Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə5/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   2   3   4   5   6   7   8   9   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
19
 
 
 
NƏSİR  NƏSİRLİ 
 
f.r.e.n.,dosent 
ATİ-nin Magistratura və 
doktorantura  şöbəsinin 
müdiri 
 
               
 
 
 
 
 
QƏTİYYƏTLİ  VƏ YORULMAZ TƏBLİĞATÇI 
 
       1980-ci  illərin sonlarında ermənilərin Qarabağ iddiaları 
ortaya çıxdığı dövrdən Azərbaycanın hər yerində olduğu kimi 
Naxçıvanda da xalqını sevən aydınlar açıq və gizli fəaliyyətə 
başladı. Müxtəlif cəmiyyətlər və birliklər yaradılır, tanınmış 
elm, ədəbiyyat və incəsənət adamları ilə görüşlər və yığıncaqlar 
təşkil edilirdi. Bu sayaq işlərdə  fəal olan adamların hər biri 
haqqıdna xalq arasında müxtəlif informasıyalar yayılır, bu 
informasiyalarla həm görülən işlər təbliğ olunur, həm də bu 
işlərin təşkilatçıları tanınırdı. Belə insanlardan biri də 
Bünyamin Qəmbərli idi ki, bu dövrdə onun da haqqında ara-
sıra eşidirdim. 1990-cı ilin əvvəllərində isə onun özünü 
gördüm. Müstəqil dövlət ideyasının xalq kütlələrinə təbliğində 
fəal iştirak edən millətçi növqedən çıxış edən bu oğlan onun 
haqqında eşitdiklərim və danışdıqları baxımından dünya 
görmüş, oturuşmuş insan təsiri bağışlasa da görünüşdən çox 
Böyük Azərbaycan yolçusu 
 
 
20
gənc idi. Azərbaycan Dovlət Bədən Tərbiyəsi  İnstitutunu 
bitirərək Nehrəmdə müəllim işləyən bu gənc oğlanla tanışlıq, 
söhbət hər bir insanda ona maraq və hörmət hissi yaradırdı. 
Bünyamin müəllim və xalq hərəkəatında iştirak edənlərin SSRİ 
- İran sərhəddini sökməsi əhali arasında onlara inam və rəğbəti 
artırmışdı. Belə bir vəziyyətdə Bakıda 20 yanvar hadisələri baş 
verdi. Amma Naxçıvanda Xalq hərəkatına rəhbərlik edənlərlə 
Naxçıvan Rəhbərliyinin düzgün mövqe tutması  və  əlaqəli 
fəaliyyəti Naxçıvanda nəinki bu hadisələrin baş verməsinin 
qarşısını aldı, eyni zamanda SSRİ tarixində ilk dəfə heç kimin 
gözləmədiyi, bütün dünyada SSRİ-nin sarsılmazlığı fikrini alt-
üst edən, bütün SSRİ  rəhbərliyini sarsıdan və bütün müttəfiq 
respublikalarda baş qaldıran Milli Azadlıq mübarizlərinə 
qətiyyət və  cəsarət aşılayan bir hadisə baş verdi. Naxçıvan 
MSSR Ali Soveti Naxçıvanın SSRİ-nin tərkibindən çıxması 
haqqında qərar qəbul etdi. Məhz bu qərarın nəticəsində 
Azərbaycan SSR Ali Soveti də toplaşıb SSRİ-nin tərkibindən 
çıxmaq məsələsini müzakirə etdi, amma Naxşıvandan fərqli 
olaraq bu qərarı qəbul etməyə cəsarəti çatmadı. Naxçıvanda bu 
qərarın qəbul edilməsində xalq hərəkatına rəhbərlik edənlərin 
və o cümlədən Bünyamin müəllimin də rolu çox idi. 
       Bünyamin Qəmbərlinin deputatlıq dövrü xalq arasında onu 
daha çox  sevdirdi. Naxçıvan parlamentindəki ağıllı, məntiqli 
və cəsarətli çıxışları bugün də əhalinin yadından çıxmayıb. Heç 
vaxt yaddan çıxmayacaq hadisələrdən biri də yeni seçilmiş 
Naxçıvan MR parlamentinin Heydər Əliyevin sədrlik etdiyi ilk 
iclasında Üçrəngli bayrağımızın Naxçıvan MR-in Dövlət 
Bayrağı kimi qəbul olunması  və Bünyamin Qəmbərlinin ilk 
dəfə olaraq bayrağı Ali Məclisin zalına gətirməsidir. 
        Sonra  tale  elə  gətirdi ki, mənə Bünyamin Qəmbərli ilə 
birlikdə  işləmək nəsib oldu. Azərbaycan Turizm İnstitutunda 
birgə  işlədiyimiz dövrdə  mən Bünyamin müəllimi həm bir 
insan, həm bir aydın, həm də bir dost kimi daha dərindən 


Böyük Azərbaycan yolçusu 
 
 
21
tanıdım. Bünyamin Qəmbərli öz işinə məsuliyyətlə yanaşan və 
tələbkar bir müəllimdir. İş prosesində bir çox məsələ müzakirə 
olunur və bəzən də bu müzakirələr həddən çox dərinləşirdi. Bu 
müzakirələrdə Bünyamin Qəmbərlinin çox məlumatlı  və 
savadlı olması ilə yanaşı  həm də  məsələlərə necə  məntiqli və 
dərindən yanaşdığını gördüm. Bu müzakirələr zamanı  mən 
Bünyamin müəllimin xarakterinə  də  dərindən bələd oldum. 
Belə ki, Bünyamin Qəmbərli çox məsələdə güzəştə gedər və 
yaxud onunla razılığa gəlmək olar, amma milli məsələdə  və 
dövlətçilik məsələsində öz mövqeyindən bir addım da geri 
çəkilən deyil. 
        Bütün dedilkərimi ümumiləşdirərək deyə bilərəm ki, mən 
Bünyamin müəllimi ümummilli lider Heydər  Əliyevin 
Dövlətçilik və Milli Azadlıq Hərəkatının lideri Əbülfəz 
Elçibəyin Bütöv Azərbaycan ideyalarının qətiyyətli və 
yorulmaz təbliğatçısı kimi tanıdım. 
       Ömrünün  50-ci  baharını yaşayan milli köklərə bağlı,  əsil 
vətəndaş, qayğıkeş ailə başçısı  və  tələbkar müəllim olan 
Bünyamin müəllimə  gələcək fəaliyyətində  uğurlar və can 
sağlığı arzulayaraq deyirəm: Sükanı belə saxla!  
 
 
 
 
 
 
Böyük Azərbaycan yolçusu 
 
 
22
 
 
 
XƏLİYƏDDİN DƏSGİRALI 
OĞLU XƏLİLLİ 
 
AMEA Arxeologiya və 
Etnoqrafiya İnstitutunun 
aparıcı elmi işçisi, t.e.n. 
 
 
                
 
 
 
 
 
ADINLA YAŞA 
 
İnsan dünyaya gətirdiyi övladı, nəsli ilə fiziki, mənəvi 
və ideoloji cəhətdən gələcəyə addımlayır. Valideynlər 
övladlarına verdikləri ad vasitəsi ilə arzuladıqları  gələcəyi 
gəldikləri dünyada hələ heç nəyi dərk etməyən, bacarmayan, 
günəşdən belə gözünü qoruyan, yaşamaq üçün ancaq 
qışqırıqları ilə  ətrafındakılardan kömək istəyən körpənin 
(övladlarının) çiyninə yükləyirlər. Beləcə, hələ heç özü 
haqqında heç nəyi düşünməyi bacarmayan, istəyini  ətrafına 
qışqırıqları ilə bildirən körpəni bir qurtum südlə qane edən ana, 
valideynlər özlərinin həyatda bütünlüklə nail ola bilmədikləri 
arzularını körpəyə verdikləri ad vasitəsi ilə onun çiyinlərinə 
yükləyirlər. Körpənin hər istəyinə cavab olaraq bir qurtum süd, 
nəvaziş, təbəssüm, oyuncaq və s. ilə onu sakitləşdirib, ona 
verdikləri adları arzularını nazlamaya, əzizləməyə, laylaya 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə