Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə81/87
tarix20.10.2017
ölçüsü16,72 Mb.
#5920
1   ...   77   78   79   80   81   82   83   84   ...   87
وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə Onlardan əvvəl İsrail övladını Misir Şam torpağında hakim etdiyi kimi onları kafirlərin torpaqlarına şəhərlərinə hakim edəcəyini vəd vermişdir. Onlar üçün bəyənilmiş seçilmiş dini möhkəmləndirəcəyini vəd buyurmuşdur. Kafirlərdən olan xof qorxudan sonra onlara əmin-amanlıq, rahatlıq əta edəcəkdir.

1 Sən əgər Mədinədən çıxsan, fitnə-fəsad baş verəcək müsəlmanların birliyi pozulacaq. Bundan sonra (o Həzrət) İslam qoşununun azlığına düşmən qoşununun sayının çox olmasına görə Ömərin narahatlığını aradan götürmək üçün sözlərini davam edir.

2 Qısası, çölə çıxsan ərəblərin fitnə qarışıqlıq salaraq məmləkətin sabitliyini pozması qorxusu var. Hətta o həddə qədər ki, bu üçün tədbir tökməyin əhəmiyyəti sənə kafirlərlə müharibəyə tədbir görməkdən daha artıq olar.

3 Ömərin Həzrətdən soruşduğu suallar arasında «İranlılar müsəlmanların üstünə hücuma keçib onlarla döyüşmək qərarına gəlmişlər. Onların bu qərarı qoşunlarının çoxluğuna, güc qüdrətlərinə dəlalət edir. Onların döyüşə birinci başlamasını bəyənmirəmqənaətində olduğuna görə İmam əleyhis-salam onun cavabı (olaraq sözünü davam edir).

1 Qurani-Kərimin Bəqərə surəsinin 164- ayəsində buyurduğu kimi: إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْض وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنْفَعُ النَّاسَ وَمَا أَنزَلَ اللّهُ مِنَ السَّمَاءِ مِن مَّاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَالْأَرْض لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ Göylərin yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur göndərərək yenidən diriltməsində, yam-yaşıl etməsində, hər tərpənəni onun hər tərəfinə yaymasında, küləyin əsməsində, göylə yer arasında saxlanılmış buludların hərəkətində şübhəsiz ağıl sahibi onun nişanələri barədə düşünən insanlar üçün əlamətlər vardır.

1 Necə ki, Qurani-Kərimin Ənkəbut surəsinin 34-35-ci ayələrində buyurulur: « إِنّا مُنْزِلُونَ عَلَى أَهْلِ هَذِهِ الْقَرْيَةِ رِجْزًا مِّنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ وَلَقَد تَرَكْنا مِنْها آيَةً بَيِّنَةً لِّقَوْمٍ يَعْقِلُونَ » Biz etdikləri pozğunluğa, itaətsizliyə görə bu şəhərin əhlinin (Həzrət Lutun-əla nəbiyyina alihi əleyhis-salam-qövmünün) başına göydən əzab endirdik. Biz düşünən bir qövm üçün o şəhərdə əzabdan aşkar bir nişanə qoyduq.

2 Çünki həmin dövrün adamları batilə üz tutaraq haqdan uzaq düşmüşlər uzaq durmaları onların qovulması yoxluqları deməkdir.

1 Allah-təala Qurani-Kərimin İsra surəsinin 9-cu ayəsində buyurur: إِنَّ هَـذَا الْقُرْآنَ يِهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ «Bu Quran ən doğru yola yönəldir».

1 Çünki hər biri özünün xəlifə olması üçün çalışır. Deməli, əhd-peymanlarını pozmaları mənə düşmən kəsilmələri özlərinin dedikləri kimi din imanı müdafiə etdiklərinə görə deyil, dünya sevgisinə vəzifə şəhvətinə görədir.

2 Nahaq qanları tökdüklərinə görə Allah yanında dəlil, sübut gətirməyə bəhanələri, üzrləri yoxdur.

3 Bəsrəyə daxil olduqda Osman ibn Hunəyfi məkrlə həbs edib beytülmalın qoruyucularından qoşundan çoxunu öldürdükləri kimi. Pişnamazlıq üstündə ixtilafları düşdü düşmənçilikləri üzə çıxdı. Nəhayət, bir gün Məhəmməd ibn Təlhənin, növbəti gün isə Abdullah ibn Zübeyrin pişnamaz olması şərti ilə Aişə onları barışdırdı. Onlardan hər biri Aişədən xahiş etdilər ki, camaat onu salamlasın onu əmir kimi tanısınlar. Sonra Aişə əmr etdi ki, camaat onların hər ikisini salamlasın onları birlikdə əmir kimi qəbul etsinlər. Qısası, onların arasında belə ixtilaflar çox olurdu. Buna görə İmam əleyhis-salam (sözlərinə davam verərək) bunları buyurmuşdur.

4 Həzrət peyğəmbərin barələrində xəbər verdiyi əhd-peymanlarını pozan «nakisin» – yəni, Cəməl səhabələri, Təlhə, Zübeyr ardıcılları, zülm sitəm törədən «qasitin» – yəni, Müaviyə Şam qoşunu dindən çıxan «mariqin» – yəni, Nəhrəvan xəvarici mənimlə döyüşüb azğınlıq yoluna düşəcəklər.

1 Batili səhvi iddia edən hər kimsə ona görə camaatı şübhəyə salmağa batili haqq şəklinə salaraq bəhanəyə çevirməyə məcburdur.

2 Mən elələrindən deyiləm ki, fitnənin, qarışıqlığın baş verəcəyini bilim, izlərini müşahidə edim onu aşkar görənə qədər qarşısını almağa çalışmayım. Əksinə, fitnə-fəsadın əlamətlərini görən kimi özümü onun qarşısını almağa hazırlayıram. Qısası, Təlhə, Zübeyr ardıcıllarının bu nadürüst sözlərdən məqsədi fitnə qarışıqlıq salmaqdır mən onları məqsədlərinə çatmağa qoymayacağam.

1 Çünki insan qaçmaq üçün əlac tapmaq niyyətinə düşür. Hərəkət edib çalışır bunun özü ömrün müddətini gödəltməklə nəticələnir. Ömrün anlarını əldən vermək isə ölümə yaxınlaşmanı tələb edir. Xülasə, ölüm heç kəsin- haqqın, batilinsinəsindən imtina etmir.

2 Camaatın haqqa etinasızlığının, haqq əhlinin məzlumluğunun, batilə tapınmalarının batil əhlinin qələbə qüdrətinin səbəblərini təhqiq edib axtarmışam.

3 Çünki qəzavü qədərin mürəkkəb məsələlərindəndir. Sizin ağıl fəhminiz onu dərk etmək üçün məhduddur. Buna oxşar cümlə Həzrətin beşinci xütbəsində işlənmişdir: انْدَمَجْتُ عَلى مَكْنُونِ عِلْمٍ لَّوْ بُجْتُ بِهِ لَاضْطَرَبْتُمُ اضْطِرَابَ الْأَرْشِيَةِ فِى الطَّوِىِّ الْبَعِيدَةِ Yəni, mənim sükutum gizli bir elmdə qərq olmağıma görədir. Bildiklərimi zahir edib göstərsəm, sizlər dərin quyuda titrəyən kəndirtək əsib iztirab çəkərsiniz.

4 Çünki İslamın qalması müsəlmanların dünya axirət işlərinin nizam-intizamı Allah-təalanın birliyində Həzrət Peyğəmbərin sünnəsinə tabe olmaqdadır.

1 Bu cümlə وَغَداً مُفارِقُكُمْyəni, «sabah sizin aranızdan gedəcəyəm»dir. Sərahəti aşkarlığı bundadır ki, O Həzrət ölüm vaxtını hər şeyi bilirdi. Çünki İmam «بِما كَانَ وَ ما يَكُونُ وَ ما هُوَ كآئِنٌ» «baş vermişlər, baş verənlər verəcəkləri» bilirdi. Bu məzmunda başqa cümləni doxsan ikinci xütbədə buyurmuşdur: فَاسْئَلُونِى قَبْلَ أَنْ تَفْقِدُونِى yəni, – «məni tapmayacağınız gündən əvvəl soruşunBunun şərhi verilmişdir. Eyni zamanda, sünni şiə alimləri, böyük şəxsiyyətləri o Həzrətin digər İmamların - əleyhimus-salam - keçmişdən, gələcəkdən hazırki dövrdən qeyb xəbərlərinin olduğunu öz rəvayətlərində etiraf edib təsdiqləyirlər.

2 Qısası, əgər ölsəm, təəccüblü bir şey olmaz. Çünki bu kimi tezliklə məhv olan işlərin çox olduğu bir dünyada olmuşuq. Bu iki cümlədəki şübhə, İmamın keçmişi, indiki zamanı gələcəyi bilməsi haqda dediklərimizə zidd deyil. Çünki bu kimi sözlər alimin öz məsləhətinə uyğun olaraq özünü bir işdə tərəddüdü olan kimsə kimi göstərməsinə bənzər. Allah-təalanın Qurani-Kərimin Ali-İmran surəsinin 144- ayəsində buyurduğu kimi « وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ» «Məhəmməd özündən əvvəl peyğəmbərlər kimi olan ölən elçidən başqa kimsə deyil. Əgər o ölsə ya müharibədə öldürülsə, siz gerimi dönəcəksiniz? Dininizdən dönüb cihadı tərk edəcəksiniz?» «Həyatını qorumaq əqli şəri cəhətdən vacib olduğu, bir kimsənin bilərəkdən özünü təhlükəyə atması caiz olmadığı halda, İbn Mülcəmin onu qılıncla şəhid edəcəyini bilməsinə baxmayaraq, Əmirəl-möminin həmin axşam məscidə niyə təşrif apardıdeyə etiraz edənlərin cavabı budur ki, Allah-təala bəqa ilə liqanı, yəni, bu dünyada qalmağı ya ilahinin yanına, dərgahına getməyi onun ixtiyarına buraxmışdı. O Həzrət getməyi seçdi. Bu, bəzi rəvayətlərin mənasını təşkil edir. Buna görə həyatı qorumaq hər yerdə vacib deyil belə hallarda ağlın elə bir hakimiyyəti olmadığına görə ağla tabe olmaq lazım deyil. Çünki mütləq əcəldən qaçmaq mümkün deyil.

1 Mən dünyadan getdikdə başqası məqamımı qəsb edərək hamıya zülm edib divan tutduqda mənim qədrim, məqamım, ədalətim, dada yetməyim mehribanlığım aşkar olacaq.

1 Əsas yola qədəm qoymadıqlarından fitnə-fəsad törəyəcək. Yaxşılara zülm-sitəm edib nahaq qanlar tökəcəklər.

2 Gələcəyin fitnələrini görsəydiniz, o dövrün məzlumları kimi «ey kaş, bu dünyada olmayaydıq» deyib arzulardınız.

3 Hələ İslamın ilk illərində başqaları mənim haqqımı qəsb edib, hər layiqsiz insan xəlifəlik iddiasına düşürsə, dünyanın hər yerində fitnə-fəsad başlayıbsa, vaxt keçdikcə mənim sizə xəbər verdiyimi anlayacaqsınız.

4 qədər çalışıb zəhmət çəksələr görüşməyə layiq olanlardan ilahi hikmət sahiblərindən başqa heç kim Onu görməyəcək.

1 Onlar üçün gizlində aşkarda səadət, xoşbəxtlik, elm əməl hazırlığı görüləcək.
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə