Buraxili ş İ Ş İ Mövzu: Bazar münasibətləri şəraitində kiçik və orta sahibkarlığın inkişafı Məzun


ŞƏKİL 1. Sahibkarlıq fəaliyyətinin subyektləri arasında asılılıq



Yüklə 462,86 Kb.
səhifə5/18
tarix19.12.2023
ölçüsü462,86 Kb.
#151020
1   2   3   4   5   6   7   8   9   ...   18
referat 1633(1)

ŞƏKİL 1. Sahibkarlıq fəaliyyətinin subyektləri arasında asılılıq

Sahibkarlıq fəaliyyətinin subyektlərinin 4 funksiyası var:



  1. Sahibkar iqtisadi fəaliyyəti üçün zəruri olan bütün resusları bir yerə toplayır.

Bunlara təbii, investisiya və əmək resuslarını aif etmək olar.

  1. Sahibkar iqtisadi fəaliyyətin ən asas məsələləri üzrə əraralar qəbul edir.

  2. Sahibkar yenilikçidir.

  3. Sahibkar öz vəsaiti, iş vaxtı və iqtisadi mühitdəki nüfuzu ilə risk edir.

Sahibkarlıq fəaliyyətilə bağlı məsələlərdən biri də sahibkarlıq fəaliyyətinin obyektidir. Ən ümumi mənada sahibkarlığın obyekti kimi əmtəələr istehsalı, onların satışı və ya müxtəlif növ xidmətlər göstərilməsi formasında həyata keçirilən iqtisad ifəaliyyət başa düşülür. Yəni sahibkarlıq fəaliyyəti əmtəələr və xidmətlərlə bağlıdır. Əmtəələr fiziki, madii əşyalardır xidmətlər isə görünməzdir, maddi deyildir. Xidmətlə bağlı sahibkarlıq fəaliyyəti daha geniş vüsət almişdır. Bu sahibkarlıq fəaliyyətinə bank, sığorta, nəqliyyat, turizm,reklam və s. xidmətlər aiddir. Əmtəələrin satışı ilə əlaqədar xidmətlər də vardır. Əmtəənin istehlakçılara çatdırmaq, quraşdırma, satışından sonra qulluq etmək və digər xidmətlər buna miasl ola bilər. Yuxarıda deyilənləri ümumiləşdirsək, sahibkarlıq fəaliyyətinin obyekti kimi əmtəə (xidmət) istehsalı, satiş və müxtəlif növ xidmətlər göstərilməsidir.
Sahibkarlıq fəaliyyətinin məzmunundan danışdıqda, sahibkarlıq fəaliyyətinin mühitini də qeyd etmək lazimdir. Sahibkarlıq mühiti özündə iqtisadi sərbəstlik dərəcəsini, sahibkarlar ordusunun mövcudluğunu, iqtisadi əlaqələrin bazar tipləri çoxluğunu, sahibkarlıq kapitalının formalaşmasının və zəruri ehtiyatların istifadəsinin mümkünüyünü birləşdirən ictimai-iqtisadi şəraitdir. Bu mühit 2 qrupa ayrılır: sahikarlıq fəaliyyətinin xarici və daxili mühiti.
Sahibkarlıq xarici mühitinə aşağıdakılar aid edilir: iqtisadi, siyasi, hüquqi, sosial-mədəni, texnoloji, coğrafi və infrastruktur amilləri. Müəssisəni xarici mühitinə aşağıdakılar aid edirlər: İşçilərin peşəkarlıq səviyyəsi, firmanın alıcılar arasında nüfuz, həmkarlar ittifaqı, rəqiblər, dünya bazarının vəziyyəti, ETT-nin nailiyyətləri və s.
Bu amillər haqda qısa məlumat verək. Iqtisadi mühitə ilk növbədə əhalinin alıcılıq qabiliyyətini aid etmək olar. Çünki, o sahibkarın məqsədinə nail olmaq yəni mənfəət əldə etmək vasitəsidir. Sahibkarlığın inkişafı üçün siyasi mühit iqtisadi mühit qədər önəmlidir. Hökumətin iqtisadi siyasəti, siyasi məqsəd və vəzifələri, iqtisadiyyatı idarəetmə üsulları sahibkarlığın inkişafı stinullaşdıra və ləngidə bilər. Sahibkarlıq fəaliyyəti üçün siyasi sabitlik xüsusi əhəmiyyət kəsb edir. Sahibkarlıq gələcəyin qeyri-müəyyənliyini sevmir. Çünki, o öz əmlakı ilə risk edir. Sahibkarlıq fəaliyyətinin hüquqi təminatlarımühum əhəmiyyət kəsb edir. Sahibkarlıq fəaliyyəti yalnız qanunvericiliyə əsaslanmaqla və qanunvericiliklə müdafiə olunmaqla inkişaf edə bilər. Hər bir ölkədə qanunvericilik aktları ilə sahibkarlıq fəaliyyəti üçün hüquqi mühit yaradılmalıdır. Sosial-mədəni mühitə ictimai şüur, əxlaqi və dini normalar, əhalinin təhsil səviyyəsi, yaş-cins tərkibi adət-ənənə və s. aid edilə bilər. Bunlar insanların həyat tərzini, zövqünü, dünyagörüşünü, işə münasibətini formalaşdırır, onların müxtəlif növ əmtəələrə və xidmətlərə, əmək haqqı səviyyəsinə, əmək şəraitinə tələbatını müəyyən edir. Sahibkarlıq fəaliyyəti həmişə müəyyən texnika və texnologiyadan istifadəyə əsaslanır. Cəmiyyətdə elmin, texnikanın və texnologiyanın inkişaf səviyyəsi ənənəvi sahələrdə sahibkarlıq fəaliyyətinə əlverişli təsir etməklə yanaşı yeni sahibkarlıq fəaliyyəti sahələri yaradır. Yalnız yeni, qabaqcıl texnologiya sahibkara rəqabət mübarizəsinə qalib gəlmək imkanı verir. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi ərazinin coğrafi mövqeyi, təbii-iqlim şəraiti, təbii sərvətləri, avtomobil, su, hava, dəmir yol şəbəkəsi və s. Coğrafi mühiti təşkil edir. Bu mühit sahibkarlığın bu və ya digər sahələrinin üstün inkişafına şərait yaradır, sahibkarlar tərəfindən ölkəyə investisiyaların yönəldilməsinin mühüm amilini təşkil edir. Infrastruktur ünsürləru də sahibkarlıq mühitində mühüm yer tutur. Bu mühit sahibkarların sahibkarlıq fəaliyyətinin səmərəliliyinə kömək edən müxtəlif təşkilatlar şəbəkəsindən ibarətdir. Infrastruktur ünsürlərinə kömək edən müxtəlif təşkilatlar şəbəkəsindən ibarətdir. Infrastruktur ünsürlərinə sahibkarlıq fəaliyyəti ilə bu və ya digər dərəcədə əlaqədar olmasına baxmayaraq, aşağıdakıları aid etmək olar: maliyyə xidməti göstərən banklar; əmtəələrin bölüşdürülməsi üzrə xidmət göstərən pərak\ndə və topdan satış obyektləri; hüquq,mühasibat uçotu, auditor xidmətlərini göstərən firma və idarələr; bazarların öyrənilməsi üzrə marketinq strukturları; reklam; nəqliyyat agentlikləri; siğorta şirkətləri; rabitə və informasiya strukturları; lizinq şirkətləri və s.
Müəssisənin daxili mühiti sahibkarın bilavasitə təsirinə məruz qala bilən amillərdən ibarətdir. Yəni bu amillər sahibkar tərəfindən idarə oluna bilər. Sahibkarlıq fəaliyyətinin daxili mühitinin əsas amilləri aşağıdakılardan ibarətdir:
-Sahibkarlıq məqsədi;
-Məqsədinə nail olmaq üçün seçiləcək texnologiya;
-Seçilmiş texnologiyaya uyğun təşkilatı struktur;
-Struktur bölmələrinin vəzifələri;
-Qoyulan vəzifələrin icraçıları (işçiləri)
Sahibkarın məqsədi onun fəaliyyət göstərdiyi xarici və daxili mühitin elementlarinin təsiri ilə formalaşır.




    1. Yüklə 462,86 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə