Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə24/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   20   21   22   23   24   25   26   27   ...   122

65
gün
-ci
BÖYÜK 
SADİQLİK
“Düşərgələrdə məni məcbur etmişdilər ki
yerin altında şaxtada işləyim. İş çox çətin idi 
və bizim mühafizəçilərimizdə şəfqət və insan 
mədəniyyəti yox idi. Bir gün şaxtada hadisə 
oldu. Mənim belim zədələndi və o gündən 
bəri mən qozbeləm.
‘Bir gün’ – məktub davam edir. ‘Mənim 
üzümə baxmaqdan əl çəkməyən bir oğlan var 
idi.’ O mənə dedi: ‘Dayı, sizin belinizdə nə 
var?’
Mən əmin idim ki, kobud bir zarafat 
eşidəcəyəm, amma buna baxmayaraq dedim: 
‘Qozbeləm.’
Uşaq səmimi bir tərzdə gülüb dedi: ‘Xeyr. 
Allah sevgidir. O, heç kimi eybəcər etmir. 
Sizin beliniz qozbel deyil. Bu, çiyinlərinizin 
altında qutudur. Qutunun içində gizlənən isə 
mələk qanadlarıdır. Bir gün qutu açılacaq və 
siz mələk qanadlarınız ilə göylərə uçacaqsı-
nız.’
Mən sevincimdən ağlamağa başladım. 
Hətta indi sizə yazanda da ağlayıram.” 
Məktub belə bitir.
Bir çox təqib olunmuş məsihçilər öz 
bədənlərində həyat təcrübələrinin əlamətlərini 
gəzdirirlər. Bəzən Allah bu yaraların altında 
olan gizli xeyir-duaları, hətta məsum bir uşa-
ğın səsi ilə onlara xatırlatmalıdır. 
Böyük qanadlar 
RUSİYA: QOZBEL İNSAN
“Mən bir çox illərimi Sovet islah əmək koloniyalarında keçirmişəm” – əl ilə yazılmış məktub 
belə başlayır. Mətn səliqəli idi, amma əlin azacıq əsdiyi hiss olunurdu. Bu göstərirdi ki, insan 
yaşlıdır və çox illərini həbsxanada keçirib. 
Göylərdə yalnız bir xatırladan şey var. 
İsa  hətta  öz  izzətlənmiş  diri  bədənində 
də  öz  təqibinin  yara  izlərini  daşıyır.  İsa 
dirilməsindən  dərhal  sonra  şagirdlərinə 
yara  izlərini  göstərdi.  Tomas  onun 
böyründə  və  əllərində  olan  yaralara  to-
xundu.  Bir  gün  göylərə  gedəndə  onun 
mıxlanmış  əlləri  bizi  də  qucaqlayacaq. 
Yaralar  Onun  əzablarından  irəli  gəlmiş 
xeyir-duaları  bizə  xatırladacaq.  Amma 
bizim  çətin  həyatlarımızdan  yaranan  ya-
ralar  yeni,  göylərdəki  bədənimizdə  yoxa 
çıxacaq. Onun xatirinə əzablara, təhqirlərə 
və  ədalətsizliklərə  dözənlər  öz  yaraları-
nı  bir-bir  Allahın  zəngin  xeyir-duası  ilə 
dəyişəcək. 
Ölülərin dirilməsi də belədir. Əkilən 
toxum çürüyər, ondan əmələ gəlib 
dirilən bədən çürüməz.
1 Kor. 15:42


66
BÖYÜK 
SADİQLİK
-cı
gün
Bir neçə il sonra kommunistlər tələb 
etdilər ki, öz rəhbərləri olan Maonun şəklini 
pastor Uanq məbədində divardan assın. 
“Mənim məbədimdə hətta İsanın şəkli 
belə yoxdur” – pastor dedi. “Mən yapon 
imperatorunun və eləcə də Maonun şəklini 
asmaqdan imtina edirəm.”
Uanq 1955-ci ildə həbs olunmuşdu və 
iki il şiddətli işgəncələrə məruz qalmış-
dı və onun beynindən bu fikirləri çıxarma-
ğa çalışmışdılar. İşgəncələrdən dəli olmaq 
dərəcəsinə gələn Uanq nəhayət xalqa qarşı 
bütün “cinayətlər”ini qeyd edərək “etiraf” 
sənədini imzaladı. Etirafdan sonra pastor 
Uanq həbsxanadan çıxdı. 
Amma həbsxanadan kənarda sülh yox idi. 
O özü-özünə söylədi: “Mən Yəhuda kimiyəm. 
Mən Məsihi inkar edən Peter kimiyəm.” 
Nəhayət, o, Çin polisinin yanına getdi. 
“Mən etirafımı inkar edirəm” – o, onlara 
dedi. “Mənimlə nə istəyirsiniz edin.”
Mühafizəçilər təkcə Uanqı yenidən 
həbsxanaya salmaqla qane olmadılar. Onlar 
onun həyat yoldaşını da həbsxanaya saldılar. 
Həbsxanada olarkən o, məktubunda yazmış-
dı: “Mənim üçün narahat olmayın. Mən bir 
çox sərçələrdən daha qiymətliyəm.”
Uanq Min-tao yalnız Xilaskarını sevdiyinə 
görə təqsirkar olaraq həbsxanada öldü.
Böyük qayıtma 
ÇİN: PASTOR UANQ MİN-TAO 
“Mən buna yol verməyəcəyəm” – çinli pastor Uanq Min-tao yapon əsgərlərinə dedi. “Mən 
imperatorun şəklini məbədimdən asmayacağam.” 
Kim İsa Məsihi tutmaq istəyənləri vuran 
Peter kimi cəsarətli olmaq istərdi? Bəs eyni 
misalda  qarşıdurmadan  qorxaraq  Məsihi 
inkar edən Peter kimi zəif insan kim olmaq 
istərdi?  Allah  insan  olduğumuza  görə  bi-
zi danlamır. O, bizim zəifliklərimizi qəbul 
edir və yenidən güclənənədək bizimlə çalı-
şır. Allah Peteri və başqa imanlıları Uanq 
Min-tao kimi yenidən iman mövqeyinə qay-
tardığı  kimi  bizim  də  güclü  cəsarətimizi 
bərpa  edə  bilər.  Məsihi  dəstəkləmək  üçün 
hansısa bir imkanı əlinizdən buraxdığınızı 
xatırlayırsınızmı? Allahdan xahiş edin ki, 
sizi  bu  gün  bərpa  etsin.  O,  möhkəm  qal-
maqda növbəti imkana görə hətta sizi indi 
bərpa edəcək. 
Allahınız Rəbbə tərəf 
qayıdın. Çünki O, lütfkar və 
rəhmlidir, hədsiz səbirlidir, bol 
məhəbbətlidir. 
Yoel 2:13


67
gün
-ci
BÖYÜK 
SADİQLİK
Rumıniyalı məhbuslar hər gün işləməyə 
məcbur edilmişdilər, amma hər şənbə günü 
Florea imtina edirdi. İmtina etdiyinə görə 
mühafizəçilər onu elə pis döymüşdülər ki, o, 
qollarını və ayaqlarını istifadə edə bilmirdi. 
O, yalnız öz başını tərpədə bilirdi. 
Artıq işləyə bilmədiyi üçün Florea bütün 
günü həbsxanada oturmağa məcbur edildi. O, 
yeməyini yemək üçün başqa məhbuslardan 
asılı idi. Belə vəziyyətdə olmasına baxmaya-
raq Florea ruhdan düşməmişdi. 
Başqa məhbuslar onun vəziyyəti haqqın-
da şikayət edəndə Florea onları ruhlandırır-
dı: “Əgər mənzərə pisdirsə, çalışın yuxarıya 
baxasınız”. Stefan daşlananda o, yuxarıya 
baxdı və İsanın Allahın sağında oturduğunu 
gördü. Bu, Stefanın ürəyinə təsəlli verdi və 
sizə də təsəlli verəcək.” O, məhbus yoldaş-
larını ruhlandırırdı ki, vəziyyətlərinə deyil, 
“yuxarıya” İsaya baxsınlar.
Floreanın məhbus yoldaşlarından biri Ri-
çard Vurmbrand idi. Riçard həbsxanadan çı-
xandan sonra Floreanın doqquz yaşlı oğlunu 
tapdı. O, Floreanın oğluna söylədi ki, atası 
həbsxanada onun üçün böyük xeyir-dua olub. 
Oğlan gülümsünüb cavab verdi: “Mən də 
atam kimi Məsih üçün əzab çəkən və ruhlan-
dıran bir şəxs olmaq istəyərdim.” 
Böyük mənzərə 
RUMINİYA: FLOREA 
“Rəbbimiz bizə əmr edib ki, şənbə gününü yadda saxlayaq və müqəddəs tutaq” – Florea 
həbsxana mühafizəçilərinə sakit tərzdə söylədi. “Mən bu gün işləyə bilmərəm.”
Məsihçiliyin  müəyyən  vəziyyətlərdə 
üstünlükləri  yoxdur.  Gözəl  ev.  Gözəl  ailə. 
Yaxşı  sağlamlıq.  Yox,  məsihçi  istənilən 
və  bütün  vəziyyətlərə  qarşı  müəyyən 
münasibətə  malik  biridir.  Vəziyyətlərə 
baxmayaraq, 
insanın 
münasibəti 
fərqliliklər  yaradır.  Səmavi  münasibət  sı-
nağın içərisində Allahın hüzuruna diqqəti 
cəmləyir. 
Çətinliklərimizə 
diqqətimizi 
cəmləmək  göylərə  baxmaqdan  bizi  saxla-
yır.  Biz  özümüzü  yük  altında  hiss  edirik. 
Ruhdan düşmüş, ümidsiz hiss edirik. Buna 
əks olaraq, çətinliklərimizə Allaha məxsus 
nəzərlərlə  baxmaq  Allahın  iş  başında  ol-
duğunu  bildirməklə  arxayınçılıq  gətirir. 
Biz Allahın hüzurunda dincəlirik, qayğıla-
rımızı  necə  yoluna  qoyacağını  gözləyirik. 
Siz  indi  hansısa  bir  sınaqdasınız?  Nəyə 
baxırsınız?  Allahdan  xahiş  edin  ki,  sizin 
enerjinizin istiqamətini dəyişdirsin ki, siz 
çətinliklərdən  kənara  baxasınız  və  Onun 
hüzurunun sizinlə olduğunu hiss edəsiniz. 
Məsih İsa necə düşündü,  
siz də elə düşünün.
Filip. 2:5


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə