Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə6/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   2   3   4   5   6   7   8   9   ...   122

11
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük hədiyyə 
RUSİYA: KAPİTAN MARKO 
“Bu, nədir?” Sovet kapitanı Marko uşaqdan yapışdı. “Nə istəyirsən?” 
On iki yaşlı oğlan kommunist məmurunun 
qarşısında öz qorxusunu gizlətdi. “Kapitan, 
mənim valideynlərimi həbsxanaya salan siz-
siniz. Bu gün anamın ad günüdür, mən də ad 
günündə həmişə ona çiçək alıram.”
“Anam mənə düşmənlərimi sevməyi və 
pisliyə yaxşılıq ilə cavab verməyi öyrətdiyi 
üçün çiçəkləri uşaqlarınızın anası üçün 
gətirmişəm. Zəhmət olmasa, bu çiçəkləri 
həyat yoldaşınıza verin, mənim və Məsihin 
sevgisi haqqında ona danışın.”
Məsihçilər amansızca döyülərkən və 
işgəncələrə məruz qalarkən biganə tərzdə ba-
xan kapitan Marko oğlanın sevgi hərəkətinə 
heyrət etdi. O, göz yaşları içərisində asta-
ca yazı masasından ayrılaraq oğlanı bir ata 
kimi qucaqladı. Markonun ürəyi Məsihin 
məhəbbəti vasitəsilə dəyişildi. O, artıq 
məsihçiləri həbs edib onlara işgəncə verə 
bilmirdi və tezliklə onun özünü həbs etdilər. 
Oğlanla söhbətdən bir ay sonra Marko 
özünün əvvəllər həbs etdiyi və işgəncə verdi-
yi məsihçilərin bəziləri olan çirkli həbsxanaya 
düşdü. O, ağlayaraq öz məhbus yoldaşlarına 
uşaq və sadə çiçək hədiyyəsi barədə danışdı. 
O, əvvəllər axtarışında olduğu və hücum et-
diyi insanlar ilə birlikdə həbsxanada qalmağı 
özü üçün fəxr hesab etdi. 
Səxavətlilik imanlı üçün ikinci təbiətdir. 
İsa öyrətmişdi ki, əsl imanlılar öz sevgilərini 
göstərməklə  tanınacaq.  Təkcə  sevgimizin 
əvəzinə  bizi  sevənlərə  deyil.  Çox  vaxtlar 
yad  insanlara,  hətta  düşmənlərə  səxavət 
göstərmək  İsanın  təlimlərinin  ən  yax-
şı  tətbiqidir.  Bizim  hərəkətlərimizə  şahid 
olanlar,  bunları  görəndə  valeh  olurlar. 
Ədalətsiz olaraq işdən çıxarılmış və müdiri 
üçün dua edən incidilmiş məsihçini təsvir 
edin.  İçkili  olan  sürücüyə  valideynlərinin 
verdiyi  əfv  hədiyyəsini  təsvir  edin.  Dün-
ya  səxavəti  başa  düşmür.  Amma  eyni  za-
manda,  bu,  hamıya  təsir  göstərir.  Biz 
səxavətlə  başqalarına  verəndə  Allahın 
özünə  bənzəmədiyimizi  görürük.  Allah 
dünyaya sevgisini göstərmək üçün yeganə 
Oğlunu verdi və bizə xilas gətirdi. Siz bu 
gün kiminsə ürəyini Allahın padşahlığına 
açmaq üçün nə verə bilərsiniz?
Sizsə düşmənlərinizi sevin, onlara 
yaxşılıq edin.
Luka 6:35


12-ci
gün
BÖYÜK 
SADİQLİK
Rəhilənin hirslənmiş ailəsi Səliməni 
“müsəlmançılığa dönük çıxmış” biri kimi it-
tiham edirdilər, bu ittiham Pakistanda ölüm 
cəzası ilə nəticələnə bilər. Səlimə ilə pastoru 
həbs olundular və onun valideynləri istintaq 
edildilər və döyüldülər. Polis mühafizəsində 
qalarkən onu təhqir etdilər, amma o, imanı-
nı inkar etmədi. Əslində Səlimə başqalarını 
da Məsihə gətirmək ümidi ilə həbsxanada 
sakitcə mahnı oxudu. 
Rəhilə evlərindən qaçdı, amma ailəsi onu 
tapıb evə gətirdi. Ailəsi ona axırıncı dəfə 
imanından dönməyi və Məhəmmədə qayıt-
mağı təklif edəndə o, bundan imtina etdi. 
Onun bu “cinayətinə” görə öz ailəsi Rəhiləni 
öldürdülər. 
Səlimə uzun məhkəmə proseslərindən 
keçdi. Rəhilənin ailəsi qızlarının ölümünə 
görə onu günahlandırırdılar. Nəhayət, itti-
hamlar bitdi. Amma Səlimənin həyatı daha 
heç vaxt həminki kimi olmayacaqdı. Radi-
kal müsəlmanların onu öldürməsindən qor-
xaraq, o, məcbur oldu ki, Pakistanın başqa 
bir hissəsinə köçsün. Amma tikanlar, dağlar 
və çətinliklər imanını zəiflətmədi. İndi o, 
müjdəçi kimi xidmət etməyə hazırlaşır. O de-
yir: “Dağ nə qədər böyük olsa da, İsa qalib 
gəlməkdə sizə kömək edəcək!”
Böyük müjdəçilik 
PAKİSTAN: SƏLİMƏ VƏ RƏHİLƏ 
“Əgər sən çarmıxını daşımağı vəd etmisənsə, tikanlar, dağlar və çətinliklər ilə dolu bir həyat 
olacaq” – pakistanlı yeniyetmə oğlan mətanətli bir səslə söylədi. Müsəlmançılığın hökmranlıq 
etdiyi Pakistanda yaşayan Səlimə öz imanını sinif yoldaşı Rəhilə ilə bölüşdü, o da Məsihi qəbul etdi. 
Müjdəçilər çox vaxt xüsusi qüvvələrə ma-
lik insanlar kimi – bizim xeyrimizə hərəkət 
edən Allahın iman ordusunda özünəməxsus 
bir qrup kimi təsvir olunurlar. Həqiqət bu-
dur ki, hər bir imanlı müjdəçi olmağa çağı-
rılıb. Allahın ən dəyərli işlərindən bəziləri 
mətbəx stolu ətrafında, qəhvə içərkən, qon-
şunun evində baş verə bilər. Bizim tapşırı-
ğımız  bizi  haraya  aparsa  da,  tapşırığımı-
zın özəyi eyni qalır. Biz Məsihin sevgisini 
bölüşməyə təyin olunmuşuq. Bəziləri üçün 
ən  yaxın  dostları  ilə  imanlarını  bölüşmək 
qəhrəmanlıq  şücaəti  ola  bilər.  Başqaları 
üçün isə mədəniyyətin müxtəlifliyi onların 
müjdəçilik ərazisini yaratmış olacaq. Bizim 
tapşırığımızın ölçüsü vacib olan şey deyil. 
Bizim marağımız ən vacib şeydir. Məsihin 
xoş xəbərini yaymaq üçün nə qədər uzaq-
lara getmək istərdiniz? 
Sən Məsihdə malik olduğumuz 
hər xeyirli şeyi dərk etdikcə 
imanını başqaları ilə paylaşmaqda 
fəal olmağın üçün dua edirəm.
Filimon 6


13
BÖYÜK 
SADİQLİK
gün
-cü
Dr. Cob Hindistanda “Şəhidlərin Səsi” 
təşkilatına rəhbərlik edir və çox vaxt 
məhdudiyyət qoyulmuş xalqlarda məsihçiləri 
ruhlandırmaq üçün səyahətlər edərək həyatını 
təhlükə altına salır. O, həm də Hindistanda 
böyük toplantılarda vəz edir və minlərlə insa-
nın Məsihə gəldiyini görüb. 
Onun işi öz doğma diyarında olan radi-
kal hindliləri hirsləndirib. 1999-cu ilin iyun 
ayında Dr. Cob maşınında gedərkən ona bir 
daş atılaraq maşının şüşəsindən keçib onun 
alnına dəymişdi, çoxlu qan itirərək ağır ya-
ralanmışdı. Bundan bir həftə sonra Dr. Co-
bun ən kiçik oğlu Maykl həkim olmaq üçün 
təhsil aldığı tibb universitetinin yaxınlığın-
dan keçərkən böyük sürətlə sürən Fiat maşı-
nı Mayklı vurub qaçdı. Onu vuran şəxs heç 
vaxt tapılmadı. Maykl ağır yaralandı, koma-
ya düşdü və bir gün sonra öldü. 
Cobun vəd etdiyi kimi, oğlunun itkisi onu 
xidmətdən saxlamadı. Mayklın ölümündən 
sonra Dr. Cob minlərlə insanı Məsihə 
gətirərək  böyük toplantılarda daha çox vəz 
etdi. Dr. Cobun xidmətinin qiyməti çox baha 
idi: öz oğlu. Amma o, tək deyil. Allah da 
başqalarını xilas etmək üçün oğul itirməyin 
nə olduğunu bilir.
Böyük qiymətlər 
HİNDİSTAN: Dr. P. P. COB 
“Mən sanki qollarımdan birinin kəsilib atıldığını hiss edirəm” – Dr. P. P. Cob dedi. Bu, onun 
həyatında ən çətin vəz idi: öz oğlunun dəfn mərasimi. Onun səsindən ağır tonla danışdığı 
hiss olunurdu. “Amma əlimdə hər nəyim varsa, Məsihin padşahlığına xidmət etməkdə davam 
edəcəyəm.”
Təqib olunmuş məbəd üçün irəlidəki yol 
enişdir və uzun ola bilər. İki min ildən ar-
tıqdır ki, Məsihin Müjdəsinə qarşı bir çox 
insanlar  pis  niyyətlərlə  doludurlar.  Bir 
məsihçi kimi – hətta bizdən belə etmək heç 
vaxt  tələb  olunmasa  da,  qiymət  ödəməyə 
hazır  olmalıyıq.  Bu,  İbrahimin  həyatının 
dərsidir. O, İshaqı – onun vasitəsilə xeyir-
duanın  gələcəyi  insanı  qurban  gətirmək 
istəyirdi.  Bizim  Məsihə  həsr  olunmağı-
mız  üçün  qurban  verməyə  hazırlığımız 
bizi  güclü  edir.  Qurban  ideyası  bizim 
məqsədlərimizi  aydınlaşdırır.  Qurban  bi-
zim  xasiyyətimizi  möhkəmləndirir.  Bizə 
nəyinsə bahasına başa gələn həsr olunma 
Məsih  üçün  ailəmizi,  qonşuluğumuzu  və 
dünyamızı dəyişdirir. Biz necə güclü olma-
ğı öyrənirik. Baxmayaraq ki, bizə əziz olan 
şeyləri  itirmək  istəmirik  –  biz  istənilən 
vəziyyətdə  həsr  olunmamızda  ruhdan 
düşməmək üçün mübarizə aparırıq.
Uşağa əl qaldırma və ona bir 
şey etmə. İndi bildim ki, sən 
Allahdan qorxursan; öz yeganə 
oğlunu Məndən əsirgəmədin.
Yaradılış 22:12


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə