
298) Baş beynin rinogen absesləri əsasən hansı hissədə yerləşir ?
A) Təpə - Ənsə payı
B) Gicgah payı
C) Alın payı
D) Ənsə payı
E) Təpə payı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр. 521-522
299) Xroniki atrofik rinitin əmələ gəlməsinə nə səbəb olur?
A) Milli mənsubiyyət
B) Dəniz iqlimi
C) Quru və isti iqlim
D) Nəm və soyuq iqlim
E) Burun arakəsməsi əyriliyi
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр. 180-183
300) Rinolit nədir?
A) Burun daşı
B) Bulloz balıqqulağı
C) Burun boşluğu yenitörəməsi
D) Burun boşluğu kistası
E) Burnun polipi
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр. 198
301) Rinolitin əmələ gəlmə səbəbi nədir?
A) Hipertrofik rinit
B) Allergik rinit
C) Burun boşluğu yad cismi
D) Atrofik rinit
E) Vazomotor rinit
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр. 198
302) Burun boşluğu və burun ətrafı ciblərin vizualizasiyasının “qızıl standartı”
nədir?
A) Sintiqrafiya
B) Kontrastlı rentgenoqrafiya
C) Ultrasəs
D) Endoskopiya
E) Kompyuter tomoqrafiya
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр. 222-224
303) Sinusitlərin kəllədaxili ağırlaşmalarına hansılar aid deyildır?
A) Leykodistrofiya
B) Beyin absesi
C) Epidural və subdural abses
D) Meningit
E) Mağaralı cibin trombozu
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр.517-522
304) 10 yaşlı uşaq burun boşluğunun sağ yarısından tənəffüsün çətnləşməsi,
selikli-irinli ifrazat, sağ tərəfdən burun qanaxması şikayətləri ilə həkimə baş
vurmuşdur. Ön rinoskopiyada toxunma zamanı tez qanayan qırmızı rəngli
şişəbənzər törəmə aşkar olundu. Arxa rinoskopiyada, əsasən, sağ xoananı
qapayan iri kələ-kötür toxuma aşkarlandı. Sizin ilkin diaqnoz nədir?
A) Polipoz rinosinusit
B) Burun boşluğunun angioması
C) Kəllə əsasının angiofibroması
D) Burun boşluğunun selikli qişasının atrofiyası
E) Xoanal polip
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр. 525-527
305) Burun tənəffüsünün çətinləşməsindən əziyyət çəkən xəstənin müayinəsi
zamanı burun-udlaqda xoananı bağlayan dairəvi, elastik törəmə aşkar olundu.
Sizin ilkin diaqnoz nədir?
A) Beyin yırtığı
B) Burun boşluğu angioması
C) Adenoid
D) Xoanal polip
E) Kəllə əsası angiofibroması
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр. 243-244
306) Xəstə baş ağrılarından əziyyət çəkir. Axırıncı residiv özünü ağrıların ənsəyə
irradiasiyası ilə göstərmişdi. Müayinə zamanı xoananın yuxarı kənarından
irinli ifrazat aşkar olundu. İlkin diaqnoz nədir?
A) İrinli sfenoidit
B) İrinli etmoidit
C) İrinli frontit
D) İrinli haymorit
E) Pansinusit
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр. 245-247
Udlağın klinikası
307) Damaq badamcıqlarının selikli qişasının səthi hiperemik olub,
lakunaların ağzı sarımtıl ərplə örtülmüşdür.Fibrinoz ərp bir-birilə
birləşərək badamcıq səthinin böyük bir hissəsini tutmuşdur, lakin sərhəddən
kənara çıxmamışdır.Ərp şpatel vasitəsi ilə asanlıqla silinir.Bu əlamətlər
anginaların hansı növü üçün xarakterdir?
A) Herpetik angina
B) Lakunar angina
C) Follikulyar angina
D) Əsnək difteriyası
E) Kataral angina
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр. 264-277
308) Aşağıdakilardan hansı banal anginalar üçün xarakterikdir?
A) Etiologiyasında ilkin faktor olaraq bakterial və virus infeksiyası durmur
B) Kliniki-patoloji dəyişikliklər yalnız bir damaq badamcığında olur
C) Ümumi intoksikasiya əlamətləri olmur
D) Paratonzilyar abses əmələ gəlmir
E) İltihabi prosesin gediş müddəti 7 gündən artıq olmur
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр. 264-277
309) Ağız boşluğunun iyəbənzər çöpü (B. fusiformis) və yanaq spiroxetinin
(Spirochaeta buccalis) simbiozu ilə törədilən angina hansıdır ?
A) Simanovski-Vensen
B) Herpetik
C) Lakunar
D) Lyudviq
E) Follikulyar
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр. 264-277
310) Xroniki faringitin hansı növləri ayırd edilir ?
A) Kataral, irinli, hipertrofik
B) Seroz, hipertrofik, atrofik
C) Kataral, hipertrofik, atrofik
D) Hipertrofik, atrofik, irinli
E) Seroz, irinli,atrofik
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр. 260-264
311) Boğazda quruluq hissi, udqunmada çətinlik, bəzən ağızdan xoşagəlməz
qoxunun olması xroniki faringitin hansı forması üçün xarakterdir?
A) Seroz
B) Hipertrofik
C) Atrofik
D) Kataral
E) Mikoz
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр.260-264
312) Aşağıda sadalananlardan hansı xroniki tonzillitin yerli əlamətlərinə aid
deyil ?
A) Ön qövslərin kənarının dayanıqlı hiperemiyası
B) Dilin ərpli olması
C) Qövslərin yuxarı hissəsinin ödemi
D) Ön qövslərin kənarının infiltrasiyası
E) Lakunalarda kazeoz tıxaclar
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.: Медицина, 2001 стр. 293-302
313) Burun-udlaq badamcığının kəskin iltihabı necə adlanır ?
A) Paratonzillit
B) Adenoidit
C) Kəskin faringit
D) Adenofaringit
E) Adenoid vegetasiyası
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство
для врачей. М.:Медицина, 2001 стр. 315-319
Dostları ilə paylaş: |