http://www.amu.edu.az
29 aprel 2016-cı il
Azərbaycan Tibb Universiteti əcnəbi tələbələrinin
sayına görə ölkəmizdə ilk yeri tutur. Xatırla-
daq ki, hazırda 24 ölkədən 1000-ə yaxın xarici
tələbə ATU-da tibb, əczaçılıq, stomatologiya ix-
tisasları üzrə müxtəlif pillələrdə təhsil alır. Dün-
yanın müxtəlif ölkələrinin vətəndaşları arasında
ATU-da təhsil almağa gələnlərin sayında artım
müşahidə olunur.
Azərbaycan Tibb Universitetini bu
tədbirdə xarici tələbələrlə iş üzrə dekan, do-
sent İsmayıl Əfəndiyev təmsil edib.
Dosent İ.Əfəndiyev tədbirdə ATU barədə
geniş təqdimatla çıxış edib, sərgiyə gələn
gənclərin və valideynlərin çoxsaylı suallarını
cavablandırıb.
Qeyd edək ki, İordaniya dövləti tərəfindən
ATU-nun diplomları rəsmən tanınındığından
bu ölkənin gənc vətəndaşlarının Azərbaycan
Tibb Universitetinə marağı ildən-ilə artır.
ATU-nun Əsaslı kitabxanasının və Azərbaycan
dili kafedrasının əməkdaşları, “Təbib” qəzetinin
kollektivi Əsaslı kitabxananın direktoru Ziyafət
xanıma atası
Sabir müəllimin
vəfatından kədərləndiklərini bildirir və dərin
hüznlə başsağlığı verirlər.
I uşaq xəstəlikləri kafedrasının əməkdaşları
kafedranın assistenti Həqiqət xanıma
bacısının
vəfatından kədərləndiklərini bildirir və dərin
hüznlə başsağlığı verirlər.
II müalicə-profilaktika fakültəsinin I kurs, 212
a
qrup
tələbəsi Nadirli Leyla Mehdi qızının adına verilmiş tələbə
bileti itdiyi üçün etibarsız sayılır.
Stomatologiya fakültəsinin I kurs, 704
b
qrup tələbəsi
Yəzdanpənah Ziya Kazım oğlunun adına verilmiş tələbə
bileti və qiymət kitabçası itdiyi üçün etibarsız sayılır.
Hümbətova Rövnaq Mahmud qızına 1975-ci ildə
Azərbaycan Tibb Universiteti tərəfindən nevropatoloq
ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün eti-
barsız sayılır.
II müalicə-profilaktika fakültəsinin III kurs, 290
b
qrup tələbəsi Dadaşov Tofiq Tahir oğlunun adına verilmiş
tələbə bileti itdiyi üçün etibarsız sayılır.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə
bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 98
c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 3000
Sifariş: 308
MİNNƏTDARLIQ
Hörmətli redaksiya, həyat yoldaşım
Mahirə Mirzəyeva bir ildən çox idi ki, daxili
qanaxmadan əziyyət çəkirdi. Respublika-
mızda 4-5 klinikada olduq, müxtəlif tex-
niki və tibbi müayinələr apardılar, müsbət
nəticə olmadı. İki dəfə İrana getdik, say-
sız-hesabsız müayinələrdən, analizlərdən
keçdi, yenə ümidverici nəticə olmadı.
Xəstədə həkimə inam azalmışdı,
dərmanlara, yoxlamalara etibar etmirdi. O,
çox arıqlamış, artıq yataqdan qalxmağa,
yeməyə həvəsi qalmamışdı. Bu vəziyyətdən
xəbər tutan qohumlar xəstəni İmişli Ra-
yon Mərkəzi Xəstəxanasının cərrahı Fərzulla
Həsənova göstərməyi məsləhət bildilər.
Fərzulla həkim xəstəyə yaxşılaşması üçün
4-5 günlük müalicə yazdı və sonra Bakı
Sağlamlıq Mərkəzinə aparmağı vacib saydı.
Xəstəni sağlamlıq mərkəzində səmimiyyətlə
qəbul etdilər. Onun müalicə həkimi Hacıqu-
lu Bağırov bütün lazımi müayinələri apar-
dı, xəstənin şikayətlərini diqqətlə dinlədi və
qərara gəldi ki, onu mütləq əməliyyat etmək
lazımdır. 4-5 günlük operativ hazırlıqdan
sonra Hacıqulu müəllim uğurlu əməliyyat
apardı. Əməliyyatdan sonra da Hacıqu-
lu müəllim intensiv müalicəni davam etdir-
di, az vaxtda xəstə xeyli yaxşılaşdı. Həkim
vacib məsləhətlərini verdi, həyat yoldaşımın
gələcək müalicəsinin aparılması yollarına aid
göstərişlər yazdı və evə buraxdı. İndi bir ay-
dan çoxdur ki, evdəyik. Mahirə xanım Hacı-
qulu həkimi, onun köməkçisi, ATU-nun rezi-
denti Püstə xanımı sonsuz minnətdarlıq hissi
ilə yad edir, onlara uzun ömür, cansağlığı,
çətin işlərində uğurlar arzulayır.
Hörmətli redaksiya, sonradan öyrəndim
ki, Hacıqulu Bağırov Azərbaycan Tibb Uni-
versitetinin ümumi cərrahlıq kafedrası-
nın dosenti, Bakı Sağlamlıq Mərkəzinin baş
həkiminin müavinidir. Mən həyat yoldaşım
Mahirə xanımın, uşaqlarımızın, nəvələrimizin
adından, şəxsən öz adımdan mərkəzin bü-
tün kollektivinə, onun baş həkimi Hikmət
Həsənova, xüsusən Hacıqulu müəllimə, Püstə
xanıma təmənnasız xidmətə görə təşəkkür
edir, minnətdarlığımı bildirirəm. Arzum bu-
dur ki, ölkəmizdə, Bakımızda belə abad, mü-
asir tələbələrə cavab verən tibb müəssisələri
çox olsun, əlbəttə, onun həssas kollektivi
kimi.
Hörmətlə,
Əsgər MİRZƏYEV,
əmək veteranı, İmişli sakini
Pensiyaya çıxan adamın sağlamlıq du-
rumu yaxşılaşır
Şəfalı əllərin var olsun, həkim!
Azərbaycan Tibb Universiteti İordaniyada
beynəlxalq təhsil sərgisinə qatılıb
Azərbaycanda
2013-cü və 2014-
cü illərdə, eləcə
də 2015-ci ilin
ötən dövrü ərzində
yerli yoluxma
nəticəsində malya-
riya halları qeydə
alınmayıb. Yalnız
2013-cü ildə 4
nəfər, 2014-cü
ildə 2 nəfər, 2015-
ci ildə isə 1 nəfər
tropik malyariyaya tutulub ki, bu da bizim ölkəmizə xarakterik
deyil. Bu ilin ötən dövrü ərzində də yerli yoluxma nəticəsində
malyariya hallarına rast gəlinməyib.
Bu faktları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə
müdiri Süleyman Məmmədov AZƏRTAC-a müsahibəsində acılayıb. Onun
sözlərinə görə, Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin
başlanğıcında sürətlə pisləşməyə başlayıb, 1993-1994-cü illərdə malyariya
hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 min 135-ə çatıb. Bu,
əsasən ağır sosial-iqtisadi şərait, o cümlədən silahlı münaqişə nəticəsində
təxminən bir milyon insanın məcburi köçkün olması ilə bağlı idi. Kür-Araz
və Lənkəran düzənliklərində 1997-ci ildə baş vermiş daşqınlar vəziyyəti
daha da ağırlaşdırmışdı. 1997-ci ildən başlayaraq genişmiqyaslı epide-
miyaya nəzarət işləri nəticəsində ölkəmizdə malyariya ilə bağlı vəziyyət
yaxşılaşmağa başlayıb. Şöbə müdiri bildirib ki, 2005-ci ildə Özbəkistanın
Daşkənd şəhərində Dünya Səhiyyə Təşkilatının Avropa Regionunda malya-
riyanın aradan qaldırılması ilə bağlı regional təşəbbüs üzrə keçirilmiş ilkin
görüşdə “Malyariyaya nəzarətdən onun eliminasiyasına (aradan qaldırılma-
sına) doğru” Regional Bəyanatı qəbul edilib. Son bir neçə il ərzində ölkədə
malyariyaya nəzarətlə bağlı əldə edilmiş əhəmiyyətli nəticələri nəzərə ala-
raq Azərbaycan Daşkənd Bəyanatını imzalamış və 2008-2013-cü illər üçün
Azərbaycan Respublikasında “Malyariyanın Eliminasiyası üzrə Milli Strategi-
ya” qəbul edilib. Bu strategiya 2008-ci il martın 3-də Azərbaycan Respub-
likasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib. Yeni milli strategiyanın
son məqsədi 2013-cü ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi idi.
Hazırda milli məqsədə nail olunub.
Qeyd edək ki, 25 aprel - Ümumdünya Malyariya Günüdür. Bu
əlamətdar gün Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə
nəzarət səylərinin artırılması məqsədilə 2007-ci ildə təsis edilib. Malyariya
insana anofeles cinsindən olan ağcaqanadlar vasitəsilə keçir. Ağcaqanad
sağlam insanı sancdıqda parazit insanın qanına keçir və yoluxma baş ve-
rir. Halsızlıq, yüksək qızdırma, üşütmə, baş ağrıları ilə özünü büruzə verən
xəstənin vəziyyətində sonradan ağırlaşmalar qeydə alınır. Lakin malyariya
müalicə olunan xəstəlikdir və bu ölümlərin qarşısını almaq mümkündür.
Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il 250 milyon
insan malyariyaya yoluxur. Təkcə 2015-ci ildə malyariyadan ölənlərin sayı
438 min nəfər olub. Problem 2009-cu ildə dünyada daha aktual olub. Ha-
zırda 3,2 milyard insan malyariyaya yoluxma təhlükəsi ilə üz–üzədir. Bu-
nunla yanaşı, dünyanın 57 ölkəsində yeni malyariya halları 75 faiz azalıb.
Universitetimizin I daxili xəstəliklər və reanimatologiya kafedrası-
nın dosenti Nağdəli Zamanovun gərgin əməyi nəticəsində ərsəyə gələn
iki cildlik “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqra-
fiyası “Elm və təhsil” nəşriyyatının vəsatəti ilə Azərbaycan Respubli-
kası Dövlət Mükafatı Komissiyasına təqdim olunub.
Qeyd edək ki, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun
ön söz yazdığı monoqrafiya 976 səhifədən, 31 fəsildən ibarətdir. Ulu
Öndərin nitqlərinin müxtəlif aspektlərinin kompleks şəkildə araşdırıl-
dığı monoqrafiya dilçilik, ədəbiyyat, jurnalistika, diplomatiya, tibb və
digər sahələrdə çalışan mütəxəssislər üçün dəyərli vəsaitdir.
“TƏBİB”
Bu il Azərbaycanda yerli yoluxma nəticəsində
malyariya halları qeydə alınmayıb
Əməkdaşımızın monoqrafiyası
Dövlət Mükafatına təqdim olunub
Allah rəh mət elə sin!
ATU-nun mətbuat xidməti