11
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük hədiyyə
RUSİYA: KAPİTAN MARKO
“Bu, nədir?” Sovet kapitanı Marko uşaqdan yapışdı. “Nə istəyirsən?”
On iki yaşlı oğlan kommunist məmurunun
qarşısında öz qorxusunu gizlətdi. “Kapitan,
mənim valideynlərimi həbsxanaya salan siz-
siniz. Bu gün anamın ad günüdür, mən də ad
günündə həmişə ona çiçək alıram.”
“Anam mənə düşmənlərimi sevməyi və
pisliyə yaxşılıq ilə cavab verməyi öyrətdiyi
üçün çiçəkləri uşaqlarınızın anası üçün
gətirmişəm. Zəhmət olmasa, bu çiçəkləri
həyat yoldaşınıza verin, mənim və Məsihin
sevgisi haqqında ona danışın.”
Məsihçilər amansızca döyülərkən və
işgəncələrə məruz qalarkən biganə tərzdə ba-
xan kapitan Marko oğlanın sevgi hərəkətinə
heyrət etdi. O, göz yaşları içərisində asta-
ca yazı masasından ayrılaraq oğlanı bir ata
kimi qucaqladı. Markonun ürəyi Məsihin
məhəbbəti vasitəsilə dəyişildi. O, artıq
məsihçiləri həbs edib onlara işgəncə verə
bilmirdi və tezliklə onun özünü həbs etdilər.
Oğlanla söhbətdən bir ay sonra Marko
özünün əvvəllər həbs etdiyi və işgəncə verdi-
yi məsihçilərin bəziləri olan çirkli həbsxanaya
düşdü. O, ağlayaraq öz məhbus yoldaşlarına
uşaq və sadə çiçək hədiyyəsi barədə danışdı.
O, əvvəllər axtarışında olduğu və hücum et-
diyi insanlar ilə birlikdə həbsxanada qalmağı
özü üçün fəxr hesab etdi.
Səxavətlilik imanlı üçün ikinci təbiətdir.
İsa öyrətmişdi ki, əsl imanlılar öz sevgilərini
göstərməklə tanınacaq. Təkcə sevgimizin
əvəzinə bizi sevənlərə deyil. Çox vaxtlar
yad insanlara, hətta düşmənlərə səxavət
göstərmək İsanın təlimlərinin ən yax-
şı tətbiqidir. Bizim hərəkətlərimizə şahid
olanlar, bunları görəndə valeh olurlar.
Ədalətsiz olaraq işdən çıxarılmış və müdiri
üçün dua edən incidilmiş məsihçini təsvir
edin. İçkili olan sürücüyə valideynlərinin
verdiyi əfv hədiyyəsini təsvir edin. Dün-
ya səxavəti başa düşmür. Amma eyni za-
manda, bu, hamıya təsir göstərir. Biz
səxavətlə başqalarına verəndə Allahın
özünə bənzəmədiyimizi görürük. Allah
dünyaya sevgisini göstərmək üçün yeganə
Oğlunu verdi və bizə xilas gətirdi. Siz bu
gün kiminsə ürəyini Allahın padşahlığına
açmaq üçün nə verə bilərsiniz?
Sizsə düşmənlərinizi sevin, onlara
yaxşılıq edin.
Luka 6:35
12-ci
gün
BÖYÜK
SADİQLİK
Rəhilənin hirslənmiş ailəsi Səliməni
“müsəlmançılığa dönük çıxmış” biri kimi it-
tiham edirdilər, bu ittiham Pakistanda ölüm
cəzası ilə nəticələnə bilər. Səlimə ilə pastoru
həbs olundular və onun valideynləri istintaq
edildilər və döyüldülər. Polis mühafizəsində
qalarkən onu təhqir etdilər, amma o, imanı-
nı inkar etmədi. Əslində Səlimə başqalarını
da Məsihə gətirmək ümidi ilə həbsxanada
sakitcə mahnı oxudu.
Rəhilə evlərindən qaçdı, amma ailəsi onu
tapıb evə gətirdi. Ailəsi ona axırıncı dəfə
imanından dönməyi və Məhəmmədə qayıt-
mağı təklif edəndə o, bundan imtina etdi.
Onun bu “cinayətinə” görə öz ailəsi Rəhiləni
öldürdülər.
Səlimə uzun məhkəmə proseslərindən
keçdi. Rəhilənin ailəsi qızlarının ölümünə
görə onu günahlandırırdılar. Nəhayət, itti-
hamlar bitdi. Amma Səlimənin həyatı daha
heç vaxt həminki kimi olmayacaqdı. Radi-
kal müsəlmanların onu öldürməsindən qor-
xaraq, o, məcbur oldu ki, Pakistanın başqa
bir hissəsinə köçsün. Amma tikanlar, dağlar
və çətinliklər imanını zəiflətmədi. İndi o,
müjdəçi kimi xidmət etməyə hazırlaşır. O de-
yir: “Dağ nə qədər böyük olsa da, İsa qalib
gəlməkdə sizə kömək edəcək!”
Böyük müjdəçilik
PAKİSTAN: SƏLİMƏ VƏ RƏHİLƏ
“Əgər sən çarmıxını daşımağı vəd etmisənsə, tikanlar, dağlar və çətinliklər ilə dolu bir həyat
olacaq” – pakistanlı yeniyetmə oğlan mətanətli bir səslə söylədi. Müsəlmançılığın hökmranlıq
etdiyi Pakistanda yaşayan Səlimə öz imanını sinif yoldaşı Rəhilə ilə bölüşdü, o da Məsihi qəbul etdi.
Müjdəçilər çox vaxt xüsusi qüvvələrə ma-
lik insanlar kimi – bizim xeyrimizə hərəkət
edən Allahın iman ordusunda özünəməxsus
bir qrup kimi təsvir olunurlar. Həqiqət bu-
dur ki, hər bir imanlı müjdəçi olmağa çağı-
rılıb. Allahın ən dəyərli işlərindən bəziləri
mətbəx stolu ətrafında, qəhvə içərkən, qon-
şunun evində baş verə bilər. Bizim tapşırı-
ğımız bizi haraya aparsa da, tapşırığımı-
zın özəyi eyni qalır. Biz Məsihin sevgisini
bölüşməyə təyin olunmuşuq. Bəziləri üçün
ən yaxın dostları ilə imanlarını bölüşmək
qəhrəmanlıq şücaəti ola bilər. Başqaları
üçün isə mədəniyyətin müxtəlifliyi onların
müjdəçilik ərazisini yaratmış olacaq. Bizim
tapşırığımızın ölçüsü vacib olan şey deyil.
Bizim marağımız ən vacib şeydir. Məsihin
xoş xəbərini yaymaq üçün nə qədər uzaq-
lara getmək istərdiniz?
Sən Məsihdə malik olduğumuz
hər xeyirli şeyi dərk etdikcə
imanını başqaları ilə paylaşmaqda
fəal olmağın üçün dua edirəm.
Filimon 6
13
BÖYÜK
SADİQLİK
gün
-cü
Dr. Cob Hindistanda “Şəhidlərin Səsi”
təşkilatına rəhbərlik edir və çox vaxt
məhdudiyyət qoyulmuş xalqlarda məsihçiləri
ruhlandırmaq üçün səyahətlər edərək həyatını
təhlükə altına salır. O, həm də Hindistanda
böyük toplantılarda vəz edir və minlərlə insa-
nın Məsihə gəldiyini görüb.
Onun işi öz doğma diyarında olan radi-
kal hindliləri hirsləndirib. 1999-cu ilin iyun
ayında Dr. Cob maşınında gedərkən ona bir
daş atılaraq maşının şüşəsindən keçib onun
alnına dəymişdi, çoxlu qan itirərək ağır ya-
ralanmışdı. Bundan bir həftə sonra Dr. Co-
bun ən kiçik oğlu Maykl həkim olmaq üçün
təhsil aldığı tibb universitetinin yaxınlığın-
dan keçərkən böyük sürətlə sürən Fiat maşı-
nı Mayklı vurub qaçdı. Onu vuran şəxs heç
vaxt tapılmadı. Maykl ağır yaralandı, koma-
ya düşdü və bir gün sonra öldü.
Cobun vəd etdiyi kimi, oğlunun itkisi onu
xidmətdən saxlamadı. Mayklın ölümündən
sonra Dr. Cob minlərlə insanı Məsihə
gətirərək böyük toplantılarda daha çox vəz
etdi. Dr. Cobun xidmətinin qiyməti çox baha
idi: öz oğlu. Amma o, tək deyil. Allah da
başqalarını xilas etmək üçün oğul itirməyin
nə olduğunu bilir.
Böyük qiymətlər
HİNDİSTAN: Dr. P. P. COB
“Mən sanki qollarımdan birinin kəsilib atıldığını hiss edirəm” – Dr. P. P. Cob dedi. Bu, onun
həyatında ən çətin vəz idi: öz oğlunun dəfn mərasimi. Onun səsindən ağır tonla danışdığı
hiss olunurdu. “Amma əlimdə hər nəyim varsa, Məsihin padşahlığına xidmət etməkdə davam
edəcəyəm.”
Təqib olunmuş məbəd üçün irəlidəki yol
enişdir və uzun ola bilər. İki min ildən ar-
tıqdır ki, Məsihin Müjdəsinə qarşı bir çox
insanlar pis niyyətlərlə doludurlar. Bir
məsihçi kimi – hətta bizdən belə etmək heç
vaxt tələb olunmasa da, qiymət ödəməyə
hazır olmalıyıq. Bu, İbrahimin həyatının
dərsidir. O, İshaqı – onun vasitəsilə xeyir-
duanın gələcəyi insanı qurban gətirmək
istəyirdi. Bizim Məsihə həsr olunmağı-
mız üçün qurban verməyə hazırlığımız
bizi güclü edir. Qurban ideyası bizim
məqsədlərimizi aydınlaşdırır. Qurban bi-
zim xasiyyətimizi möhkəmləndirir. Bizə
nəyinsə bahasına başa gələn həsr olunma
Məsih üçün ailəmizi, qonşuluğumuzu və
dünyamızı dəyişdirir. Biz necə güclü olma-
ğı öyrənirik. Baxmayaraq ki, bizə əziz olan
şeyləri itirmək istəmirik – biz istənilən
vəziyyətdə həsr olunmamızda ruhdan
düşməmək üçün mübarizə aparırıq.
Uşağa əl qaldırma və ona bir
şey etmə. İndi bildim ki, sən
Allahdan qorxursan; öz yeganə
oğlunu Məndən əsirgəmədin.
Yaradılış 22:12
Dostları ilə paylaş: |